Mediasiya:beynəlxalq və milli təcrübə
Natiq ABDULLAYEV AMEA-nin Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun doktorantı
Açar sözlər: münaqişə, danışıqlar, vasitəçilik, mediator
Key words: conflict, agreement, mediation, mediator
Ключевые слова; конфликт, договоры, посредничество, медиатор
Müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına inteqrasiyadan, mütərəqqivə çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə asılıdır. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur. Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin rəöhbərliyi ilə Konstitusyanın qəbul edilməsi mütərəqqi məhkəmə-hüquq islahatlarının əsasını qoymuşdur. Ardıcıl şəkildə həyata keçirilən idlahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq azadlıqlarının etibarlə qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda, istər dünya təcrübəsində tətbiq edilən hüquqi novasiyalar, istərsə də cəmiyyətimizin dinamik inkişafı və ölkə həyatındakı mühüm yeniliklər hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmələrin həyata keçirilməsini tələb edir.
Azərbaycan, demokratik və hüquqi dövlət quruculuğu yolunda tarixi nailiyyətlər əldə etmiş, miqyaslı məhkəmə-hüquq islahatlarını həyata keçirmiş, vətəndaş cəmiyyətinin tələblərinə cavab verən hüquqi təsisatları formalaşdırmışdır. Demokratik-hüquqi dövlətin əsaslarının yaradılması və vətəndaş cəmiyyətinin qurulması prioritet məsələ kimi bəyan edilmişdir. Milli qanunvericilik sisütemi beynəlxalq hüquqi normalarına əsaslanır. Ümumilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: “Ölkəmizdə qəbul edilən qanunlar, hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində aldırılmıəş işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətləö və açıq şəkildə araşdırılmasına, hüquqi müdafiəsinə təmin at almışdır.”
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi mhkəmə-hüquq islahatlarının mahiyyətini vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi təşkil edir. Dövlət başçısının qeyd etdiyi kimi: “Son illər ərazində Azərbaycana məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsüini verir. Qanunun aililiyinin təmin edilməsi hər bir cəmiyyətin inişafı üçün mühyüm məsələdir. Ölkənin gücü təkcə iqtisadi artıma deyil, həm də insanların ölkədə azad şəkildə yaş.amasından, demokratiyanın inkişafından asılıdır. Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçib, müasirləşir və zənginləşir. Süiyasi islahatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılır və aparılmalıdır. Dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatların üzvü olmaq dövətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla, həm də mili qanunvericiliyin təkmilləşdirilməsinə ximət edən mühüm amilə çevrilmişdr. Respublikamızda pakta sunt servabda (“müqavilələr icra olunmalıdır”) prinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi vacib hesab edilir. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədblrlərin bir hissəsi də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, məhkəmə sisteminin müasrləşdirilməsinə xidmət edir.
Avropa hüquq məkanında artıq xeyli müddətdir ki, tətbiq edilən mediasiya prosedurunuhn üzv ölkələrdə də geniş yayılması mühüm yeniliklərdən biri kimi məhz bu baxımdan aktuallıq kəsb edir. Müaqsir şəraitdə mübahisələrin səmərəli həlli məqsədilə üçüncü tərəfin müdaxiləsi zərurətə çevirilmişdir. Hazırda hüquqi, siyasi-diplomatik vasitə kimi mediasiya münaqişələrin uğurlu həlli yolu hesab edilir və qabaqcıl ölkələrdə mediasiya institutunun inkişafına geniş şərait yaradılır.
Mediasiya bəşəriyətin təcrübəsi ilə ərsəyə gələn hüquq barışıq strategiyasının və hüquqi praktikanın növlərindən biridir. Mediasiya çoxəsirlik tarixə malikdir. Onun kökləri qədim dövrlərə gedib çıxır. Belə deyim var ki, insan yaranan kimi, daha doğrusu, üç insan dünyaya gələndə.n mediasiya da yaranmışdır. Çünki insanların qrup halında birgəyaşayışı mübahisələr olmadan mümkün deyildir.
Barışıq qədim dövrlərdə də, indiki zamanda da ən mürəkkəb, həsasslıq, müdriklik və təcrübə tələb edən prosesdir. Buna görədir ki, hələ daş əsrindən başlayaraq barışdırıcı insanlar qismində ehtirama layiq, müdrik başçılar, ağsaqqallar, kahinlər, ruhanilər çıxış etmişlər.
Mediasiya fəaliyyətin xüsusi növü olub, prosesdə üçüncü tərəfin iştirakı ilə münaqişədə olan tərəflərin probleminin həllinə imkan verən yolların tapılmasıın optimallaşmasını ifadə edir. Hazırkı dövrdə məhkəmə qərarları münaqişədə olan tərəflərin yalnız birini təmin edir. Digər tərəf isə narazı, uduzmuş vəziyyətdə qalır. Bu da sonrakı uzunmüddətli şikayət prosesinə səbəbolur. Mediasiya hüquqi və fiziki şəxslər arasında kompromis qərfarların əldə edilməsini təmin edə bilir. Bu da nəticədə mübahisələrin gərginlik səviyyəsini aşağı salmağa, onu şəxsi münaqişə müstəvisindən tərəflərin martaqlarının müzakirə edildiyi dialoq prosesinə şevirməyə kömək edir.
Mediasiya hüquqi ədəbiyyatında “münaqişə tərəfləri arasında danışıqlar aparmaqla onlra qarşılıqlı şəkildə öz mövqelərini müqayisə etməyə və münaqişənin qəbul edilən və sağlam həllini tapmağa kömək edən üçüncü bitərəf və nüfuzlu bir şəxsin vasitəçiliyi ilə keçirilən rəsm proses kimi” müəyyənləşdirilir. Həm məhkəmə, həm də danışıqlar əsasında keçirilən mediasiya arbitrajdan, barışıqdan və tranzaksiyadan fərqlənir. Belə ki, arbitraj tərəflər arasında üçüncü tərəf olan arbitrin qanuni səlahiyyətlərinin reallaşdırılması ilə bağlı olan hüquqi normalar əsasında keçirilir. Münaqişənin həlli yollarının tapılmasına yönəlmiş barışıq prosesində üçüncü tərəfin inkişafı vacib olmur. Tranzaksiya tərəflərin mübahisəni sona çatdırmaq məqsədilə qarşılıqlı güzəştə getməsi prosesidir. Beləliklə, mediasiya sosial sülhün keyfiyyət aləti kimi çıxış edir: tərəflər qarşıdurmaya son qoyaraq yaxınlaşma prosesinə daxil olurlar və şəxsi cəhdlər əsasında maksimum dərəcədə onları qane edən qərarı tapmağa çalışırlar və bütün bunlar tərəflər arasında bərabər və inandırıcı münasibətlər yaradan, qərarların qanuniliyini təmin edən mediatorun nəzarəti altında baş verir. Danışıqlar münaqişənin alternativ həlli üsulu kimi qəbul edilir. Münaqişənin alternativ həlli üsulu kimi qəbul edilən mediasiya meydana çıxmamışdan çox-çox əvvəl bəşər tarixində mübahisələrin neytral arbitrlər tərəfindən həlli nümunələrini tapmaq mümkündür.
Hələ 1899 bə 1907-ci illərdə qəbul edilmiş Haaqa bəyannaməsində, sonra isə BMT Nizamnaməsinin 33-cü maddəsində vasitəçilik mübahisələrin alternativ həlli metodu kimi qəbul edilmişdir. XX əsrin 90-cı illərində dünyada soyuq mühaibənin sona çatması beyəlxalq, yaxud dövlətlərarası münhaqişə və mübahisələrin tənzimlənməsində mediasiyanın geniş tətbiq edilməsinin əsas şərtlərindən biri oldu. Mövcud ideoloji qarşıdurmanın sona çatması nəticəsində BMT-nn vasitəçilik cəhdləri genişləndi və regional təşkilatların müvafiq imkanlarının möhkəmlənməsinə şərait yarandır (3).
Mediasiya ilə bağlı “Harvard konsepsiyası”na görə, mediasiya reqlamentləşdirilmiş danışıqlar texnikasıdır. Bu konsepsiya müəyyən prinsiplər üzərində qurulur və münaqişələrin həlli ilə bağlı danışıqlara tətbiq edilir. Bu konsepsiyaya görə, mediasiy xüsusi prosedurdur, hakim və dövlət məhkəmələri ilə heç bir əlaqəsi yoxdur. Mediasiyanın əsas fərqləndirici cəhəti tərəflərin yüksək səviyyəli müstəqilliyə malik olması, ümumi mövqelərin seçilməsi və əlverişli nəticələrin əldə edilməsi ilə bağlıdır. Bu əlaqəlilik üç fəaliyyətlə bağlıdır:
1) dövlət, yaxud qeyri-dövlət hakimlərinin iştirakı ilə aparılan danışıqlar;
2) moderasiya;
3) danışıqlarda üçüncü tərəfin münaqişənin həlli məqsədilə iştirak etməsi.
Mediasiya müasir dövrdə olduqca intensiv inkişaf edən sahədir və beynəlxalq birlik tərəfindən mübahhisələrin həllinin dövrün çağırışlarına cavab verən, insanların hüquqi dövlətdə birgəyaşayış tələblərinə və özünü reallaşdırmasına uyğun gələn universal üsulu kimi qəbul edilir. Mediasiya mürəkkəb tarixi təkamül yolu keçərək qarşıdurma və mübahisələrin aradan qaldırılmasının elə bir metodu kimi formalaşmışdır ki, tərəflərin vəziyyətdən çıxış yolumu axtarmasında özlərinin fəal vıə maraqıp olmalarının şərtləndirir, buna nail olmaq üçün qüvvə və nüfuzlarından istifadə etməyə sövq edir. Ən vacibi mübahisələrin opponentin ziyanına və onun hesabına həll edilməsi prosesi olmayıb, əksinə, tərəflərə öz maraq və hüquqlarını təmin etmək üçün bərbər imkanlar verir.
Mediasiya praktikası Qərb ölkələrində geniş yayılmışdır. Mediasiya mübahisədə olan tərəflə arasında qarşılıqlı konsensusa əsaslanan və hər iki tərəfi qane edən dərk edilmiş qərara qəlmək yoludur. Mediasiya mübahisələrin həlli prosedurunda üçüncü tərəfin – mediatorun iştirakını nəzərdə tutur və vasitəçiliyin özünəməxsus bir formasıdır.
Uğurla başa çatacağı təqdirdə mediasiya prosesində
nə qalib, də məğlub tərəf olur. Mübahisədə olan bütün
tərəflər udur. Mediator–mübahisə edən tərəflərin məhkəməyə
müraciət halda vasitəçi şəxs kimi qəbul etdikləri və tərəfləri
barışdıra biləcək, ümumi razılığın əldə edilməsinə nail ola
bilən fiziki şəxsə deyilir. Mediator nə hökm verən hakim,
nə də arbitrdir, mediator tərəflərin konsensusa gəlməsinə nail
olan vasitəçidir.
Mediasiya institutunun Azərbaycana yaranması və
tətbiqini zəruri edən aşağıdakı bir neçə amili vurğulamaq
yerinə düşər:
1. Qeyd edildiyi kimi, Avropa Şurasının və digər çoxsaylıı mötəbhər beynəlxalq təşkilaqtların üzvü olan Azərbaycanda vahid hüquq məkanının yaradılması, beynəlxalq qanunvericiliyin unifikasiyası möv cud mütərəqqi hüquqi praktikaların ölkəmizdə tətbiq edilməsini gündəmə gətirir.
2. Mediasiya tolerantlıq və konsesnsus institutu kimi, adətən, dialoq və ünsiyyət mədəniyyətinin yüksək olduğu cəmiyyətlərdə daha intensiv inkişaf edir. Azərbaycan dialoqun yüksək inkişaf etdiyi ölkə kimi tanınır. Azərbaycanda mübahisəli mkəsələlərihn ağsaqqalların iştirakı ilə vməsləhətləşmələr yolu ilə həlli qədim tarixi köklərə malikdir. Buna görə də ölkədə mübahisələrin məhkəməyə qədərki həlli praktikasının fəal tətbiqi imkanları böyükdür. Belə ümumi qənaət mövcuddur ki, “mediasiya bütün hüquqi cəmiyyətin gələcəyinin institutudur.” Mediasiya institutu bu gün nəinki məhkəmə-hüquq sistei, eləcə də bütövlükdə hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual məsələdir. Cəmiyyətdə insanlar təşəbbüslərini öz üzərlərinə götürməli, dialoq və barış şəraitində yaşamağı öyrənməlidirlər. Azərbaycan müasir dünyanın hüquqi praktikasında mövcud olan başlıca meyillərin tətbiqinə, vətəndaş cəmiyyəti qurumlarının daha da inkişaf etdirilməsinə, müstəqil məhkəmə sisteminə dayaqlanan hüquqi dövlətin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş siyasət həyata keçirir. Müstəqillik illərində həyata keçirilmiş məhkəmə-hüquq islahatları, toplanmış əvəzsiz təcrübə dinamik və mütərəqqi institut olan medasiyanın hüquqi mədəniyyətə və ictimai həyata inteqrasiyası üçün möhkəm təməl rolunu oynayır, cəmiyyətin müxtəlif institularının fəal iştirakı və sosial tərəfdaşlığı sayəsində ictimai sabitliyi təmin edir.
3. Müstəqil Azərbaycanın vətəndaşları məhkəmə-hüquq sisteminə öz tələbləri ilə dsha çox müraciət ütməyə başlayıblar. Artıq 2000-ci illər üçün məhkəmə sisteminin olduqca yüklənməsi reallıq olmuşdur. Belə hallarda qanunçuluğun keyfiyyətinin təminatı məsələsi gündəmə gəlmişdir. “Bir məqamı vurğulamaq kifayətdir ki, son dövrlərədək Bakı şəhərinin rayonlarında məhkəmələrin icraatında bir ildə 500-dən çox mülki, 150-dən artıq cinayət və digər işlərin olması faktı hakimlərin nə qədər gərgin iş şəraitində işlədiyinin bariz göstəricisi idi. Belə olan halda hər hakim bir gündə 2, bəzən hətta 3 işə baxmaqla insan taleyi baxımından həlledici qərar qəbul etməli idi.
Məhz bu səbəbdən də hakimlərin baxdığı işlər üzrə
məhkəmə araşdırması bəzən səthi olur, vaxtın azlığı
tam və obyektiv məhkəmə araşırmasıın aparılmasına
imkan vermirdi. Apelyasiya şikayətlərinin çoxluğu
bir çox hallarda birinci instan siya məhkəmələrində işlərə
ədalətli və obyektiv baxılmaması ilə bağlı olurdu.
Bu isə müəyyən hallarda əsassız və yolverilməz məhkəmə
qərarlarının qəbuluna gətirib çıxarırdı.” (12)
Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il
tarixli “”Azərbaycan Respublikiasında məhkəmə
sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Fərmanı respublikanın məhkəmə sisteminin
əsaslı şəkildə təkmilləşdirilməsi yolunda mühüm
addımlardan biri oldu. Prezidenint 2006-cı il 17 avqust
tarixli “Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi
yurisdiksiyasının müəyyən edilməsi haqqında” Fərmanı
ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat
vahidi artırılmışdır. Görülən məqsədyönlü tədbirlərlə
yanaşı, Azərbaycanda hər vətədaşa düşən hakimlərin sayı
Avropa ölkələrindəki göstəriciləörə müqayisədə çox aşağıdır. Avropa ölkələrində mübahisələrin 80 faizi barışdırıcı prosedurların vasitəsi ilə həll edilir. Məhkəmələrdə hakimlərin sayca azlığı ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən biri olaraq qalır. Statistikaya görə, “Azərbaycanda 800-dən çox vəkil fəaliyyət göstərir ki, bu da əhalinin sayına görə azdır. Həmçinin dünya standartlarından qat-qat aşağıdır. Yəni ölkədə hər 12 min nəfərə cəmi 1 vəkil düşür. Hüquqşünaslar dünya üzrə orta göstəricinin hər 2 min nəfərə bir vəkil olduğunu deyirlər. Bu hesabla Azərbaycan vəkillərinin sayına görə dünya üzrə orta göstəricidən 6 dəfə geridədir. Azərbaycanda vəkillərin sayı 3500-4000 olmalıdır. Vəkillərin Azərbaycanda azlıq təşkil etməsi beynəlxalq aləmdə məhkəmə sistemi haqda müsbət rəy yaratmır. Beynəlxalq təşkilatlar Azərbaycanda ildə nə qədər məhkəmə prosesinin və bu proseslərdə nə qədər vəkilin iştirak etdiyini müəyyənləşdiriblər. Nəticədə bəlli olub ki, eyni gündə bir vəkil bir neçə məhkəmə prosesində iştirak edir. Bu da Azərbaycanda ədalət mühakiməsinin keyfiyyətinə təsir edən amil kimi qəbul edilir və zəif təşkil olunması təsəvvürünü yaradır. Inkişaf etmiş, məhkəmə hakimiyyətinn güclü olduğu ölkələrdə vəkillərin sayhı dünya üzrə orta göstəricidən bir neçə dəfə yuxarıdır. Məsələn, son məlumatlara görə, İsraildə hər 175, ABŞ-d ıa hər 260, İtaliyada isə hər 280 adama bir vəkil düşür. Azərbaycanda vəkillərin sayı az olsa da, vəkilliyə maraq artır (13). Digər meyil bundan ibarətdir ki, Azərbayhcanda şikayətlərin 15 faizindən çoxu məhkəə sisteminə aiddir.
4. Mediasiyanın ən mühüm əhəmiyyətindən b iri də onun cəmiyyətdə hüquqi şüur və hüquq mədəniyyətinin yüksəldilməsinə kömək etməsidir. Bu gün Azərbaycanda mediasiyanın mübahisələrin həllinin məhkəmədənkənar metodu kimi qanunverici əsaslarının möhkəmləndirilməsini və mediasiya institutunun hüquq sisteminə inteqrasiyasını intensivlədirməyə sosial sifariş mövcuddur. Mediasiya mübahisələrin həllində dövlətin öz səlahiyyətlərinin müəyyən hissəsini vətəndaşlara ötürməyə və bununla eyni vaxtda cəmiyyətin bgu səlahiyyələri qəbul etməyə hazır və qabil olmasına, qəbul edilən qərarlara görə məsuliyyət daşımasına imkan verən humanist, eyni zamanda praqmatik yanaşmadır. Beləliklə, mediasiya nəninki hüquqi, həmçinin sosial baxımdan əhəmiyyətli bir institut oldujğunu sübut etmişdir. Bu, dünya təcrübəsində mediasiyanın hüquqi mədəniyyətə və ümumilikdə cəmiyyətə tətbiqinə ildən ilə artan diqqət və onun inkişafına göstərilən dəstəkdə özünü biruzə verir. Mediasiyanın Azəbaycanda inkişafına təkan vermək üçün ən mühüm tıdbirlərdən biri mediasiyanın institusionallaşması və qanunverici bazasının yaradılmasıdır.
5. Məlumdur ki, müasir dövrün münaqişələrinin mürəkkəbliyi və çoxsaylı olması bgeynəlxalq ictimayyətdən ən yeni vasitəçilik strategiyalarının tətbiq edilməsini gündəmə gətirməyi tələb edir. Hazırda mübahisələrin mediasiya əsasında həll edilməsi dünya ictimayyəti tərəfindən münaqişələrin həllinin uğurlu vasitəsi kimi qəbul edilir. Beynəlxalq münasibətlərdə qeyri-hökümət təşkilatlarının, həmçinin vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələrinin rolunun genişlənməsi onların bir çox beynəlxalq münaqişələrin tənzimlənməsində vasiəçi rolunda çıxış etməsinə şərait yaradıb.
Eyni zamanda, mediasiya hım də qabaqcıl öləkələrin milli qanunvericiliklərində tətbiq edilir. Çünki o, iqtisadi nöqteyi-nəzərdən səmərəli, daha qənaətçil vasitədir. Müasir dövrdə beynəlxaq münasibətlərlə yanaşı siyasi, iqtisadi, ticarət, ailə, məktəb, ağır cinayətlər və s. Sahələrdə mübahisələrin həllində də mediasiyanın tətbiqi genişlənməkdədir. Qanunvericilikdə mediasiyanın tətbiqi mülki hüquq münasibətlərində yaranan mübahisələrin tənzimlənməsində, eləcə də cinayət-hüquq münasibətlərində - orta ağır və xırda cinayət törədildiyi hallarda nəzərdə tutulur. Mediasiyanın tətbiqinin zəruriliyi ilk növbədə məhkəmələrin həddən artıq yüklənməsinin yüngtülləşdirilməsi üçün vacibdir. Mediasiya institutunun tərəfdarları da hesab edir ki, bu, məhkəmələrin həddindən artıq yüklənməsinin qarşısını alır və ölkədə münaqişələrin həllinə yeni yanaşmanın inkişaf edilməsinə şərait yaradır. Mediasiyanın tətbiqi sahələri, qeyd edildiyi kimi, “əmək, alə-nikah, mülki-hüquq münsibətləri”dir. Pozitiv hüquq sistemində qanun və ədalətin mükəmməl balansının və düzgün həllinin tapılması çətin olur. Məhkəmə sisteminin prosedurlarının gedişatı, mübahisədə olan tərəflərin mövqeyi və məhkəmə çəkişmələrinin“mənəvi yükü” də ağır olur.Əksər hallarda insanlar məhkəməyə müraciət etməyə çəkinirlər. Proseslərin sonunda tərəflər bir çox hallarda barışıq əldə edə bilməyərək, “düşmən” kimi ayrılırlar. Yəni bu halda barışıq heç bir əhəmiyyət kəsb etmir. Cinayət məcəlləsi elə tərtib edilmişdir ki, burada cinayət faktının qeydə alınmasından başlayaraq, artıq əsas olan “zərərçəkən” və “təqsirkar” adlanan tərəflərin bir-birinə iddiası və məhz cinayəti faktı olur.
Məhz bu qeyd edilən və digər məsələlərin həlli çərçivəsində mediasiyanın ardıcıl və daimi olaraq tətbiqinin zəruriliyi gündəmə gəlmişdir. Beynəlxalq təcrübəyə əsasən, mediasiya institutunun səmərəli tətbiqi mübahisələrin həllinin alternativ yolu kimi bu vəziyyətin aradan qaldırılmasına ciddi kömək edə bilər.
Qeyd edildiyi kimi, Azərbaycan cəmiyyəti demokratik hüquqi dövlətin inkişafı mərhələsini yaşayır, bu mərhələdə cəmiyyətin bütün sahələrində daimi islahatlar prosesi davam edir. Bazar münasibətlərinə keçid iqtisadi və onunla sıx bağlı olan digər sahələrdə (ticarət, siyasi-hüquqi, məhkəmə və s.) yeni qanunların tətbiq edilməsini, beynəlxalq bəyannamələrə qoşulmağı və ölkə qanunvericiliyində əsaslı dəyişikliklər edilməsini tələb edir.
Müasir dövrdə Azərbaycanda məhkəmə sisteminin yenidən qurulması istiqamətində də geniş islahatlar keçirilir. Böhran və münaqişəli vəziyyətlərin məhkəmədən kənar və məhkəməyə qədər tənzimlənməsi ilə bağlı alternativ həll yollarının seçilməsi məsələsinin xüsusi aktuallıq kəsb etdiyi bir dövrdə ölkəmizdə mübahisələrin alternativ həlli üsullarının, xüsusilə də mediasiyanın tətbiqi bir sıra post-sovet məkanı ölkələri ilə müqayisədə ilkin formalaşma mərhələsindədir və hüquqi əsasları tam formalaşmayıb. Azərbaycan Respublikasında mediasiya institutunun inkişaf etdirilməsinin hüquqi əsasları kimi – Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, «Beynəlxalq Arbitraj haqqında» Azərbaycan Respublikasının Qanunu, «Beynəlxalq xüsusi hüquq haqqında» Azərbaycan Respublikasının Qanunu, Mülki Prosessual Məcəllə, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlar və s. normativ aktları göstərmək olar.
Qeyd etdiyimiz kimi müasir şəraitdə məhkəmə sistemində mübahisə və münaqişələrin alternativ metodlarla tənzimlənməsi xüsusi aktuallıq kəsb edir. Belə ki, mübahisələrin alternativ həll yollarının tətbiq edilməsi insanların hüquq və azadlıqlarının tam təmin edilməsi, onların heç bir təzyiq və məcburiyyət olmadan razılığa gəlməsi və son nəticədə ədalət məhkəməsindən fərqli olaraq əməkdaşlıq münasibətlərinin saxlanması imkanlarını açır. Vasitəçiliyin üstün tərəflərindən biri də odur ki, mübahisə tərəfləri proseduranı müstəqil şəkildə tənzimləmək imkanı əldə edirlər.
Beləliklə, münaqişələrin mediasiya prosedurasında tənzimlənməsi nəticəsində tərəflər arasında əməkdaşlıq münasibətlərinin saxlanması, həmçinin mübahisəyə, münaqişə, yaxud böhrana gətirə biləcək vəziyyətlərin qarşısının alınması əsas məqsədə çevrilir. Təkrarlana biləcək mübahisə, münaqişə, yaxud böhran şəraitində iki qarşılıqlı əlaqəli davranış prinsipi – münaqişənin həlli zamanı tərəflərə müəyyən bir mövqenin məcburi şəkildə qəbul etdirilməsi və münaqişənin sülh yolu həll edilməsi məqsədilə güc tətbiq edilməsinin yolverilməzliyi – əsas götürülür.
Münaqişənin alternativ vasitələrlə tənzimlənməsi yeni, hər bir münaqişə tərəfi üçün qəbul edilə bilən kompromis yolunun tapılmasını nəzərdə tutur. Münaqişələrin alternativ vasitələrlə həlli zamanı əsas qəbul edilən qaydalardan biri odur ki, vasitəçilər münaqişənin mürəkkəbləşməsinə və genişlənməsinə səbəb olmamalıdırlar və münaqişənin tənzimlənməsi itkisiz və bütün tərəflərə (mübahisə tərəfləri və mediatora) zərər gətirmədən sona çatmalıdır. Əgər belə bir şərait yaranarsa tərəflər bu haqda bir-birini xəbərdar etməlidirlər və bir-biri ilə fikir mübadiləsi aparmalıdırlar, mediasiya vasitəsilə razılıq əldə etmədikdə yeni bir tənzimləmə yolu seçməlidirlər.
Alternativ həll vasitələrlə keçirilən proseduraların iqtisadi cəhətdən daha qənaətcil olması, daha qısa zaman müddətində səmərəli nəticələr əldə edilməsi məqsədini daşıması, həmçinin bir sıra digər üstünlükləri müasir dünyada bu vasitələrin tətbiqini aktuallaşdırmışdır.
Qeyd etmək lazımdır ki, Respublikamızda indiyə qədər mediasiya prosedurası beynəlxalq-hüquqi əsaslarda kompleks təhlil edilməmişdir. Mediatorun da iştirak etdiyi mübahisələrin alternativ həli yollarının mahiyyəti və tətbiqinə dair elmi-hüquqi cəhətdən kompleks əsaslandırılmasına həsr edilən tədqiqatların sayı hələ ki çox deyil. Müxtəlif dövlətlərdə mediasiyanın hüquq sisteminə inteqrasiyasına dair əhəmiyyətli təcrübənin olmasına baxmayaraq, milli qanunvericiliklərdə bu təcrübə az öyrənilən sahə olaraq qalmışdır. Mediasiyanın müxtəlif sahələrdə, o cümlədən, müqayisəli-hüquqi aspektdən öyrənilməsinə hələlik cəhd edilməmişdir. Ənənəvi olaraq mediasiyaya dair tədqiqatlar mübahisələrin alternativ həlli üsulları çərçivəsində nəzərdən keçirilir. Ayrı-ayrı barışıq prosedurlarnən tədqiqinə müəyyən yer verilmişdir.
Azərbaycana gəldikdə isə, milli hüquqşünaslıq elmində müstəqilliyin əldə edilməsi ilə mediasiyanın mülki yurisdiksiyada bir neçə istiqaməti təcrübi olaraq inkişaf etməyə başlamışdır. Eyni zamanda qeyd edilməlidir ki, mediasiya xüsusilə elmi-hüquqi, nəzəri aspektdə, Azərbaycanda hələlik sistemli və kompleks təhlil edilməmiş sahələrdən biridir. Milli hüququşünalıq elmində, mülki və arbitraj hüququna dair tədqiqiatlarda mübahisələrin alternativ həlli üsullarına dair ədəbiyyat o qədər çox deyil. Müəlliflər əsasən ayrı-ayrı üsulları və onların xaricdə tətbiqi təcrübəsini tədqiq etmişlər. Bu özünü mediasiyaya dair mövcud ədəbiyyatın izlənilməsində aşkar görünür.
Azərbaycanda mübahisələrin məhkəmədən kənar və yaxud məhkəməyə qədər həlli vasitəsi kimi mediasiyanın bəzi istiqamətlərinin arbitraj məhkəməsində, xarici iqtisadi mübahisələrin həllində və s. tədqiqi son dövrlərdə aktuallaşmışdır.
Istifadə edilmiş ədəbiyyat:
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati binasının təntənəli açılışı mərasimində nitqi // AzərTAc, 12 may 2009-cu il
Abdullayev N. Mediasiya (mübahisələrin məhkəmədənkənar alternative həlli üsulu kimi). Bakı: v”CBS”, 2009.
Ales Zalar. Towards primary dispute resolution system: global trends in civil and family mediation. An overview of the best practices in Europe // http://camera arbitrale/ odc.mi.it/allegati/utenti
Варенко И.С.Конфликтология. Москва: “Просвещение”, 1987.
Понятия и принципы медиации. http//www.arbimed.ru
Ракитина Л.Н.Львова О.А. Медиация (посредничество). Как урегулировать спор, не обращаясь в суд. Москва: “Эксмо”, 2008.
Бесемер Х. Медиация – посредничество в конфликтах. Калуга: “Духовное познание”, 2004.
Медиация в нотариальной практике (Алтернативные способы разрешения конфликтов). Москва: Волтерс Клувер, 2005.
Медиация – искусство разрешать конфликты. Знакомство с теорией, методами и прогфессионалбными технологиями. Составители: Г.Мета, Г.Похмеокина. Москва: “VERTE”, 2004.
Медиация в нотариальной практике (Алтернативные способы разрешения конрфликтов). Москва: Волтерс Клувер, 2005.
http://www.mediacia.com/wordmed.htm
http://www.jlc.gov.az/ Meqaleler/21/12/2010-2pdf.
http://www.humanrights-jwg.org/metbuat/olkede/324-h601r-12-min601-c601mi-1-v601kil.html/
Natiq Abdullayev
Definition of the term of mediation and historical of development of mediation
The author gives his vision on definition of the notion of mediation and history of the creation of mediation and underlies that there are alternative ways of the conflict resolution. According to him mediation is a process of conflict resolution involving a third party. In modern times th use of mediation in the settlement of conflicts, as an alternative method of settling international disputes has become a tradition.
Натиг Абдуллаев
Посредничество: международный и национальный опыт
Статья посвящена анализу истории развития медиации. Автор предлагает свое определение понятие посредничеств, рассказывает об ее истории создания и отмечает, что существуют альтернативные способы разрешения конфликтов.
Посредничество – это процесс урегулирования конфликтов с участием третьей стороны.
В наше время использование посредничества в урегулировании конфликтов в качестве альтернативного метода разрешения международных споров стало традицией.