Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Cinayət Məcəlləsinin 263-cü maddəsinə dair təkliflə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdiri Şahin Əliyevə təklif göndərilmişdir

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının şöbə müdiri

Cənab Şahin Əliyevə

Hörmətli Şahin müəllim!

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinə əsasən “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməli hesab edilməklə cinayət mühakiməsi icraatı qaydasında cəzalandırılır.

Cinayət hüququna əsasən bu cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin “ehtiyyatsızlıq ” forması ilə xarakterizə olunur.

Hesab edirik ki, hal-hazırda Respublikamızın ərazisində törədilən yol nəqliyyat hadisələrinin təhlili bu maddəyə yenidən baxmağa zəmin yaradır.

Belə ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız ehtiyyatsızlıqdan deyil, qəsdən də törədilə bilər.

Məsələn, əgər yolda hərəkət surəti saatda 110 km müəyyən edilibsə, lakin sürücü avtomaşının saatda 170-180 km surətlə idarə edirsə və bu əməl cinayət qanunda nəzərdə tutulmuş nəticələrə səbəb olursa, onda onun bu əməli ehtiyyatsızlıqdan deyil, qəsdən törədilən əməl kimi qiymətləndirilməlidir.

Fikrimizi bir daha gücləndirmək üçün növbəti bir misalı qeyd edək.

Tutaq ki, sürücü qoşa xətti keçərək öndən gələn avtomaşının yoluna keçir və ağır nəticələrə səbəb olan qəza törədir. Belə olan halda nə üçün bu əməl ehtiyatsızlıq kimi dəyərləndirməlidir? Axı qarşıdan gələn avtomaşının sürücüsünün heç bir günahı yoxdur və o, öz yolu ilə hərəkət edirdi. Nə üçün qoşa xətti “formazonluq” (bu hərəkəti başqa cür adlandıra bilmirik) edərək keçib qəza törədən şəxsin əməli ehtiyyatsızlıq kimi tövsif edilməlidir? Axı o, qəsdən qoşa xəttin tələbini pozub, qarşıdan gələn avtomaşınını yoluna keçib və nəticədə heç bir günahı olmayan sürücünün özü və ya digər ailə üzvləri ölüb.

Hesab edirik ki, mövcud vəziyyətdə ədalətsizliyə yol verilir və birinin “formazonluğu” digərinin ailə üzvlərinin həyatı bahası ilə nəticələnir, “formazonluq” edən isə yalnız ehtiyyatsızlıqdan törədilən cinayət əməli kimi cəza alır.

Odur ki, hesab edirik ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud şəkildə pozmaqla törədilən cinayət əməli ehtiyyatsızlıq kimi deyil, qəsdən törədilən cinayət kimi nəzərdə tutlmaqla, sanksiya sərtləşdirilməlidir.

Hörmətli Şahin müəllim!

Bu gün baş verən qəzalar nəticəsində yüzlərlə insan dünyasını dəyişir, bunların çoxu uşaqlar və yeniyetmələrdir.

Bu səbəbdən hesab edirik ki, təklifimizə biganə qalmayıb səlahiyyətiniz daxilində müvafiq tədbirlər görəcəksiniz.

Hörmətlə,

Sədr Natiq Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi