AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ APARATININ RƏHBƏRİ CƏNAB AĞABALA HACIYEVƏ

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ APARATININ RƏHBƏRİ CƏNAB AĞABALA HACIYEVƏ

HİYM sədri Nazirlər Kabinetinə sorğu göndərib

«Hüquqi İslahatlara Yardım Mərkəzi» İctimai Birliyi tərəfindən “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsi Qaydaları”nın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli, 105 â„–-li qərarının qüvvədə olub-olmadığına dair Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Ağabala Hacıyevə sorğu göndərilib. Sorğuda, həmçinin, 2012-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 290.3-cü maddəsinə müvafiq olaraq, fiziki şəxslərin ünvanına qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə əməl olunmaqla beynəlxalq poçt göndərişləri ilə göndərilən, istehsal və kommersiya məqsədlərinə istifadə üçün nəzərdə tutulmayan malların gömrük rüsumlarından və vergilərdən, habelə ticarət siyasəti tədbirlərinin tətbiqindən azad edilməsinə dair məlumat verilməsi xahiş olunur.

Sorğunun tam mətni:

Azərbaycan Respublikası
Nazirlər Kabineti Aparatının rəhbəri
Cənab Ağabala Hacıyevə

Hörmətli Ağabala müəllim!

“Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli, 105 â„–-li qərarı 2012-ci il yanvar ayınadək qüvvədə olmuş Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 107-ci maddəsinə uyğun olaraq qəbul edilmişdir.

Məlumunuz olduğu kimi 2011-ci 24 iyun tarixli qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsi 2012-ci ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir.

Yeni Gömrük Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar olaraq 2012-ci ilin yanvar ayınadək qüvvədə olmuş Azərbaycan Respublikası Gömrük Məcəlləsi, o cümlədən bu Məcəllənin 107-ci maddəsi qüvvədən düşmüşdür.

Lakin buna baxmayaraq gömrük əməkdaşları hava gəmisi ilə ölkəmizə gələn şəxslərdən, eləcə də beynəlxalq poçt göndərişləri ilə fiziki şəxslərin ünvanına göndərilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, 105 nömrəli qərarı ilə təsdiqlənmiş yuxarıda istinad edilən Qaydaların 2.1.1 və 2.1.2-ci bəndlərində ehtiva edilən qaydada gömrük ödənişlərini ödənilməsini tələb edirlər.

Buna əsas kimi isə bu günədək sözügedən Qaydaların qüvvədən düşmüş hesab edilməməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər hansı bir qərarın verilməməsini gətirirlər.

Hörmətli Ağabala müəllim!

Nəzərə alınmalıdır ki, 2012-ci ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 290.3-cü maddəsində göstərilmişdir ki, fiziki şəxslərin ünvanına qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə əməl olunmaqla beynəlxalq poçt göndərişləri ilə göndərilən, istehsal və kommersiya məqsədlərinə istifadə üçün nəzərdə tutulmayan mallar gömrük rüsumlarından və vergilərdən, habelə ticarət siyasəti tədbirlərinin tətbiqindən azad edilir.

Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 105 â„–-li qərarının 2.1.1-ci bəndində beynəlxalq poçt göndərişləri ilə fiziki şəxslərin ünvanına göndərilən, istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 200 (iki yüz) ABŞ dollarının ekvivalenti və ya çəkisi 20 kq-dan artıq olmayan mallar alındıqda (gətirildikdə) gömrük ödənişlərinin ödənilməli olması ehtiva edilmişdir. Halbuki, hazırda bu müddüa yeni Gömrük Məcəlləsinin 290.3-cü maddəsinin tələbləri ilə uzlaşmır.

Mövcud vəziyyətdə gömrük əməkdaşları faktiki olaraq 105 saylı qərarın hazırda da qüvvədə olmasına əsaslanaraq Qaydaların istinad edilən bəndlərində nəzərdə tutulan hədlərdən artıq mal gətirən şəxslərdən bu qaydalara istinadən gömrük ödənişi tələb edirlər.

Yaranmış vəziyyəti nəzərə alıb Sizdən xahiş edirik ki, bu məsələlərə aydınlıq gətirilməsi, eləcə də Azərbaycan Respublikası NK-nin 31 may 2001-ci il tarixli, 105 saylı qərarının hal-hazırda qüvvədə olub-olmaması barədə bizə məlumat verilməsi üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq verəsiniz.

Hörmətlə,

Sədr N.Abdullayev

Gündəlik