MODERN BOLŞEVİZM

MODERN BOLŞEVİZM

 
Bu gün dünyanın nüfuzlu mediasında və ölkə qəzetlərində ən çox müzakirə olunan məsələlərdən biridə Putinizm siyasətidir. Lakin dünyada böyük dövlətlərdən biri olmasına baxmayaraq Rusiya daxilən çürümüş və korrupsioner  avtoritar siyasi bir sistem mövcuddur. Sovet hakimiyyətinin dövründən qalmış qanunlar hələ də hökm sürməkdə davam edir. İri bir dövlətin idarə olunması prinsipi güclü bir hakimiyyətin yox yüksək potensiala malik olan tarazlı şəkildə idarəedici funksiyanı yerinə yetirən və xalqın mənafeyi naminə xidmət göstərən bir başçının olması daha məqsədəuyğundur. Lakin bu barədə heç düşünülə bilməz. Çünki yuxarıda qeyd etdiyim kimi avtoritar rejimin hökm sürməsi və bu sistemin başında Vladimir Putinin dayanması bu rejimin bir prinsipini ortaya qoyur o da hər nə yolla olursa olsun hakimiyyətdə qalmaqdan ibarətdir. Vladimir Putin güc və icra hakimiyyətini möhkəmləndirməsi eləcədə birbaşa olaraq mərkəzə tabe etməsi onun bir daha hakimiyyətdən getməsi üçün heç bir zəmin yaratmır. Həmçinin ölkədə korrupsiyanın hökm sürməsi bir çox investor Rusiyanı kapital qoyuluşu üçün etibarlı yer hesab etmir. Ölkədə qanun  aliliyi prinsipi işləmir, buna görə də şirkətlər və ayrı-ayrı sahibkarlar qeyri-müəyyən şəraitdə işləməli olur.
Məlumdur ki, Vladimir Putinin dünya siyasətində yeni bir modelin Avrasiya İttifaqı yaratmaq istəyini ortaya atıb. Putinin arzusu olan bu ittifaq tarixə nəzər salsaq görərik ki, 20-ci əsrin əvvəllərində bu ifadə yeni bir konsepsiya səklində irəli sürülüb. Rusiyanın 1-ci mühacirlər qrupuna aid olan “Beliy” miqrasiya adlanan yəni Ağ hərəkatın nümayəndələri belə bir Avrasiya İttifaqı ideyasını irəli sürdülər. Burada başlıca ideya müəllifi olan 1890-1938 ci illərdə  yaşamış knyaz Nikolay Trubetskoy idi. Avrasiya birliyinin əsas konsepsiyası Avropa sivilizasiyasına qarşı olan alternativ bir layihə olmalı idi. Burda əsas rol oynayan Slavyan və Türk xalqlarının birliyidi. Həmçinin bu ittifaq özü-özlüyündə yeni bir sivilizasyon modeli yaratmalı idi.
Beləliklə bu ideyanı reallaşdırmaq üçün Putin dünya gündəminə gətirdi. Avropa birliyinə qarşı alternativ olaraq Avrasiya İttifaqı yaratmaq fikrinə düşdü. Ancaq məlum olduğu kimi, post-sovet respublikalarının bir çoxu bu layihəyə o qədər də həvəslə yanaşmırlar. Çünki istənilən halda Avrasiya İttifaqı Avropa Birliyinə qarşı siyasi bir qüvvənin olması və bu quruma üzv olanlar AB ilə əməkdaşlığıda sual altına düşəcək. Eyni zamanda Avrasiya İttifaqı adı altında SSR-nin bərpası deməkdir. Yəni ki, toydan sonra nağara. Belə nəticə çıxarmaq olar ki, Avrasiya İttifaqı yalnız Kremlin mənafeyinə uyğun xidmət etməsi ve dünyada güc strukturuna çevrilməsi rolunu oynayır. Bu oyunda ancaq Rusiyanın qazanması bura qoşulan digər dövlətlərinsə itirməsi ilə nəticələnə bilər. Buna görədə post-sovet respublikaları yenidən Rusiyanın öz nüfuzu altında görmək istəmirlər. Hal-hazırda Putinin irəli sürdüyü layihəyə Qazaxıstan, Belarus ve ermənistan razılıq verib. Lakin Putinin çıxışları onu göstərir ki, Avrasiya İttifaqına daxil olmağa boyun qaçıran respublikalara təzyiq göstərməklə istəyinə nail olmağa ümid edir. Vladimir Putin həmçinin bu ittifaqda Azərbaycanıda görmək istəyir. Ancaq məlum olduğu kimi, Rəsmi Bakı  bu birliyə qoşulmağa razılıq verməyib. Belə bir haşiyə çıxmaq istərdim. Şirlər azadlıq sevən məxluqlardır! Çaqqallar isə onun bunun artığını yeyən və kimlərinsə kölgəsində yaşamağı üstün tutan heyvanlardır. Bizlər şirik! Çünki azadlığı sevirik! Rusla birləşmək istəyənlər isə çaqqallardırlar yəni ki, rusun artığını yeməyə öyrəşiblər. Əlqərəz Rusiya ilə yaxınlaşmaq Azərbaycanın maraqlarına uyğun deyil. Eks təqdirdə Rusiya ilə danışıqlara getmək bir sıra fəsadların yaranması, vassal asıllığına çevrilməsinə, ölkənin təbii sərvətlərinin və yeraltı resurslarının əlindən çıxmasına səbəb olar. Ancaq Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə gərginliyin yaşandığı açıq şəkildə hiss olunur. Bildiyimiz kimi, Rusiyada Azərbaycanlı miqrantların sıxışdırılması onlara müəyyən təzyiqlərin göstərilməsi göz qabağındadır. Azərbaycana qarşı bu siyasi manevrlərin həyata keçirilməsi ona işarədir ki, biz könüllü sürətdə Avrasiya İttifaqına qoşulmağa razılıq verək. Çünki Azərbaycan hal-hazırda Qafqazda inkişaf etmiş dövlətlərdən birinə çevrilməsi o cümlədən də dünya iqtisadiyyatında müəyyən potensiala sahib olması Kreml üçün əlverişli ölkələrdən biri kimi hesab olunur.
Analiz etdikdə görərik ki, loru dildə desək  Azərbaycan iki daş arasında qalib, bir tərəfdən Avropaya inteqrasiya etmək o biri tərəfdəndə Avrasiya məsələsi. Belə qənaətə gəlmək olar ki, Azərbaycan balanslı siyasət aparmaqla Rusiya ilə danısıqlara getməli deyil eləcədə onu razı salmalı və Avrointeqrasiya yolunu tutmalıdır. Sadəcə olaraq düzgün siyasət yürütmək aqibətimizin daha xeyirli olması ilə nəticələnə bilər.
Allah axrımızı xeyrli eləsin. Amin!



MirCavid Cavadov
Gündəlik