MÜLKI IŞLƏRDƏ MEDIASIYANIN TƏTBIQI

MÜLKI IŞLƏRDƏ MEDIASIYANIN TƏTBIQI

 

 

                                                                                                           

 

 

 

 

Natiq ABDULLAYEV
dissertant, AMEA FHİ

MÜLKI IŞLƏRDƏ MEDIASIYANIN TƏTBIQI

Mülki işlər dedikdə, ilk növbədə mülki hüquq pozuntusu ilə bağlı mübahisələrin tənzimlənməsi prosesi nəzərdə tutulur. Mülki hüquq pozuntusu mülki hüquq, həmçinin bəzi əmək, ailə, mülkiyyət hüququ normaları ilə tənzimlənən əmlak və onunla bağlı şəxsi və qeyri-əmlak münasibətlərindən irəli gəlir (222). Beləliklə, mülki hüquq pozuntusu, yaxud delikt (latın dilində delictum – hüquq pozma, zərər yetirmə) vətəndaş hüquq normalarına zidd olan fəaliyyətdir. Bu başqa şəxslərin əmlakına, yaxud onların qeyri-maddi rifahına – insanın şərəf və ləyaqətinə, onun iş, müəlliflik, yaradıcılıq və digər hüquqlarına qarşı törədilmiş hər cür hüquqazidd davranışdır. Mülki hüquq pozuntusu dedikdə, həm də vətəndaş hüquqlarından sui-istifadə, müqavilə öhdəliklərinin pozulması, yalançı razılaşmalar kimi fəaliyyət formaları da nəzərdə tutulur. Mülki hüquq pozuntusunun xüsusiyyətindən asılı olaraq müqaviləli və qeyri-müqaviləli pozuntular nəzərdə tutula bilər. Birinci halda tərəflərdən birinin mülki hüquqi müqavilədəki vəzifələri yerinə yetirməməsi, ikinci halda isə vətəndaş hüquq normalarına əməl, yaxud icra etməməsi nəzərdə tutulur (3, s. 57).
Mülki işlər, yaxud mülki mübahisələr insanlar (fiziki şəxslər) arasında gündəlik həyatda evdə, məişətdə və işdə yaranan münasibətlərə əsaslanır. Bura əsasən yaşayış yerinin istifadəsi, yaxud əmlak hüququ (mənzil, ev, bağ, avtomobil, pul və s.) ilə bağlı mübahisələr aid edilir. Bununla yanaşı əmək mübahisələri və münaqişələri də mülki işlərə aid edilir. Bu növ problemlərin həll edilməsi zərurəti bu və ya digər formada hüquqi müdaxilə tələb edir. Bir qayda olaraq bu cür mübahisələr uzun sürən məhkəmə proseslərində həll edilir və vaxt və pul məsrəfi ilə müşayiət olunur. Bununla yanaşı mülki proseslərin ədalətli həlli vəkillərin peşəkarlığından asılı olur. Buna görə də mülki proseslərin həlli ilə bağlı bu və ya digər mübahisə üzrə xüsusi olaraq ixtisaslaşmış vəkillərin xidmətindən istifadə edilir. Mülki işlər üzrə vəkilin əsas işi:
1) müraciət formasının hazırlanması və məhkəməyə təqdim ediləsi;
2) müxtəlif sübutların toplanması, əsasən şahid ifadələri, müxtəlif sənədlər, ekspertiza nəticələrilə bağlı sənədlərin toplanması;
3) şahidlərin və qarşı tərəfin dindirilməsi;
4) qarşı tərəflə danışıqlar aparılması, həmçinin arzu edilən nəticə əldə edilməsi üçün bütün imkanların təhqiq edilməsi;
5) mülki işin məntiqi nəticəsinin əldə edilməsi, həmçinin zəruri hallarda növbəti instansiyalara müraciət etmək.
Adətən vəkil xidmətləri ilə bağlı nəzərə çarpacaq məbləğdə pul təyin edilir. Beləliklə, bir tərəfdən pul itkisi, digər tərəfdən vaxt itkisi və nəticədə tərəflərdən birinin prosesdən uduzaraq və çox vaxt tərəflərin barışmaz düşmənlər kimi çıxması son dövrlərdə mülki proseslərin həllində mediasiya prosedurasının istifadəsini aktuallaşdırıb (1).
Mülki işlərlə bağlı xidmətlər aşağıdakılardan ibarətdir:
⦁ mövcud sənədlərin öyrənilməsi (müqavilələr, tərəflərin yazışması və s.):
⦁ işlə bağlı zərur sübutların toplanması, işlə bağlı dövlət orqanlarına və müxtəlif təşkilatlara məktublar göndərilməsi;
⦁ analoji işlə bağlı məhkəmə təhqiqatlarının öyrənilməsi;
⦁ işlə bağlı hüquqi mövqeyin formalaşdırılması;
⦁ iddia ərizəsinin, xahiş, şikayət və digər zəruri sənədlərin hazırlanması;
⦁ məhkəmə qərarı çıxarılacağı vaxta qədər bütün məhkəmə iclaslarınd iştirak etmək;
⦁ məhkəmə qərarının, icra vərəqinin əldə edilməsi;
⦁ icra müddətində kliyentinin maraqlaının müdafiəçisinin təyin edilməsi;
⦁ zərurət yarandığı halda məöhkəmə qərarına qarşı müraciət edilməsi (2).
Mülki işlərin təhqiqatı, yaxud mülki proses (mülki məhkəmədə) məhkəmənin, bu işdə iştirak edən şəxsin fəaliyyətinin mülki prosessual hüquq normaları ilə tənzimlənir. Mülki proses aşağıdakı mərhələlərdə həyata keçirilir:
⦁ mülki məhkəməyə müraciət;
⦁ işin məhkəmə təhqiqatına hazırlanması4
⦁ məhkəmə təhqiqatı;
⦁ məhkəmədə ikinci instansiyanın yaradılması;
⦁ məhkəmədə nəzarət instansiyasının yaradılması;
⦁ yeni şəraitdə işin bir dahya nəzərdən keçirilməsi;
⦁ icra qərarı (3, s.89)
Mülki prosesdə mediasiyanın tətbiqi və mediatorun rolu əvəzsizdir. Xüsusilə də münaqişə haqda məlumatın yayılmasını istəməyən və gələcək münasibətlərin şəxsi və əməkdaşlıq səviyyəsində saxlanmasında maraqlı olan mübahisə tərəfləri mülki proseslərdə mediasiyanın istifadə edilməsinə üstünlük verirlər. Çox zaman mübahisə çox incə məsələ ilə bağlı olur və buna görə də tərəflər məhkəmə təhqiqatından imtina edirlər, bu zaman məhkəmə təhqiqatının uzun müddətli olması, əlavə xərclər də böyük təsirə malik olur. Mülki proseslərdə mediasiyanın tətbiq edilməsi nəticəsində nəzərə çarpan uğurlar əldə edilir. Bununla yanaşı mediasiya məhkəməyə çıxarılmasına ehtiyacı olmayan mübahisələrin tənzimlənməsi üçün də uğurlu vasitədir, məsələn, ailə mübahisələrində uşaqla ünsiyyətin təmin edilməsi məsələsinin, yaxud borcun qaytarılması ilə bağlı mübahisələrdə və s (5).
Məlum olduğu kimi mediasiya aşağıdakı mübahisələrlə bağlı tətbiq olunur:
- mülki hüquqi münasibətlərlə bağlı;
- əmək münasibətlərilə bağlı mübahisələrdə (kollektiv əmək mübahisələrindən başqa);
- ailədəki münasibətlərlə bağlı yaranan mübahisələrdə.
Qeyd olunan mübahisələrdə aşağıdakı hallarda mediasiya tətbiq edilmir:
- mediasiyada iştirak etməyən üçüncü tərəfin maraqlarına toxunulduğu halda;
- ictimai maraqlara toxunduqda.
Hər hansı bir mülki prosesin istənilən mərhələsində mediasiya prosedurasına müraciət etmək olar. Məhkəmə təhqiqatına hazırlıq zamanı hakim mübahisə tərəflərinə başa salır ki:
- onların mübahisənin həlli məsədilə mediasiyaya müraciət etmək hüquqlarının olduğu bildirilir;
- mediasiya prosedurasına müraciət etmək qaydalarını izah edir;
- mediasiya prosedurasının nəticələri haqqında məlumat verir;
- mübahisə tərəflərinə bildirilir ki, yalnız hər iki tərəfin könüllü razılığı əsasında mediasiya tətbiq edilə bilər.
Məhkəmənin qəti qərarı qəbul edilənədək və ya prosesin istənilən mərhələsində vaxta qədər mübahisə tərəfləri mediasiya prosedurasına müraciət edə bilərlər. Qeyd etmək lazımdır ki, mediasiya prosedurası heç də bütün mülki proseslərdə tətbiq edilə bilməz.
Mediasiya prosedurası çərçivəsində mülki mübahisənin tənzimlənməsi ilə bağlı tərəflərin maraqlarını təmin edən şərtlər və təkliflər hazırlanır. Bu zaman mediator tərəflər arasında qarşılıqlı münasibətlərin qurulmasına çalışır və münasibətlərin pozulmamasına nəzarət edir. Tərəflər arasındakı mübahisənin tənzimlənməsilə bağlı məqsədəuyğun razılaşma əldə edildikdə müqavilə bağlanır. Belə müqavilə mediasiya prosedurasının nəticəsi kimi mübahisənin həlli ilə əlaqədar bağlanmış yazılı sənəddir.
Mediasiya prosedurasının keçirilməsi haqqında razılığa gələn tərəflər bu haqda məlumat verirlər və mediasiya prosesinin keçirilməsilə bağlı razılığı məhkəməyə təqdim edirlər, məhkəmə isə bu sənədi iş materiallarına əlavə edir. Əgər məhkəmə gedişində tərəflər mediasiyaya müraciət etmək istədiklərini bildirirlərsə, bu, məhkəmə iclasının protokoluna daxil edilir. Mediasiya prosedurasının tətbiq edilməsi haqqında razılaşmada tarix, tərəflər, mübahisə predmeti, tərəflərin mediasiya prosedurasının tətbiq edilməsi haqqında razılığı qeyd edilir, bu razılaşma mübahisə iştirakçıları tərəfindən imzalanır. Hər ki tərəfin mediasiya prosedurasının tətbiqi ilə bağlı iddia məhkəmə tə.rəfindən 60 gün müddətində təhqiqat üçün təxirə salına bilər. Mediasiya prosedurasının keçirilməsi haqqında razılıq sənədində aşağıdakı məlumatlar göstərilir:
`- mübahisə predmeti haqqında;
- mediasiya prosedurasını həyata keçirən mediator, yaxud mediatorlar və ya təşkilatlar haqqında;
- mediasiya prosedurasının mərhələləri haqqında;
- tərəflər arasında mediasiyaya sərf edilən pul xərcləri ilə bağlı şərtlər haqqında;
- mediasiyanın keçirilməsi müddəti haqqında. Mediasiya prosedurası tərəflərin qarşılıqlı razılığı ilə 60 gündən çox olmayan zaman müddətində həyata keçirilə bilər.
Mediasiya prosedurasının sona çatması mərhələsində:
- tərəflər arasında mediativ müqavilə bağlanır, yaxud;
- tərəflər arasında heç bir razılıq əldə edilməməsi haqqında məlumatın qeyd edildiyi sənəd imzalanır;
Əgər mediasiya prosedurasının sonunda tərəflər arasında müqavilə bağlanarsa, həmin müqavilə tərəflərin iştirakı ilə mülki işlərə baxan məhkəməyə təqdim edilir. Tərəflər arasında bağlanmış sülh müqaviləsinin təsdiq edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Sülh müqaviləsi qanuna uyğun olmalı və digər şəxslərin hüquq və qanuni mənafelərini pozmamalıdır. Sülh müqaviləsinin bağlanması işlə bağlı təhqiqatın sona çatdığını sübut edir.
Lakin belə bir şərait yarana bilər ki, mediativ mqavilənin predmeti məhkəmə təhqiqatının predmeti ilə üst-üstə düşməyə bilər. Bu zaman mediativ müqavilə mülki proses tərəfləri arasında bağlanmış sülh müqaviləsinin mahiyyəti ola bilməz. Məhkəmə belə bir sülh müqaviləsinin qanuna uyğun olmadığı üçün onu təsdiq etməkdən imtina etməlikdir və iddiaçıya öz iddiasından imtina etmək hüququ və bunun nəticələri haqında məlumat verməlidir.

Açar sözlər: mediasiya (vasitəçilik), əmək mübahisələri, münaqişə vəziyyəti, mediator.
Idtifadə olunmuş ədəbiyyat

⦁ Адвокат по гражданским делам – http:www.koronny.ru/grahdanskii-aqdvokat.htm
⦁ Гражданские дела – http://веснин-и-партнеры.рф/zaschita-v-sude/ grazhdan skiecases.html
⦁ Гражданский процесс. Учеб. Для вузов. Под ред. Ю.К.Осипова. М.: БЕК, 1996, 462 с.; гражданские правонарушения – http:/slovari.yandex.r/
⦁ Об использовании процедуры медиации в деятельности федеральных судов общей юрисдикции. ⦁ http://law.sfu-kras.ru
⦁ Применение медиации в гражданском процессе и роль медиатора, http://supcourt.kz/rus/news/11.11.02.html
⦁ Теория государства и права. Под ред. В.М.Кореьского, В.Д.Перевалова. Екатеринбург: ИЗД-во УрГЮА, 1996. – 559 с.; http//www. bibliotekar.ru/teoria-gosudarstva-iprava-1/114.htm

Натиг АБДУЛЛАЕВ

ПРИМЕНЕНИЕ ПОСРЕДНИЧЕСТВА В ГРАЖДАНСКИХ ДЕЛАХ

Резюме

Гражданские дела – это в первую очередь процесс урегулирования конфликтов, связaнных с правовыми нарушениями. Гражданские правовые нарушения это имущественные отношения, связанные с урегулированием прав, некоторых трудовых, семейных и земельных прав конфликтующих сторон. Урегулировании гражданских конфликтов в медиативном процессе готовятся условия и предложения, удовлетворяющие интересы обеих сторон. В это время медиатор старается создать взаимоотношения между сторонами и контролирует, чтобы эти отношения не разрушились.

Ключевые слова: посредничество (медиация), семейные конфликты, трудовые разногласия. Конфликтная ситуация, медиатор.

Natiq ABDULLAYEV

APPLICATION OF MEDIATION CIVIL CASES

Summary

Civil cases are first of all the process of settlement of the conflicts with legal infringements. Civil legal infringements are the property and non-property relations connected with regulation of the civil rights, some labor. Family an land rights of conflicting parties. At settlement of civil conflicts in mediation process the conditions and the offers, satisfying interests of both parties are prepared. At this time the mediator tries to create mutual relations of the parties and supervises that these relations might not be broken.

Keywords: mediation, family conflicts, labor disagreements, conflict situations, mediator.

Gündəlik