Təkliflər

AR ƏƏSMN Naziri Cənab Səlim Müslümova əmək qanunvericiliyi ilə bağlı müraciət göndərilmişdir

Hörmətli Səlim müəllim! Bir neçə vaxtdır ki, Respublikamızda fəaliyyət göstərən müəssisə və təşkilatların elektron poçt ünvanlarına rəhbərlik etdiyiniz Nazirliyin müvafiq strukturundan “İşəgötürənlərin nəzərinə!!!” başlıqlı müraciət daxil olmuşdur. Sözügedən müraciətdə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə mülkiyyətçinin (təsisçinin və ya təsisçilərin) və işəgötürənin (direktorun, müdirin, müəssisə rəhbərinin və s.) eyni şəxs və ya fərqli şəxslər

Azərbaycan Respublikasının Nəqliyyat Nazirinin müavini Cənab Musa Pənahova

Hörmətli Musa müəllim! Azərbaycan Respublikası Nəqliyyat Naziri cənab Ziya Məmmədov tərəfindən imzalanmış 15 oktyabr 2012-ci il tarixli, 02/Q â„–-li qərarla təsdiq olunmuş, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər dair sənədlər və onların tərtib olunması Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu qaydalar Azərbaycan Respublikası İXM-nə və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli, 389 nömrəli Fərmanına uyğun olar

Azərbaycan Respublikası Milli Məclisinin sədri Cənab Oqtay Əsədova

Hörmətli Oqtay müəllim! Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə hüquq islahatları nəticəsində məhkəmə sistemimiz 2000-ci ilin sentyabr ayından demokratik cəmiyyətin tələblərinə cavab verən şəkildə təkmilləşdirilmişdir. Məlumunuz olduğu kimi yuxarıda qeyd edilən məhkəmə hüquq islahatları aparılanadək mülki, cinayət və digər işlərin nəzarət icraatı qaydasında yoxlanılma

Azərbaycan Respublikası Milli Məclisinin sədri Cənab Oqtay Əsədova

Azərbaycan Respublikası Milli Məclisinin sədri Cənab Oqtay Əsədova Surəti: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Cənab Əli Həsənova Surəti: Azərbaycan Mətbuat Şurasının sədri Cənab Əflatun Amaşova Mövzu: “İfadə etmək (ekspresion) və söz azadlığı hüququ haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsinə dair təklif Hörmətli Oqtay müəllim! Son vaxtlar KİV-lərdə və sosial şəbəkələrdə cəmiyyət

Azərbaycan Respublikasının Baş Naziri cənab A.Rasi-zadəyə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171N li, 30 may 2014-cü il tarixli qərarı ilə “ İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair əsasnamə” təstiq olunmuşdur. Sözügedən qərarın .2-ci bəndində təsbit olunmuşdur ki, “ bu qərar 2014-cü il iyunun 1-dən qüvvəyə minir ”. Qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda göstərilən qərarda qərarın 2014-cu ilin iyun ayının 1-dən qüvvəyə mindiyi göstərilsədə, bu qərarın özü 07 iyun 2014-cü il tarixdə “Azərbaycan” qəze

AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Cənab R.Zeynalova

Hörmətli cənab General ! Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuş, 02 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə dəyişiklik edilməklə yanaşı, məcəllənin “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” adlanan 13-cü fəslind

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab R.Rzayevə

Hörmətli Ramiz müəllim! Respublikamız müstəqillik əldə etdikdən sonra Ümummilli Liderimiz H.Əliyev tərəfindən başlanılan məhkəmə-hüquq islahatları bu gündə Azərbaycan Respublikasının prezidenti, cənab İ.Əliyev tərəfindən uğurla davam etdirilir. Cəmiyyət həyatının dinamik inkişafı, yeni-yeni ictimai münasibətlərin yaranması məhkəmə-hüquq islahatlarının davamlılığını labüd edir. Eyni zamanda qanunvericilik aktlarının praktiki tətbiqi zamanı meydana gələn qeyri-müəyyənliklərin aradan qaldırılmas

Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-polkovnik Cənab Ramil Usubova

Ölkəmizdə (xüsusən, paytaxt Bakıda) mövcud olan yol şəbəkəsinin sıxlığı, yolların rahatlığı və genişliyi dövlətimizin iqtisadı inkişafının göstəricisi olsa da, yol hərəkəti iştirakçılarının həmin yollardakı hərəkət mədəniyyətinin səviyyəsi isə ölkəmizdə yaşayan insanların ümumi mədəniyyətinin göstəricilərindən biridir. Yol hərəkəti mədəniyyətinin başlıca tərkib hissəsini isə yol hərəkəti qaydalarına dönmədən riayə

Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri cənab Səfa Mirzəyevə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Respublikası Prezidenti tərəfindən 05 aprel 2013-cü il tarixdə imzalanmış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 263-1-ci maddə əlavə edilmiş, həmin Məcəllənin 264-cü maddəsinin dispozisiyasına müvafiq dəyişiklik edilməklə bu maddəyə “qeyd” hissəsi əlavə edilmiş, 267-ci maddədə isə “263 və 264” s

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ADMİNİSTRASİYASININ ŞÖBƏ MÜDİRİ CƏNAB ŞAHİN ƏLİYEVƏ

Hörmətli Şahin müəllim! Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Sözügedən Məcəllənin 32.2-ci maddəsinə görə isə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əmlak ər-arvaddan kimin adına əldə edilməsindən asılı olmayaraq onların birgə mülkiyyəti hesab edilir (32.2.2). Ailə Məcəlləsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM adlandırılacaq) 16.3-cü maddəsində göstərilmişdir ki, əvvəllər törətdiyi cinayətə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad olunmuş, yaxud məhkumluğu götürülmüş və ya ödənilmiş  şəxs tərəfindən həmin cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Bu maddədə məhkum edilmiş, cəzasını çəkmiş, lakin

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATI QƏNİRƏ PAŞAYEVAYA TƏKLİF GÖNDƏRİLMİŞDİR

Məlum Qarabağ hadisələri ilə əlaqədar bu ərazilər müvəqqəti olaraq Azərbaycan Dövlətinin nəzarətindən çıxmışdır. Bu səbəbdən də Azərbaycan Dövləti “İnsan hüquqları və əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyasını və ona aid Protokolları ratifikasiya edərkən Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə Konvensiyanın və ona aid Protokolların müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər

Cinayət Məcəlləsinin 263-cü maddəsinə dair təkliflə AR Administrasiynın şöbə müdiri Şahin Əliyevə

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməli hesab edilməklə cinayət mühakiməsi icraatı qaydasında cəzalandırılır. Cinayət hüququna əsasən bu cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin “ehtiyyatsızlıq ” forması ilə xarakterizə olunur. Hesab edirik ki, hal-hazırda Respublikamızın ərazisində törədilən yo

CİNAYƏT MƏCƏLLƏSİNİN 16.3-CÜ MADDƏSİ İLƏ BAĞLI MƏRKƏZİMİZ TƏRƏFİNDƏN TƏKLİFLƏR GÖNDƏRİLMİŞDİR

Mövzu: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilməsinə dair Hörmətli Elmira xanım! Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM adlandırılacaq) 16.3-cü maddəsində göstərilmişdir ki, əvvəllər törətdiyi cinayətə görə bu Məcəllə ilə müəyyən

Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Xanım Qənirə Paşayevaya

(Mövzu: Azərbaycanlılara qarşı soyqırımın beynəlxalq hüquq müstəvisində tanıdılması və Ermənistan Respublikasının cəzalandırılması üçün Beynəlxalq Məhkəməyə verilməsi təşəbbüsünə dair) Hörmətli Qənirə Xanım! Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli 690 saylı Fərmanı ilə 31 mart “ Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Hər il fevralın 26 ərəfəsi

MƏRKƏZİMİZ VERGİ QANUNVERİCİLİYİMİZİN TƏKMİLLƏŞDİRİLMƏSİ ZƏRURƏTİ BARƏDƏ TƏKLİFLƏR HAZIRLAMIŞDIR

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsində qeyd edilir ki, «Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmı

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRİ CƏNAB FİKRƏT MƏMMƏDOVA

Artıq bir neçə vaxtdır ki, notariat orqanları tərəfindən etibarnamələrin vahid forması üzrə notariat hərəkətləri aparılır. Bu formada demək olar ki, bütün səlahiyyətlər öz əksini tapsa da Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsində təsbit edilən səlahiyyətlərdən “iddia ərizəsinin imzalanması” səlahiyyəti öz əksini tapmamışdır ki, bu da məhkəmə təcrübəsində müəyyən  anlaşılmazlığa səbəb olur. Belə ki, iddia ərizəsin

MƏRKƏZİMİZİN NAZİRLƏR KABİNETİNƏ NİKAH MÜQAVİLƏSİ İLƏ BAĞLI TƏKLİFİ

Ölkəmizdə uğurla həyata keçirilən islahatlar, hüquqi-demokratik dövlət quruculuğu prosesində əldə olunan nailiyyətlər, cəmiyyətimizin hər bir üzvünün intellektual səviyyəsinin yüksəlməsi, ölkəmizin sivil dünya birliyinə qovuşması sosial institutların inkişafına da həm zəmin yaradır, həm də zəruri edir. Son illərdə Azərbaycan cəmiyyətində nikah müqaviləsinə dair müzakirələr aparılır, bu sosial institutun məcburi formalaşmasına dair tək