Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri cənab Səfa Mirzəyevə
Hörmətli Səfa müəllim!

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Respublikası Prezidenti tərəfindən 05 aprel 2013-cü il tarixdə imzalanmış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 263-1-ci maddə əlavə edilmiş, həmin Məcəllənin 264-cü maddəsinin dispozisiyasına müvafiq dəyişiklik edilməklə bu maddəyə “qeyd” hissəsi əlavə edilmiş, 267-ci maddədə isə “263 və 264” sözləri “263-264” rəqəmləri ilə əvəz edilmişdir.
Yuxarıda sözügedən qanun “Respublika” qəzetinin 19 aprel 2013-cü il tarixli 081(4664) N-li sayında (səh. 3) “Azərbaycan” qəzetinin isə 21 aprel 2013-cü il tarixli, 84(6359) N-li sayında, (səh. 1) dərc edilmişdir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun 82.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir. Həmin qanunun 82.2-ci maddəsində isə qeyd olunmuşdur ki, normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə, ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini əvəz etmir.
Qeyd edilən Qanunun 82.5-ci maddəsində göstərilmişdir ki, “Normativ hüquqi” aktın rəsmi dərc edilməsi tarixi bu aktın yerləşdirildiyi rəsmi dövri mətbu nəşrin çıxdığı (ictimai radio və televiziya kanallarında səsləndirildiyi) gün hesab olunur.
Qanunun 82.6-cı maddəsində ehtiva olunmuşdur ki, bu Konstitusiya Qanununun 85.1-ci maddəsində göstərilən normativ hüquqi aktlardan biri ayrı-ayrı vaxtlarda bir neçə üsulla rəsmi dərc edildikdə normativ hüquqi aktın rəsmi dərc edilməsi və qüvvəyə minməsi tarixi onun ilk dərc edilməsi tarixi ilə müəyyən edilir. Qanunun 83.1-ci maddəsində göstərilir ki, Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir. (hazırki Qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən 05.04.2013-cü il tarixdə imzalansa da 72 saat müddətində  rəsmi dərc edilməmişdir.)
Sözügedən Qanunun normativ hüquqi aktların qüvvəyə minməsini ehtiva edən 85-ci maddəsində göstərilmişdir ki, Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.
“Respublika” qəzetinin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsi və qəzetin redaksiya heyətidir. “Azərbaycan” qəzeti isə Azərbaycan Respublikasının Milli Məclisinin orqanıdır.
Yuxarıda qeyd edildiyi kimi, normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi nəzərdə tutulur. (bax: 82.2-ci maddə)
Doğrudur, “Azərbaycan” qəzetinin 1-ci səhifəsinin sol yuxarı küncündə “rəsmi dövlət qəzeti” sözləri yazılmışdır.
Lakin nəzərə almaq lazımdır ki, bu sözlər yalnız qəzetin redaksiya heyəti tərəfindən yazılmışdır. Zənnimizcə, bu günədək Azərbaycan Respublikasında dərc edilən mətbu nəşrin rəsmi dövri mətbu nəşr olmasını müəyyən edən normativ hüquqi akt qəbul edilməmişdir. Belə olan təqdirdə məsələyə subyektiv yanaşılması zərurəti yaranır ki, bu da müxtəlif subyektiv fikirlərə yol açır, qeyri-müəyyənliyə səbəb olur.
Yuxarıda sözügedən qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilən maddə demək olar ki, hər gün törədilən cinayət əməlidir. Bu baxımdan sözügedən qanunun qüvvəyə minməsi vaxtını dəqiq müəyyən etmək olduqca zəruridir. Ümumiyyətlə, ayrı-ayrı mətbu nəşrlərdə müxtəlif günlərdə nəşr olunan normativ hüquqi aktların qüvvəyə minməsi vaxtının müəyyən edilməsi həmin normativ hüquqi aktların tətbiqi baxımından vacib əhəmiyyətli məsələdir.  
Göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirik ki, yuxarıda sözügedən qanunun “Respublika” qəzetində və ya “Azərbaycan” qəzetində dərc edildiyi gündən qüvvəyə minməsinə və ümumiyyətlə, normativ hüquqi akın ayrı-ayrı mətbu nəşrlərdə, müxtəlif vaxtlarda nəşr olunduğu halda həmin normativ hüquqi aktın hansı gündən qüvvəyə minməsinə  aydınlıq gətirilməsini təmin edəsiniz.



Hörmətlə,
Sədr:                                                               Natiq Abdullayev







Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi