Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Xanım Qənirə Paşayevaya
Azərbaycan Respublikası
Milli Məclisinin Deputatı

Xanım Qənirə Paşayevaya


MÜRACİƏT

(Mövzu: Azərbaycanlılara qarşı soyqırımın beynəlxalq hüquq müstəvisində tanıdılması və Ermənistan Respublikasının cəzalandırılması üçün Beynəlxalq Məhkəməyə verilməsi təşəbbüsünə dair)

Hörmətli Qənirə Xanım!
Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli 690 saylı Fərmanı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Hər il fevralın 26 ərəfəsində xalqımız soyqırımın Xocalı faciəsini daha geniş miqyasda qeyd edir, Cənab Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2012-ci ildə bu faciə ilə bağlı keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir. Xüsusilə Heydər Əliyev Fondunun ölkə daxilində, bir çox xarici şəhərlərdə keçirdiyi tədbirlər faciənin miqyasının və dəhşətlərinin azərbaycanlılara qarşı erməni soyqırımı kimi dünyada tanıdılmasında böyük rol oynayan ciddi siyasi əhəmiyyətli təşəbbüslərdir. Son illərdə bütün dünyada davam edən «Xocalıya ədalət!» kampaniyası Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında xüsusi tədbirlərindən biridir.
Eyni zamanda, 31 Mart günü də xalqımızın qan yaddaşında hüznlü və hələ də dünya birliyi tərəfindən obyektiv qiyməti verilməmiş tarix kimi qalır. Ermənilərin Azərbaycanlılara qarşı hazırki dövrdə də davam edən soyqırım cinayətinə hüquqi qiymət verilməsinə nail olmaq qarşımızda duran əsas vəzifədir.   
Məlum olduğu kimi, hazırki dövrə qədər müxtəlif ölkələrdə bəşəriyyət əleyhinə törədilmiş bir neçə cinayət beynəlxalq aləm tərəfindən soyqırım kimi qəbul edilib. Faşistlərin Avropada törətdiyi məlum əməllər Nürnberq Tribunalının hökmü ilə soyqırım kimi qiymətləndirilməsə də bəşəriyyət əleyhinə cinayət hesab edilmişdir (həmin dövrdə «soyqırım» hüquqi termin kimi işlədilmirdi). Keçmiş Yuqoslaviyanın ərazisində olan Bosniya münaqişəsi zamanı (1992-1995) kiçik Srebrenisa şəhərciyində serb qoşunları tərəfindən 7800 nəfər bosniyalı kişilərin və oğlan uşaqlarının öldürülməsi bəşəriyyət əleyhinə ağır hərbi cinayət olmaqla soyqırım kimi qiymətləndirildi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 827 saylı qətnaməsi ilə Haaqada keçmiş Yuqoslaviya uzrə Beynəlxalq Tribunal yaradıldı. Tribunalın yurisdiksiyası keçmiş Yuqoslaviyanın ərazisi ilə məhdudlaşırdı.
1994-cü ilin oktyabr ayında BMT-nin Təhlükəsizlik Şurası Ruandada Tutsi xalqının 800 min əhalisinin öldürülməsi ilə (1994-cü ilin aprel-iyul ayları ərzində) əlaqədar Beynəlxalq Tribunalın yaradılmasına qərar verdi. Hərbi Tribunal Tanzaniyanın Aruşa şəhərində yerləşirdi. 2 sentyabr 1998-ci ildə tarixdə ilk dəfə olaraq soyqırım cinayəti törətməkdə ittiham edilərək Taba kommunasının meri postunda fəaliyyət göstərmiş Jan-Pol Akayesunun barəsində hökm çıxarıldı.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş BMT-nin «Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında» Konvensiyasına qoşulma haqqında Azərbaycan Respublikasının Qanunu 31 may 1996-cı ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmışdır. Qanun 25 iyun 1996-cı ildə «Azərbaycan» qəzetində dərc edilməklə qüvvəyə minmişdir.
Bununla Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımın beynəlxalq hüquq müstəvisində cəzalandırılması üçün hüquqi baza yaranmışdır. Lakin bu günədək Azərbaycan Respublikası Beynəlxalq Tribunalın yaradılması tələbi ilə BMT-yə müraciət etməmişdir. Bu mənada demək olar ki, beynəlxalq hüquq müstəvisində gərəkən addımlar atılmamışdır. 
Hörmətli Qənirə Xanım!
Məlumdur ki, soyqrım – siyasi olmaqla yanaşı, həm də hüquqi məsələdir və onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan hüquqşünaslarının da üzərinə mühüm vəzifələr düşür. Qeyri-hökumət təşkilatı olaraq biz də vətəndaşlıq vəzifəmizi yerinə yetirmək üçün Azərbacyanlılara qarşı ermənilərin törətdiyi soyqırım siyasətinin beynəlxalq hüquq müstəvisində tanıdılması və cəzalandırılması yolları haqqında düşünürük.
2010-cu ildə Mərkəzimizin əməkdaşları tərəfindən hazırlanmış «Soyqırım cinayəti (Beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhlər toplusu)» 2000 nüsxədə nəşr edilərək yerli və beynəlxalq ictimai təşkilatlara, dövlət orqanlarına, kitabxanalara, ali məktəblərə və s. aidiyyatı qurumlara göndərilmişdir.  
Mərkəzimizin əməkdaşları Azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımın tanıdılması siyasətinin hüquqi əsasları və aspektləri barədə təkliflərlə mətbuatda çıxışlar etmişlər. 
Sizə də müraciət etməkdə məqsədimiz, deputatlıq fəaliyyətinizdə həyata keçirdiyiniz tədbirlərə hüquqşünas mövqeyindən öz töhfəmizi vermək istəyimizdir. 
Beynəlxalq hüquqda ilk dəfə soyqırımın cinayət əməli kimi cəzalandırılmalı olması 9 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş «Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiyada təsbit olundu. 12 yanvar 1951-ci ildə qüvvəyə minən Konvensiyanın 2-ci maddəsinə görə:
- Bu Konvensiyaya müvafiq olaraq soyqırım hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: a) bu cür qrup üzvlərinin öldürülməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli fəaliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.
31 may 1996-cı il tarixli Qanunla Azərbaycan Respublikası BMT-nin adı çəkilən Konvensiyasına qoşulub. Bundan sonra Konvensiyanın tələblərinə əməl edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə eyni məzmunlu maddələr  (Maddə 103. Soyqırım; Maddə 104. Soyqırımın törədilməsinə təhrik etmə) daxil edilib. Bu hüquqi addımlarla Azərbaycan Respublikası özünü Konvensiyanın yurisdiksiyasında təsbit etdi.
Öz ərazisində soyqırım cinayətinin qarşısının alınması və soyqırım cinayətini törədənlərin cəzalandırılması dövlət siyasətidir. Bu addımlar Azərbaycan Respublikasının beynəlxalq hüququn müstəqil subyekti olaraq öz yurisdiksiyasında baş vermiş soyqırım cinayətini törədənləri həm ölkədaxili, həm də beynəlxalq hüquq müstəvisində cəzalandırmasına hüquqi baza yaratmışdır.
26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış «Azərbaycanlıların soyqırım haqqında» Fərmanı ilə isə ermənilərin 1813-1828-ci illərdən başlayaraq Azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətinə siyasi qiymət verildi. Nəinki o dövrün, hətta, bu günün prizmasından baxanda mükəmməl bir tarixi sənəd olan bu Fərmanın qəbulu ilə Azərbaycan dövləti ermənilərin xalqımıza qarşı 200 illik bir dövrdə törətdiyi bütün vəhşiliklərə siyasi-hüquqi münasibətini ortaya qoydu. Hələ 1993-cü ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti, sonrakı illərdə, o cümlədən, Milli Məclis, Ombudsman, ayrı-ayrı ictimai institutlar, əhali qrupları dünya ictimaiyyətinə müraciət edərək ermənilərin Azərbaycanlılara qarşı soyqırım siyasətini sübut edən faktları təsvir etmiş, bu vandalizmi pisləyərək, dünya birliyini ermənilərə qarşı sanksiyalar tətbiq etməyə, Azərbaycanlıların – soyqırım qurbanlarının haqqını tanımağa çağırırlar.
Bu gün də proses davam edir. Ancaq «dünyanın gözü» hələ də tam açılmayb. Beynəlxalq aləm hələ də ikili standartlarından qurtula bilmir.
Bu ərəfədə daha bir ciddi addım atmağın, hüquq müstəvisində fəaliyyətə keçməyin tam zamanıdır.
Ermənistan Respublikası 23 iyun 1993-cü ildə BMT-nin sözügedən Konvensiyasına qoşulub. Deməli, Beynəlxalq Məhkəməyə verilmək üçün tələb olunan subyektivliyə malikdir – bu ölkə Konvensiyanın yurisdiksiyası altındadır.
Ermənilərin – istər son 100 ildə Qərbi Azərbaycanda və Qarabağ, Şirvan, Gəncə, Quba, Bakı, Salyan və digər ərazilərimizdə fəaliyyət göstərmiş silahlı birləşmələrin, istərsə də bir dövlət olaraq Ermənistan SSR və Ermənistan Respublikasının Azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətini sübut etmək üçün yetərincə fakt və əsaslarımız var.
Ümummilli Lider Heydər Əliyevin imzaladığı «Azərbacyanlıların soyqırım haqqında» Fərmanında və bu Fərmandan irəli gələrək qəbul edilmiş digər normativ aktlarda, toplanmış arxiv materiallarında ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımın bütün detalları faktlarla öz əksni tapır.
Ölkədaxili hüquqi müstəvidə – Azərbaycanın Baş Prokurorluğu tərəfindən xüsusilə Xocalı faciəsini ermənilərin soyqırım aktı olaraq törətmələri barədə kifayət qədər sübutlar toplanıb. Bütövlükdə 100 il davam edən bir proseslə yanaşı, təkcə Xocalı faciəsi – beynəlxalq hüquqda soyqırım kimi tanınması və Ermənistanın cəzalandırılması üçün tələb olunan faktları-sübutları verir. Cinayətin təşkili, təhriki və həyata keçirilməsində Ermənistan Respublikasının o vaxtkı və indiki rəhbərliyində – ən yüksək səviyyədə təmsil olunan şəxslər bilavasitə iştirak ediblər.       

BMT-nin «Soyqırım citnayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiyasının 3-cü maddəsinə görə, soyqırım cinayətində təqsirli bilinərək bu əməlləri törətmiş şəxslər cəzalandırılmalıdır: a) soyqırım; b) soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə; c) soyqırım törətməyə birbaşa və açıq təhrik; v) soyqırım törətməyə yönəlmiş qəsd; e) soyqırımda iştirak.
Xocalı faciəsində və ermənilərin Azərbaycanlılara qarşı törətdiyi digər cinayətlərdə bu sadalanan əməllərin hamısı var.
Konvensiyanın 4-cü maddəsində nəzərdə tutulur ki: «Soyqırım və yaxud 3-cü maddədə sadalanmış əməllərdən hər hansı birini törətmiş şəxs konstitusiya ilə məsul rəhbər, rəsmi və ya fərdi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdır». Bu, o deməkdir ki, beynəlxalq məhkəmə qarşısında bu gün bilavasitə Ermənistan Respublikasına rəhbərlik edən şəxslərin dayanması və törədilmiş cinayətlərə görə məsuliyyət daşımasına beynəlxalq hüquq prinsipləri yol verir.
Beləliklə, hüquqi müstəvidə nə etməliyik?
Qeyd etməliyik ki, ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımın dünyaya bəyan edilməsi və tanıdılması, sübuta yetirilməsi və pislənilməsinə yönəlmiş bütun addımlar dəstəklənməli və təqdir olunmalıdır.
Bununla yanaşı, bütün zəruri hüquqi rıçaqlara malik dövlət kimi, Azərbaycan Respublikası  BMT-nin Konvensiyasının 9-cu maddəsinə istinadən Beynəlxalq Məhkəməyə müraciət etmək hüququna malikdir. Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulur: «Razılığa gələn Tərəflər arasında bu və ya digər ölkənin soyqırım və yaxud 3-cü maddədə sadalanan digər əməlləri törətməyə görə məsuliyyətinə dair mübahisələr də daxil olmaqla, bu Konvensiyanın şərhi, tətbiqi və yaxud icrası ilə bağlı mübahisələr – mübahisə tərəflərindən hər hansı birinin tələbi ilə baxılması üçün Beynəlxalq Məhkəməyə verilir».
Hörmətli Qənirə Xanım!
Yuxaırda şərh olunanlara əsaslanaraq hesab edirik ki, Azərbaycan dövləti bu Konvensiyaya uyğun olaraq BMT-nin Təhlükəsizlik Şurasından bu cinayətə hüquqi qiymət verilməsinin təmin olunması üçün Beynəlxalq Tribunalın yaradılmasını tələb etməlidir. 
Əlbəttə, Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq, bu addım məntiqli, düşünülmüş, prinsipial və məqsədyönlü şəkildə atılmalıdır. Bundan ötrü beynəlxalq cinayət hüququ üzrə mütəxəssislərdən ibarət qrup yaradılması və Beynəlxalq Tribunalın təşkilinə dair BMT Təhlükəsizlik Şurasına müraciət qaydalarının bu qrup tərəfindən hazırlanaraq müvafiq təkliflərin ölkə prezidentinə təqdim edilməsinə zərurət vardır.
İnanırıq ki, Milli Məclisin fəal deputatı kimi Sizin təşəbbüsünüzlə belə bir qrup yaradılarsa, qısa bir vaxtda Ermənistan Respublikasının Beynəlxalq Məhkəməyə verilməsi üçün zəruri sənədlərin hazırlanması və ölkə Prezidentinə təqdim edilməsi mümkün olar.
Bu təşəbbüsün gerçəkləşməsi üçün görüləcək hər bir tədbirə dəstək verməyə hazırıq.

Səmimi hörmətlə,
HİYM-in sədri:                                            Natiq Abdullayev




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi