Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab O. Əsədova

Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab O. Əsədova

Hörmətli cənab sədr

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 15 noyabr 2011-ci il tarixli, 256 â„–-İV QD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə “Qadını nikaha daxil olmağa məcbur etmə“ adlı 176-1-ci maddə əlavə olunmuşdur.

Sözügedən maddənin dispozisiyasına görə qadını nigaha daxil olmağa məcbur etmə cinayət əməli hesab edilərək sanksiyalaşdırılmışdır.

Hörmətli Oqtay müəllim

Sözügedən cinayət qanunun maddəsinin dispozisiyasında nikaha daxil olmağa məcbur etmənin nədə ifadə olunması barədə birbaşa göstəriş olmadığı üçün bu maddənin praktiki tətbiqində qeyri-müəyyənliklər və fərqli fikirlər, habelə ziddiyətlər yaranır.

Azərbaycan Respublikasının cinayət-hüquqi mühafizə fiziksiyasının xarakterini və istiqamətlərini nəzərə alsaq hesab etmək olar ki, bu maddədə təsbit olunan məcburetmə fiziki zor tətbiq etmək və ya fiziki zor tətbiq etməklə hədələmədə, şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə edilməklə törədilmədə ifadə oluna bilər.

Lakin maddənin dispozisiyasında ehtiva olunan məcburetmənin nədə ifadə olunmasının ümumiyyətlə göstərilməməsi CM-nin digər bu qəbildən olan maddələrinin dispozitiv quruluşu ilə uzlaşmamaqla yanaşı yuxarıda qeyd olunduğu kimi prakti8ki təcrübədə də ziddiyətlərə, fərqli fikirlərə və qeyri-müəyyənliyə əsas yaradır.

Digər tərəfdən hesab edirik ki, yalnız qadını deyil, kişini də nikaha daxil olmağa məcburetmə hallarına da rast gəlinə bilər. (yuxarıda göstərilən əsaslarla, eləcədə onun barəsində rüsvayedici məlumatların yayılması təhdidi ilə və s.) Buna görə də qeyd edilən maddənin adında və dispozisiyasında göstərilən “qadını” sözünün maddədən xaric edilməsi də məqsədə müvafiq olardı.

Hesab edirik ki, bu maddədə ehtiva olunan cinayətin subyekti yalnız kişi deyil, qadında ola bilər.

Göstərilənlərə əsaslanaraq Sizdən xahiş edirik ki, təklifimizi nəzərə alıb gələcəkdə cinayət qanunvericiliyinə baxılan zaman yuxarıda göstərdiyimiz təkliflərimizin də müzakirə edilməsi məsələsinə baxılması üçün müvafiq tapşırıqlar verəsiniz.

 

Mərkəzin sədri: Natiq Abdullayev

Gündəlik