Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATI QƏNİRƏ PAŞAYEVAYA TƏKLİF GÖNDƏRİLMİŞDİR

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı

Qənirə xanım Paşayevaya

Hörmətli Qənirə xanım!

Məlum Qarabağ hadisələri ilə əlaqədar bu ərazilər müvəqqəti olaraq Azərbaycan Dövlətinin nəzarətindən çıxmışdır.

Bu səbəbdən də Azərbaycan Dövləti “İnsan hüquqları və əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyasını və ona aid Protokolları ratifikasiya edərkən Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərdə Konvensiyanın və ona aid Protokolların müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında olmadığına dair Bəyanatlar vermişdir.

Hörmətli Qənirə xanım!

Ermənistan işğalçı ordusu tərəfindən zəbt edilmiş ərazilərimizə bəzi üzdəniraq şəxslər təşrif buyururlar ki, bunlarda Azərbaycan Dövləti tərəfindən arzuedilməz hesab edilir. Bu kimi “şəxslərin”, eləcə də bu ərazilərimizə gələn şirkətlərin özbaşnalığına son qoymaq üçün hesab edirik ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə müvafiq maddə əlavə edilməlidir.

Bu maddədə ehtiva olunmalıdır ki, Azərbaycan Hökumətinin (onun müvafiq orqanlarının) müvafiq razılığı (icazəsi) olmadan Ermənistan ordusu tərəfindən işğal edilmiş ərazilərə gəlmək cinayət hesab edilir və müvafiq müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edilməlidir ki, hansı əməlin (hərəkətin və ya hərəkətsizliyin) cinayət əməli hesab edilməsi və onun cəzalandırılması Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətinə aiddir.

Əgər Azərbaycan Respublikası Milli Məclis yuxarıda qeyd edilən əməli cinayət hesab edib, onu sanksiyalaşdırsa heç kim cəsarət edib Azərbaycan Respublikasının qanununun tələbini pozmaz. Yox, əgər bu pozularsa onda Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu şəxs(lər) barədə cinayət işi başlanmasına və onların İnterpol axtarışına verilməsinə hüquqi əsas yaranar.

Belə olan təqdirdə bu ərazilərə özbaşına gəlmək istəyən şəxslər İnterpol axtarışına düşməmələri üçün özlərinə əlavə problem yaratmazlar.

Beləliklə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinə belə bir maddəni əlavə etməklə bu gün yalnız arzuedilməz şəxs hesab etməklə kifayətləndiyimiz şəxslərin Azərbaycan hökumətinin razılığı (icazəsi) olmadan işğal olunmuş ərazilərimizə səfərlər etməsinin qarşısı hüquq müstəvisində alına bilər.

Ümid edirik ki, bu təklifimizə diqqətlə yanaşıb, Parlamentin növbəti iclaslarının birində qeyd etdiyimiz təkliflə çıxış edəcəksiniz.

Hörmətlə,

Sədr Natiq Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi