ŞENGEN VİZASI NƏDİR VƏ ONU NECƏ ALMAQ OLAR?

ŞENGEN VİZASI NƏDİR VƏ ONU NECƏ ALMAQ OLAR?

 
“Şengen” sözü Lüksemburqda kiçik bir şəhərin adından götürülüb və məhz bu şəhərdə 1985-ci ilin iyun ayında 5 Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar. Sonrakı illərdə bir çox ölkələr də bu sazişə qoşulublar. Hazırda 21 dekabr 2007-ci ildən bəri 24 Şengen ölkəsi var.
24 Şengen ölkəsi bunlardır: Almaniya, Avstriya, Belçika, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan.

İslandiya və Norveç istisna olmaqla bütün ölkələr Avropa Birliyinin üzvləridir. Avropa Birliyinə daxil olan 5 ölkə,-Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengenin zonasına daxil deyillər. Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi nəticəsində asanlaşdırılıb,
Şengen vizası ilə siz bir ölkəyə daxil olaraq bütün Şengen zonasında azad səyahət edə bilərsiniz. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasında hər hansı bir yerdə müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol və qatar səyahətləri də tədricən ölkədaxili səyahətlər kimi idarə olunur. Şengen vizaları qısamüddətli vizalardır və onlar Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.

Əgər siz yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsinizsə, o zaman yalnız həmin ölkənin səfirliyinə müraciət etməlisiniz. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa, o zaman əsas istiqamətiniz olan ölkənin səfirliyinə müraciət etməlisiniz. Əgər siz müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, o zaman siz ərazisinə birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət edirsiniz. Viza üçün müraciət edən zaman siz şəxsən özünüz gəlməlisiniz və ərizə forması (şəxsən doldurmalı və imzalamalısınız) və səyahətiniz üçün digər lazımi sənədləri təqdim etməlisiniz. Viza rüsumunun məbləği 60 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun olaraq avro, manat və ya dollarla Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və bu məbləğ geri qaytarılmır. Heç bir digər məbləğ ödənilmir. Turizm agentlikləri vizanın verilməsi qərarında heç bir rol oynamır.


Şengen sözü Lüksemburqda kiçik bir şəhərin adından gəlir və məhz bu şəhərdə 1985-ci ilin iyun ayında beş Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar. Sonrakı illərdə bir çox ölkələr də bu sazişə qoşulublar. Hazırda 21 dekabr 2007-ci ildən bəri 24 şengen ölkəsi vardır.

24 Şengen ölkəsi bunlardır:

Almaniya, Avstriya, Belçika, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan (altından xətt çəkilmiş 9 ölkə Şengen sazişinə yeni üzv olan ölkələrdir).
İslandiya və Norveç istisna olmaqla bütün ölkələr Avropa Birliyinin üzvləridir.
Beş Avropa Birliyi ölkəsi, Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengenin zonasına daxil deyillər. Şengen qrupu Avropa Birliyinə üzv olmayan ölkələrlə nəzarətin uyğunlaşdırılması sahəsində proqressiv əməkdaşlığı inkişaf etdirir. Polis və hüquqi əməkdaşlıq Şengen sisteminin əsaslarından biridir.
Şengen vizası nədir? Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi nəticəsində asanlaşdırılmışdır. Şengen ölkəsinə səyahət edən zaman siz vahid viza sisteminin bir çox üstünlüklərindən yararlana bilərsiniz. Şengen vizası ilə siz bir ölkəyə daxil olaraq, bütün Şengen zonasında azad səyahət edə bilərsiniz. Daxili sərhədlərin nəzarəti ləğv edilmişdir. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasında hər hansı bir yerdə müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol və qatar səyahətləri də tədricən ölkədaxili səyahətlər kimi idarə olunur.
Şengen vizaları \“qısamüddətli\” vizalardır və onlar Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.
Hara müraciət etməlisiniz? Əgər siz yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsinizsə, o zaman yalnız həmin ölkənin səfirliyinə müraciət etməlisiniz. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa, o zaman əsas istiqamətiniz olan ölkənin səfirliyinə müraciət etməlisiniz. Əgər siz müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, o zaman siz ərazisinə birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət edirsiniz. Viza üçün müraciət edən zaman siz şəxsən özünüz gəlməlisiniz, ərizə
forması (şəxsən doldurmalı və imzalamalısınız) və səyahətiniz üçün digər lazımi sənədləri təqdim etməlisiniz.
Viza rüsumunun məbləği 60 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun olaraq avro, manat və ya dollarla Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və bu məbləğ geri qaytarılmır. Heç bir digər məbləğ ödənilmir. Turizm agentlikləri vizanın verilməsi qərarında heç bir rol oynamır.
Bütün Şengen ölkələri Bakıda səfirlik və konsulluqlarla təmsil edilmirlər. Aşağıdakı istiqamətlər üçün bu Avropa ölkələri səfirliklərinə müraciət etmək lazımdır:

- Almaniya və Avstriya üçün Bakıdakı Almaniya səfirliyi.
- Belçika, Fransa, İspaniya, Lüksemburq, Niderland və Portuqaliya üçün Bakıdakı Fransa səfirliyi.
- Finlandiya, İslandiya, Norveç və İsveç üçün Bakıdakı Norveç səfirliyi.
- İtaliya, Latviya, Litva (01/03/2008 tarixindən sonra), Polşa və Yunanıstan üçün həmin ölkələrin səfirlikləri.
- Çexiya Respublikası və Litva (01/03/2008 tarixindən əwəl) üçün həmin ölkələrin Tiflisdəki səfirlikləri.
- Danimarka və Sloveniya üçün həmin ölkələrin Ankaradakı səfirlikləri. (Danimarkaya işgüzar səfərə gedən zaman Norveçin Bakıdakı səfirliyinə müraciət etməyə icazə verilir).
- Malta və Siovakiya üçün həmin ölkələrin Moskvadakı səfirlikləri.
- Estoniya və Macarıstan üçün həmin ölkələrin Ankaradakı və ya Moskvadakı səfirlikləri. (Turan)

12.12.2008-ci ildən İsveçrə də Şengen dövləti oldu.
Maraqlı