Tikinti Məcəlləsi”nin layihəsinə dair Təklif

Tikinti Məcəlləsi”nin layihəsinə dair Təklif

“Tikinti Məcəlləsi”nin layihəsinə dair
Təklif

1) Layihə “Tikinti Məcəlləsi” adlandırılsada Məcəllələr üçün xarakterik xüsusatlara malik deyildir.
Hesab edirik ki, tikintiyə aid qanunvericilik aktları və digər normativ hüquqi aktları unifikasiya edən vahid bir Məcəllənin qəbul olunması daha məqsədə müvafiq olardı.
Halbuki, təklif edilən Məcəllə tikintiyə aid normativ aktları unifikasiya edən vahid Məcəllə olmaq əvəzinə hətta bu Məcəllənin qəbulu tikintiyə aid digər normativ aktların qəbuluna zəmin yaradır.
Qeyd: Məcəllələşdirmə - qanunvericiliyin sistemləşdirilməsinin hüquqyaratma xarakteri daşıyan ən mürəkkəb və təkmil formasıdır. Onun köməyi ilə vahid hüquq və məntiq baxımından bütöv, daxilən uzlaşmış normativ-hüquqi akt yaradılır. Normativ hüquqi akt olaraq Məcəllənin əsas üstünlüklərindən biri odur ki, bu toplu aktdır, çünki onun tərkibində əvvəllər müxtəlif aktlarda istifadə olunan, yalnız ictimai münasibətlərin eyni sahəsini tənzimləyən normalar bir yerə cəmlənir.
2) Maddə 12.
Bu maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri dəqiqləşsə daha yaxşı olar.
Belə ki, burada müvafiq icra hakimiyyəti orqanının (bu ya Azərbaycana Respublikası Prezidenti ola bilər, ya da Nazirlər Kabineti) səlahiyyətləri əksini tapsa daha yaxşı olar.
Maddənin 12.0.16, 12.0.18, 12.0.22-ci maddələrini dəqiqləşdirməklə buna nail olmaq olar.
Belə ki, 12.0.16 və 12.0.18-ci maddələrə müvafiq olaraq “üçün qaydaları təsdiq etmək” və “üçün müvafiq qaydaları müəyyən etmək” sözləri əlavə edilərsə daha yaxşı olar.
12.0.22-ci bəndə yenidən baxmaq lazımdır çünki şəxsləri cinayət məsuliyyətə cəlb etmək Prokurorluq orqanlarının vəzifəsidir. Bu maddədə məsuliyyət məsələsinə aydınlıq gətirilməlidir.
Konstitusiyanın 133-cü maddəsinə əsasən Prokurorluq məhkəmə hakimiyyətinə aid edilmişdir. Yəni Prokurorluq müvafiq icra hakimiyyəti hesab edilmir.
Maddə 13.
13.0.1-ci maddənin sonuna “və təsdiq etmək” sözündən sonra “üçün aidiyyəti orqana göndərmək” sözləri yazılarsa daha düzgün olar.
Maddə 23.
23.4.3-ci maddədə “mövcud bina və digər tikililərdən azad edilməsini” “tikinti sahəsində yaşayan insanların və ya fəaliyyət göstərən tikintilərin köçürülməsini” sözlərinə yenidən baxmaq lazımdır. Əgər tikinti sahəsi ərazində insanlar öz şəxsi evlərində yaşayırlarsa və ya təşkilatlar öz xüsusi qeyri yaşayış sahələrində yerləşmişdirsə, bu halda onların həmin ərazidən köçürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası MM-nə görə dövlət ehtiyacları üçün xüsusi mülkiyyətin sökülməsinə zərurət yarandıqda bunu Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirməlidir. Digər tərəfdən şəxsin xüsusi mülkiyyətinin alınması dövlət ehtiyacları üçün olmalıdır. Lakin bu maddədə bu hüquqlar tikintinin sifarişçisinə vəzifə olaraq tapşırılmış və obyektin tikintisinin dövlət ehtiyacları üçün zəruri olduğu göstərilməmişdir.
23.4.7-ci maddəyə əsasən sifarişçi dövlət ekspertizasından keçmiş memarlıq və tikinti layihələrini təsdiq edir.
Hesab edirik ki, bu səlahiyyət müvafiq dövlət orqanının səlahiyyətində ola bilər. Bu səlahiyyət sifarişçinin ola bilməz.
Maddə 28.
bu maddədə xüsusi rejimli obyektlərlə ictimaiyyətin məlumatlandırılması sitisna edilməlidir.
V-fəsil. 29-32-ci maddələr sertifikatın verilməsinin müvafiq icra hakimiyyəti orqanına həvalə edilməsi düzgün deyil. Bu hüquq sertifikatlaşdırma ilə məşğul olan peşəkar beynəlxalq qurumlara verilməlidir. Yəni bu cür sertifikatların beynəlxalq peşəkar qurumlardan alınmasını təşkil etmək lazımdır. Müvafiq icra hakimiyyəti orqanı ixtisas dərəcələrini müəyyən edə və bu dərəcələri verə bilər.
Maddə 36.
36.5-ci maddədə dəqiqləşmə edilməlidir.
“Müvafiq icra hakimiyyəti və ya yerli özünüidarəetmə” sözlərindəki “və ya” ifadəsi qeyri müəyyənliyə səbəb olacaqdır. Maddədə nəzərdə tutulan vəzifə müvafiq icra hakimiyyətinə aiddir.

Gündəlik