Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRİ CƏNAB FİKRƏT MƏMMƏDOVA
Azərbaycan Respublikası Ədliyyə Naziri
Cənab Fikrət Məmmədova


Mövzu: Notariat orqanları tərəfindən verilən etibarnamənin nümunəvi formasına qismən dəyişiklik edilməsinə dair.


Hörmətli Fikrət müəllim!
Artıq bir neçə vaxtdır ki, notariat orqanları tərəfindən etibarnamələrin vahid forması üzrə notariat hərəkətləri aparılır.
Bu formada demək olar ki, bütün səlahiyyətlər öz əksini tapsa da Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsində təsbit edilən səlahiyyətlərdən “iddia ərizəsinin imzalanması” səlahiyyəti öz əksini tapmamışdır ki, bu da məhkəmə təcrübəsində müəyyən  anlaşılmazlığa səbəb olur.
Belə ki, iddia ərizəsinin imzalanması səlahiyyətinin xüsusi olaraq etibarnamədə öz əksini tapmadığına əsaslanan məhkəmələrimiz bu etibarnamə ilə səlahiyyətləri rəsmiləşdirilmiş şəxslər tərəfindən iddia ərizələrinin imzalanması ilə razılaşmır və müvafiq məhkəmə aktı ilə sonradan iddianı qeyri-mümkün hesab edirlər. Buna misal olaraq Bakı Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərardadlardan birini nümunə üçün hazırkı məktubumuza əlavə edirik.
Eyni zamanda notariat orqanı tərəfindən verilmiş bu qəbildən olan bir etibarnamənin nümunəsini də Sizə göndəririk qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsi müəyyən səlahiyyətlərin (o, cümlədən iddia ərizəsinin imzalanması) etibarnamədə xüsusi olaraq göstərilməsini tələb etdiyindən vətəndaşlara verilən etibarnamədə səlahiyyətlərin dəqiqləşdirilməsi məqsədə müvafiq olardı.
Qeyd etdiyimiz məsələnin tərəfinizdən müsbət həllinə ümid edirik və Sizə əvvəlcədən öz təşəkkürümüzü bildiririk.

Hörmətlə,
Sədr müavini                    Natiq Abdullayev




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi