Avropa Məhkəməsinin Azərbaycanla bağlı ölkədaxili hüquqi müdafiənin tükənmə anına dair mövqeyi

Avropa Məhkəməsinin Azərbaycanla bağlı ölkədaxili hüquqi müdafiənin tükənmə anına dair mövqeyi

Ölkədaxili hüquqi müdafiə kassasiya kollegiyasının qərarı ilə tükənir
Avropa Məhkəməsinin Azərbaycanla bağlı ölkədaxili

hüquqi müdafiənin tükənmə anına dair mövqeyi

Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaqla onun bir sıra Konvensiyalarına, o cümlədən, «İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında» 1950-ci il Konvensiyasına qoşulmuşdur. Konvensiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Avropa Şurasına üzv olma ərəfəsində – 25 yanvar 2001-ci ildə Strasburqda imzalanmış və 25 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. «Ratifikasiya haqqında» Qanun dövlət başçısı tərəfindən imzalandıqdan sonra 10 mart 2002-ci ildə Milli Məclisin rəsmi orqanı olan «Azərbaycan» qəzetində çap olunmuşdur. Azərbaycan Respublikası tərəfindən İnsan Hüquqları haqqında Konvensiyanın ratifikasiya edilməsilə bağlı sənəd Avropa Şurasının Baş Katibinə təqdim edilmiş və 15 aprel 2002-ci ildə depozitə edilmişdir. Həmin tarixdən etibarən respublikamızın yurisdiksiyası altında olan hər bir şəxsin Avropa İnsan Hüquqları Məhkəməsinə Konvensiya ilə müəyyən edilmiş şərtlər daxilində müraciət etmək hüququ yaranmışdır.

Bundan sonra uzun müddət hüquqşünasları və digər şəxsləri belə bir məsələ maraqlandırırdı: ölkədaxili hüquqi müdafiənin tükənmə anı kassasiya kollegiyasının qərarının qəbul edildiyi tarixdən, yaxud əlavə kassasiya ilə bağlı müvafiq qərarın, ya da əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtinanın verildiyi tarixdən hesablanmalıdır?

Təbii ki, milli qanunvericiliyə istinad edən mütəxəssislər bu məsələ ilə bağlı müxtəlif mövqelər irəli sürürdülər, hər kəs mövqeyini öz arqumentləri ilə əsaslandırmağa çalışırdı. Belə bir vəziyyətdə Avropa Məhkəməsinin məsələyə münasibəti, sözsüz ki, mütəxəssislər və pozulmuş hüquqlarının bərpasına çalışan bütün şəxslər üçün maraqlı olmaqla yanaşı, son dərəcə əhəmiyyətlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Həsən Babayev/Azərbaycana qarşı işlə bağlı qəbul etdiyi 36454/03 â„–-li 24 may 2004-cü il tarixli qərarla Azərbaycanda ölkədaxili hüquqi müdafiənin tükənmə anına dair möyqeyini ifadə etdi. Avropa Məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikasında Avropa Məhkəməsinə şikayət verilməsi üçün ölkədaxili hüquqi müdafiə anı kassasiya kollegiyasının qərarından sonra tükənmiş hesab edilir.

Qeyd edilən qərarda ifadə edilən Avropa Məhkəməsinin mövqeyinin mühüm maraq kəsb etdiyini nəzərə alaraq, sözügedən qərarın məhz həmin mövqeyi ifadə edən hissəsini təqdim edirik:

«…Məhkəmə hesab edir ki, qəbul olunmuş aşağıdakı qərara əsasən iddiaçının istinad etdiyi faktların Konvensiyanın qeyd olunan müddəalarını pozub-pozmadığını həll etmək tələb olunmur. O cümlədən, Konvensiyanın 35(1)-ci maddəsinə uyğun olaraq, məhkəmə ümumi beynəlxalq hüquq normalarına uyğun olaraq bütün səmərəli daxili hüquqi müdafiə vasitələri tükəndikdən və şikayət qəti ölkədaxili qərar qəbul edildikdən sonra 6 ay ərzində göndərildikdə şikayətə baxmaq hüququna malikdir.

Bu məsələ üzrə Məhkəmə iddiaçının Azərbaycanda ali məhkəmə instansiyası qismində Ali Məhkəmənin Plenumunu hesab etdiyini, habelə Ali Məhkəmə sədrinin məhkəmə baxışını təzələməkdən imtina etməsi haqqında 23 aprel 2003-cü il tarixli məktubunu göstərir; bu halda yuxarıda qeyd olunan qəti daxili qərar qismində çıxış edir. Müvafiq olaraq, iddiaçı hesab edir ki, Konvensiyanın 35(1)-ci maddəsində nəzərdə tutulan altı aylıq müddət 23 aprel 2003-cü ildən başlanır.

Məhkəmə xatırladır ki, altı aylıq müddətin hesablanması qəti ölkədaxili qərar qəbul olunduqdan və bütün səmərəli və yararlı daxili hüquqi müdafiə vasitələri tükəndiyi tarixdən başlayır (bax: Bethlen v. Hungaru, no.26692/95), Komissyianın 10 aprel 1997-ci il tarixli qərarı). Lakin ümumi hakimiyyətin iradəsindən asılı hərəkətlərindən irəli gələn ekstraordinar vasitələri Konvensiyanın 35(1)-ci maddəsinin mənasında səmərəli vasitə hesab etmək olmaz və bu cür vasitəni tükətməyə yönələn istənilən uğursuz cəhd altı aylıq müddətin hesablanmasını təzələyə bilməz (bax: Austin v. the UK, no.41616/98, 20 March 2001; Durante v. İtaliy, no.39693/98, 2 July 1998).

Bu işə gəldikdə isə, Məhkəmə hesab edir ki, həmin anda qüvvədə olan ölkədaxili hüquqa uyğun olaraq kassasiya instansyası qismində Ali Məhkəmə Azərbaycanın ali məhkəmə orqanıdır. İddiaçının işi üzrə qərar Ali Məhkəmənin 4 dekabr 2002-ci il tarixdə qərar qəbul etdiyi andan qəti və icra edilməli olub və müvafiq mülki mühakimə icraatına xitam verilib. Nəticədə iddiaçının ixtiyarında yuxarı məhkəmə instansiyasına heç bir bilavasitə çıxış imkanı qalmayıb. Doğrudur, daxili qanunvericiliyə uyğun olaraq, Ali Məhkəmənin qəti qərarına bir sıra məhdud hallarda əlavə kassasiya qaydasında yenidən baxıla bilər. Lakin, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 83-cü maddəsinə və Mülki Prosessual Məcəllənin 426(1)-ci maddəsinə, habelə ümumi daxili məhkəmə təcrübəsinə uyğun olaraq, Plenuma iddiaçının bilavasitə müraciət etmək hüququ yoxdur və məhkəmə baxışının təzələnməsi haqqında qərar qəbul etmək Ali Məhkəmə Sədrinin müstəsna səlahiyyətidir. Buna görə də işə Plenumda yenidən baxılması haqqında iddiaçının xahişi mahiyyət etibarilə vasitəli ekstraordinar şikayətdir. (bax. Mutatis mutandis, Çiraklar v.Turkey, 28 oktyabr 1998-ci il tarixli qərar, 1998 – Vİİ qətnamələr və qərardadlar haqqında hesabat, səh. 3070-71, p.29-32; Kucherenko v. Ukraine (qər.)., 41974/98 â„–-li, 4 may 1999-cu il tarixli; Betrlen v.Hungary).

Yuxarıda qeyd olunan presedent hüququnu və ölkədaxili qanunvericiliyin müvafiq müddəalarını nəzərə alaraq, məhkəmə qərara alır ki, Ali Məhkəmənin 4 dekabr 2002-ci il tarixli qərarının qəbul edilməsi ilə iddiaçının göstərilən dövrdə onun sərəncamında olan bütün səmərəli və kifayət edəcək (zəruri) ölkədaxili hüquqi müdafiə vasitələri tükənib.

Ali Məhkəmənin sədrinə ünvanlanan əlavə kassasiya şikayəti Konvensiyanın 35(1)-ci maddəsinin mənasında tükənməsi tələb olunmayan ekstraordinar vasitədir. İddiaçının qeyd olunan ekstraordinar vasitədən istifadə etmək cəhdi uğursuz olduğuna görə imtina haqqında Ali Məhkəmə sədrinin 23 aprel 2003-cü il tarixli məktubu altı aylıq müddətin hesablanmasını təzələməyib və Ali Məhkəmənin 4 dekabr 2002-ci il tarixli qərarı iddiaçının işinə münasibətdə qəti qərar qismində qalıb.

Buna müvafiq olaraq Məhkəmə qərara alır ki, bu işə dair ölkədaxili qəti qərar, bu şikayətin verildiyi tarixdən altı aydan daha əvvəl qəbul edilmiş Ali Məhkəmənin 4 dekabr 2002-ci il tarixli qərardır. Buradan görünür ki şikayət müraciət müddəti buraxılmaqla verilib və Konvensiyanın 35(1) və (4) maddələrinə uyğun olaraq işə baxılmasından imtina etmək lazımdır. Bu səbəblərə görə məhkəmə yekdilliklə bu şikayətin qəbul olunmasının mümkün olmadığını elan edir».

Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi H.Babayevin Azərbaycana qarşı şikayətini, ölkədaxili müdafiə anının tükənməsindən keçməli olan 6 aylıq müddətdən daha çox vaxt keçməsi səbəbindən, icraata qəbul etməkdən imtna edir. Və məhz bu imtina qərarı uzun müddətdən bəri mütəxəssisləri – hüquqşünasları və digər şəxsləri narahat edən məsələyə aydınlıq gətirir. Avropa Məhkəməsi hesab edir ki, işlərə əlavə kassaiya qaydasında baxılması vətəndaşın səmərəli və ədalətli, eyni zamanda, birbaşa məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə təminat vermir. Fikrimizcə, Avropa Məhkəməsinin bu mövqeyinə diqqət yetirmək və ondan nəicə çıxarmaq lazımdır. Bunu həm vət

Maraqlı