AZƏRBAYCANDA MEDİASİYANIN YARANMASI, BEYNƏLXALQ TƏCRÜBƏNİN ÖYRƏNİLMƏSİ VƏ TƏTBİQİNƏ DAİR

AZƏRBAYCANDA MEDİASİYANIN YARANMASI, BEYNƏLXALQ TƏCRÜBƏNİN ÖYRƏNİLMƏSİ VƏ TƏTBİQİNƏ DAİR

Natiq Abdullayev
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun doktorantı

 

 


AZƏRBAYCANDA MEDİASİYANIN YARANMASI, BEYNƏLXALQ
TƏCRÜBƏNİN ÖYRƏNİLMƏSİ VƏ TƏTBİQİNƏ DAİR
Müasir dövrdə müxtəlif səviyyəli (şəxsiyyət-şəxsiyyət, şəxsiyyət-qrup, qrup-qrup,
lokal, regional, beynəlxalq və s.) mübahisə və münaqişələrin məhkəməyəqədər həlli - mediasiya sisteminin inkişafı səmərəli vasitə kimi xüsusi əhəmiyyət kəsb edir. Bəşər
tarixi münaqişələrin həllində üçüncü neytral tərəfin iştirakının əsaslı əhəmiyyətini sübut
edir. Azərbaycanda da barışdırıcı missiya daşıyıcısı olan insanların və müəssisələrin rolu
haqqında müxtəlif tarixi mətnlərdə məlumat verilir.
Hələ qədim "Avesta" mətnlərində deyilirdi ki, "Mən müharibəni inkar edən və
silahların məhv edilməsini arzu edən Mazda dininə inanıram" (13, c.80). Göründüyü
kimi, Zərdüşt peyğəmbər münaqişə və müharibələrin sülh yolu ilə və vasitəçiliklə ("arzu
edən" ifadəsi bunu sübut edir) həll edilməsi tərəfdarı kimi çıxış edirdi.
Dədə-Qorqud dastanlarından məlum olduğu kimi tarixi-mifık şəxsiyyət olan Dədə
Qorqud münaqişə tərəfləri arasında barışdırıcı bir rola malik olub, həm ayrı-ayn adamlar,
həm də tayfalar arasında belə bir missiyanı yerinə yetirib.
Qədim Albaniyada alban şahlarının saraylarında ədalətli hökmdar məhkəməsi
fəaliyyət göstərirdi. Albaniyada ilkin orta əsrlərdə iki cür məhkəmə vardı - dini məhkəmə
və hökmdar məhkəməsi. Saray məhkəməsində dindarlarla zadəganlar, iri feodallar və
başqa zümrələr arasında baş verən münaqişələr və s. həll edilirdi (5, s. 157).
488-ci ildə Albaniyada çağırılan Aquen kilsə məclisində qaldırılan əsas
məsələlərdən biri ruhani olmayanlarla ruhanilər, kübar cəmiyyətdən olan azatlarla sadə
əhali olan raniklər arasında baş verən çəkişmələrə qarşı təcili tədbirlər görülməsilə bağlı
idi (1, s.60).
Ərəb xilafəti dövründə məhkəmə şəriət qanunları əsasında idarə olunurdu və
münaqişələrin həllində din xadimləri yaxından iştirak edirdilər, xilafətə məxsus
idarəetmə və məhkəmə sistemi tətbiq edilmişdi. Abbasilərin dövründə qazı (məhkəmə
sədri) vəzifəsi xüsusi əhəmiyyət kəsb etməyə başladı. Vilayətin məhkəmə idarəsinin rəisi
olan qazı mülki və cinayət işlərilə yanaşı amilin hərəkətlərindən narazı olan şəxslərin
şikayətlərinə də baxırdı (7, s.92).
Hülakilər dövründə isə həkəm əl-məlalik (dövlət arbitrajı) məhkəmə prosesinə
nəzarət edir, mübahisələrin qanun çərçivəsində həll olunmasına çalışırdı (2, s.49).
XIII - XIV əsrlərdə olduğu kimi XV əsrdə də "Divani-qəza" adlanan məhkəmə ayrıayrı şəxslərin iddialarına baxırdı. XV əsrdə Qaraqoyunlular, Ağqoyunlular və
Şirvanşahlar dövlətlərində şəri məsələlərə Şəri (şəriət) məhkəmələrdə baxılırdı. Şəri
məhkəmələrə islam qazisi rəhbərlik edirdi. Burada müsəlmanlar arasındakı ixtilaflara və
mübahisəli məsələlərə şəriət ehkamları əsas götürülməklə baxılırdı. Hinduşah
Naxçıvaninin yazdığı kimi "qaziül-qüzzat mübahisəli məsələləri həll edir, düşmənçiliyi
aradan qaldırır və s. işlərə baxırdı".
Məhkəmədə qazinin verdiyi hökmün icrası üzərində nəzarət məsələsinə görə şəhnə
məsuliyyət daşıyırdı və bir növ bitərəf nəzarətçi rolunu icra edirdi (6, s.94-106).
XIX əsrdə Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra imperiyanın
mərkəzindəki məhkəmə üsul-idarə forması bir qədər təhrif edilmiş formada olsa da
əyalətlərdə də tətbiq edilməyə başlanmışdı. 1864-cü ildə Çar Rusiyasında
keçirilmiş məhkəmə islahatları 1868 - 1869-cu illərdə Azərbaycanda da tətbiq
edilmişdi. Bu dövrdə müəyyən məhdudiyyətlər olsa da məhkəmədə barışıq hakimi
və barışıq şöbələri yaradılmışdı. Onlar yerlərdəcə münaqişə vəziyyətini həll
etməyə çalışırdılar, dairə məhkəmələrinə qədər müəyyən işlər görürdülər (3,
s.189).
1917-ci ildə SSRİ qurulduqdan sonra ölkədə mediatorların istifadə edilməsi ləğv
edilmişdi.
XX əsrdə Azərbaycan arbitraj məhkəmə sistemi yaradıldı.
XX əsrin 80-cı illərində mediasiya Rusiyaya gəldi. Lakin onun tətbiq
cdilməsi bir sıra çətinliklərlə qarşılaşmışdı: - cəmiyyət mediasiya haqqında məlumatsız olduğu üçün məhkəmədə onun tətbiqi
asan deyildi; - ixtisaslı və təcrübəli mediatorlar yox idi;
mediasiya prosesini tənzimləyən qanunvericilik aktları yox idi (11).
Rusiyanın "ucqarlarında" da bu səbəblər keçərli idi və Azərbaycanda mediasiyanın
inkişaf imkanları məhdud idi.
XXI əsrdə Azərbaycanda arbitraj məhkəməsi sistemi inkişaf etdirilməyə
başlandı. 2002-ci ildə Azərbaycanda «İnternational Commercial Arbitration»
(Beynəlxalq kommersiya arbitrajı) cəmiyyəti yaradıldı. 2003-cü ildə «International
Commercial Arbitration» Cəmiyyəti Azərbaycanda ilk dəfə olaraq müstəqil
kommersiya arbitraj institutunun yaradılması təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsə
bir sıra beynəlxalq təşkilatlar, xüsusən, ABŞ Beynəlxalq İnkişaf Agentliyi
(USAİD) dəstək vermişdi. «İnternational Commercial Arbitration» Cəmiyyəti
Azərbaycanda tanınmış və təcrübəli hüquqşünasların, müxtəlif peşə sahələrində
təcrübəli və nüfuzlu mütəxəssislərin yaxından iştirakı və köməyi ilə 2003-cü il
noyabrın 11-də Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsini
(BKAM) təsis edildi (4).
2006-cı ilin yanvarında Azad İstehlakçılar İttifaqının iştirakı və Eyyub Hüseynovun
rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq əhaliyə mediasiya xidmətləri göstərilməsilə
bağlı iki illik layihə reallaşdırılmağa başlandı (10).
2008-ci ildə «İnternational Commercial Arbitration» (BKAM) cəmiyyətinin
əsasında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) yenidən təşkil edildi.
Hazırda BKAM Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin nəzdindədir. Bununla
yanaşı AAMM-in nəzdində Münsiflər Məhkəməsi və Bakı Mediasiya və Barışıq Xidməti
də fəaliyyət göstərir. Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi dünyanın
müxtəlif ölkələrində fəaliyyət göstərən analoji qurumlarla səmərəli işgüzar əlaqələr
yaratmışdır. Beynəlxalq arbitraj sahəsində təcrübəsi ilə seçilən Almaniya, İsveç,
Rumıniya, Misir Ərəb Respublikası,
Malayziya, Avstralİya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Ukrayna və s.
daxil olmaqla, 15-ə yaxın ölkənin arbitraj institutları ilə BKAM arasında qarşılıqlı
əməkdaşlıq sazişləri bağlanıb (4).
2009-cu ildə Azərbaycan arbitraj və mediasiya mərkəzi Venesiya arbitraj palatası ilə
birgə "Arbitraj və mediasiya: İtaliya təcrübəsi" mövzusunda seminar keçirmişdi (8).
Hazırda Avropa İttifaqının və "Konsumer İnternational" beynəlxalq təşkilatının
dəstəyi ilə Bakı, Sumqayıt, Gəncə, Quba, Tovuz, Lənkəran şəhərlərində mediasiya
mərkəzləri fəaliyyət göstərir və 450-dən çox müxtəlif məzmunlu münaqişə (əmlak
bölgüsü, boşanma, şirkətlərin birləşməsi, icarə verənlər və icarəyə götürənlər,
istehsalçılar və istehlakçılar və s. arasında) bu yolla həll edilib. Bununla yanaşı
Sabirabadda, Xaçmazda və Bərdədə könüllü mediator mərkəzləri fəaliyyət göstərir.
Hazırda dövlət arbitrajı yanında mediasiya mərkəzinin açılması planlaşdırılır.
Aİİ Dünya Bankının köməyi və Rabitə Nazirliyinin dəstəyi ilə Azərbaycanda
mediasiya mərkəzlərinin fəaliyyətinə həsr olunmuş veb-saytın açılmasına çalışır.
Qeyd etmək lazımdır ki, ölkəmizdə münaqişələrin məhkəməyə qədər həll edilməsilə
bağlı mediasiya mərkəzlərinin fəaliyyətinə böyük ehtiyac var. Əgər dünyada mediator
xidmətləri 50$-dan 1200$-a qədər ödənilir, Parisdə mediasiya və arbitraj mərkəzində bir
iş 10000$-a başa gəldiyi halda Azərbaycanda isə mediatorlar pulsuz xidmət göstərirlər
(10).
Azərbaycanın siyasi münaqişələrin həll edilməsində mediasiyanın iştirakı ilə bağlı
müəyyən təcrübəsi var. Belə ki, müstəqillik əldə edildikdən sonra, xüsusilə də Qarabağ
münaqişəsi ilə əlaqədar mediatorların xidməti ilə bağlı "təcrübə" qazanılıb. 1994-cü ildən
bəri Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində tərəflər arasında danışıqlar aparaq
mediator rolunu yerinə yetirməyə çalışır (14).
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində mediator rolunu yerinə
yetirməyə çalışan Rusiya münaqişə tərəflərini altı dəfədən çox danışıqlar stolu arxasına
gətirməyə nail olsa da əsaslı bir nəticənin əldə edilməsi qeyri-mümkün olur. Belə ki,
politoloq Vasili Çkoidzenin qeyd etdiyi kimi "Rusiya Qarabağ probleminin həllində
maraqlı deyil, çünki mövcud status-kvonun saxlanması ona həm Ermənistana, həm də
Azərbaycana təzyiq göstərməyə imkan verir. Məsələnin sülh yolu ilə həll edilməsi
nəticəsində Moskva onları öz təsir dairəsində saxlaya bilməyəcək. Dağlıq Qarabağ
münaqişəsinin həllində əsas rol Türkiyənin üzərinə düşür, həmçinin ABŞ-m və Avropa
İttifaqının rolunun genişləndirilməsi zəruridir (12).
Qarabağ münaqişəsində Azərbaycana dəstək olan Türkiyə mediator rolunu öz
üzərinə götürməyə hazırdır. Əhməd Davudoğlu öz çıxışlarından birində - "Türkiyə
Dağlıq Qarabağ münaqişəsində vasitəçilik etməyə hazırdır" - fikri ilə çıxış etmişdi. Onun
sözlərinə görə Türkiyə Azərbaycan ərazilərinin azad edilməsi və regionda sabitliyin
təmin edilməsi məqsədilə hər şey etməyə hazırdır (15).
Dağlıq Qarabağ münaqişəsinin həllində Gürcüstanın mediator rolunu yerinə
yetirməsi məqsədilə Azərbaycan, Gürcüstan və Ermənistan sərhədlərində yerləşən Təkəli
kəndində "Vətəndaş cəmiyyəti uğrunda qadınlar alyansı" (Azərbaycan), "Təkəli
assosiasiyası" (Gürcüstan) və "Qafqaz sülhyaradıcı təşəbbüskarlıq mərkəzinin"
(Ermənistan) təşəbbüsü ilə "Ermənistan-Azərbaycan münaqişəsində Gürcüstanın
mediasiyası" - "lehinə" və "əleyhinə" mövzusunda ardıcıl müzakirələr keçirilir. Tədbirə
Demokratiyaya yardım Milli Fondu (National Endowment for Democracy - NED)
maliyyə dəstəyi göstərir (9).
BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağın işğal olunmuş ərazilərinin azad
edilməsilə bağlı dörd bəyannamə verib, lakin onlardan heç birinə əməl edilməyib.
Yerli səviyyədə əmlak bölgüsü, boşanma, şirkətlərin birləşməsi, icarə verənlər və
icarəyə götürənlər, istehsalçılar və istehlakçılar və s. arasında mübahisə və münaqişələrin
həll edilməsi ilə bağlı məhkəməyəqədər sistemin - arbitraj və mediasiyanın
genişləndirilməsi istiqamətində müəyyən tədbirlər gorülür və qanunvericilik bazası
inkişaf etdirilir.
Qeyd etmək olar ki, Azərbaycan Respublikasının qanunvericiliyi - Azərbaycan
Respublikasının Konstitusiyası, «Beynəlxalq Arbitraj haqqında» Azərbaycan
Respublikasının Qanunu, «Beynəlxalq xüsusi hüquq haqqında» Azərbaycan
Respublikasının Qanunu, Mülki Prosessual Məcəllə, «Məhkəmə qərarlarının icrası
haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq aktlar və s. normativ aktlar -mübahisələrin məhkəmədənkənar həlli
vasitəsi olan arbitraj institutunun yaradılması və fəaliyyətini tənzimləyir.
18 noyabr 1999-cu ildə «Beynəlxalq Arbitraj haqqında» Azərbaycan
Respublikasının Qanunu qəbul olunub. 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Mülki
Prosessual Məcəllənin 29, 74.2, 167.1.5, 183, 259.0.5, 261.0.6, 462-477-ci maddələri
arbitraj (münsif) qaydasında mübahisələrə baxılması, arbitraj (münsif) qərarlarının
tanınması və icrası qaydalarım müəyyənləşdirir. 27 dekabr 2001-ci ildən qüvvədə olan
«Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanununda da
arbitraj qərarlarının icrası proseduru öz təsbitini tapıb. Həmçinin, qeyd olunmalıdır ki,
ümumi və ixtisaslaşmış məhkəmələrin qərarlarından fərqli olaraq, beynəlxalq arbitraj
qərarlarının Azərbaycandan xaricdə icrası beynəlxalq hüquq qaydaları ilə daha səmərəli
formada tənzimlənir. 9 noyabr 1999-cu ildə Azərbaycan Respublikası «Xarici arbitraj
qərarlarının tanınması və icrası haqqında» 10 iyun 1958-ci il tarixli Nyu-York
Konvensiyasını ratifikasiya edərək qoşulmuşdur. Bu, respublikamızda aparılan
məhkəmə-hüquq islahatlarında mühüm hadisə olmaqla, Azərbaycan Beynəlxalq
Kommersiya Arbitraj Məhkəməsinin qəbul etdiyi qərarların ölkəmizdə məcburi icrası ilə
yanaşı, bu qərarların Konvensiyanın üzvü olan dünyanın 143-dən artıq ölkəsində
tanınması və icrası prosedurunu sadələşdirmişdir (4).
ƏDƏBİYYAT SİYAHISI:
Azərbaycan dilində ədəbiyyat
l. Azərbaycan tarixi, II cild, Bakı, Elm, 1998, səh.60
2. Azərbaycan tarixi, III cild, Bakı, Elm, 1999, səh.49
3. Azərbaycan tarixi, V cild, Bakı, Elm, 2000, səh.189
4. Kommersiya mübahisələrinin həllini BKAM-a etibar edin. AAMM-in 1-ci
Xüsusi Buraxılışı
5. Məmmədov T.M. "Qafqaz Albaniyası ilk orta əsrlərdə", Bakı, "Təhsil", 2006, s. 157
6. Seyidov M. "XV yüzillikdə Azərbaycanda dövlət və hüquq", Bakı, Nurlan, 2004, s.94-
106
7. Seyidov M. "Qədim dövrdə və erkən orta əsrlərdə Azərbaycanda dövlət
idarəçiliyinin və qanunvericiliyin formalaşması", B., Səda, 2008, s.92
Rus dilində ədəbiyyat
8. Арбитраж и медиация. Совместный семинар Азербайджана и Италии, 04 мая
2009, www.tatar-inform.ru
9. В Грузии состоялись гражданские слушания « Медиация Грузии в армяноазербайджанском конфликте»
(http://www.newscaucasus.com/index.php?do=cat&category=novosti)
10. Исмаилова С. «Медиация по-азербайджански». Азербайджан, Баку, 2001, 15
августа.
http://www.trend.az/life/socium/975142.html
11. ИСТОРИЯ МЕДИАЦИИ – http://abrimed.ru
12. Резонанси Ия Абулашвили «Россия пытается играть роль медиатора» -
kavkasia.net Kavkaz.online
13. Рустамов Ю, «История социально-политических и правовых учений», Баку,
«Сяда», 2007, с.80
14. Турция готова взять на себя роль медиатора в урегулировании нагорнокарабахского конфликта – глава МИД. http:www.1news.az
15. Турция готова взять на себя роль медиатора в урегулировании карабахского
конфликта
– Давудоглу – www.regnum.ru/news/polit/1448785.html

 

Dövlət İdarəçilik Jurnall 2014-cü il

Gündəlik