SAYTIMIZIN İSTİFADƏÇİLƏRİNƏ

SAYTIMIZIN İSTİFADƏÇİLƏRİNƏ

 
Qloballaşan dünyada getdikcə daha çox hüquqi terminlər, ifadələr əksər dillərdə vahid ümumişlək sözlərə çevrilir, işədilir, başa düşülür, vətəndaşlıq hüququ qazanır.
Ancaq gəlin görək kitablarda, dövri mətbuatda oxuyub, radio və televiziyadan, müsahiblərimizin nitqindən eşitdiyimiz, təbii ki ən çox da latın dilindən alınmış belə sözlərin hamısının mənasını anlayıb başa düşürükmü? Yəqin ki, razılaşarsınız: xeyr! Bəzən özümüz də işlətdiyimiz belə söz-terminlərin hansı dəqiq hüquqi mənanı əhatə etdiyinin fərqinə varmırıq, düzgün bilmirik.
Azərbaycan Respublikasında iqtisadi-sosial həyat sürətlə dəyişir, ölkəmiz gündən günə inkişaf edir, beynəlxalq təşkilatlarla əlaqələri genişlənir, Avropaya inteqrasiya bütün sahələri əhatə edir, getdikcə daha çox xarici tərəfdaşlar qazanır, respublikamıza kənar dövlətlərdən investisiya axını güclənir, əksər müqavilələr həm dövlət dilimizdə, həm də BMT dili olan ingiliscə tərtib olunur. Eyni zamanda bu inkişaf şəraitində istər yeni qəbul olunan qanunlarda, istərsə də hüquqi münasibətlərin tənzimləndiyi digər sahələrdə, beynəlxalq müqavilələrin bağlanmasında, mülki-hüquqi, iqtisadi müqavilələrdən yaranan mübahisələrin həlli üzrə aparılan danışıqlarda, məhkəmə proseslərində işlədilən terminlər, ifadələr də qloballaşan dünya dilinə uyğunlaşır, yəni beynəlmiləlləşir.
Hüquqşünaslar da, təbii ki, bu tendensiyadan geri qalmamalı, əksinə öndə getməli, yəni belə hüquqi termin və ifadələrin dəqiq mənasını bilməlidir. Onların fəaliyyətlərində, danışığında  belə hüquqi terminlərin yerli-yerində işlədilməsi yalnız müsbət hal sayılar, imici yüksəldən amil ola bilər. Digər tərəfdən azərbaycandilli mütəxəssislərin ingilis və digər əcnəbi dildə olan sənədlərlə işləməsində, yaxud əksinə əcnəbilər Azərbaycan dilində olan mətnlərlə işləyəndə bəzən  mənası anlaşılmayan ifadə, terminlərlə qarşılaşır, müəyyən problemlər yaranır.
Hüquqi maarifləndirmə sahəsində Azərbaycan Respublikasında görülən işlərdən biri də müasir şəraitə uyğun olaraq beynəlxalq aləmdə adətən işlədilən terminlərin Azərbaycan dilində tərcüməsini, mənasını mütəxəssislər və daha geniş kütlələr arasında yaymaqdır. Bundan ötrü isə əcnəbi dildə olan sözlərin, söz birləşimələrinin və terminlərin Azərbaycan dilində qarşılığının doğru-dürüst ifadə edilməsi zəruridir Bu cür problemlərin aradan qaldırılması üçün də, əlbəttə ki, geniş hüquqi maarifləndirmə tədbirlərinə zərurət vardır.
Hüquqi İslahatlara Yardım Mərkəzi və Konsaltinq Qrup yarandığı vaxtdan öz məramnaməsinə uyğun olaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Biz bundan əvvəl “Rusca-Azərbaycanca hüquq lüğəti”i bu məqsədlə hazırlayıb nəşr etdirmişdik və həmin kitab dərhal geniş alıcı, oxucu auditoriyası qazanmışdı.
Saytımızın hörmətli istifadəçiləri!
Diqqətinizə təqdim etdiyimiz bu tərcümə materialı da sizlərə sözügedən məsələdə yardımçı olmaq, yazılı və şifahi nitqinizdə, xarici dillərdən istifadə prosesində leksikonunuzu daha da zənginləşdirmək məqsədi daşıyır.
Əminik ki, bu təşəbbüsümüz də ürəyinizcə olacaqdır.
Buyurub yararlana bilərsiniz.


A

1.    Ab absurdo - əksinə
2.    Ab hoc et ab hoc – helə də , belə də; mənasız; sözgəlişi; yersiz
3.    Ab initio – başlanandan bəri; yaranandan bəri
4.    Ab intestate – olacaqsız
5.    Ab origine – lap avvəldən
6.    Ad exemplum – nümunə üzrə; misal üçün
7.    Actiones juris – hüquqi faktlar
8.    Actor sequitur forum rei – iddiaçı cavabdehin yaşayış yeri üzrə məhkəməyə müraciət edir
9.    Ad hoc - bu; hazırki hal üçün; bu məqsəd üçün
10.    Ad instantiam - vəsatəti ilə
11.    Ad libitum – istəyi ilə; mülahizəsi ilə; seçimi ilə
12.    Ad notata – qeyd
13.    Ad rem – işin mahiyyəti üzrə; işə (iş üzrə)
14.    Alibi – “Başqa yerdə olmaq”..............
15.    Altera pars – qarşı tərəf
16.    Animus injuriandi – “qanunpozğunluğu törətməyə hazır olmaq”; cinayət niyyəti
17.    Auctoritas rei judicatae – məhkəmə qərarının presedenti
18.    Aurea mediocritas – qızıl orta
19.    Aut Caesar, aut nihil – bütün və ya heç bir şey; ya Sezar ya da heçnə     

C

1.    Casus – hal
2.    Causa causalis - əsas səbəb
3.    Casus improvisus – gözlənilməyən hal
4.    Casus justa – qanuni əsas, qanuni səbəb
5.    Causa privata – şəxsi iş
6.    Causa publica – ümumi (ictimai) iş
7.    Conditio sine qua non – vacib şərt
8.    Contra bonos mores – xoş əxlaqa zidd
9.    Consensu omnium – ümumi razılıq əsasında
10.    Corpus delicti – cinayət tərkibi
11.    Culpa lata, culpa levis – kobud etinasızlıq, laqeyidlik, diqqərsizlik,
yüngül etinasızlıq, laqeyidlik, diqqərsizlik

B

1.    Bona fides – vicdan; insaf
2.    Bona mente – yaxşı niyyətlə
3.    Brevi manu – dərhal; maneəsiz; uzatmadan; rəsmiyyətsiz


D

1.    De facto – faktiki, təcrübədə
2.    De jure – hüquqi, hüquq üzrə
3.    Dictum – factum – deyildi – olundu
4.    Dies a quo – müddətin başlama anı
5.    Dies incertus an, certus quando –  baş verməsi üçün çatması bilinməyən, lakin, nə vaxt baş verə bilməsi üçün çatması ehtimalnan bilinən müddət (məs., həddi-buluğa çatma)
6.    Dies incertus an et quando – çatıb-çatmaması və nə çatacağı bilinməyən müddət (məs., sığorta hadisəsi, yanğın və ya təbii fəlakət zamanı)
7.    Dum spiro, spero – nə qədər nəfəs alıram – ümid edirəm
8.    Dura lex, sed lex – qanun sərt olsa da, yenə də qanundur; qanun qanundur


E

1.    Elephantum ex musca facis – qarışqadan fil etmək
2.    Eo ipso – nəticədə, bununla da
3.    Errare humanum est – səhv etmək insana xas olan xüsusiyyətdir
4.    Ex aequo et bono - ədalət əsasında, formal qanunla deyil
5.    Ex officio – borc üzrə, xidməti vəzifə üzrə, tərəflərin xahişindən asılı olmayaraq
6.    Exequatur – xarici məhkəmə qərarının icra haqqında məhkəmə qərarı ; xarici dövlət konsulunun öz vəzifələrini icra etməsi üçün dövlətin razılığı
7.    Extra muros – açıq, camaat qarşısında

H

1.    Habent sua sidera lites – mübahisələri taleh (qismət) həll edir
2.    Homines, dum docent, discunt – insanlar öyrədərək öyrənirlər
3.    Homo ornat locum, non locus hominen – məkan insanı bəzəmir, insan məkanı bəziyir
4.    Homo sapiens – şüurlu insan


F

1.    Facta concludentia – hüquqi nəticəyə gəlmək üçün olan faktlar ; « konkludent faktlar»
2.    Factum notorium – hamıya məlum fakt; (sübuta ehtiyacı olmayan)
3.    Festina lente – asta tələs (tələsən təndirə düşər)
4.    Fictio juris – hüquqi fiksiya, (uydurma, yalan, düzəltmə)
5.    Flagrante delicto – cinayət yerində, cinayət başında
6.    Furtum manifestum – oğrunun cinayət başında tutulması ilə nəticələnən oğurluq                                           

İ

1.    İbi victoria, ubi concordila – razılıq hardadırsa, qalibiyyət oradadır
2.    İgnorantia non est argumentum – bilməmək sübut deyildir = (qanunu bilməmək məsulyyətdən azad etmir)
3.    İncognito – məxfi
4.    İn camera – kabinetdə, görüşə daxil etmədən
5.    İn corpore – tam tərkibdə, bütövlüklə
6.    İn deposito – saxlanmada
7.    İndex – göstərici, siyahı
8.    İn ipso actu – baş vermə anında, həqiqətdə, natura ilə
9.    İn pace – sülh içində, əmin-amanlıq içində
10.    İpso facto – aşkar fakt əsasında
11.    İpso jure – qanun əsasında


J

1.    Jura – hüquq – qanun
2.    Jure – qanun əsasında
3.    Jus – hüquq - ədalət məhkəməsi; qanunvericilik
4.    Jus civile – mülki hüquq
5.    Jus commune – ümumi hüquq
6.    Jus criminale – cinayət hüququ
7.    Jus generis humani – insanın təbii hüquqları
8.    Jus gentium – “millətlərin hüququ”, beynəlxalq hüquq
9.    Jus naturale – təbii hüquq
10.    Jus privatum – xüsusi hüquq
11.    Jus publicum – ictimai (ümumi) hüquq
12.    Jus romanum – roma hüququ
13.    jus sanguinis – mənşə yeri hüququ
14.    Jus scriptum – yazılmış qanun
15.    Jus soli – torpaq hüququ; doğum yeri hüququ                                        

L
1.    laesio maiestatis – “əlahəzrətin təhqir olunması” (roma millətinin)
2.    Lapsus – səhv, hədəfdən yayınma
3.    Lege – qanunla
4.    Legem brevem esse oportet – qanun qısa (birmənalı olmalıdır)
5.    Legitimatio ad causam – işdə iştirak etmək üçün qanuniləşdirilmə; iş üzrə iddiaçı və ya cavabdeh olma hüququ
6.    Lex fori – məhkəmə qanunu, yəni, fəaliyyət göstərdiyi dövlətin qanunu
7.    Lex posterior degorat priori – yeni qanunla köhnə qanun qüvvədən salınır
8.    Lex retro non agit – qanun geriyə qüvvəsi şamil edilmir
9.    Lex specialis derogat generali – xüsusi qanun ümumi qanunun qüvvəsini ləğv edir
10.    Lucrum cessans – əldən çıxmış fayda
11.    Libellus accusatorius – ittiham aktı
12.    Libellus appellationis – apellqasiya şikayəti
13.    Littera scripta manet – yazılan qalır

M

1.    Mala fides – vicdansızlıq, insafsızlıq
2.    Mens rea – qərəzli niyyət
3.    Mutatis mutandis – dəyişikliklərlə
4.    Mutato nomine – digər ad altında                                         

N

1.    Ne bis de eadem re sit action – bir iş üzrə iki eyni iddia irəli sürmək olmaz
2.    Nec plus ultra – daha heçnə yoxdur, son hədd
3.    Nec sutor ultra crepidam – bilmədiyin şey barədə mühakimə etmə
4.    Nefas - ədalətsizlik
5.    Nemine contradicente – etirazsız, yekdilliklə
6.    Nemo iudex in causa sua – heç kim öz işində hakim deyil
7.    Nemo nascitur doctus – heç kim alim doğulmur
8.    Nulla aetas ad discendum sera – öyrənmək heç vaxt gec deyil


O
1.    Onus probandi – sübutetmənin ağırlığı
2.    Onus proferendi – fikrin, müddəanın, iddianın ağırlığı                                         

P
1.    Pacta sunt servanda – müqavilələrə riayət etmək lazımdır
2.    Pax quarenda est – sülh axtarmaq lazımdır
3.    Personaliter – şəxsən
4.    Persona (non) grata – etibarlı (etibarsız) şəxs
5.    Petitio principli – sübuta ehtiyacı olmayan fikirdən çıxan nəticə
6.    Post factum – hadisədən sonra
7.    Post hoc, ergo propter hoc – bundan sonra – deməli bunun nəticəsində
8.    Praesumptio iuris – təkzib olunan prezumpsiya
9.    Prior tempore potior iure – vaxt baxımından birinci – qanun baxımından ən güclüsü
10.    Primum – birinci növbədə, ilk əvvəl
11.    Pro bono publico – ümumi rifah (mənfəət, xeyir) naminə
12.    Pro poena – cəza kimi
13.    Pro tribunali – məhkəmə iclasında
14.    Pro ut de lege – qanuni yolla

Q

1.    Qui eligit ius, eligit iudicium – hüququ seçən məhkəmə aidiyyatını da seçir
2.    Qui suo iure utitur, neminen laedit – öz hüquqlarında istifadə edən heç kimin maraqlarını pozmur
3.    Qui tacet consentire videiur – susmaq razılıq əlamətidir                                         

R

1.    Ratio decidendi – qərarın əsasları
2.    Ratio legis qanunun əsasları
3.    Repetitio est mater studiorum – təkrar -  biliyin anasıdır
4.    Restitutio in integrum - əvvəlki vəziyyətdə qaytarmaq (bərpa etmək)
5.    Restrictive et conditionaliter – məhdudiyyətli və çərti

S

1.    Salus populi suprema lex – xalqın rafahı ən ali qanundur
2.    Scientia potentia est – bilik gücdür
3.    Stare decisis - əvvəlki qərarlara söykənmək
4.    Status quo – hazırki vəziyyət
5.    Strictio jure – sərt qanun əsasında

T
1.    Terra incognita – naməlum torpaq, öyrənilməmiş sahə
2.    Testis unus, testis nullus – bir şahid şahid deyil
3.    Tres faciunt collegium – üç nəfər kollegiya təşkil edir
4.    Tuto, cito, jucunde – təhlükəsiz, tez, xoş (xoşagedən, ləzzətli)

U

1.    Ubi ius, ibi remedium – qanun olan yerdə müdafiə də var
2.    Ultima ratio – son dəlil, qəti arqument
3.    Ultimus terminus – son müddət
4.    Ultra vires – səlahiyyət aşma
5.    Unus dies gradus est vitae – bir gün həyat nərdivanında bir pillədir
6.    Usus – aədt adi təcrübədir
7.    Usus est optimus magister – təcrübə ən yaxşı müəllimdir
8.    Ut supra – yuxarıda söylənən kimi

V

1.    Verbatim – hərfbəhərf
2.    Versus – qarşı
3.    Veto – qadağan edirəm
4.    Vice versa - əksinə, geri
5.    Vis maior – qarşısıalınmaz (rəfedilməz) qüvvə
6.    Viva voce – şifahi
7.    Volens nolens – istər-istəməz   
Maraqlı