Təkliflər

Xüsusi icraat fəslinə yeni müddəaların əlavə edilməsi ilə bağlı

"Hüquqi İslahatlara Yardım Mərkəzi" İB-yi tərəfindən AR MPM-nin "Xüsusi icraat" fəslinə yeni müddəaların əlavə edilməsi ilə bağlı AR Ali Məhkəməsinə AZ Konstitusiyasının 96-cı maddəsinin tələblərinə əsasən müvafiq təkliflərlə müraciət olunmuşdur (Təklifin tam mətni "Təkliflər" bölümündə).

AR-nın Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Cənab R.Aslanlıya

MÜRACİƏT (Mövzu: “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun bəzi müddəalarının təkmilləşdirilməsi təklifinə dair) Hörmətli Rüfət müəllim! Azərbaycan Respublikasında bank sisteminin fəaliyyətinin iqtisadiyyatın sabit inkişafının təmin edilməsi, dayanıqlı və etibarlı bank sisteminin formalaşdrılması, bank sektorunun inkişafı üçün daha əlverişli mühitin yaradılması məqsədi daşıyan Respublikamızda fəaliyyət göstərən bəzi bankların müflis sayılaraq iflas proseduruna başlanması

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Cənab Rafael Qvaladzeyə

Hörmətli Rafael müəllim! Məhkəmə təcrübəsində hüquq tətbiqetmə baxımından xüsusi əhəmiyyətli olacağına inandığımız konstitusiya məhkəmə icraatında baxılan işə dair Mərkəzimizin mülahizələrinin təqdim edilməsinə şərait yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2 və 261.0.1-ci maddələri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsi

Azərbaycan Respublikası CM-nin bir neçə maddəsinə dair TƏKLİFLƏR

İxtisaslaşdırılmış cinayət təqibi orqanı kimi fəaliyyət göstərən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyəti dövründə korrupsiya cinayətlərinə qarşı mübarizədə önəmli yer tutmaqla ictimai etimadı qazanmışdır. Ona görə də, qeyd olunan qurumda istintaq edilən cinayət işlərində qarşıya çıxan problemlərin həlli istiqamətində effektli addımların atılması məqsədi ilə qanunvericiliyin siyasətinə, prinsiplərinə və istintaq təcrübəmə əsaslanaraq, Az

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi General Polkovnik Cənab E.Quliyevə

Hörmətli Elçin müəllim, Ümumilli Liderimiz, möhtərəm Heydər Əliyev Cənablarının sədrliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsində hər kəsin azadlıq hüququ ehtiva olunmaqla, Azərbaycan Respublikasının ərazisində olan hər kəsin sərbəst hərəkət edə bilməsi və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilməsi Konstitusiyanın yuxarıda sözügedən müddəasında təsbit olunmuşdur.

ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-cu maddəsinə dəyişiklik edilməsinə dair Hörmətli Şahin müəllim Məhkəmə baxışının aşkarlığı prinsipini ehtiva edən Azərbaycan Respublikasının MPM-nin 10.2-ci maddəsində təsbit edilmişdir ki, dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır. Öz vəzifələrinin icrası zamanı ha

ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

(Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133-cü maddəsinin təkmilləşdirilməsinə dair təklif) Hörmətli Şahin müəllim “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 29 iyun 2012-ci il tarixli, 405 İVQ nömrəli Qanunla sözügedən Məcəllənin 133-cu maddəsinin adında olan “işgəncə” sözü “əzab” sözü ilə əvəz edilmiş, eyni zamanda qeyd olunan maddəyə 133.2.6-cı maddə əlavə edilərək bu maddənin digər ağırlaşdırıcı əlaməti “işgəncə verilməklə törədildikdə

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Cənab R. Rzayevə

Hörmətli Ramiz müəllim Bir müddətdir ki, istər birinci instansiya, istərsə də apelyasiya instansiyaları məhkəmələri tərəfindən müvafiq məhkəmə aktı ilə mülki işlər üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərkən bu ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinə deyil, özəl şirkətlərə həvalə edilir. Qeyd etməyi zəruri hesab edirik ki, “Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsind

ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

Hörmətli Şahin müəllim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.3-cü maddəsinin və həmin Məcəllənin əmr icraatını tənzimləyən müddəalarının praktiki tətbiqində yaranmış qeyri-müəyyənlikləri və ziddiyyətləri diqqətinizə çatdırmaqla bu Məcəlləyə gələcəkdə edilən müvafiq dəyişikliklər zamanı aşağıda qeyd etdiyimiz müddəalərda olan ziddiyyətləri də nəzərə almağınızı məqsədə müvafiq hesab edirik. Belə ki, Azərbaycan Respublikası MPM-nin 95.3-cü maddəsində göstərilmişdir ki, məhk

ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri Şöbəsinin müdiri, Cənab Ş.Əliyevə

Hörmətli Şahin müəllim, Hörmətli Eldar müəllim, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 03 fevral tarixli müvafiq Fərmanları ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında apelyasiya şuralarının yaradılması sözsüz ki, Azərbaycan Respublikası Prezidentinin Respublikamızda sahibkarlığın inkişafına, sahibkarların hüquqlarının qorunmasının və bərpasının daha çevik və səmərəli hüquqi mexanizmlərlə təm

AR İnsan Hüquqları üzrə Müvəkkim (OMBUDSMAN) Elmira xanım Süleymanovaya

Hörmətli Elmira xanım Respublikamızın qanunvericilik sistemdə mülki dövriyyənin sabitliyinin təmin olunmasında, onun dinamik inkişafında, eləcə də mülki dövriyyənin iştirakçıları arasında hüquq münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin xüsusi yeri vardır. Lakin qanunvericilikdə bu və ya digər münasibətləri tənzimləyən müddəalarda ziddiyətlərin olması praktik təcrübədə qeyri-müəyyənliklərə və fərqli yanaşmalara səbəb olur. Bu vəziyyət isə vətəndaşların

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Cənab R.Rzayevə

Hörmətli Ramiz müəllim Ümumilli Liderimiz, möhtərəm H.Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Azərbaycan Respublikasının İlk Milli Konstitusiyası 27 noyabr 1995-ci ildə qüvvəyə mindikdən sonra ardıcıl surətdə aparılan məhkəmə hüquq islahatlarının əsas məqsədi ölkəmizdə qanunun aliliyinin təmin edilməsinə, insan hüquq və əsas azadlıqlarının müdafiəsinin təmin edilməsinə, məhkəmə haki

Azərbaycan Respublikasının Vergilər Naziri cənab F. Məmmədova

Hörmətli Cənab Nazir Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, eləcə də digər vergi hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Vergi Məcəlləsinin “vergilərin hesablanmasının və ödənilməsinin pul vahidi” adlanan 9-cu maddəsində Azərbaycan Respublikasının ərazisində vergilərin Azərbaycan Respublikasının pul vahidi-manatla hesablandığı və ödənildiyi təsbit edilmişdir. Sözügedən m

Bakı Apelyasiya Məhkəməsinin sədri cənab İ. Nağıyevə

Hörmətli İman müəllim “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyi tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, bəzi hallarda birinci instansiya məhkəmələri tərəfindən inzibati xətalar üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından barəsində qərar çıxarılmış şəxslər (fiziki və ya hüquqi) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430-432-ci maddələrinə müvafiq verilən şikayətlərə baxılarkən yanlışlığa yol verilir ki

AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi cənab İ. Məmmədova

Hörmətli İlqar müəllim Son illər notariat orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsində uğurlu nəticələrə səbəb olmuşdur . Bu uğurların sabitliyini və dinamik inkişafını təmin etmək üçün zəruri tədbirlərin hələ də etdiriləcəyinə əminik. Belə ki, cəmiyyət həyatının inkişafı, həmçinin notariat əməliyyatlarının aparıldığı işlər üzrə yaranan mübahisələrin forma və metodlarının dəyişməsi

ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Şahin Əliyevə

Hörmətli Şahin müəllim! “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyi fəaliyyətə başladığı ilk gündən hal-hazıradək Azərbaycan Respublikasının qanunvericilik aktlarının məzmununda yaranan qeyri-müəyyənliklər və fərqlər, habelə normativ hüquqi aktların praktiki tətbiqində aşkar edilən çatışmazlıqlar barədə səlahiyyətli dövlət orqanlarına və vəzifəli şəxslərə müvafiq təkliflərini təqdim etmişdir. Hal-hazırda da Sizin diqqətinizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bund

ARPA Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri şöbəsinin müdiri cənab Ş.Əliyev

Hörmətli Şahin müəllim Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsində dəyişiklər və əlavələr edilməsi haqqında 30 sentyabr 2014-cü il tarixli, 1027 IVQD nömrəli Qanununa (dərci 08 noyabr 2014-cü il "Azərbaycan" qəzeti) əsasən Azərbaycan Respublikası İXM-nə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması" adlı 348-8-ci maddə əlavə edilmişdir. Qeyd edilən maddənin müvafiq bəndi ilə "Sahibkarlıq sahəs

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Cavid Qurbanova

Hörmətli Cavid müəllim! Məlumunuz olduğu kimi Azərbaycan Respublikasını 13 dekabr 2011-ci il tarixli, 268 İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinə 163-1, 163.1.3-cü maddələr əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07.02.2012-ci il tarixli, 575 â„–-li fərmanın 3-cü bəndi ilə 163-1.1-163-1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə yanaşı Azərbaycan Respublikasına