Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Avropa Məhkəməsinə fərdi şikayət hüququ Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaqla onun bir sıra Konvensiyalarına, o cümlədən, «İnsan hüquqları və Əsas Azadlıqları
Avropa Məhkəməsinə fərdi şikayət hüququ

Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaqla onun bir sıra Konvensiyalarına, o cümlədən, «İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında» 1950-ci il Konvensiyasına qoşulmuşdur. Konvensiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Avropa Şurasına üzv olma ərəfəsində – 25 yanvar 2001-ci ildə Strasburqda imzalanmış və 25 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. «Ratifikasiya haqqında» Qanun dövlət başçısı tərəfindən imzalandıqdan sonra 10 mart 2002-ci ildə Milli Məclisin rəsmi orqanı olan «Azərbaycan» qəzetində çap olunmuşdur. Azərbaycan Respublikası tərəfindən İnsan Hüquqları haqqında Konvensiyanın ratifikasiya edilməsilə bağlı sənəd Avropa Şurasının Baş Katibinə təqdim edilmiş və 15 aprel 2002-ci ildə depozitə edilmişdir. Həmin tarixdən etibarən respublikamızın yurisdiksiyası altında olan hər bir şəxsin Avropa İnsan Hüquqları Məhkəməsinə Konvensiya ilə müəyyən edilmiş şərtlər daxilində müraciət etmək hüququ yaranmışdır.

Təqdim etdiyimiz «Avropa Məhkəməsinə fərdi şikayət hüququ» sərlövhəli yazı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sabiq hakimi Eldar Məmmədov və Konstitusiya Məhkəməsinin Məhkəmə icraçıları və nəzarətçiləri bölməsinin sabiq müdiri Xaqani Məmmədov tərəfindən 2002-ci ildə qələmə alınaraq nəşr etdirilmişdi. Ötən 10 il müddətində Azərbaycan Respublikasından Avropa Məhkəməsinə fərdi şikayətlərin göndərilməsi üzrə təcrübə formalaşıb, göndərilən fərdi şikayətlər üzrə artıq Məhkəmənin çoxsaylı qərarları vardır. Buna baxmayaraq, Avropa Konvensiyasının məqsəd və vəzifələri, Avropa Məhkəməsinin şikayətlərə baxma qaydası, fərdi şikayətlərə tətbiq olunan kriteriyalar və s. məsələlərə münasibətdə bu yazı bu gün də aktuallığını saxlayır. Məhz bu aktuallığı nəzərə alaraq, yazını saytımızın oxucularına təqdim edirik. 


AVROPA MƏHKƏMƏSİNƏ FƏRDİ ŞİKAYƏT HÜQUQU
Giriş Sözü:
XX əsr insan hüquqlarının təmin edilməsi və müdafiəsi istiqamətində böyük nailiyyətlərin əldə olunduğu dövrdür. Bu dövrdə, xüsusən II dünya müharibəsindən sonra fərdin hüquq və azadlıqlarına hörmət bəşəriyyətdə və cəmiyyətdə möhkəm və daimi  sülhün başlıca şərti kimi qəbul edilmişdir. Təsadüfi deyildir ki, insan hüquq və azadlıqlarının məna və məzmun etibarilə genişlənməsi, onların ideya çərçivəsindən çıxaraq, həyatda öz əksini tapması və səmərəli müdafiə mexanizmləri vasitəsilə qorunması prosesi ildən-ilə təkmilləşərək müasirləşir.                                                                                                                    
Bu prosesin  əhəmiyyətli  xüsusiyyətlərindən biri isə dövlətlər  tərəfindən insan və azadlıqların öhdəliklərin götürülməsi və bu öhdəliklərin yerinə yetirilməsi üzərində  nəzarətin həyata keçirilməsindən ibarətdir. Bu mənada İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası (bundan sonra Avropa Konvensiyası) və ona əlavə protokollar əsasında insan hüquqlarının müdafiəsi sahəsində Avropa məkanında ən təsirli beynəlxalq nəzarət mexanizmi yaradılmışdır.
Həmin mexanizmin ən vacib tərkib hissələrindən biri isə Avropa Konvensiyasına tərəfdar çıxış dövlətlər tərəfindən yurisdiksiyasından üstünlüyü  qəbul edilmiş tamamilə müstəqil olan Avropa İnsan hüquqları Məhkəməsidir (bundan sonra Avropa Məhkəməsidir). Bu beynəlxalq ədalət mühakiməsi orqanı insan hüquq və azadlıqlarının həyata keçirilməsi sahəsində meydana çıxan münaqişələri xüsusi məhkəmə baxışı ilə araşdıraraq, qəti və məcburi olan qərarlar vermək səlahiyyətinə malikdir.
Məhz bu məhkəmənin fəaliyyətə başlaması ilə tarixdə ilk dəfə olaraq ayrı-ayrı şəxslərin beynəlxalq məhkəmə qarşısında öz hüquq və azadlıqlarının pozulması haqda dövlətə qarşı şikayət iddiası ilə çıxış etmək hüququ tanınmışdır.
Azərbaycan Respublikasının Avropa  Şurasına üzvlüyə qəbul olunmasından sonra isə aparılan bəzi müzakirələrdə Avropa Konvensiyası orqanlarının təcrübəsinə kompleks yanaşmaması hallarına təsadüf edilir ki, bu da əhalidə yanlış fikirlərin yaranmasına səbəb ola bilər.
Bu yazı həmin orqanlara, ələlxüsus Avropa Məhkəməsinin fəaliyyətinə və həmin məhkəmədə fərdin şikayətinin qəbul edilməsinə olan artan marağı nəzərə alaraq yazılmışdır.

BİR AZ TARİXDƏN
1949-cu il mayın 5-də Londonda 10 Avropa dövləti demokratiya, insan hüquqları və hüququn aliliyi prinsiplərinin qorunması və möhkəmləndirilməsi, habelə Avropa cəmiyyətinin qarşısında duran mühüm problemlərin həllinin tapılması məqsədi ilə Avropa Şurasını yaratmışlar. Bu nüfuzlu beynəlxalq təşkilatın Nizamnaməsinin 1-ci maddəsində deyilir ki, Avropa Şurasının məqsədi öz üzvləri arasında onların ümumi mirası olan, iqtisadi və sosial tərəqqiyə imkanlar yaradan ideal və prinsiplərin qorunması və həyata keçirilməsi məqsədilə daha çox birliyə nail olunmasıdır.
Avropa Şurası tərəfindən hazırlanmış Avropa Konvensiyası 1950-ci il noyabrın 4-də Romada imzalamağa açılmış, 1953-cü ilin sentyabrında isə qüvvəyə minmişdir (bəziləri onu “Roma müqaviləsi” kimi də adlandırılar). İlkin olaraq Avropa Konvensiyası ilə həm bir sıra vətəndaş və siyasi hüquqlar təminat altına alınmış, həm də dövlətlərin üzərinə götürdüyü öhdəliklərə nəzarətin həyata keçirilməsi üçün qurum təsis olunmuşdur. Bunlardan Avropa Şurasının Nazirlər Komitəsi (bundan sonra Nazirlər Komitəsi) Avropa Şurasından 3 ay sonra. İnsan Hüquqları üzrə Avropa Komissiyası (bundan sonra Avropa Komissiyası) 1954-cü ildə, Avropa Məhkəməsi isə 1959-cu ildə yaradılmışdır.
Avropa Konvensiyasından sonra ona əlavə artıq qüvvədə olan 12 protokol qəbul edilmişdir (13 saylı əlavə protokol isə hələlik qüvvəyə minmədən imzalanmaq üçün dövlətlərə açıq elan olunmuşdur). 1, 4, 6 və 7 saylı əlavə protokollarla Avropa Konvensiyasının əhatə etdiyi insan hüquqları və əsas azadlıqlar dairəsinə yeniləri daxil edilmişdir (əvvəllər nəzərdə tutulmayan). 2 saylı əlavə protokolla Avropa Məhkəməsinə məsləhət xarakterli qərarlar çıxarmaq səlahiyyəti verilmişdir. 6 saylı əlavə protokolla ölüm hökmünün ləğvinə dair hüquqi öhdəlik müəyyən edilmişdir. 9 saylı əlavə protokolla fərdi şikayətçiyə şikayətini Avropa Komissiyasından götürmək və bilavasitə Avropa Məhkəməsinə vermək hüququnu tanınmışdır. 1 saylı əlavə protokolla nəzarət mexanizmində köklü dəyişikliklər edilmişdir. Digər əlavə protokollar isə Avropa Konvensiyasının müdafiəsi altına alınmış yeni hüquq və azadlıqları əhatə etmiş və ya Konvensiya orqanlarının fəaliyyətinin struktur və təşkilatı məsələlərinə aid olmuşdur.
1994-cü il mayın 11-də imzalanmış Avropa Konvensiyasının 11 saylı əlavə protokoluna əsasən insan hüquqlarının və əsas azadlıqların pozulmasına dair şikayətlərin Avropa Komissiyasında və Avropa Məhkəməsində baxılmasını nəzərdə tutan əvvəlki mexanizm dəyişdirilərək, əvəzinə məhkəmə icraatının daxilində yeni mexanizm yaradılmışdır. Bu protokol 1998-ci ilin noyabrından qüvvəyə mindikdən sonra Avropa Məhkəməsi daimi fəaliyyət göstərən, insan hüquq və azadlıqlarının həyata keçirilməsi sahəsində meydana çıxan münaqişələr üzrə ədalət mühakiməsini həyata keçirən yeganə orqana çevrilmişdir.
O vaxtdan Avropa Şurası çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmində geniş miqyaslı islahatlar başlanmış, Avropa Komissiyasının fəaliyyətinə son qoyulmuş, Avropa Məhkəməsi isə bu sahədə əvvəllər fəaliyyət göstərmiş iki ayrı nəzarət orqanının (Avropa Komissiyasının və Avropa Məhkəməsinin) səlahiyyətlərini özündə cəmləşdirmişdir. Digər nəzarət orqanı olan Nazirlər Komitəsinin səlahiyyətlərində də müəyyən dəyişikliklər edilərək, onun Avropa Məhkəməsi qərarlarının icrasına nəzarət etmə səlahiyyəti saxlanılmış, fərdi şikayətlər üzrə qərarlar qəbul etmə səlahiyyətinə isə xitam verilmişdir.
Eyni zamanda Avropa Məhkəməsinin səlahiyyət dairəsinin genişlənməsi müşahidə olunur. Məhkəmənin yurisdiksiyası üzv dövlətlər üçün məcburi olmaqla yanaşı, Avropa Konvensiyasının şərhi, dövlət və fərdi şikayətlər də daxil olmaqla Avropa Konvensiyasının həyata keçirilməsinə dair bütün məsələləri əhatə edir. Bundan başqa, Avropa Məhkəməsi əvvəllər də olduğu kimi Nazirlər Komitəsinin xahişi ilə məsləhət xarakterli rəylər verir.
Bütün bu dəyişikliklərin əsas məqsədi hüquqi müdafiənin səmərəliliyini artırmaq, prosessual müddətləri azaltmaq və yüksək keyfiyyətli müdafiəni təmin etməkdən ibarət olmuşdur. Avropa Komissiyası tərəfindən qəbul olunmuş qərarlar bu gün də öz qüvvəsini saxlayır və onlar, məhkəmə presedentləri (qərarları) də daxil olmaqla Avropa Məhkəməsinin fəaliyyətinin əsasını təşkil edir. Bu, fərdi şikayətlərin məhkəmə icraatına qəbulu ilə bağlı daha sonra baxılacaq məsələlərin anlaşılması üçün xüsusilə vacibdir.

AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏTETMƏ
Avropa Konvensiyasının 33-35-ci maddələri müvafiq olaraq Avropa Məhkəməsinə müraciətin qəbuledilmə şərtlərini tənzimləyir. Avropa Konvensiyasının müddəalarının pozulması şikayəti ilə müraciətin iki növü vardır. Birinci növ müraciət – dövlət şikayətidir (başqa sözlə, Avropa Konvensiyasına tərəfdar çıxmış bir iştirakçı-dövlətin digər iştirakçı-dövlətə qarşı müraciəti; bəzən bunu “dövlət müraciəti” də adlandırırlar). İkinci növ isə fərdi şikayətin verilməsidir.
Avropa Məhkəməsinə dövlət şikayəti Avropa Konvensiyasının müddəalarına əməl etməyən dövlətdən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin olunmasını ifadə edir.
Məlum olduğu kimi beynəlxalq hüquqda adətən “actio populris” prinsipi yoxdur, yəni dövlətlər ancaq öz hüquqlarını qorumaq üçün hərəkət edirlər. Lakin Avropa Konvensiyasının mühüm cəhəti ondan ibarətdir ki, ona tərəfdar çıxmış iştirakçı-dövlətin Avropa Məhkəməsinə müraciəti üçün toxunulan məsələdə birbaşa mənafeyinin olduğunu sübut etməsinə ehtiyac yoxdur. Bu istisna Avropa Konvensiyasına tərəfdar çıxmış iştirakçı-dövlətlərin Avropa Şurasının məqsəd və ideallarını həyata keçirmək üçün ortaq hüquqi rejim yaratmaq istəklərindən irəli gəlir.
Beləliklə, Avropa Konvensiyasına tərəfdar çıxmış iştirakçı-dövlətlərdən hər hansı birinin hərəkətləri götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edərsə belə, bütün iştirakçı-dövlətlər Konvensiya ilə nəzərdə tutulmuş dəyərlərin müdafiəsi üçün məsuliyyət daşıyırlar. Dövlətlər bu halda da Konvensiya müddəalarını müdafiə etməlidirlər.
Hər hansı fiziki şəxs, qeyri-hökumət təşkilatı və bir qrup şəxs Avropa Konvensiyasının 34-cü maddəsinə görə fərdi şikayət hüququnun subyektləridir. Fərdi şikayət hüququnun subyektləri sırasından aşağıda sadalananların da müraciətləri istisna olunmur:
1. birinci kateqoriya subyektlər arasından (“istənilən şəxs”) – yetkinlik yaşına çatmayanlar, ruhi xəstələr, əlillər və məhkumlar.
2. ikinci kateqoriya subyektlər arasından (“istənilən qeyri-hökumət təşkilatı”) – qəzet, həmkarlar ittifaqı və digər qeyri-dövlət qurumu (yerli, muxtar və yarımuxtar qurumlar istisna olmaqla).
3. üçüncü kateqoriya subyektlər arasından (“istənilən bir qrup şəxs”) – tərkibi bir nəfərdən artıq olan birliklər (məsələn, valideynlər qrupu).
Fərdi şikayət hüququ, sadaladığımız subyektlərin Avropa Konvensiyası ilə nəzərdə tutulmuş qaydada Avropa Məhkəməsinə həmin Konvensiyaya tərəfdar çıxmış hər hansı bir dövlət tərəfindən edilmiş pozuntuların qurbanı olduqlarını bildirmək, habelə Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi üçün müraciət etmək imkanını nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, Avropa Məhkəməsinə müraciət etmək üçün hər hansı rüsum və ya vergi ödəmək lazım deyil, yəni müraciət pulsuzdur. Avropa Məhkəməsinə daxil olmuş istənilən müraciət ilk növbədə müraciət şərtlərinə əməl edilib-edilməməsi baxımından yoxlanılır. Yoxlamanın nəticəsinə uyğun olaraq müraciətin məhkəmənin icraatına qəbul edilməsi və ya rədd edilməsi haqqında qərar qəbul edilir. Sonra isə məhkəmənin icraatına qəbul edilmiş müraciətə ardıcıllıq qaydasında mahiyyəti üzrə baxılır. Müraciətin Avropa Məhkəməsinin icraatına qəbul edilməsi ilk növbədə, Avropa Konvensiyası ilə nəzərdə tutulmuş müraciətin şərtlərinə əməl edilib-edilməməsindən asılıdır. əgər şərtlərə əməl edilməyibsə, şikayət rədd ediləcəkdir. Bu günədək məhkəməyə edilən fərdi şikayətlərin 90 faizə yaxın miqdarı bu səbəbdən rədd edilmişdir.
Beləliklə, Avropa Məhkəməsinə verilən şikayətin uğurla nəticələnməsi üçün ilkin olaraq ən azı bu orqana edilən müraciətin şərtlərinə əməl edilməsinə çox ciddi diqqət yetirilməlidir.
Nəzərə almaq lazımdır ki, fərdi şikayətlərin Avropa Məhkəməsinin icraatına qəbul edilmə şərtləri aşağıdakılardır:
1. müdafiəni təmin edən bütün daxili hüquq vasitələrinin tükənməsi;
2. milli hakimiyyət orqanlarının şikayətlə bağlı sonuncu qərarının qəbul olunmasından keçən 6 ay müddət ərzində şikayətin verilməsi;
3. şikayətin anonim olmasının yolverilməzliyi;
4. şikayətin Avropa Komissiyasında və ya Avropa Məhkəməsində əvvəllər baxılmaması;
5. eyni şikayətin başqa beynəlxalq nəzarət orqanına verilməməsi;
6. şikayətin Avropa Konvensiyasının müddəalarına zidd olmamsı;
7. şikayətin aşkar surətdə əsaslandırılması;
8. şikayət hüququndan sui-istifadə edilməməsi.
Bu şərtləri qısaca təhlil edək.

MÜDAFİƏNİ TƏMİN EDƏN BÜTÜN DAXİLİ HÜQUQ
VASİTƏLƏRİNİN TÜKƏNMƏSİ
Beynəlxalq hüquqda qəbul edilmişdir ki, beynəlxalq hüquqmüdafiə sistemləri bir qayda olaraq, milli hüquqmüdafiə sistemlərindən sonra ikinci növbədə istifadə olunan müdafiə mexanizmləridir.
Buna görə də, Avropa Konvensiyasının 35-ci maddəsinə əsasən Avropa Məhkəməsinə edilən müraciətlərin qəbuledilmə şərtlərindən birincisi və vacibi müdafiəni təmin edə bilən bütün daxili hüquq vasitələrinin tükənmiş olmasıdır. Avropa Konvensiyası ilə təminat altına alınmış hüquqlarının pozulduğu qənaətində olan fərd Avropa Məhkəməsinə şikayət edə bilmək üçün hüquqlarının müdafiəsini təmin etmə səlahiyyəti olan bütün qanuni daxili hüquqi vasitələrdən sonadək istifadə etmiş olmalıdır. Bu şərtin müəyyən edilməsi bir tərəfdən şikayət olunan dövlətin suverenliyinə və hakimiyyət orqanlarına, xüsusilə məhkəmələrə hörmətin bir əlamətidir. Digər tərəfdən isə, dövlətin beynəlxalq və daxili öhdəliklərini, onun mübahisələri həll etmək gücünü, bunun üçün müxtəlif üsul və vasitələrdən istifadə etmək imkanlarını nəzərə alaraq insan hüquq və azadlıqlarının müdafiəsi ilk növbədə bu vəzifəni öz üzərinə götürmüş həmin dövlət tərəfindən təmin olunmalıdır.
Lakin pozuntular bilavasitə dövlət tərəfindən və ya dövlətin hər hansı orqanının (vəzifəli şəxsinin) hüquq və azadlıqlara əməl edilməsinə səhlənkar münasibəti nəticəsində baş verə bilər. Bu hallarda insan hüquq və azadlıqlarının ölkədən kənarda müdafiəsinin zərurəti meydana çıxır. Bu, Avropa Konvensiyasına tərəfdar çıxmış iştirakçı-dövlətlərin suveren hüquqlarına müəyyən mənada məhdudiyyət  gətirir. Ancaq bu hal onunla əsaslandırılır ki, Avropa Şurası insan hüquq və azadlıqlarının daha səmərəli qorunması istəyi ilə, dövlətlərin siyasi razılığı və xeyirxah iradələrinin mövcudluğu ilə yaradılmışdır.
Avropa Komissiyası (bir daha xatırlatmaq yerinə düşər ki, bu komissiyanın qərarları öz qüvvəsini saxlayır) bu şərtə şərh verərək, onun necə başa düşülməsi məsələsinə aydınlıq gətirmişdir. Avropa Komissiyasının qərarına uyğun olaraq daxili hüquq vasitələrinin tükənmiş olması şərti, şikayət edilən dövlətə öz hüquq rejiminə görə, şikayət mövzusu olan halları düzəltmə imkanının ona tanınması prinsipindən irəli gəlir (Nielsen Danimarkaya qarşı, Avropa Komissiyasının 02.09.1959-cu il tarixli qərarı).
Göründüyü kimi, müdafiəni təmin edən bütün daxili hüquq vasitələrinin tam istifadə edilməsi şərtinin irəli sürülməsinin məqsədi, şikayət edilən dövlətə Avropa Konvensiyasına uyğun olmayan qərarını və ya hərəkətini (yenə həmin dövlətin hüququ rejimi çərçivəsində) aradan qaldırmaq imkanının verilməsidir.
Dövlətin istənilən orqanı tərəfindən qəbul edilən və Avropa Konvensiyasına uyğun olmayan bir qərarın digər səlahiyyətli orqanı tərəfindən ləğv olunması yalnız uyğunsuzluğu aradan götürmür, həm də şikayət verilməsinə səbəb olan bütün problemləri aradan qaldırır.
Beləliklə, şikayətin mahiyyətindən asılı olmayaraq hər hansı bir məsələ ilə əlaqədar olaraq Avropa Məhkəməsinə müraciət etmədən əvvəl istənilən şəxs, mütləq hüquqi mübahisənin və ya münaqişənin baxılması üçün milli qanunvericiliyin nəzərdə tutduğu bütün vasitələrdən istifadə etməlidir. Şikayət dövlətin hüquq rejimi çərçivəsində baxılmamış saxlanılarsa və ya baxılıb Avropa Konvensiyasında nəzərdə tutulan qaydada təmin olunmazsa həmin fərdin Avropa Məhkəməsinə müraciət etmək hüququnun həyata keçirilməsinə imkan yaranır.
Avropa Konvensiyası ilə təminat altına alınmış hüquqlarının pozulduğu qənaətində olan fərd ölkənin daxilində milli qanunvericiliyin nəzərdə tutduğu bütün praktiki müraciətetmə və nəticə əldə etmə imkanı olan, yəni pozulmuş hüququnu bərpa edə bilən bütün təsirli daxili hüquq vasitələrinə müraciət etməlidir.
Bu o deməkdir ki, hüququ tapdanmış şəxsin yalnız məhkəmələrə müraciət etməsi kifayət deyildir. Bir dövlətin hüquq sistemi daxilində nəzərdə tutulan və həmin məsələni həll edə bilən bütün qanuni daxili instansiyalara müraciət olunmalıdır.
Pozulmuş hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsində daxili hüquq vasitələrinin əsasən üç növündən istifadə olunur – məhkəmə, inzibati və siyasi vasitələr. Bunların arasında ən vacib və təsirli olanı şübhəsiz ki, məhkəmə vasitələridir. Bəzi ölkələrin hüquq rejimi konkret hallar üçün inzibati orqanlara müraciət etməyi təsbit edə bilər. Bu halda inzibati vasitələrdən də istifadə edilməlidir. Siyasi vasitələr isə adətən müraciət edilməsi vacib olan vasitələr hesab edilmir.
Ümumiyyətlə, pozulmuş hüquq və azadlıqlarının müdafiəsi üçün fərdin hansı daxili hüquq vasitələrindən istifadəsinin məcburi olduğunun müəyyənləşdirilməsinə ehtiyac vardır. Bu zaman əsas prinsip ondan ibarətdir ki, müraciət ediləcək instansiyaya (vasitəyə) konkret hüquq pozuntusunu ortadan qaldırmaq üçün sərəncamında olan bütün mümkün müdafiə vasitələrindən istifadə edə bilər.
Bu mənada, əfv edilmək üçün Baş Nazirə və ya Prezidentə müraciət edilməsi bir daxili hüquqmüdafiə vasitəsi kimi bir çox dövlətlərin milli qanunvericiliyində nəzərdə tutulsa da, belə müdafiə vasitəsi Avropa Konvensiyası orqanları tərəfindən müraciət edilməsi məcburi olan vasitələr kimi qəbul edilmir. Bunu onunla izah etmək olar ki, əfv etmək Prezidentin və ya baş nazirin müstəsna səlahiyyətidir və daha çox onların şəxsi mülahizələrinə və iradəsinə əsaslanan siyasi vasitələrdən biridir. Ona görə də, bu siyasi vasitəyə müraciətə ehtiyac yoxdur. Bütün hallarda, Avropa Məhkəməsi siyasi vasitələri istifadə və müraciət edilməsi vacib olan daxili hüquq vasitələri kimi qiymətləndirilməyərək, bundan istifadə etməyən fərdin müraciətini baxılmaq üçün qəbul edir.
Digər bir misala diqqət yetirək. Məsələn, həbsəalma bəzi hallarda dövlətin qanunlarına uyğun, lakin Avropa Konvensiyasının tələblərinə zidd ola bilər. Bu halda, fərdin daxili hüquq vasitələrindən sonadək istifadə etməsinə ehtiyac yoxdur. Çünki şikayət edilən hüquq pozuntusu birbaşa milli qanunvericilik aktının müddəalarından irəli gəlir. Belə vəziyyətdə, müdafiəni təmin edən bütün daxili hüquq vasitələrinin tükənməsi şərtinə əməl etmədən birbaşa Avropa Məhkəməsinə müraciət edilə bilər.
Almaniyada (həmçinin Avropa Konvensiyasına qoşulmuş İspaniya, Belçika, Avstriya, Rusiya, Latviya, Gürcüstan və digər ölkələrdə) vətəndaşlara (ayrı-ayrı şəxslərə və ya bir qrup şəxsə) milli qanunvericiliyin əsasında hüquqlarının pozulmasına dair şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmişdir. Bu halda, fərd Avropa Məhkəməsinə müraciət etməzdən əvvəl müdafiəni təmin edən bütün daxili hüquq vasitələrini tükətmək şərtini yerinə yetirmək üçün Konstitusiya Məhkəməsinə də müraciət etməlidir. Bu şərt yerinə yetirilmədiyi üçün Almaniya vətəndaşının müraciəti rədd edilərək, icraata qəbul edilmişdir (adı açıqlanmayan şəxs Almaniyaya qarşı, Avropa Komissiyasının 30.05.1956-cı il tarixli qərarı).
Birinci haşiyə. Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək hüququ nəzərdə tutulmamışdır. Bununla yanaşı, qanunvericiliyimizdə (“Məhkəmələr və hakimlər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” Qanunlar, habelə Mülki-Prosessual və Cinayət-Prosessual Məcəllələri) vətəndaşların Ali Məhkəmə Plenumu vasitəsi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək mexanizmi mövcuddur.
Əlbəttə, vətəndaşların belə dolayı yolla Konstitusiya Məhkəməsinə müraciət etmək imkanını birbaşa bu məhkəməyə konstitusiya şikayətini vermək imkanı ilə eyniləşdirmək düzgün olmazdı. Sözsüz ki, birinci imkan üçün mövcud olan prosedura çox mürəkkəbdir və vətəndaşı maraqlandıran məsələnin Konstitusiya Məhkəməsində müzakirəsi əvəzinə, başqa hər hansı məhkəmədə ilişib qalmayacağına zəmanət vermir. Bir çox mütəxəssislər də belə mövqe tutaraq ədalətli olaraq ona diqqət yetirirlər ki, Konstitusiyada sadalanmış Konstitusiya Məhkəməsində müzakirə əvəzinə, başqa hər hansı məhkəmədə ilişib qalmayacağına zəmanət vermir. Bir çox mütəxəssislər də belə mövqe tutaraq ədalətli olaraq ona diqqət yetirilər ki, Konstitusiyada sadalanmış Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ olan subyektlər (o cümlədən Ali Məhkəmə) üçün vətəndaşların müraciətləri  əsasında bunu etmək bir vəzifə kimi yox, Konstitusiyamızda təsbit olunmuş hüquq kimi qəbul edilir.
Bütün bu deyilənləri nəzərə alaraq göstərmək olar ki, ölkəmizdə vətəndaşların bir daxili hüquq vasitəsi kimi konstitusiya Məhkəməsindən istifadə etməsinin məcburiliyi məsələsində mübahisəli məqamlar vardır. Təsadüfi deyildir ki, Avropa Şurasına üzv olarkən Azərbaycanın üzərinə götürdüyü əsas öhdəliklərdən biri də vətəndaşların Konstitusiya Məhkəməsinə şikayətlə bilavasitə müraciət etmək hüququnun təmin olunması üçün qanunvericiliyimizdə müvafiq dəyişikliklərin edilməsi olmuşdur.
Digər tərəfdən isə onu da qeyd etmək lazımdır ki, Avropa  Məhkəməsinə fərdi şikayətlərin  qəbul edilmə şərtlərini ayrı-ayrı vaxtlarda şərh edən zaman Avropa Konvensiyası orqanları mümkün olduğu qədər şikayətin qəbuledilmə prosedurasını sadələşdirməyə, bununla da hər bir fərdin pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsinə şərait yaratmağa çalışmışlar. Bu imkanların nədən ibarət ola biləcəyinin anlaşılması üçün müdafiəni təmin edən daxili vasitələrin nəyi ehtiva etdiyini diqqətlə araşdırmalıyıq.
Müdafiəni təmin edən daxili hüquq vasitələri və onlardan istifadə şərtləri milli qanunvericilikdə təsbit olunur. Daxili hüquq vasitələrinin istifadə edilməsinin şərtlərinə əməl etmək məcburidir.
Daxili hüquq vasitələrindən istifadə edilərkən milli hüququn  müəyyən   etdiyi qaydalara   əməl edilməməsi Avropa Məhkəməsi tərəfindən daxili hüquq vasitələrinin tükədilməməsi kimi qiymətləndirilir. Məsələn, şəxs əgər apelyasiyaya müraciət etmək üçün qanunun nəzərdə tutduğu müddəti qaçırmışsa və ya apelyasiya yolundan istifadə etməyərək birbaşa Avropa Məhkəməsinə müraciət edərsə, onun müraciəti daxili hüquq vasitələrinin tamamilə tükədilməməsi səbəbi ilə icraata qəbul edilmir.
Daxili hüquq vasitələrindən istifadə olunması şərtlərindən bəhs edərkən həmçinin aşağıdakılar nəzərə alınmalıdır:
1) daxili hüquq vasitələrindən istifadə edilərkən səlahiyyətli dövlət orqanlarına edilən müraciətlərdə bir qayda olaraq, Avropa Konvensiyası ilə təminat altına alınmış konkret hansı hüquq və azadlıqların pozulduğu xüsusi qeyd edilməlidir. (Avropa Məhkəməsi məsələnin belə qoyuluşuna loyal münasibət nümayiş etdirir Buna görə də, Avropa Məhkəməsi qarşısında hüquq pozuntuları ilə əlaqədar irəli sürülən iddiaların daha əvvəllər heç olmasa, açıq və ya qapalı, mahiyyəti əhatə edəcək şəkildə səlahiyyətli milli hakimiyyət orqanları qarşısında irəli sürülməsi məqsədəuyğundur);
2) səlahiyyətli milli hakimiyyət orqanları qarşısında irəli sürülməyən iddialar Avropa Məhkəməsi qarşısında da irəli sürülə bilməz;
3) Avropa Məhkəməsi bəzi hallarda subyektiv şərtləri və ya başqa səbəbləri nəzərə alaraq daxili hüquq vasitələrinin tükədilməsi şərtinə əməl edilməsinə diqqət yetirmədən, öz qərarı ilə fərdin müraciətini mahiyyəti üzrə baxılmaq üçün icraatına qəbul edə bilər.
Mövcud presedentlərdən çıxış edərək daxili hüquq vasitələrinin istifadəsinə ehtiyac olmayan halları aşağıdakılar kimi sıralamaq mümkündür:
a)daxili hüquq vasitəsinin təsirsiz olması;
b) Avropa Konvensiyasının müddəalarını açıq pozan milli  hüquq normasının mövcudluğu;
c) əlverişli məhkəmə qərarının qəbul edilməsinin bütün perspektivini istisna edən ümumqəbuledilmiş milli məhkəmə presedentinin mövcudluğu;
d) Avropa Konvensiyasına zidd inzibatçılığın (məsələn, idarəetmənin üsulunun və ya formasının, vəzifəli şəxslərin hərəkət və yaxud hərəkətsizliyinin və s.) mövcudluğu;
e) milli məhkəməyə müraciətə ağlabatan müddətdə baxılmaması və ya baxılmasının yekunlaşdırılmaması.
Yuxarıda sadalanmış daxili hüquq vasitələrinin istifadəsinə ehtiyac olmayan halların mahiyyəti qısaca ondan ibarətdir ki, şəxsdən hüquqi müdafiənin səmərəsiz vasitələrinə müraciət etmək tələb olunmur. Lakin əgər hər hansı bir  vasitənin  uğurla nəticələnə biləcəyinə dair şübhələr olsa belə,  daxili hüquq vasitələrinə müraciət edilməlidir.
Həmçinin müdafiəni təmin edən daxili hüquq vasitələrinin şərtlərinə əməl edilməsinə dair sonuncu vacib məqamın da dəqiqləşdirilməsinə ehtiyac vardır. Hüququnun pozulduğunu iddia edən şəxs onun bərpası üçün milli hüquqda müəyyən edilmiş istisnasız olaraq bütün əlverişli daxili hüquq vasitələrindən istifadə etməlidir. Bununla əlaqədar Avropa Komissiyası göstərmişdir ki, daxili hüquq vasitələri istifadə edilərkən yalnız məhkəmələrdən deyil, dövlətin hüquq sistemi içərisində təsbit olunmuş və hüquq pozuntusunu aradan qaldırmağa əlverişli olan hər cür təsirli qanuni vasitələrdən istifadə edilməlidir (Lawless İrlandiyaya qarşı. Avropa Komissiyasının 30.08.1958-ci il tarixli qərarı).

MİLLİ HAKİMİYYƏT ORQANLARININ ŞİKAYƏTLƏ BAĞLI SONUNCU QƏRARININ QƏBUL OLUNMASINDAN KEÇƏN 6 AY MÜDDƏT ƏRZİNDƏ ŞİKAYƏTİN VERİLMƏSİ

Fərdi şikayətlərin Avropa Məhkəməsində mahiyyəti üzrə baxılması üçün qəbul edilməsinin əsas şərtlərindən biri müdafiəni təmin edən bütün daxili hüquq vasitələrinin tükənilməsi şərti ilə sıx bağlı olan bu şərtdir. Müraciətin qəbul edilməsinin bu ikinci şərti bir qayda olaraq, daxili hüquq vasitələri istifadə edilərkən milli hakimiyyət orqanlarında son qərarın alındığı tarixdən etibarən 6 ay müddət ərzində Avropa Məhkəməsinə müraciət hüququnu nəzərdə tutur.
Müraciətin 6 ay müddəti ilə məhdudlaşdırılmasının başlıca səbəbi hüquqi sabitliyin və davamlılığın təmin edilməsidir. Avropa Komissiyası 6 ay şərtinin səbəblərini izah edərkən göstərmişdir ki, müraciətlərin qəbul edilməsinin müəyyən. bir müddətlə məhdudlaşdırılmasının səbəbi hüquqi varisliyin təmini və qəbul edilmiş qərarların davamlı olaraq mübahisə predmeti halına gətirilməsinin qarşısının alınmasıdır (De Becker Belçikaya qarşı, Avropa Komissiyasının 09.06. 1958-ci il tarixli qərarı).
Qeyd olunmalıdır ki, daxili hüquq vasitələrinin tam istifadə edilib bitirilməsi şərti ilə 6 ay şərti arasında sıx əlaqə vardır.
Bir qayda olaraq, müraciət üçün 6 aylıq müddətin başlanğıc tarixi daxili hüquq vasitələrinin istifadə edilib tükədilməsi zamanı milli hakimiyyət orqanları tərəfindən alınmış son qərardan etibarən hesablanır. Lakin bəzən belə qərarın olmaması halında daxili hüquq vasitələrinin hansı andan tükənmiş hesab ediləcəyi məsələsi ortaya çıxır. Bu zaman, daxili hüquq vasitələrinin mövcud olub-olmaması, mövcud belə vasitələrdən hansının istifadəsinin məcburiliyi, məsələn həllində təsir gücünə malik və müraciət edilməsi mümkün vasitələrin müəyyənləşdirilməsi və digər bir sıra hallar müraciət üçün 6 aylıq müddət axımının başlanğıc tarixinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayırlar. Ona görə də, müraciətin 6 aylıq müddətinin başlanğıc tarixinin hesablanmasının ümumi qaydasından istisna hallar mövcuddur. Onlardan aşağıdakı əsas iki hala diqqət yetirək:
a) daxili hüquq vasitəsinin olmaması və ya təsirsiz olması;
b) qərarın öyrənilməsinin vacibliyi.
Yuxarıda qeyd olunmuş 6 ay müddətin başlanğıc tarixinin hesablanma qaydasının istisna hallarının birincisi onu göstərir ki, bəzi hallarda tamamilə fərqli, qeyri-standart vəziyyətlərin mövcudluğu mümkündür. Məsələn, Avropa Konvensiyasının müddəaları bu Konvensiyaya qoşulmuş iştirakçı-dövlətin qüvvədə olan hər hansı bir normativ hüquqi aktı ilə pozula biləcəyi kimi, pozuntuya qarşı müraciət ediləcək daxili hüquq vasitələri qanunla müəyyən edilməyə bilər, milli qanunvericiliklə müəyyən edilmiş belə vasitələrə müraciət yolu bağlanmış ola bilər və ya daxili hüququn mövcud belə vasitələri ümumiyyətlə təsirsiz ola bilər. Bütün bu hallarda 6 aylıq müddət Avropa Konvensiyasına zidd aktın qəbul edildiyi və ya hərəkətin edildiyi andan etibarən hesablanılmağa başlanılacaqdır.
01 mart 1994-cü ildə Avropa Komissiyasına müraciət  edən   Türkiyə   vətəndaşı  evinin  təhlükəsizlik orqanları tərəfindən 22 dekabr 1992-ci ildə dağıdıldığını və hüququnu təmin edə bilən təsirli daxili hüquq vasitələrinin olmadığı irəli sürmüşdür. Pozulmuş hüququn bərpa edilmədiyi zərərin  ödənilməsi tələbinə  dair   Türkiyə hökumətinin cavabında 6 ay müddət şərtinə əməl edilmədiyi müraciətin rəddinə qərar verilməsi xahiş edilmişdir. Avropa Komissiyası isə təsirli daxili hüquq vasitələrinin olma, hallarında 6 aylıq müraciət müddətinin, şikayət edilən hadisənin     meydana     gəldiyi     tarixdən etibarən, hesablanılmağa başlanılacağını irəli sürərək, müraciətin şərtinə əməl edilmədiyi üçün şikayətin rəddinə q vermişdir (Lachin Türkiyəyə qarşı, Avropa Komissiyası 15.05.1995-ci il tarixli qərarı).
6 ay müddətin başlanğıc tarixinin hesablar, qaydasının istisna hallarının ikincisinə görə isə bəzən müddətin hesablanmağa başlanılması üçün qərarın şikayətçi tərəfindən öyrənilməsi anı əsas kimi qəbul edilir. Bəzən isə qərarın rəsmi olaraq yazılı şəkildə əlaqəli şəxsə bildirilməsi anı əsas kimi qəbul edilir.

ŞİKAYƏTİN    ANONİM OLMASIN
YOL VERİLMƏZLİYİ

Avropa      Məhkəməsinə      müraciət edənlərin şəxsiyyətləri   açıq   formada   göstərilməlidir. Anonim şikayətlər Avropa Konvensiyasında da təsbit olunduğu kimi icraata qəbul edilmirlər. Belə bir şərtin olmasının səbəbi Avropa Konvensiyası ilə yaradılmış pozulmuş hüquqların müdafiəsinin    beynəlxalq    mexanizmindən    onun əsl məqsədləri xaricində, haqsız təbliğat vasitəsi kimi istifadə edilməsinin qarşısının alınmasından ibarətdir.
Beləliklə, Avropa Məhkəməsinə yalnız o fərd müraciət edə bilər ki, o, nəinki Avropa Konvensiyası ilə təminat, altına alınmış pozulmuş hüquqlarının bərpa olunmasın, tələb etsin, eyni zamanda iddiasında şəxsiyyətini də açıq şəkildə göstərsin. Məsələn, Fransa Tibb Həmkarlar İttifaqı Konfederasiyasının müraciəti Avropa Komissiyası tərəfindən şəxsiyyətləri müəyyən olunmayan fərdlər adına edilmiş müraciət, yəni anonim şikayət kimi qiymətləndirilərək icraata qəbul edilməmişdir (Fransa Tibb Həmkarlar İttifaqı Konfederasiyası Fransaya qarşı, Avropa Komissiyasının 12.05.1986-cı il tarixli qərarı).
Şikayətin anonim olmasının yolverilməzliyi şərtinin mövcudluğu müraciət edən fərdin Avropa Məhkəməsindən şəxsiyyətinin ictimaiyyətə açıqlanmamasını xahiş etmək hüququnu istisna etmir. Belə halda Avropa Məhkəməsi adətən çıxardığı məhkəmə qərarlarında müraciət edən şəxsin adını göstərməməyə çalışır (buna dair nümunələr bu yazıda da vardır).

ŞİKAYƏTİN AVROPA KOMİSSİYASINDA VƏ YA
AVROPA MƏHKƏMƏSİNDƏ ƏVVƏLLƏR BAXILMAMASI

Şikayətin Avropa Komissiyasında və ya Avropa Məhkəməsində əvvəllər mahiyyəti üzrə baxılması onun yenidən Avropa Məhkəməsinin icraatına qəbul edilməsinə maneə törədir. Aşağıdakı iki əsas haldan hər hansı birinin mövcudluğu belə maneəni yarada bilər:
1) şikayət yuxarıda göstərilmiş Avropa Konvensiyasının orqanlarında əvvəl araşdırılmış müraciətlə mahiyyət etibarilə eyni olduqda;
2) şikayət əvvəl araşdırılmış müraciətlə müqayisədə yeni faktları ehtiva etmədikdə.
Birinci hala misal olaraq göstərə bilərik ki, həbs edilmiş şəxsin şikayətinin Avropa Komissiyası tərəfindən rədd edilməsindən sonra eyni müraciətlə həmin şəxsin anası təkrar şikayət etmişdir. Avropa Komissiyası isə verdiyi qərarında şikayət edənlərin fərqli şəxslər olmasına baxmayaraq, müraciətlərin mahiyyət etibarilə eyni olduğunu qeyd edərək, ərizəçinin şikayətinin icraata qəbul edilməməsi haqqında qərar vermişdir (adı açıqlanmayan şəxs Almaniyaya qarşı, Avropa Komissiyasının 28.08 1959-cu il tarixli qərarı).
İkinci halda isə, şikayətin rədd edilə bilməsi üçün daxil olmuş yeni müraciətin işin mahiyyətini dəyişəcək ye faktlar ehtiva etməməsi lazımdır. Burada əsas cəhət ondan ibarətdir ki, yeni faktlar Avropa Məhkəməsinin ilk şikayəti rədd etmək üçün istinad etdiyi əsası və ya hüquqi vəziyyəti dəyişdirəcək xarakterdə olmalıdır (adı açıqlanmayan şəxs Almaniyaya qarşı. Avropa Komissiyasının 16.09.1957-cu tarixli qərarı).
"İşə dair yeni məlumatlar" anlayışı istifadə edilərkən elə faktlar nəzərdə tutulur ki, onlar əvvəlki şikayət verilərkən məlum olmayıb və ya şikayətə baxılmasında sonra ortaya çıxıb. Aydındır ki, əhəmiyyətli yeni faktları mövcudluğu işi dəyişdirir və təkrar müraciətlər icraat. qəbul edilir. Bundan başqa, müdafiəni təmin edən bütü, daxili hüquq vasitələrinin istifadə edilməsi məsələsinə da,
I məlumatlar da "işə dair yeni məlumatlar" kimi qəbul edilə bilər. Məsələn, milli .məhkəməyə müraciətinin ağlabatan müddət ərzində baxılaraq yekunlaşdırılmamasından şikayət edən şəxsin müraciəti Avropa Məhkəməsi tərəfindən baxılmaq üçün qəbul edilməyərək ilkin olaraq rədd edilsə də, rədd qərarının verilməsindən sonra keçən müddət ərzində işin  baxışı yekunlaşdırılmamışdırsa  bu, yeni faktların ortaya çıxması kimi qiymətləndirilə bilər. Belə ki, Avropa Məhkəməsi iki şikayət arasındakı müddətləri de nəzərə alaraq bütövlükdə işə milli məhkəmədə baxılma müddətinin ağlabatan müddət həddini keçdiyi qənaətinə gələrək təkrar müraciəti icraata qəbul edə və Avropa Konvensiyasının müddəalarının pozulduğu haqqında qərar çıxara bilər. Avropa Məhkəməsinin belə presedentləri vardır (adı açıqlanmayan şəxs İngiltərəyə qarşı, Avropa Komissiyasının   30.10.1979-cu  il  tarixli  qərarı; Valon İtaliyaya qarşı, Avropa Komissiyasının  13.10.1983-cü il tarixli qərarı).

EYNİ ŞİKAYƏTİN BAŞQA BEYNƏLXALQ NƏZARƏT ORQANINA VERİLMƏMƏSİ

Avropa Məhkəməsinə edilmiş fərdi şikayətlər başqa bir beynəlxalq nəzarət orqanının icraatında olan müraciətlə mahiyyət etibarilə eyni olmamalıdır. Bu, ayrı-ayrı beynəlxalq nəzarət orqanları tərəfindən eyni anda, eyni məsələ ilə əlaqədar fərqli qərarların qəbul edilməsinin və bununla bağlı hüquqi problemlərin yaranması ehtimalının qarşısının alınmasına xidmət edir.
İkinci haşiyə: bu şərt BMT-nin insan Hüquqları Komitəsinə fərdi şikayətlə müraciət etmək hüququ verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakt və ona əlavə fakultativ protokolun fəaliyyəti ilə əlaqədar xüsusilə aktualdır. Beləliklə, fərd pozulmuş hüquqlarının müdafiəsi üçün öz istəyindən asılı olaraq Strasburqdakı Avropa Məhkəməsinə (əgər bu hüquq Avropa Konvensiyası ilə müdafiə altına alınmışsa) və ya Cenevrədəki İnsan Hüquqları Komitəsinə (əgər bu hüquq Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakt ilə müdafiə altına alınmışsa) müraciət edə bilər.
Əlbəttə, əgər pozulmuş hüquqlar hər iki beynəlxalq-hüquqi akt ilə müdafiə altına alınmışsa, fərd, hər iki göstərilən beynəlxalq nəzarət orqanına müraciət edə bilər. Lakin, əgər bu müraciətlər eyni anda edilərsə, o halda fərdin şikayətinin Avropa Məhkəməsində baxılmadan saxlanılması ehtimalı var. Çünki bu şikayət artıq digər beynəlxalq orqanda araşdırılır və işə dair yeni məlumatları ehtiva etmir. Fərdin bir-birindən müstəqil olaraq fəaliyyət göstərən bu hər iki orqana ardıcıl olaraq müraciət etmək imkanı var. Ancaq yenə də, ilkin olaraq Avropa Məhkəməsinə, daha sonra isə İnsan Hüquqları Komitəsinə müraciət etmək daha münasibdir (sonuncu birincidən fərqli olaraq şikayət verilməsi üçün 6 ay və ya digər müəyyən müddətə əməl edilməsini tələb etmir).

ŞİKAYƏTİN AVROPA KONVENSİYASININ
MÜDDƏALARINA ZİDD OLMAMASI

Şikayətin Avropa Konvensiyasının müddəalarına zidd olmaması şərti bir qayda olaraq, şikayət edən üçün Avropa Məhkəməsinə müraciət edilərkən aşağıdakı vəzifələri doğurur:
şikayətdə yalnız şikayəti kimin verdiyi deyil, həm də şikayətin kimə qarşı (hansı dövlətə qarşı verildiyi aydın göstərilməlidir.
Üçüncü haşiyə: Əvvəllər Avropa Konvensiyası orqanlarına fərdi şikayət yalnız belə şikayət hüququnu qəbul etdiyini bəyan edən dövlətə qarşı edilə bilərdi, yəni bu məsələ Konvensiyaya iştirakçı-dövlətlərin öz iradələrinə buraxılmışdı. Zaman keçdikcə Avropa Konvensiyasına tərəfdar çıxmış bütün dövlətlər onlara qarşı fərdi şikayət hüququ ilə Avropa Məhkəməsinə müraciət edilməsini qəbul etdilər. 11 saylı əlavə protokolun qüvvəyə minməsindən sonra isə bu məsələ dövlətlərin iradələrindən asılı haldan çıxarılaraq, Avropa Konvensiyasının ayrılmaz tərkib hissəsinə çevrildi. Şikayət edən şəxsin fərdi şikayət hüququna malik olması və onun tərəfindən fərdi şikayətin Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətə və ya digər dövlətə qarşı verilməsi kimi cəhətlərə daim diqqət yetirilir. Məsələn, Avropa Komissiyasına müraciət edən bir şəxs Avropa Konvensiyasının 8-ci maddəsinin (şəxsi və ailə həyatına hörmət edilməsi) pozulduğunu iddia etmişdir. Onun şikayətinin səbəbi isə həyat yoldaşının uşaqlarını götürərək ondan xəbərsiz Kanadaya getməsi və Kanada hakimiyyət orqanlarının isə onların yerini deməməsi olmuşdur. Avropa Komissiyası isə verdiyi qərarında Kanadanın Avropa Konvensiyasına tərəfdar çıxmış dövlət olmadığını irəli sürərək müraciəti rədd etmişdir. (Otku Türkiyəyə qarşı, Avropa Komissiyasının 04.09.1991-ci il tarixli qərarı);
şikayət yalnız Avropa Konvensiyası ilə təminat altına alınmış hüquqların pozulması ilə əlaqədar edilməlidir (Avropa Konvensiyanın əhatə etmədiyi hüquq və azadlıqların pozulması ilə bağlı şikayətlərə baxılması Avropa Məhkəməsinin səlahiyyətlərinə aid deyildir).
3) hüquq və azadlıqların pozulmasına dair şikayət yalnız həmin hüquq və azadlıqların müdafiəsini nəzərdə tutan Avropa Konvensiyasının  və (və ya)  ona əlavə protokolların   şikayət   edilən   dövlət   tərəfindən qəbul olunmasından sonra verilməlidir
Dördüncü haşiyə: Avropa Məhkəməsinin yurisdiksiyası Avropa Konvensiyasının və (və ya) ona əlavə protokolların qüvvəyə minməsindən sonra yaranır Bu müddəa Avropa Məhkəməsinin zaman baxımından səlahiyyəti ilə sıx bağlı məsələdir. Buna görə. məsələn, əlavə bir protokolla təminat altına alınan hüququn pozulması ilə əlaqədar şikayət yalnız həmin protokolun qüvvəyə minməsindən sonra verilə bilər. Protokolun qüvvəyə minməsindən əvvəl həmin protokolla təminat altına alınmış hüququn pozulması ilə bağlı edilən şikayətlər Avropa Məhkəməsinin icraatına qəbul edilmir. Bu, keçmişin davamlı olaraq mübahisə predmeti halından çıxarılması məqsədilə edilir. Beləliklə, nəzərə almaq lazımdır ki, Avropa Konvensiyasının və (və ya) ona əlavə protokolların qüvvəyə minməsindən əvvəl baş vermiş pozuntular konkret dövlətə münasibətdə Avropa Məhkəməsinin yurisdiksiyasına aid olmur.
Beşinci haşiyə. Yuxanda qeyd edildiyi kimi Avropa Konvensiyasının geriyə qüvvəsinin olmaması beynəlxalq hüququn ümumqəbuledilmış prinsiplərinə əsaslanan əsas qaydadır. Bununla belə, Avropa Konvensiyasının mühüm bir cəhətinə də xüsusi diqqət yetirmək lazımdır. Avropa Konvensiyası orqanlarının fəaliyyəti nəticəsində "davamlı pozuntu" (bəzən bunu "davam edən pozuntu" kimi də adlandırırlar) termini müəyyən edilmişdir Avropa Konvensiyası orqanları bir dəfə edilməklə müəyyən nəticə yaradan qərar və hərəkətlə, davamlı pozuntu yaradan qərar və hərəkəti bir-birindən ayırmağa çalışmışlar Belə ki. hər hansı fərdin mülkiyyət hüququndan mərhum edilməsi davamlı pozuntu halı yaratmayan bır hərəkət və ya qərardır (adı açıqlanmayan şəxs İngiltərəyə qarşı, Avropa Komissiyasının 10.02 1976-cı il tarixli qərarı). Bundan fərqli olaraq mülkiyyət hüququndan məhrum etməyən. lakin ondan istifadəni əngəlləyən qeyri-qanuni işğallar. yaxud əngəlləmələr davamlı pozuntu sayıla bilər. Qeyri-qanuni tutulma, tutulma halı davam etdikcə həmin müddət ərzində nəticə doğuran hərəkətdir (Lynas İsveçrəyə qarşı, Avropa Komissiyasının 06.10.1976-cı il tarixli qərarı). Həmçinin ailə həyatına hörmət göstərilməməsi də davamlı pozuntu yaradan hallara misal göstərilə bilər (adı açıqlanmayan şəxs İsveçrəyə qarşı, Avropa Komissiyasının 12.07. 1976-cı il tarixli qərarı).

ŞİKAYƏTİN AŞKAR SURƏTDƏ ƏSASLANDIRILMASI

Avropa Məhkəməsi şikayətin aşkar surətdə əsaslandırılması şərtinə əməl edilmədiyi üçün müraciətləri rədd edərkən aşağıdakı iki mühüm cəhətə tez-tez diqqət yetirir:
1) şikayət kifayət qədər sübutları ehtiva etmir (şikayətlərin mahiyyəti üzrə baxışına keçməzdən əvvəl şikayət mövzusu hadisə ilə bağlı müraciətdə ilkin sübutların mövcudluğu faktına diqqət yetirilir və belə sübutların olmaması halında şikayət əsaslandırılmamış hesab edilərək, onun icraata qəbul edilməsindən imtina edilir);
2) müraciətin formasından asılı olmayaraq şikayət mövz




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi