Azərbaycan Respublikası Iqtisadiyyat və Sənaye Naziri cənab Ş.Mustafayevə

Azərbaycan Respublikası Iqtisadiyyat və Sənaye Naziri cənab Ş.Mustafayevə

Hörmətli Şahin müəllim

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli, 714-İVQ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2014-cü tarixli (14 may 2014-cü il tarixli əlavə və dəyişiklərlə) Fərmanın 2-ci bəndi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birlikdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri yoxlayıcı orqanlara izah edilməsi məqsədi ilə ildə ən azı iki dəfə müvafiq təlimlərin keçirilməsi, həmin Qanundan irəli gələn məsələlərin sahibkarlara izah edilməsi məqsədi ilə sözügedən Qanun qüvvədə mindiyi gündən bir il ərzində hər ay kütləvi informasiya vasitələrində müvafiq reklam çarxlarının və verlişlərin yayımını, məqalələrin dərc edilməsini və digər maarifləndirici tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılmışdır.

Hörmətli Şahin müəllim

“Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyi də öz növbəsində yuxarıda sözügedən Qanunun tələblərinin sahibkarlıq subyektlərinə izah edilməsinə dair maarifləndirmə tədbirlərə başlamışdır. Bununla əlaqədar Mərkəzi “Analitik.az” elektron informasiya portalı ilə əməkdaşlıq memarandumu imzalanmışdır. Qeyd olunan Qanunla bağlı maarifləndirimə tədbirlərimizdə

mühüm əhəmiyyət kəsb edə biləcəyindən mühüm əhəmiyyət kəsb edə biləcəyindən Sizdən sözügedən Fərmana əsasən apardığınız maarifləndirmə tədbirləri və yoxlayıcı orqanlara yuxarıda qeyd olunan Qanundan irəli gələn məsələlərin izah edilməsi məqsədi ilə keçirdiyiniz müvafiq tədbirlər barədə bizə ətraflı məlumat verilməsi üçün aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verməyinizi xahiş edirik.

Əvvəlcədən Sizə öz təşəkkürlərimizi bildiririk.

Hörmətlə

Mərkəzin sədri: Natiq Abdullayev

Gündəlik