"SOVETLƏR DÖNƏMİNDƏ MİQRASİYA PROBLEMİ
TƏHLÜKƏLI, YASAQ MƏSƏLƏ SAYILIB"
HÜQUQİ İSLAHATLARA YARDIM MƏRKƏZİNİN RƏHBƏRİ FƏTƏLİ ABDULLAYEV:
"BƏŞƏR TARİXİ "BÖYÜK İNSAN KÖÇÜ" KİMİ TANINAN HADİSƏLƏRLƏ ZƏNGİNDİR"
Məlum olduğu kimi, bu ilin 4 mart tarixində dövlət başçısı İlham Əliyev tərəfindən "Miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" fərman imzalanıb. Bu fərman adından da göründüyü kimi, ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsi, bu sahədə operativliyin təmini və həllini gözləyən problemlərin aradan qaldırılmasını özündə ehtiva edir. Məlum fərmana əsasən bu ilin iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi nəzərdə tutulur və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilir. Həmin fərmanda həmçinin "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə bir sıra vəzifələrin yerinə yetirilməsi tapşırığı da verilir. Miqrasiya prosesi, onun tarixi kökləri, bu sahənin xarakterik problemləri və digər məsələlərlə bağlı suallarımızı miqrasiya məsələləri üzrə ekspert, Hüquqi İslahatlara Yardım Mərkəzinin rəhbəri Fətəli Abdullayevə ünvanladıq.
- Miqrasiya siyasətinin müəyyənləşdirilməsi, bu problemin elmi-nəzəri aspektlərinin təhlili ilk növbədə bu fenomenin mahiyyəti, forma və növləri, struktur və tipologiyası, miqrasiyanın formalaşma qanunauyğunluqları haqqında kompleks araşdırmalar aparılmasını zəruri edir. Bu da ilk növbədə sadalanan məsələlərə dair elmdə mövcud olan mövqe və konseptual şərhlərə bələd olmağı, onlara münasibət bildirməyi şərtləndirir. Müasir miqrasiya proseslərinin milli və qlobal təhlükəsizlik faktorlarından birinə çevrilməsi, son dərəcə intensiv sürətlə dinamikaya uğraması yeni xüsusiyyətlərin üzə çıxarılmasına səbəb olub. Miqrasiyaya dair elmdə mövcud olan anlayış, təsnifat və tipologiyanı müqayisə etmədən, yeni təzahürlərin real vəziyyəti və perspektivləri haqda mühakimə yürütmək qeyri-mümkündür. Bəşər tarixinin inkişafında çox mühüm rol oynayan miqrasiya prosesləri hər bir ölkənin üzləşdiyi çoxşaxəli, mürəkkəb hadisə kimi olduqca müxtəlif elmi aspektlərə malikdir. Məhz buna görə problemin nəzəri-metodoloji təhlili, anlayış-kateqorial aparatının dəqiqləşdirilməsi tələb olunan ilk məsələlərdəndir. Müasir inkişaf üçün bütün səviyyələrdə reallığın dinamik dəyişməsi səciyyəvidir. Bu baxımdan cəmiyyətin inkişafı ilə paralel miqrasion situasiya da çevik transformasiyaya uğrayan sahə olduğu üçün onun tədqiqində istifadə olunan anlayışların məzmunu yeniləşir, adekvat ifadəsini tələb edir. "Miqrasiya" termininin mahiyyəti və təkamülünü müəyyənləşdirməsi, tipoloji-təsnifat məsələlərinə yaxından bələd olmağı gündəmə gətirir. "Miqrasiya" - latın sözü olub (miqratio") "bir yerdən başqa yerə (yaxın və uzun müddətli) hərəkət etmək, köçmək, yerini dəyişdirmək" mənalarını verir ("miqro" - keçirəm, köçürəm) və bir qayda olaraq insanların öz yaşayış yerlərini dəyişmələri ilə əlaqədar olan bir prosesdir. Bəzi tədqiqatlara görə miqrasiyanın elmi izahı ilk dəfə XIX əsrdə E.Ravenşteyn tərəfindən verilib və onu "insanın öz yaşayış yerini daimi və ya müvəqqəti dəyişməsi" kimi şərh edib. "Miqrasiya" sözün ilkin mənasında ingilis dilindəki "miqrateo"- piyada gəzmək, səyahət etmək" feli ilə də bağlıdır. Anlayışın geniş və dar mənalarda tətbiqi məlumdur. Dar mənada daimi yaşayış yerinin tərk edilməsi "köçüb getmək", geniş mənada isə müddət, mənbə, məqsəd və davamlığından asılı olmayaraq ərazi-məkanlar, ölkələrdaxili və dövlətlərarası əhali hərəkətini ifadə edir...
-Â Â Â Bəzi bilgilərə görə, miqrasiya bəşər cəmiyyətinin tarixi inkişafını müşayiət edən davamlı hadisə kimi hələ qədim dövrlərdən mövcud olub...
- Tamamilə doğrudur. İlk əvvəl insanların yaşayış yerlərinin dəyişməsinin səbəbi təsərrüfat - istehsal, əmək bölgüsü faktorları ilə bağlı olub. Digər səciyyəvi cəhət isə erkən tarixdə əhalinin bir yerdən digərinə köç etməsini şərtləndirən amil-müharibə, işğal, zor tətbiqi, istismar, irqi-dini, etnik və sair təzyiqlərin nəticəsi olub. Bəşər tarixi "böyük insan köçü" kimi tanınan hadisələrlə zəngindir. Zaman keçdikcə, ictimai inkişafın təkamülü miqrasiyanın əsas motivi kimi sosial-iqtisadi, siyasi səbəbləri önə çəkib. Bu xüsusilə sənaye - kapitalist istehsal üsulunun intensiv inkişaf etdiyi XIX əsrdə baş verib. Təbii ki, bu dövrdən etibarən miqrasiya proseslərinin hərbi, siyasi, sosial, milli-dini faktorları öz təsirini saxlayıb. Təkcə V və II dünya müharibələrini, bolşevik inqilabını və digər çoxsaylı inqilabları, vətəndaş müharibələrini, totalitar rejimlərin zorla köçürmə siyasətini xatırlatmaq kifayətdir. Milyonlarla insanın məcburi miqrant həyatı yaşamasının çoxşaxəli mənbələrinin həllilə əlaqəli mövcudluğu faktı qəbul edilib. Bununla belə, industrial inkişaf mərhələsi insan axınlarının yüksək intensivliyinin başlanğıc götürdüyü zaman hesab edilir. Miqrasiyanın elmi təhlilinə cəhdlər də XIX əsrdən müşahidə olunur. Bu fenomen terminologiya və təsnifat xüsusiyyətlərinin müəyyənləşməsində dünyanın bir çox alimləri iştirak edib.
- O da faktdır ki, Sovet dönəmində bu problemə müxtəlif münasibət olub. Hətta XX əsrin 30-cu illərində onun iqtisadi aspekti sahəsində tədqiqatlara ara verilib...
- Bilirsiniz, bunun səbəbi o olub ki, 1937-ci ilin əhalinin siyahıyaalınma tədbiri "ziyankar kampaniya" elan edilib, bu sahənin tədqiqatçıları repressiyaya məruz qalıb. Demoqrafik-miqrasiya problemi uzun illər təhlükəli, yasaq mövzu sayılıb. 1954-cü ilin "Böyük Sovet Ensiklopediyasında" miqrasiya anlayışının mahiyyəti kölgədə qalıb. Yalnız 1959-cu ildə onun ensiklopedik şərhi bərpa edilib. Ötən yüzilliyin sonlarında miqrasiya qlobal demoqrafik problemlər və beynəlxalq həyatın ən mühüm reallığı kimi geniş qədəm qoyub. Onun neqativ təzahürləri beynəlxalq münasibətlərin və siyasi tənzimlənmənin predmetinə çevrilməyə başlayıb. Bununla da "miqrasiya" termininin politoloji-hüquqi statusu və mahiyyəti beynəlxalq siyasətdə və qanunvericilikdə rəsmi məzmununun müəyyənləşməsini gündəmə gətirib. BMT tərəfindən 1958-ci ildə nəşr edilmiş lüğətdə miqrasiya "əhalinin demoqrafik planda hərəkəti və yerdəyişməsinin ən mühüm istiqaməti kimi" izah edilib. 1989-cu ildə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın 59-cu sessiyasında "miqrasiya" və "miqrant" anlayışlarına belə şərh verilib: "Miqrasiya hər bir dövlətin inkişafının ayrılmaz hissəsidir. İstər insanların tərk etdiyi, istərsə də yaşamaq üçün seçdikləri dövlətlər, yerdəyişmənin səbəbindən asılı olmayaraq bu proseslərlə üzləşirlər. Miqrant - bir dövlətdən digərin hərəkət edən, beynəlxalq təşkilatların həyata keçirdiyi, beynəlxalq miqrasiya xidmətinə ehtiyacı olan şəxsdir". "Miqrasiya, miqrant, beynəlxalq miqrasiya" anlayışlarının ümumən qəbul edilmiş, unifikasiya olunmuş məzmununun müəyyənləşməsi prosesi siyasi-hüquq tənzimlənməsi sahəsində mühüm əhəmiyyətə malikdir. Dünyada miqrant axınlarının əvvəllər görünməmiş hədlərə çatması və onun tənzimlənməsi sahəsində beynəlxalq siyasi əməkdaşlıq bu problemin geniş təhlili, yeni anlayış aparatının təkmilləşdirilməsi kimi tələblər nəzəri araşdırmaları zəruri edib.
- Məlum olduğu kimi, miqrasiya müxtəlif elmlər tərəfindən təqdim edilməyə başlanıb. Onun yalnız iqtisadi səbəblərlə deyil, həm də insanlara xas olan tələbat, maraq və səylərlə də sıx bağlı olduğu aşkarlanıb...
- Bəli, bu günə qədər miqrasiyanın əlliyə yaxın tərifi mövcuddur. Bu sahədə aparılan nəzəri-metodoloji ümumiləşdirmələrə əsasən miqrasiyanın növləri, strukturu, faktorları, funksiyaları, tipologiyası, motiv və mənbələri, regional xüsusiyyətləri, dinamikası və miqyası kimi aspektlərin müxtəlif təsnifat sistemləri müəyyənləşdirilib. Əminliklə demək olar ki, onların heç biri bitkin, mükəmməl nəzəri sistem kimi formalaşa bilməyib, inkişafın hər bir yeni mərhələsində yeni xüsusiyyətlər, yeni miqrasiya reallığı ortaya çıxıb və çıxmaqdadır. Miqrasiyanın növləri aşağıdakı kimi sistemləşdirilib: daxili; xarici; bir istiqamətli (geri dönməyi nəzərdə tutmayan); daimi yaşayış yerinə emiqrasiya; müvəqqəti (qayıdışı nəzərdə tutan); uzunmüddətli (6 aydan çox müddətdə davam edən); mövsümi; köçərilik və ziyarət məqsədli; mütərəddid (daimi gediş və qayıdış, "rəqqas formalı" adlandırılan miqrasiya növü); epizodik; tranzit (sərhədyanı); məcburi (obyektdən asılı olmayan səbəblərdən baş verən miqrasiya) və əks istiqamətli, dönüş məqsədli miqrasiya (özünün və ya dövlətin təşəbbüsü ilə dönüşü nəzərdə tutan miqrasiya növü). Məsələn, İsrail dövlətinin repatriasiya proqramı buna əyani misaldır. Miqrasiyanın təsnifat sistemlərinə gəldikdə, onun forma, səbəb, mənbə, mərhələ və sair üzrə uyğunlaşdırılması, miqrasiya hərəkətinin təsnifi sahəsindəki mövqelər də müxtəlifdir. Formasına görə miqrasiyanın ictimai baxımdan təşkil olunmuş və mütəşəkkil olmayan (təşkil olunmamış, kortəbii), səbəblərinə görə - iqtisadi, sosial, mədəni, siyasi hərbi, mərhələlərinə görə isə qərarın qəbul edilməsi (getmək və gəlmək barədə), məkanda yerdəyişmə, hərəkət prosesi və sakinləşmə, yeni yerə adaptasiya və inteqrasiya kimi növlərə qruplaşdırılıb. Təsnifat (klassifikasiya) üçün hansı meyarların seçilməsindən asılı olaraq miqrasiyanın təsnif sistemləri çoxşaxəlidir. Məsələn, müxtəlif ərazi (region, məkanlar) arasında miqrasiya prosesi "üfüqi" və "şauqi" proseslər kimi də qruplaşdırılıb. Yaşayış yerləri müxtəlif statusa, miqyas və nüfuza malikdir. İri, mərkəz hesab olunan paytaxtlar, azsaylı əhali yaşayan şəhərlər mövcuddur. Bu baxımdan "eyni statuslu ərazilər arası miqrasiya" "üfüqi", "insanların maddi həyat səviyyəsinin daha yüksək olduğu ən məşhur məkanlara, şəhərlərə axını" isə "şaquli" miqrasiya kimi səciyyələndirilib.
Azərbaycan alimlərinə gəlincə, onlar miqrasiyanın növləri üzrə bölgüsünü belə fərqləndiriblər: beynəlxalq (xarici), ölkədən getmək və ya ölkəyə gəlmək, dövlətdaxili, daimi, dövri və ya vaxtaşırı, bir yaşayış yerindən digərinə işə və təhsilə (gündəlik) yerdəyişmə, epizodik (müxtəlif istiqamətlərə müntəzəm işgüzar və ya digər səfərlər və nigah mühacirəti (ailə qurmaqla əlaqədar yaşayış yerinin dəyişməsi).
- Bəs sizcə, insan daimi yaşadığı məkanı necə tərk edir, necə miqranta çevrilir? Onun status baxımından təkamülü necə baş verir?
- Bütün bu suallar öz cavabını konkret dövlətin, beynəlxalq birliyin miqrasiya siyasətində tapa bilir. Hər bir miqrant kateqoriyasının problemin özünəməxsus həll üsullarını tələb edir. Könüllü və məcburi, müvəqqəti yaxud daimi, leqal və qeyri-qanuni, kriminal miqrantlara münasibətdə dövlət siyasəti diferensial yanaşmaya əsaslanır. Bu prosesə miqrantların status vəziyyəti, peşəsi, ixtisas və gender fərqləri, demoqrafik, ailə və nikah münasibətləri, etnik mənsubiyyəti və sair və ilaxır, öz dərin təsiri göstərir. Dövlətin miqrasiya siyasətində stimullaşdırıcı-liberal, yoxsa konservtiv-məhdudlaşdırıcı, sərt qadağa tədbirlərinə üstünlük verilməsi məhz miqrantların kateqorial təsnifat və meyarlarının dəqiq ümumiləşdirilməsi, kompleks -inteqral miqrasiya tipologiyasının işlənilməsi ilə bağlıdır.
KAMİL