TÜRKİYƏ BÖLGƏDƏ ƏMİN-AMANLIĞIN BƏRQƏRAR OLMASINA ÇALIŞIR
Yerləşdiyi bölgədə malik olduğu geosiyasi mövqeyi, eləcə də dinamik inkişafı Türkiyənin istər regional, istərsə də dünya siyasət arenasında rolunu artırır. Nüvəsi Anadolu yarımadasından pöhrələnən türk dövlətçiliyi əsrlər boyu üç qitənin - Asiya, Avropa və Afrikanın müəyyən ərazilərini əhatə edib və bölgə xalqlarının təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyət daşıyıb.
Yaxın Şərq, Balkan və Qafqaz bölgələrində, həmçinin Aralıq, Mərmərə, Egey və Qara dəniz hövzələrində güc olaraq siyasi-iqtisadi iradəsini Osmanlı imperiyası hüdudları daxilində çoxəsrlik zaman dilimində hökm edən bir dövlətin varisi Türkiyə Cümhuriyyəti bu gün regional liderlik statusunu daşıyır. Artıq yeni intibah dövrünə qədəm qoymuş Türkiyə Yaxın Şərqin, eləcə də sadalanan hövzələrin mərkəzi dövlətinə çevrilməkdədir. Bu dövlət bölgədə əmin-amanlığın bərqərar olmasına səy göstərir və bu missiya ümidvericidir. Türkiyənin çevrəsindəki regiona sülh gətirmək cəhdlərinin ilk işartıları görünməkdədir: bölgədə dövlətlər arasında əməkdaşlığa meyil yaranıb. Ankara İraqda fəaliyyətini genişləndirib, İranla, Suriya, eləcə də ətrafındakı digər ərəb dövlətləri ilə əməkdaşlıq münasibətləri qurulub. Türkiyə uzun illər faciə içində məhv olmaq təhlükəsi altında artıq nəyin uğrunda savaşdığını belə unutmuş əfqan xalqının dirçəlməsinə dəstək verir. Təsadüfi deyil ki, Əfqanıstanda təkcə türk hərbçiləri yerli əhali arasında böyük nüfuza malikdir və sevilir. İraqa hərbi müdaxiləni əzəldən dəstəkləməyən Ankara qonşu dövlətin ərazisində əmin-amanlığın bərqərar olması istiqamətində məqsədyönlü fəaliyyətini sürdürür.
Türkiyənin Rusiya ilə də münasibətlərini əsaslı surətdə yaxşılaşdırması, bir sıra beynəlxalq əhəmiyyətli məsələlərdə hər iki tərəfi təmin edən ortaq siyasət qurması da diqqətçəkən cəhətdir. Bəzi analitiklər Türkiyənin üzünü Qərbdən Şərqə çevirdiyini iddia etsələr də, bu, belə deyil. Şərqdə əlaqələrini genişləndirən Türkiyənin Qərbdən üz döndərməsi onun maraqlarına ziddir, çünki iki qütbdən birini seçməklə regional dəyər qazanmaq mümkün olmazdı. Ankara Qərblə Şərq arasındakı etibar və inam boşluğunu doldurmaqla ayırıcı deyil, birləşdirici vəsilə olmağa çalışır. Təbii ki, tərəflərin maraqlarının keçdiyi müstəvidə Türkiyə də iradəsini ortaya qoymaqla öz strateji məqsədlərinə yaxınlaşmış olur. Bu, ilk növbədə ölkənin təhlükəsizliyi, siyasi-iqtisadi maraqlarının daha geniş miqyasda təminatı ilə bağlıdır. Yaxın keçmişdə Türkiyə qonşularının əksəri ilə münaqişə vəziyyətində, Yunanıstanla gərgin, İran və ərəb dövlətləri ilə sərin münasibətdə idi. Suriya ilə ziddiyyət müharibə həddinə gəlib çatmışdı. İraq və Əfqanıstan səmtindən yüksələn barıt qoxusu isə ölkəni daim xarici təhdid altında saxlayırdı. Bu gün Türkiyənin ətrafında, kövrək də olsa, təhlükəsizlik qurşağı yaratmasını nəticə baxımından kifayət qədər uğurlu saymaq olar.
Ankaranın Cənubi Qafqaz siyasəti ilk baxışdan ziddiyyətli görünsə də, Türkiyə-Ermənistan münasibətlərini Türkiyə-Azərbaycan və ya Türkiyə-Gürcüstan əlaqələri müstəvisində dəyərləndirmək düzgün deyil. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistan nəinki müstəqil, heç yarımmüstəqil dövlət də deyil. Yaranışı və mövcudluğu ilə şimal qonşumuza borclu olan Yerevan rejimi Kreml qülləsi saatının əqrəblərinin göstərdiyi səmtdən başqa yönə nəzər belə yetirə bilməz. Bu baxımdan Türkiyə-Ermənistan münasibətləri Ankara-Moskva təmasları, yaxınlaşması formatında qavranılmalıdır.
Təsadüfi deyil ki, hökumət başçılarının son görüşündə iki ölkə arasındakı ticarət dövriyyəsinin gələcək 5 ildə 100 milyard dollara çatdırılması hədəf göstərilib. Eyni məqsədli razılaşmalar İran və Suriya ilə də əldə olunub. Avropa, Orta və Uzaq Şərqlə əlaqələr də eyni yöndə genişləndirilir. Türkiyə Afrikanın mənimsənilməmiş siyasi-iqtisadi potensialından da ciddi şəkildə yararlanmaq niyyətindədir. Yeri gəlmişkən, rəsmi Ankara Afrikada 15 yeni səfirlik açmaq ərəfəsindədir.
Qərbin və Şərqin strateji layihələrinin tam ortasında yer alan Türkiyə istənilən halda eyni dərəcədə əhəmiyyətli alternativ seçimə malikdir. Bütün hallarda da Türkiyənin Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda maraqları dəyişməz qalır. Azərbaycanla Türkiyəni təkcə milli, dini, mənəvi bağlar deyil, fundamental strateji maraqlar birləşdirir və bu özül sarsılmazdır.
Bölgədə diqqət çəkən xüsusiyyətlərdən digəri İsrail-Türkiyə münasibətlərində zaman-zaman müşahidə olunan gərginlikdir. Görünür, İsrail Türkiyənin güc mərkəzinə çevrilməsi prosesindən heç də məmnun deyil. Bununla belə, İsrailin ətrafındakı ərəb dövlətləri ilə uzunmüddətli münaqişə fonunda normal münasibəti olan yeganə dövlət Türkiyədir. Odur ki, tərəflər arasında hazırkı sərinliyin keçici olduğunu proqnozlaşdırmaq mümkündür. Son diplomatik qalmaqalın ardından İsrailin müdafiə nazirinin Türkiyəyə səfəri və verilən bəyanatlar buna sübutdur.
Təbii ki, istənilən siyasət iqtisadi gücə söykənir və arxasında analoji hərbi qüvvə durmalıdır. Qardaş dövlət bu baxımdan önəmli nailiyyətlər qazanıb. Türkiyə qısa müddətdə iqtisadi qüdrətinə görə dünyada 26-cı yerdən 17-ci pilləyə yüksəlib və G-20-nin üzvü olub. Türkiyə dünyanın ən güclü ordularından birinə malikdir. Döyüş qabiliyyətinə əsasən Avropanın birinci, NATO-nun ikinci ən böyük gücü olan türk ordusunun hərbi-sənaye bazasının müstəqilləşdirilməsi, xaricdən asılılığı da minimuma endirib. Hazırda Türkiyə öz daxili imkanları hesabına ən müasir döyüş texnikasından - təyyarə, vertolyot, tankdan tutmuş, gəmi, kater, sualtı qayığa qədər modern hərbi məmulat istehsalına yiyələnib.
Ümumiyyətlə, qeydə alınan yüksəliş dinamikası yaxın illər ərzində Türkiyənin beynəlxalq aləmdə çəkisinin artacağına dəlalət edir. Dünyanın aparıcı analitika mərkəzləri, dövlət xadimləri, siyasi ekspertlər Türkiyənin artıq regional güc mərkəzinə çevrildiyini, dünya dövləti olmaq yolunda inamla irəlilədiyini etiraf edir, gələcəyi bu reallıqdan dəyərləndirirlər. Türkiyə-Azərbaycan münasibətləri xüsusi səciyyə daşıdığından bu halın ölkəmiz üçün də geniş imkanlar açacağı şübhəsizdir. Strateji tərəfdaşlıq bazisi üzərində paralel inkişaf ölkələrimizə dünya miqyasında böyük uğurlar vəd edir.

Ayşən PAŞAZADƏ