CİNAYƏT MƏCƏLLƏSİNİN 16.3-CÜ MADDƏSİ İLƏ BAĞLI MƏRKƏZİMİZ TƏRƏFİNDƏN TƏKLİFLƏR GÖNDƏRİLMİŞDİR

Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman)
Elmira xanım Süleymanovaya

Mövzu: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilməsinə dair

Hörmətli Elmira xanım!
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM adlandırılacaq) 16.3-cü maddəsində göstərilmişdir ki, əvvəllər törətdiyi cinayətə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad olunmuş, yaxud məhkumluğu götürülmüş və ya ödənilmişÂ  şəxs tərəfindən həmin cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir.
Bu maddədə məhkum edilmiş, cəzasını çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər nəzərdə tutulmadığından bu gün istintaq orqanları və məhkəmələr tərəfindən cinayətin təkrar törədilməsi iki anlamda qəbul və tətbiq edilir.
Birinci anlamda CM-nin 16.1-16.2-ci maddəsində nəzərdə tutulan təkrarlıq, yəni bir neçə (Məcəllənin eyni bir maddəsi və ya müxtəlif maddələri ilə) cinayət törədilməsində təqsirli bilinən şəxs onlardan heç birinə görə məhkum edilmədikdə;
İkinci anlamda CM-nin 16.3-cü maddəsinin təfsiri baxımından nəzərdə tutulan təkrarlıq, yəni əvvəllər cinayət törətmiş, cəzasını çəkmiş, lakin yeni cinayət etdiyi vaxta məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən eyni maddə ilə törətdiyi cinayət nəticəsində yaranan təkrarlıq.
Bu gün istər istintaq orqanları tərəfindən, istərsə də məhkəmələr tərəfindən cinayətin təkrar törədilməsi yuxarıda göstərilən hallar üzrə tətbiq edilir. Hətta “Məhkəmələr tərəfindən cinayət qəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 â„–-li qərarının 13-cü bəndində cinayətin təkrar törədilməsinin iki anlamda tətbiq edildiyi öz əksini tapmışdır.
Hörmətli Elmira xanım!
Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinin 3-cü hissəsinin göstərişindən belə bir məntiqi nəticə çıxır ki, şəxs törətdiyi cinayətə görə məhkum edilirsə və məhkumluğu ödənilməmiş və götürülməmişdirsə, yenidən eyni cinayəti törədirsə, onun məsuliyyəti cinayətin təkrar törədilməsinə görə yaranır və həll edilir.
Qanunun bu mövqeyi aşağıdakı səbəblərə görə məqbul sayıla bilməz:
Əvvəla CM-nin 16.3-cü maddəsinin belə tətbiqi CM-nin 18-ci maddəsində anlayışı verilən residivliklə təkrarlıq arasında sərhədi aradan qaldırır;
İkincisi  yuxarıda göstərilən kimi bu yanaşma şəxsin mühakimə edildiyi və cəza çəkmiş olduğu əmələ görə yenidən cavabdehliyini müəyyən edir. Məsələn, dələduzluq, oğurluq, mənimsəmə və ya istifadəetmə və s. üstündə məhkum edilən (CM-nin 177.1, 178.1, 179.1-ci maddələri və s.) və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs(lər) az sonra yenidən eyni cinayətə  (oğurluq, dələduzluq və s.) yol verir. Belə vəziyyətdə şəxsin əməli təkrar oğurluq, təkrar dələduzluq və s. kimi cinayətə görə (177.2.2, 178.2.2 və s.) tövsif ediləcəkdir (yuxarıda göstərildiyi kimi təcrübə bu yolla gedir). Bu halda şəxsin əvvəl törətdiyi və məhkum olunduğu (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda ) cinayətə görə faktiki olaraq ikinci dəfə mühakimə edilməsinə yol verilir. Belə tövsif isə “təkrar” cinayətlə  “residiv” cinayət arasındakı fərqi aradan qaldırır.
Məsələnin bu qaydada həlli Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindəki “bir cinayətə görə təkrar məhkum  etməyə yol verilməməsi” müddəasına ziddir.
Hesab edirik ki, təkrar törədilən cinayətlərin iki növü – eyni cinayətlərin törədilməsindən yaranan təkrarlıq  (CM-nin 16.1-ci maddəsi) və müxtəlif cinayətlərin törədilməsindən yaranan təkrarlıq (CM-nin 16.2-ci maddəsi) nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsi bir cinayətə görə təkrar məhkum etməyə yol verildiyindən bu maddənin Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilməlidir.
Qeyd edilməlidir ki, məhkum olunmuş şəxsin həmin cinayəti yenidən törətməsi ona cəza təyin edilərkən ağırlaşdırıcı hal kimi nəzərə alınır.
Ümid edirik ki, insan hüquq və azadlıqları, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin tələbi baxımından irəli sürdüyümüz təklifi diqqətlə araşdırıb, səlahiyyətiniz daxilində müvafiq tədbirlər görəcəksiniz.

Hörmətlə,
Mərkəzin sədri Natiq Abdullayev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Azərbaycan Respublikası Milli Məclisin deputatı Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin Sədri
Cənab Əli Hüseynova

Hörmətli Əli müəllim!

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM adlandırılacaq) 16.3-cü maddəsində göstərilmişdir ki, əvvəllər törətdiyi cinayətə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad olunmuş, yaxud məhkumluğu götürülmüş və ya ödənilmişÂ  şəxs tərəfindən həmin cinayətin yenidən törədilməsi cinayətin təkrar törədilməsi hesab edilmir.
Bu maddədə məhkum edilmiş, cəzasını çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər nəzərdə tutulmadığından bu gün istintaq orqanları və məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-nin aşağıda qeyd edilən və digər maddələri üzrə cinayətin təkrar törədilməsi iki anlamda tətbiq edilir.
Birinci anlamda CM-nin 16.1-16.2-ci maddəsində nəzərdə tutulan təkrarlıq, yəni bir neçə (Məcəllənin eyni bir maddəsi və ya müxtəlif maddələri ilə) cinayət törədilməsində təqsirli bilinən şəxs onlardan heç birinə görə məhkum edilmədikdə;
İkinci anlamda CM-nin 16.3-cü maddəsinin təfsiri baxımından nəzərdə tutulan təkrarlıq, yəni əvvəllər cinayət törətmiş, cəzasını çəkmiş, lakin yeni cinayət etdiyi vaxta məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən eyni maddə ilə törətdiyi cinayət nəticəsində yaranan təkrarlıq.
Bu gün istər istintaq orqanları tərəfindən, istərsə də məhkəmələr tərəfindən cinayətin təkrar törədilməsi yuxarıda göstərilən hallar üzrə tətbiq edilir. Hətta “Məhkəmələr tərəfindən cinayət qəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 â„–-li qərarının 13-cü bəndində cinayətin təkrar törədilməsinin iki anlamda tətbiq edildiyi öz əksini tapmışdır.
Hörmətli Əli müəllim!
Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinin 3-cü hissəsinin göstərişindən belə bir nəticə çıxır ki, şəxs törətdiyi cinayətə görə məhkum edilirsə və məhkumluğu ödənilməmiş və götürülməmişdirsə, yenidən eyni cinayəti törədirsə, onun məsuliyyəti cinayətin təkrar törədilməsinə görə yaranır və həll edilir.
Qanunun bu mövqeyi aşağıdakı səbəblərə görə məqbul sayıla bilməz:
Əvvəla CM-nin 16.3-cü maddəsinin belə tətbiqi CM-nin 18-ci maddəsində anlayışı verilən residivliklə təkrarlıq arasında sərhədi aradan qaldırır;
İkincisi  yuxarıda göstərilən kimi bu yanaşma şəxsin mühakimə edildiyi və cəza çəkmiş olduğu əmələ görə yenidən cavabdehliyini müəyyən edir. Məsələn, dələduzluq, oğurluq, mənimsəmə və ya israfetmə və s. üstündə məhkum edilən (CM-nin 177.1, 178.1, 179.1-ci maddələri və s.) və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs(lər) az sonra yenidən eyni cinayətə  (oğurluq, dələduzluq və s.) yol verir. Belə vəziyyətdə şəxsin əməli təkrar oğurluq, təkrar dələduzluq və s. kimi cinayətə görə (177.2.2, 178.2.2 və s.) tövsif ediləcəkdir (yuxarıda göstərildiyi kimi təcrübə bu yolla gedir). Bu halda şəxsin əvvəl törətdiyi və məhkum olunduğu (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda ) cinayətə görə faktiki olaraq ikinci dəfə mühakimə edilməsinə yol verilir. Belə tövsif isə “təkrar” cinayətlə  “residiv” cinayət arasındakı fərqi aradan qaldırır.
Məsələnin bu qaydada həlli Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindəki “bir cinayətə görə təkrar məhkum  etməyə yol verilməməsi” müddəasına ziddir.
Hesab edirik ki, təkrar törədilən cinayətlərin iki növü – eyni cinayətlərin törədilməsindən yaranan təkrarlıq  (CM-nin 16.1-ci maddəsi) və müxtəlif cinayətlərin törədilməsindən yaranan təkrarlıq (CM-nin 16.2-ci maddəsi) nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsi təkmilləşdirilməli bir cinayətə görə təkrar məhkum etməyə yol verilməsinə və beləliklə də Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsində zidd olan CM-nin 16.3-cü maddəsi aşağıdakı redaksiyada verilməlidir.
“Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən həmin cinayətin yenidən törədilməsi cinayətin təkrar törədilməsi hesab edilmir”.
Qeyd edilməlidir ki, məhkum olunmuş şəxsin həmin cinayəti yenidən törətməsi ona cəza təyin edilərkən ağırlaşdırıcı hal kimi nəzərə alınır.
Ümid edirik ki, insan hüquq və azadlıqları, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin tələbi baxımından irəli sürdüyümüz təklifi diqqətlə araşdırıb, səlahiyyətiniz daxilində müvafiq tədbirlər görəcəksiniz.

Hörmətlə,
Mərkəzin sədri Natiq Abdullayev

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri Şöbəsinin müdiri
Cənab Şahin Əliyevə

Hörmətli Şahin müəllim!

Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin Sədri Cənab Əli Hüseynova

Hörmətli Əli müəllim!
Son vaxtlar avtoxuliqanlığa qarşı mübarizənin gücləndirilməsi, o cümlədən  avtoxuliqanlığın cinayət əməli kimi müəyyən edilib cəzalandırılması barədə təkliflər daha da aktuallaşmışdır.
Avtoxuliqanlığa qarşı mübarizədə fəal iştirak etmək bizim Mərkəzin də əsas fəaliyyətlərdən biridir.
Bu məsələ ilə bağlı bizdə öz təkliflərimizi Sizə göndərməyi məqsədəmüvafiq hesab edirik.
Məlumunuzdur ki, Azərbaycan Respublikasının 06 noyabr 2007-ci il tarixli (dərci 25 noyabr 2007-ci il, “Azərbaycan” qəzeti) və Azərbaycan Respublikasının 16 may 2008-ci il tarixli qanunları ilə (dərci 07 iyun 2008-ci il, “Azərbaycan” qəzeti) İnzibati Xətalar Məcəlləsinə “Avtoxuliqanlıq” adlanan 296.1-ci maddə əlavə edilməklə, sonradan bu maddəyə müvafiq düzəlişlər edilmişdir.
Azərbaycan Respublikası İXM-nin 296.1-ci maddəsinin dispozisiyasına görə; Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər avtoxuliqanlıq adlanan inzibati xətanın tərkibini yaradır.
Hörmətli Əli müəllim!
Məlumunuzdur ki, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində təsbit edilən xuliqanlıq cinayətinin tərkibini yaradır.
Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində ehtiva olunan xuliqanlığın obyektiv cəhətlərindən biri aşağıdakı əlamətlərə malik olan qərəzli hərəkətlərdən ibarətdir - bu hərəkətlər ictimai qaydanı kobud şəkildə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməlidir.
Eyni ilə Azərbaycan Respublikası İXM-nin 296.1-ci maddəsində təsbit edilən avtoxuliqanlıq inzibatı xətasının obyektiv cəhətinin əlamətləri bu hərəkətlərin ictimai qaydanın və əhalinin dincliyinin nümayişkəranə şəkildə pozulması və bu hərəkətlərin cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə xarakterizə edilir.
Hörmətli Əli müəllim!
Yuxarıda istinad edilənlərə əsasən belə nəticəyə gəlinir ki, ictimai qayda kobud şəkildə pozulursa, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməklə özgənin əmlakı məhv edilirsə, yaxud zədələnirsə bu əməl cinayət qanunu ilə cinayət əməli kimi tövsif edilərək cəzalandırılır.
Amma, nəqliyyat vasitəsilə ictimai qayda, əhalinin dincliyi nümayişkaranə şəkildə pozulursa cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməklə, özgənin əmlakı zədələnməsi və ya məhv edilməsi nəqliyyat vasitəsinin sürücüsü tərəfindən qərəzli olaraq törədilirsə bu zaman bu əməli törətmiş şəxs cinayət qanunu ilə deyil, inzibati qaydada məsuliyyətə cəlb edilir və inzibati icraat qaydasında cəzalandırılır. Belə çıxır ki, avtoxuliqanlığa qarşı mübarizəni gücləndirmək əvəzinə əslində nəqliyyat vasitəsindən cinayətin törədilməsində predmet kimi istifadə edən şəxslərin (xuliqanların) hərəkətlərini daha aşağı məsuliyyət növü olan inzibati məsuliyyətlə cəzalandırılmasına hüquqi əsas yaradılıb.
Göründüyü kimi cəza sərtləşdirilmək əvəzinə daha da yüngülləşdirilib.
Hesab edirik ki, cinayət qanununda ehtiva edilən ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi və bu əməl nəticəsində əmlakın məhv edilməsi və ya zədələnməsi cinayət əməli kimi təsbit edildiyindən bu əməlləri nəqliyyat vasitəsi ilə törədən şəxslərin əməlləri inzibati qaydada deyil, cinayət icraatı qaydasında cəzalandırılmalı və bu zaman cinayətin törədilməsində predmet kimi istifadə edilən nəqliyyat vasitəsi isə cinayətin predmeti kimi müsadirənin obyekti olmalıdır.
Bunun üçün isə əlavə norma yaratmağa heç bir zərurət yoxdur. Çünki, artıq Cinayət Məcəlləsində “xuliqanlıq” adlanan 221-ci maddə mövcuddur. Nə ilə, o cümlədən nəqliyyat vasitəsilə törədilməsindən asılı olmayaraq ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə nəticələnən qərəzli hərəkətlər cinayət hesab edilir.
Nəqliyyat vasitəsindən predmet kimi istifadə edən şəxslərin (yəni avtoxuliqanların) bu əməlləri hüquq mühafizə orqanları tərəfindən xuliqanlıq kimi tövsif edilib cəzalandırılmamasına bu gün hüquqi əsası vaxtı ilə Azərbaycan Respublikası İXM-nə əlavə edilmiş 296.1-ci maddə yaradır.
Hesab edirik ki, İnzibati Xətalar Məcəlləsində təsbit edilən (maddə 296.1) xırda xuliqanlıqla Azərbaycan Respublikası CM-də təsbit edilən (maddə 221) xuliqanlıq cinayətinin dispozisiyasında əks edildiyi kimi xuliqanlıq əməlləri fərqləndiyi kimi Azərbaycan Respublikası İXM-nin 296.1-ci maddəsində ehtiva edilən avtoxuliqanlıqla, CM-də təsbit edilən xuliqanlıq cinayətinin dispozitiv əlamətləri fərqləndirilməlidir.
Belə ki, nəqliyyat vasitəsi sürücü tərəfindən, nəqliyyat vasitəsilə törədilməsindən asılı olmayaraq ictimai qaydanın, əhalinin dincliyinin nümayişkaranə şəkildə cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməklə özgənin əmlakın məhv edilməsi və ya zədələnməsi ilə nəticələnən qərəzli hərəkətlər Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində təsbit edilən cinayət əməlinin tərkibini yaradır və bu zaman hətta nəqliyyat vasitəsi cinayətin predmeti kimi müsadirənin obyekti olur.
Bu əməllər yalnız o vaxtı inzibatı məsuliyyətə səbəb ola bilər ki, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanın, əhalinin dincliyinin pozulmasına yol verilməməklə, onun hərəkətində cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllər mövcud olmur, lakin sürücü tərəfindən nəinki yol hərəkəti qaydaları, hətta nəqliyyat vasitəsinin istismarı qaydaları müxtəlif üsullarla davamlı olaraq qərəzli hərəkətlərlə pozulur.
Hesab edirik ki, Azərbaycan Respublikası İXM-nin 296.1-ci maddəsi yuxarıda qeyd etdiyimiz dispozisiyada verilərsə nəqliyyat vasitəsinin sürücüsü tərəfindən, nəqliyyat vasitəsindən istifadə etməklə ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli əmlakın məhv edilməsi və ya zədələnməsi ilə nəticələnən hərəkətlər cinayət məsuliyyətinə əsas yaradar və bu da avtoxuliqanlığa qarşı əhəmiyyətli hüquqi mübarizə mexanizminin yaradılmasına səbəb olar.
Hörmətli Əli müəllim!
Ümid edirik ki, təklifimizi diqqətlə araşdırıb səlahiyyətiniz daxilində müvafiq tədbirlər görəcəksiniz.

Gündəlik