NİKAHA MÜQAVİLƏSİNİN TƏKLİF OLUNAN FORMASI

NİKAHA MÜQAVİLƏSİNİN TƏKLİF OLUNAN FORMASI

NİKAH MÜQAVİLƏSİNİN TƏKLİF OLUNAN FORMASI

NİKAHA MÜQAVİLƏSİNİN TƏKLİF OLUNAN FORMASI

HİYM-ə son günlər Nikah Müqaviləsinin necə tərtib olunması ilə bağlı xeyli müraciət daxil olmuşdur. Bununla bağlı mütəxəssislərimizin hazırladıqları nikaha daxil olarkən və nikahda olan vətəndaşların bağladıqları nikah müqaviləsinin nümunəvi formalarınıı təqdim edirik.

Nikaha daxil olarkən bağlanan nikah müqaviləsinin nümunəvi forması

N İ K A H                M Ü Q A V İ L Ə S İ


______ şəhəri                                                                                                                                  » _____ 20__-c_ il


Bir tərəfdən, Azərbaycan Respublikası vətəndaşı ______________________, digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı __________________________, (bundan sonra ər-arvad adlandırılacaqlar) könüllü və qarşılıqlı razılıq əsasında nikaha daxil olarkən istər nikah müddətində, istərsə də nikahın pozulması hallarında qarşılıqlı əmlak hüquq və vəzifələrinin tənzimlənməsi məqsədi ilə aşağıdakılar haqqında bu nikah müqaviləsini imzaladılar:

1.  Müqavilənin predmeti:

1.1  Ər-arvad razılığa gəlirlər ki, kimin gəlirləri hesabına əldə edilməsindən asılı olmayaraq, ər-arvad tərəfindən birgə nikah dövründə əldə edilmiş bütün əmlaklar üzərində onların birgə mülkiyyət hüquqları müəyyən edilir. Hazırki müqavilədə və ya bu müqaviləyə olan əlavələrdə xüsusi ilə qeyd edilmiş ayrı-ayrı əmlak növləri üzərində digər hüquqi rejim tətbiq oluna bilər.
1.2  Ər-arvadın hər birinə nikaha daxil olmamışdan əvvəl məxsus olan əmlak, eləcə də nikah dövründə onların biri tərəfindən hədiyyə şəkilində və ya vərəsəli qaydasında, həmçinin digər əvəzsiz əqd üzrə əldə edilmiş əmlak hər birinin ayrıca mülkiyyəti hesab olunur.
1.3 Hazırki müqavilə bağlanan anda vət. ____________________________ aşağıdakı əmlaklar məxsusdur:
- Mənzil, ümumi sahəsi _____ kv. metr olan, __________________________ ünvanda yerləşən;
- Avtomobil, _________ markalı, ___________ mühərrik nömrəli, _______ ban nömrəli, _________ şassi nömrəli, ___________ dövlət nömrə nişanlı, ____________ şəhər DYPİ-də qeydiyyatda olan;
-  Mebel əşyaları, müqaviləyə əlavə edilmiş siyahıda göstərilən;
-  Qızıl və gümüş əşyalar, eləcə də qiymətli və yarıqiymətli daşlardan hazırlanmış ziynət əşyaları, müqaviləyə əlavə edilmiş siyahıda göstərilən;
-  Avtomobil üçün qaraj, _____________________________ ünvanda yerləşən.

Vət._________________________ müqavilə bağlanan anda aşağıdakı əmlaklar məxsusdur:
-  Mənzil, ümumi sahəsi _____ kv. metr olan, __________________________ ünvanda yerləşən;
-  Avtomobil, _________ markalı, ___________ mühərrik nömrəli, _______ ban nömrəli, _________ şassi nömrəli, ___________ dövlət nömrə nişanlı, ____________ şəhər DYPİ-də qeydiyyatda olan;
-  Mebel əşyaları, müqaviləyə əlavə edilmiş siyahıda göstərilən;
-  Qızıl və gümüş əşyalar, eləcə də qiymətli və yarıqiymətli daşlardan hazırlanmış ziynət əşyaları, müqaviləyə əlavə edilmiş siyahıda göstərilən;
-  Avtomobil üçün qaraj, _____________________________ ünvanda yerləşən.

1.4  Birgə nikah dövründə əldə edilmiş əmlaklara ər-arvadın hər birinin əmək, sahibkarlıq və ya intelektual (əqli) fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri aiddir.
1.5  Birgə nikah dövründə ev təsərrüfatı idarə etdiyinə, uşaqlara qulluq etdiyinə və ya digər üzürlü səbəblərə görə müstəqil gəlir əldə etməyən ərin (arvadın) da birgə ümumi əmlak üzərində bərabər hüquqları vardır.
1.6  Qiymətli əşyalar və digər dəyərli əmlaklar istisna olmaqla, səxsi istifadə əşyaları (paltar, ayaqqabı və sair) birgə nikah dövründə ümumi gəlir hesabına əldə edilmiş olsa belə onların üzərində bu əşyaları istifadə edən ər (arvadın) hüquqları tanınır.
1.7  Xüsusi təyinatlı gəlirlər (maddi yardımın məbləği, şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ) üzərində onların ödənildiyi ər (arvadın) hüquqları tanınır.
1.8  Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın ümumi əmlak üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlak üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ərin (arvadın) tələbinə ilə məhkəmə tərəfindən etibarsız hesab oluna bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlərin bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, o, əqdin həyata keçirildiyindənq xəbər tutduğu və ya xəbər tutmaq imkanı olduğu gündən 1 il ərzində həmin əqdin etibarsız sayılmasını tələb etmək hüququna malikdir.
1.9  Birgə nikah dövründə istənilən zaman ər-arvad qarşılıqlı razılaşma əsasında hazırki müqavilə ilə müəyyən edilmiş birgə mülkiyyət rejimini dəyişə bilərlər.

2.  Ər-arvadın hüquq və vəzifələri:


2.1  Hər bir ər (arvad) birgə mülkiyyətdə və digər ər (arvadın) mülkiyyətində olan əmlaklara tələb olunan qayğı göstərməyə, əmlakların məhv olması və zədələnməsinin, eləcə də məhv olması və zədələnməsi təhlükəsinin qarşısının alınması üçün tələb olunan bütün tədbirləri görməyə, o cümlədən bu məqsədlə istər ümumi gəlirlər, istərsə də digər gəlirlər hesabına tələb olunan xərcləri ödəməyə borcludur. Hər bir ər (arvad) istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra digər ərin (arvadın) bu müqavilə və qanunvericiliklə müəyyən edilmiş hüquq və qanuni mənafelərini qorumalıdır.
2.2  Ər-arvad təhlükəli müqavilələrin bağlanmasından çəkinməyə borcludurlar. Təhlükəli müqavilələr dedikdə, öhdəliklərin yerinə yetirilməməsi nəticəsində birgə mülkiyyətin əsaslı hissəsinin itirilməsinə və ya ər-arvadın gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola biləcək hallar nəzərdə tutulur.
2.3 Ər (arvaddan) hər biri digər ər (arvadın) mülkiyyətində olmaqla nikahdan əvvəl əldə edilmiş əmlaklardan təyinatı üzrə istifadə etmək hüququna malikdir.
2.4  Ər (arvaddan) hər biri birgə nikah dövründə mülkiyyətində olmaqla nikahdan əvvəl əldə edilmiş əmlak üzərində öz istədiyi kimi sərəncam vermək hüququna malikdir. Lakin, bu zaman əldə olunan bütün gəlirlər ər-arvadın birgə mülkiyyəti hesab olunur.
2.5  Ər (arvaddan) hər biri öz kreditorunu (kreditorlarını) hazırki nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə məlumatlandırmağa borcludur.
2.6  Nikah pozulduğu təqdirdə ər (arvadın) mülkiyyətində olmaqla nikahdan əvvəl əldə edilmiş əmlaklar bölünməli olan əmlakın kütləsinə daxil edilmir.
2.7 Nikah pozulduğu təqdirdə birgə əmlak ər-arvad arasında bərabər paylarla bölünür.

3. Ər-arvadın məsuliyyəti:

3.1  Ər-arvaddan hər biri öz üzərinə götürdüyü öhdəliklərə görə kreditorlar qarşısında özünə məxsus olan əmlak həddində məsuliyyət daşıyır. Bu əmlak kreditorun tələblərinin ödənilməsinə kifayət etmədikdə kreditor tələbin ödənilməsi üçün borclu ər (arvadın) birgə mülkiyyətində olan əmlakdan ona məxsus olan hissəsinin ayrılmasını və bu hissəyə tələbin yönəldilməsini tələb edə bilər.
3.2  Ər (arvad) onun razılığı olmadan digər ər (arvad) tərəfindən bağlanmış əqdlərə görə məsuliyyət daşımır.
3.3  Birgə mülkiyyətə tələb yalnız ər (arvadın) ümumi öhdəliyi olduğu hallarda yönələ bilər. Bu əmlak kifayət etmədikdə ər-arvad qeyd olunan öhdəliyə görə özlərinin şəxsi əmlakları ilə bərabər məsuliyyət daşıyırlar.
3.4  Ər-arvadın yetginlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə onların məsuliyyəti mülki qanunvericiliklə müəyyən edilir.

4. Müqavilənin qüvvəyə minməsi, dəyişdirilməsi və ləğv edilməsi:

4.1 Bu müqavilə ər-arvad arasında nikah dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
4.2 Bu müqavilənin notariat qaydasında təsdiqlənməsi tələb olunur.
4.3  Müqavilənin hüquqi qüvvəsi ər-arvad arasında nikahın pozulmasına dair dövlət qeydiyyatı aparıldığı an dayandırılır.
4.4 Ər-arvad istənilən vaxt bu müqaviləyə əlavə və dəyişiklik etmək hüququna malikdir. Bu müqaviləni icra etməkdən birtərəfli qaydada imtina edilməsinə yol verilmir.
4.5 Bu müqavilənin qüvvədə olduğu müddət ərzində ər-arvad arasında yaranmış bütün məsələlər əsasən hamılıqla qəbul edilmiş adət və ənənələrə uyğun həll edilir, əks halda mübahisə məhkəmə qaydasında həll edilir.

5. Tərəflərin imzaları:


Vət. ____________________________ Şəxsiyyət vəsiqəsi: ________ seriyalı, ______ nömrəli, _______ tarixdə ____________________________ tərəfindən verilmiş, ünvan: ___________________________________________________________________


_______________
(imza)



Vət. ____________________________ Şəxsiyyət vəsiqəsi: ________ seriyalı, ______ nömrəli, _______ tarixdə ____________________________ tərəfindən verilmiş, ünvan: ___________________________________________________________________


_______________
(imza)

Nikahda olan vətəndaşların bağladıqları nikah müqaviləsinin nümunəvi forması

N İ K A H  M Ü Q A V İ L Ə S İ

______ şəhəri                   » _____ 20__-c_ il


Bir tərəfdən, bundan sonra «ər» adlandırılan Azərbaycan Respublikası vətəndaşı ______________________________, digər tərəfdən, bundan sonra «arvad» adlandırılan Azərbaycan Respublikasının vətəndaşı ________________________________ (bundan sonra tərəflər adlandırılacaq) könüllü və qarşılıqlı razılıq əsasında nikaha daxil olarkən istər nikah müddətində, istərsə də nikahın pozulması hallarında qarşılıqlı əmlak hüquq və vəzifələrinin tənzimlənməsi məqsədi ilə aşağıdakılar haqqında bu nikah müqaviləsini imzaladılar:

3.Müqavilənin predmeti:

1.10 Tərəflər razılığa gəlirlər ki, kimin gəlirləri hesabına əldə edilməsindən asılı olmayaraq, ər-arvad tərəfindən birgə nikah dövründə əldə edilmiş bütün əmlaklar (bu müqavilə ilə müəyyən edilmiş istisnalar nəzərə alınmaqla) üzərində ərin mülkiyyət hüququ, arvadın isə istifadə hüququ müəyyən edilir. Hazırki müqavilədə və ya bu müqaviləyə olan əlavələrdə xüsusi ilə qeyd edilmiş ayrı-ayrı əmlak növləri üzərində digər hüquqi rejim tətbiq oluna bilər.
1.11  Tərəflərin hər birinə nikaha daxil olmamışdan əvvəl məxsus olan əmlak, eləcə də nikah dövründə onların biri tərəfindən hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, həmçinin digər əvəzsiz əqd üzrə əldə edilmiş əmlak hər birinin ayrıca mülkiyyəti hesab olunur.
1.12 Birgə nikah dövründə əldə edilmiş əmlaklara tərəflərin hər birinin əmək, sahibkarlıq və ya intelektual (əqli) fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri aiddir.
1.13 Qiymətli əşyalar və digər dəyərli əmlaklar istisna olmaqla, səxsi istifadə əşyaları (paltar, ayaqqabı və sair) birgə nikah dövründə ümumi gəlir hesabına əldə edilmiş olsa belə onların üzərində bu əşyaları istifadə edən tərəfin hüquqları tanınır.
1.14  Xüsusi təyinatlı gəlirlər (maddi yardımın məbləği, şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ) üzərində onların ödənildiyi tərəfin hüquqları tanınır.
1.15  Tərəflərin ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Tərəflərin ümumi əmlak üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Tərəflərdən biri digərinin razılığı olmadan əmlak üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan tərəfin tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab oluna bilər. Tərəflərdən birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlərin bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Tərəflərdən birinin bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, o, əqdin həyata keçirildiyindən xəbər tutduğu və ya xəbər tutmaq imkanı olduğu gündən 1 il ərzində həmin əqdin etibarsız sayılmasını tələb etmək hüququna malikdir.
1.16  Birgə nikah dövründə istənilən zaman ər-arvad qarşılıqlı razılaşma əsasında hazırki müqavilə ilə müəyyən edilmiş birgə mülkiyyət rejimini dəyişə bilərlər.


4. Ər-arvadın hüquq və vəzifələri:

2.1  Hər bir tərəf birgə mülkiyyətdə və digər tərəfin mülkiyyətində olan əmlaklara tələb olunan qayğı göstərməyə, əmlakların məhv olması və zədələnməsinin, eləcə də məhv olması və zədələnməsi təhlükəsinin qarşısının alınması üçün tələb olunan bütün tədbirləri görməyə, o cümlədən bu məqsədlə istər ümumi gəlirlər, istərsə də digər gəlirlər hesabına tələb olunan xərcləri ödəməyə borcludur. Hər bir tərəf istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra digər ərin (arvadın) bu müqavilə və qanunvericiliklə müəyyən edilmiş hüquq və qanuni mənafelərini qorumalıdır.
2.8  Tərəflər təhlükəli müqavilələrin bağlanmasından çəkinməyə borcludurlar. Təhlükəli müqavilələr dedikdə, öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmlakın əsaslı hissəsinin itirilməsinə və ya tərəflərin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola biləcək hallar nəzərdə tutulur.
2.9  Tərəflərdən hər biri digər tərəfin mülkiyyətində olmaqla nikahdan əvvəl əldə edilmiş əmlaklardan təyinatı üzrə istifadə etmək hüququna malikdir.
2.10  Tərəflərdən hər biri birgə nikah dövründə mülkiyyətində olmaqla nikahdan əvvəl əldə edilmiş əmlak üzərində öz istədiyi kimi sərəncam vermək hüququna malikdir.
2.11  Tərəflərdən hər biri öz kreditorunu (kreditorlarını) hazırki nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə məlumatlandırmağa borcludur.
2.12  Nikah ləğv edildikdə, pozulduqda, etibarsız sayıldıqda və xitam olduqda, eləcə də tərəflərdən hər hansı biri və ya hər ikisi öldükdə və ya məhkəmə qaydasında ölmüş elan edilidkdə birgə nikah dövründə və ondan əvvəl əldə edilmiş bütün əmlaklar (hər hansı bir istisna olmadan) tərəflərin birgə nikahından doğulmuş ________________ mülkiyyətinə keçir.
2.13  Nikah ləğv edildikdə, pozulduqda, etibarsız sayıldıqda və xitam olduqda ___________________ birgə nikah dövründə və ondan əvvəl əldə edilmiş bütün əmlaklardan yalnız onun pasport qeydiyyatında olduğu mənzildən istifadə hüquqların saxlanılır, lakin bu mənzilə də mülkiyyət hüququ ______________________________ keçir.
2.14  Bu müqavilənin 2.7 və 2.8-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər hansı biri baş verdikdə və birgə nikah dövründə və ondan əvvəl əldə edilmiş bütün əmlaklar (hər hansı bir istisna olmadan) tərəflərin birgə nikahından doğulmuş _________________ mülkiyyətinə keçdikdən sonra ___________________________ tam fəaliyyəti qabiliyyəti əldə edənədək _________________________ onun üzərində qəyyum təyin ediləcəkdir.
2.15  _____________________________ qəyyum olduğu müddət ərzində __________________________ mülkiyyətində olan bütün əmlakların üzərində sərəncam vermək, yəni onu satmaq, bağışlamaq, dəyişmək, girov (ipoteka) qoymaq və ya hər hansı bir formada özgəninkiləşdirmək, həmçinin bu əmlakdan öz xeyrinə hər hansı bir hərəkət etmək hüququ olmayacaq, bu əmlakdan əldə olunmuş bütün gəlirlər ________________________ ehtiyaclarına sərf olunacaqdır. 

3. Ər-arvadın məsuliyyəti:

3.5 Tərəflərdən hər biri öz üzərinə götürdüyü öhdəliklərə görə kreditorlar qarşısında özünə məxsus olan əmlak həddində məsuliyyət daşıyır.
3.6 Tərəflərdən birinin digərinin razılığı olmadan digər tərəfin bağladığı əqdlərə görə məsuliyyət daşımır.
3.7 Mülkiyyətə tələb yalnız tərəflərin ümumi öhdəliyi olduğu hallarda yönələ bilər. Bu əmlak kifayət etmədikdə tərəflər qeyd olunan öhdəliyə görə özlərinin şəxsi əmlakları ilə məsuliyyət daşıyırlar.
3.8 Tərəflərin birgə nikahından doğulmuş yetginlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə onların məsuliyyəti mülki qanunvericiliklə müəyyən edilir.



4. Müqavilənin qüvvəyə minməsi, dəyişdirilməsi və ləğv edilməsi:

4.6  Bu müqavilə imzalandığı andan qüvvəyə minir.
4.7  Bu müqavilənin notariat qaydasında təsdiqlənməsi tələb olunur.
4.8  Tərəflər istənilən vaxt bu müqaviləyə əlavə və dəyişiklik etmək hüququna malikdir. Bu müqaviləni icra etməkdən birtərəfli qaydada imtina edilməsinə yol verilmir.
4.9  Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anında nikah müqaviləsinə də xitam verilir.
4.10 Bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yaranmış bütün məsələlər əsasən hamılıqla qəbul edilmiş adət və ənənələrə uyğun həll edilir, əks halda mübahisə məhkəmə qaydasında həll edilir.
4.11  Bu nikah kontraktı iki nüsxədə tərtib edilmiş və hər bir nüsxə tərəflərə verilir.

5. Tərəflərin imzaları:

Vət. ____________________________ Şəxsiyyət vəsiqəsi: ________ seriyalı, ______ nömrəli, _______ tarixdə ____________________________ tərəfindən verilmiş, ünvan: ___________________________________________________________________

_______________
(imza)
Vət. ____________________________ Şəxsiyyət vəsiqəsi: ________ seriyalı, ______ nömrəli, _______ tarixdə ____________________________ tərəfindən verilmiş, ünvan: ___________________________________________________________________

_______________
(imza)

Gündəlik