Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Bunları Bilmək Maraqlıdır seh.1

HİYM-ə son günlər Nikah Müqaviləsinin necə tərtib olunması ilə bağlı xeyli müraciət daxil olmuşdur. Bununla bağlı mütəxəssislərimizin hazırladıqları nikaha daxil olarkən və nikahda olan vətəndaşların bağladıqları nikah müqaviləsinin nümunəvi formalarınıı təqdim edirik.

N İ K A H M Ü Q A V İ L Ə S İ


Hüquqi İslahatlara Yardım Mərkəzinə. Hörmətli hüquqşünaslar, Sizləri salamlayıram! Saytınızı daim izləyirəm və çox yararlanıram. Mən şirkətdə hüquq məsləhətçisi və kadrlar üzrə mütəxəssis vəzifələrini icra edirəm. Mənim üçün indiyədək qaranlıq qalan bu məsələyə aydınlıq gətirmənizi rica edirəm: əmək müqaviləsi hüquqi cəhətdən  necə tərtib olunmalıdır, yəni hansı fakt və gözsəricilər müqavilədə öz əksini tapmalıdır, standart forma təqdim edə bilərsiznizmi?

Valid Cəfərov,  “STF” MMC

Hörmətli Valid Cəfərov! Hüquqşünaslarımızın ən son qabaqcıl dünya təcrübəsinə əsaslanaraq tərtib etdiyi Əmək Müqaviləsi formasını saytımızın bu rubrikasına sualınıza cavab olaraq əlavə edirik. Bu sualla bizə tez-tez müraciət olunur. Buyurub istifadə edə bilərsiniz.


Minik avtomobillərinin şüşələrinə plyonka və pərdələrin

vurulmasına dair mövcud qaydalar barədə

BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİNİN DÖVLƏT YOL POLİSİ İDARƏSİNİN MƏLUMATI
Bakı, 6 aprel (AzərTAc). Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildirmişlər ki, son günlər mətbuatda minik avtomobillərinin şüşələrinə plyonka və pərdələrin vurulması haqqında mövcud qaydalara qismən dəyişiklik edilməsi ilə əlaqədar müəyyən məlumatlar yayılmışdır.
Qeyd etmək lazımdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində sürücünün görmə dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını azaldan hər hansı formada və ölçüdə örtüklər (pərdə, plyonka) çəkilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar kimi müəyyən olunmuşdur.
Dövlət standartlarını müəyyən edən Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən isə minik avtomobillərində şüşələrin işıq buraxma qabiliyyəti – küləyə qarşı şüşələr üçün 75 faiz, qabaq görünüşü təmin edən, küləyə qarşı olmayan şüşələr üçün 70 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün 60 faizdən aşağı olmamaqla müəyyən edilmişdir. Minik avtomobillərinin şüşələrinin, pərdə və plyonkalar istisna olunmaqla tündləşdirilməsi – qabaq şüşələr üçün 25 faiz, qabaq-yan şüşələr üçün 30 faiz, arxa-yan şüşələr üçün 40 faiz normal sayılır. Arxa şüşələrin tündləşdirilməsinə, sürücünün arxa görünüşünü məhdudlaşdırmamaq şərti ilə məhdudiyyət qoyulmur.

 

HOLOKOST NƏ DEMƏKDİR?

 

Əksəriyyətinin Avropa yəhudisi olmaqla, təqribən 11 milyon insanın müxtəlif növ işgəncələrə məruz qalaraq faşist Almaniyası tərəfindən məhv edilməsi Holokost adlandırılmışdır. Sözün mənşəyi yunan dilindən götürülmüşdür və "kütləvi yandırılma" mənasını verir. Araşdırmalara görə, həmin kütləvi qırğınlarda 1,1 milyon uşaq da öldürülmüşdür.
BMT 2005-ci il tarixli qətnaməsi ilə hər il yanvarın 27-ni dünya üzrə Holokost qurbanlarının xatirəsinə həsr edilmiş beynəlxalq gün kimi qeyd etməyi tövsiyə etmişdir. Bu tarixin seçilməsi təsadüfi olmamışdır. Çünki 65 il əvvəl məhz bu tarixdə milyonlarla insanın həyatını məhv etmiş faşist Almaniyasının ən böyük ölüm düşərgəsi olan Auşvits-Birkenau azad edilmişdir.



AVROPA PARLAMENTİ NƏDİR?

Sual: Parlamentə kim seçir və seçki nə zamandır?

Cavab: Avropa Birliyinə üzv olan ölkələrdən 375 milyon adam seçmək hüququna malikdir. Seçki iyunun 4-də Britaniyadan və Hollandiyadan başlamaqla dörd gün davam edəcək. Səsvermə gizlidir. Bütün ölkələrdə səsvermə bitməyənə qədər heç bir ölkə özündə keçirilən seçkinin nəticələrini elan edə bilməz.

Sual: Kim seçiləcək?

Cavab: seçicilər beş illiyə 736 parlament üzvü seçəcəklər. Hər ölkə əhalisinin sayına uyğun sayda nümayəndə seçir.
Birlikdə əhalisinin sayı ən çox olan Almaniyanın Parlamentdə 99 yeri var.
Britaniya, Fransa və İtaliyanın isə hərəsinə 72 yer düşür. Ən az əhalisi olan Malta bu parlamentdə beş nəfərlə təmsil olunur.


Sual: Avropa Parlamenti nədir?

Cavab: Parlament Avropa Birliyinin üç vacib qurumundan biridir və Birlik ölkələri xalqlarının maraqlarını müdafiə edir. Birliyin o biri vacib qurumları Avropa Birliyinin Şurası və Avropa Komissiyasıdır.
Avropa Parlamenti 1952-ci ildə qurulub. İclasları Brüsseldə və Strasburqda keçirilir. 1979-cu ilə qədər onun üzvlərini dövlətlər təyin edirdi. Həmin il verilən qərarla üzvlər birbaşa seçkilərdə seçilirlər.

Sual: Avropa Parlamenti nə iş görür?

Cavab: Parlamentin üç vacib funksiyası var – Avropa qanunlarını elan etmək, Avropa qurumlarına demokratik nəzarət etmək və Şura ilə birlikdə büdcəyə dair qərarlar vermək.
Parlament öz səlahiyyətlərini Şura ilə bölüşür. Qərarların əksəriyyəti birlikdə verilir.
Parlament həm də Avropa Komissiyasının üzvləri barədə təkliflərə baxır, onları təsdiq edir

Azadlıq radiosu, 05.06.09



CƏRİMƏLƏR ARTIRILDI


Aprelin 28-də “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər əlavə və edilməsi haqqında” qanunla ticarət qaydaları əleyhinə olan inzibati xətalar üzrə tətbiq olunan cərimələr sərtləşdirilib. İqtisadi İnkişaf Nazirliyi dəyişikliklərdən sonra bu sahədə tətbiq olunan cərimələrin məbləğini açıqlayıb.

Lent.az müvafiq qanunvericiliyin tələblərinin pozulması üzrə müəyyən edilmiş cərimələri oxucuların diqqətinə çatdırır:

- Buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (görülməsinə) görə inzibati xətaların bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə və ya edilməməklə vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, fiziki şəxslər 350 manatdan 500 manatadək;

- Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulması və ya temperatur rejiminə əməl edilməməsinə görə 500 manatdan 1000 manatadək;

Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 500 manatdan 1000 manatadək;

- Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlərə və işlərə qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə 800 manatdan 1000 manatadək;

- Azərbaycan Respublikası ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə 1100 manatdan 1650 manatadək;

- Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək;

- Saxlama müddəti ötmüş məhsulların satılmasına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək;

- Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək;

- Qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək;

- Standartların və digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək;

- Lazımi xəbərdarlıq nişanı olmayan və ya təhlükəsiz istifadə qaydaları və şəraiti barədə məlumat vərəqəsi olmadan qanunvericilklə müəyyən edilmiş təhlükəli malların satılmasına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək;

- Mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılmasına görə - bu, az miqdarda olduqda (40 manatadək), vəzifəli şəxslər 500 manatdan 1000 manatadək, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək;

- Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər 800 manatdan 1000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək;

- İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 600 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək;

- İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında səlahiyyətli vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş yazılı tələblərini yerinə yetirməməyə görə 4000 manatdan 5000 manatadək.

İqtisadi İnkişaf Nazirliyi sahibkarları bir daha istehlakçıların hüquqlarına hörmətlə yanaşmağa və bu sahədə qanun pozuntularına yol verməməyə çağırır. İstehlakçıların hüquqlarının, habelə istehlak mallarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı tələblərin pozulması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

LENT.AZ 29-05-2009



***



Ştandart nədir?


2008-ci il sentyabrın 15-də prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Azərbaycanda prezidentin ştandartı (bayrağı) yaradılıb.

Ştandart ordunun bölmə və hissələrinin vacib elementləri hesab olunublar.

Ştandart hələ XYIII əsrdən bir çox dövlət başçısının simvolu kimi qəbul olunur.

SSRİ dağılandan sonra Rusiya prezidentinin ştandartı (bayrağı) Boris Yeltsinin 1994-cü il 15 fevral fərmanı ilə qəbul olunub. Rusiyada da prezident ştandartının orijinalı və dublikatı var. Prezidentin andiçmə mərasimi zamanı ştandart (orijinalı) onun yanında qoyulur. Mərasimdən sonra prezidentin otağına aparılır və növbəti seçkiyədək orda saxlanır. Ştandartın dublikatı prezident rezidensiyasının üzərinə qaldırılır.

Rusiyada ştandart prezident hakimiyyətinin əsas simvolu sayılır.

Maraqlıdır ki, Rusiya Federasiyasının tərkibində olan Tatarıstan Respublikasının prezidenti Mintimer Şaymiyevin də ştandartı var.

İtaliya prezidentinin ştandartı mülki və hərbi mərasimlərdə istifadə olunur, prezidentin hərəkət etdiyi avtomobillərin, gəmilərin, təyyarələrin üzərində yerləşdirilir. Bundan başqa prezident hər hansı şəhərə gedirsə, orda şəhər rəhbərliyinin oturduğu binanın üstündə ştandart asılmalı, prezidentin rəsmi iştirak etdiyi mərasimlər zamanı isə zala prezident ştandartı qoyulmalıdır.

Azərbaycanın dövlət başçısının imzaladığı fərmanda prezident ştandartının (bayrağının) orijinalının prezidentin xidməti otağında saxlanması müəyyənləşdirilib. Ştandartın dublikatı isə Prezident sarayının və prezident iqamətgahlarının üzərində, Prezident sarayında və prezidentin iqamətgahlarında dövlət başçısının iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, prezident digər iqamətgahlarda olduğu müddətdə həmin iqamətgahların üzərində, prezidentin iştirakı ilə keçirilən rəsmi tədbir və digər mərasimlər zamanı həmin tədbirin keçirildiyi binanın üzərində və ya həmin tədbirin keçirildiyi salonda (otaqda), prezidentin nəqliyyat vasitələri üzərində qaldırıla (asıla) və ya yerləşdirilə bilər.

***

Qey­ri-döv­lət və­sa­i­ti he­sa­bı­na in­şa edil­miş ob­yektlə­rin al­tın­da yer­lə­şən tor­paq sahələ­ri han­sı döv­lət or­qa­nı tə­rə­fin­dən özəl­ləş­di­ri­lir?

Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 10 av­qust 2000-ci il ta­rix­li Fər­ma­nı ilə təsdiq edil­miş "Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət əm­la­kı­nın özəl­ləş­di­ril­mə­si­nin II Döv­lət Proq­ra­mı"nın 18.3-cü bən­di­nə əsa­sən, qey­ri-döv­lət və­sa­i­ti he­sa­bı­na in­şa edilmiş ob­yektlə­rin al­tın­da yer­lə­şən tor­paq sa­hə­lə­ri Döv­lət Əm­la­kı­nın İda­rə Edilməsi üz­rə Döv­lət Ko­mi­tə­si tə­rə­fin­dən özəl­ləş­di­ri­lir və on­la­rın özəlləşdirilməsinə da­ir Döv­lət Ko­mi­tə­si tə­rə­fin­dən mü­va­fiq şə­ha­dət­na­mə­lər ve­ri­lir.

***

Hər­rac­da iş­ti­rak et­mək üçün si­fa­riş ver­miş
şəxs nə vaxt hər­rac iş­ti­rak­çı­sı sta­tu­su alır?

Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 23 de­kabr 2000-ci il ta­rix­li Fər­ma­nı ilə təs­diq edil­miş "Döv­lət əm­la­kı­nın hər­rac­lar va­si­tə­si ilə sa­tı­şı" Qay­da­la­rı­nın 3.5-ci bən­di­nə gö­rə, hər­rac za­ma­nı si­fa­riş və ona əla­və edil­miş sə­nəd­lər sa­tı­cı (Döv­lət Əm­la­kı­nın İda­rə Edil­mə­si üz­rə Döv­lət Ko­mi­tə­si) tə­rə­fin­dən qə­bul edi­lib qey­diy­ya­da alı­nır və bu­nun mü­qa­bi­lin­də hər­rac­da iş­ti­rak et­mək üçün bu­ra­xıl­mış şəxslə­rə on­la­rın hər­rac­da iş­ti­rak et­mə nöm­rə­si, sa­tı­şa çı­xa­rı­lan əm­la­kın adı əks olu­nan bi­let ve­ri­lir. Bi­let ve­ril­di­yi an­dan si­fa­riş­çi hər­rac iş­ti­rak­çı­sı sta­tu­su alır.

***

Döv­lət əm­la­kı­nın hər­rac­lar va­si­tə­si­lə sa­tı­şı za­ma­nı hər­rac
ke­çi­ri­lər­kən iş­ti­rak­çı­lar tə­rə­fin­dən edi­lən tək­lif­lər il­kin
sa­tış qiy­mə­ti­nə mü­na­si­bət­də nə qə­dər ol­ma­lı­dır?

Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 23 de­kabr 2000-ci il ta­rix­li Fər­ma­nı ilə təs­diq edil­miş "Döv­lət əm­la­kı­nın hər­rac­lar va­si­tə­si ilə sa­tı­şı" Qay­da­la­rı­nın 4.4-cü bən­di­nə qeyd olu­nur ki, il­kin sa­tış qiy­mə­ti iş­ti­rak­çı­lar tə­rə­fin­dən əla­və et­mə yo­lu ilə ar­tı­rı­lır. Hər ye­ni tək­lif il­kin sa­tış qiy­mə­ti­nin 1 fa­i­zin­dən az ol­ma­ma­lı­dır.

***

Əm­la­kın ica­rə­yə ve­ril­mə­si bu əm­lak üzə­rin­də
mül­kiy­yət hü­qu­qu­na ne­cə tə­sir gös­tə­rir?

"İca­rə haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu­na 28 de­kabr 1998-ci il ta­rix­də edil­miş əla­və və də­yi­şik­lik­lə­rin 9-cu mad­də­si­nə əsa­sən, əm­la­kın ica­rə­yə ve­ril­mə­si bu əm­lak üzə­rin­də mül­kiy­yət hü­qu­qu­nun ve­ril­mə­si­nə sə­bəb ol­mur. Am­ma ica­rə­çi­nin ica­rə­yə gö­tür­dü­yü əm­lak­dan is­ti­fa­də nə­ti­cə­sin­də əl­də et­di­yi məh­sul və gə­lir, ha­be­lə ica­rə­yə gö­tü­rül­müş əm­lak­dan alı­nan gə­lir he­sa­bı­na əl­də et­di­yi əm­lak onun mül­kiy­yə­ti­dir.

***

İca­rə­yə gö­tü­rül­müş əra­zi­də ica­rə­yə­ve­rə­nin ra­zı­lı­ğı ol­ma­dan ica­rə­çi­nin və­sa­i­ti he­sa­bı­na ti­kil­miş bi­na­lar ki­mə məx­sus­dur?

"İca­rə haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu­na 28 de­kabr 1998-ci il ta­rix­də edil­miş əla­və və də­yi­şik­lik­lə­rin 9-cu bən­di­nə gö­rə, ica­rə­yə gö­tü­rül­müş əra­zi­də ica­rə­yə­ve­rə­nin ra­zı­lı­ğı ol­ma­dan ica­rə­çi­nin və­sa­i­ti he­sa­bı­na ti­kil­miş, apa­rıl­ma­sı müm­kün ol­ma­yan bi­na­lar və qur­ğu­lar ica­rə­yə­ve­rə­nə məx­sus­dur. İca­rə­yə­ve­rən bun­la­rın sö­kül­mə­si­ni tə­ləb et­dik­də ica­rə­çi on­la­rı öz he­sa­bı­na sök­mə­yə və ya sö­kül­mə xərclə­ri­ni ödə­mə­yə borclu­dur.

***

Han­sı hal­lar­da mül­kiy­yət hü­quq­la­rı­na da­ir şə­ha­dət­na­mə­lə­ri al­maq üçün Döv­lət Əm­la­kı­nın İda­rə Edil­mə­si üz­rə Döv­lət Ko­mi­tə­si­nə mü­ra­ci­ət edil­mə­li­dir?

Nə­zə­ri­ni­zə çat­dı­rı­rıq ki, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 16 no­yabr 2005-ci il ta­rix­li 313 nöm­rə­li Fər­ma­nı ilə təs­diq edil­miş "Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Əm­la­kı­nın İda­rə Edil­mə­si üz­rə Döv­lət Ko­mi­tə­si haq­qın­da Əsas­na­mə"nin 2.1-ci bən­di­nə mü­va­fiq ola­raq, özəl­ləş­di­ri­lən döv­lət mü­əs­si­sə və ob­yektlə­ri­nə, o cüm­lə­dən tor­paq sa­hə­lə­ri­nə da­ir şə­ha­dət­na­mə­lər; döv­lət tor­paq­la­rın­da, ha­be­lə özəl­ləş­di­ri­lən mü­əs­si­sə və ob­yektlə­rin yer­ləş­di­yi tor­paq sa­hə­lə­rin­də hü­qu­qi və fi­zi­ki şəxslər tə­rə­fin­dən in­şa edil­miş mü­əs­si­sə və ob­yektlə­rin əm­la­kı­nın əl­də edil­mə­si­nə da­ir şə­ha­dət­na­mə­lər; döv­lət mü­əs­si­sə­lə­rin­dən fi­zi­ki və hü­qu­qi şəxslə­rə ve­ril­miş əm­la­kın əl­də edil­mə­si­nə da­ir şə­ha­dət­na­mə­lər; özəl­ləş­dir­mə nə­ti­cə­sin­də ya­ra­dı­lan səhmdar cə­miy­yət­lə­ri­nin (mü­əs­si­sə­lə­rin) öz­gə­nin­ki­ləş­di­ri­lən əm­la­kı­nın əl­də edil­mə­si­nə da­ir şə­ha­dət­na­mə­lər; özəl­ləş­di­ri­lən əm­lak əsa­sın­da tə­sis edi­lən və son­ra­dan təş­ki­la­ti-hü­qu­qi for­ma­sı­nı də­yi­şən (ləğv edi­lən) hü­qu­qi şəxslə­rin əm­la­kı­na da­ir şə­ha­dət­na­mə­lər Döv­lət Əm­la­kı­nın İda­rə Edil­mə­si üz­rə Döv­lət Ko­mi­tə­si tə­rə­fin­dən ve­ri­lən mül­kiy­yət hü­quq­la­rı­nın əl­də edil­mə­si­nə da­ir şə­ha­dət­na­mə­lər əsa­sın­da hə­ya­ta ke­çi­ri­lir.

Baş­qa söz­lə, yu­xa­rı­da gös­tə­ri­lən bü­tün hal­lar­da hü­qu­qi və fi­zi­ki şəxslər mül­kiy­yət hü­quq­la­rı­nın əl­də edil­mə­si­nə da­ir şə­ha­dət­na­mə­lə­rin alın­ma­sı məq­sə­di­lə Döv­lət Əm­la­kı­nın İda­rə Edil­mə­si üz­rə Döv­lət Ko­mi­tə­si­nə mü­ra­ci­ət et­mə­li­dir­lər.

***

İda­rə­et­mə­yə ve­ril­miş mü­əs­si­sə­nin özəl­ləş­di­ril­mə­si
za­ma­nı kim üs­tün­lük hü­qu­qu­na ma­lik­dir?

Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 10 av­qust 2000-ci il ta­rix­li Fər­ma­nı ilə təs­diq edil­miş "Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət əm­la­kı­nın özəl­ləş­di­ril­mə­si­nin II Döv­lət Proq­ra­mı"nın 15.3-cü bən­di­nə əsa­sən, ida­rə­et­mə­yə ve­ril­miş mü­əs­si­sə­nin özəl­ləş­di­ril­mə­si za­ma­nı ida­rə­et­mə mü­qa­vi­lə­si­nə əsa­sən öh­də­lik­lə­ri­ni ye­ri­nə ye­tir­miş ida­rə­et­mə­yə gö­tü­rən üs­tün­lük hü­qu­qu­na ma­lik­dir. Hə­min mü­əs­si­sə özəl­ləş­di­ri­lər­kən ilk növ­bə­də ida­rə­et­mə­yə gö­tü­rə­nə tək­lif olu­nur.

***

İca­rə­çi­nin tə­sər­rü­fat fə­a­liy­yə­ti han­sı əsas­la məh­dud­laş­dı­rı­la bi­lər?

"İca­rə haq­qın­da" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu­na 28 de­kabr 1998-ci il­də edil­miş əla­və və də­yi­şik­lik­lə­rin 11-ci mad­də­si­nə uy­ğun ola­raq, ica­rə­çi ica­rə mü­qa­vi­lə­si­nə uy­ğun ola­raq müs­tə­qil su­rət­də özü­nün tə­sər­rü­fat fə­a­liy­yə­ti­nin is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən­ləş­di­rir və is­teh­sal et­di­yi məh­sul, gö­tür­dü­yü gə­lir ba­rə­sin­də sə­rən­cam ve­rir. İca­rə­çi­nin tə­sər­rü­fat fə­a­liy­yə­ti yal­nız ica­rə mü­qa­vi­lə­si­nin şət­lə­ri ilə məh­dud­laş­dı­rı­la bi­lər.

***

İca­rə­yə­ve­rə­nin borcla­rı üz­rə tə­lə­bin ica­rə­yə ve­ril­miş əm­la­ka yö­nəl­dil­mə­si­nə yol ve­ri­lir­mi?

"İca­rə haq­qın­da"" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu­na 28 de­kabr 1998-ci il­də edil­miş əla­və və də­yi­şik­lik­lə­rin 15-ci mad­də­si­nə mü­va­fiq ola­raq, ica­rə­çi­nin ica­rə­yə gö­tü­rü­lən əm­lak üzə­rin­də hü­qu­qu­nun mü­da­fi­ə­si mül­kiy­yət­çi­nin hü­qu­qu­nun mü­da­fi­ə­si ilə ey­ni əsas­da tə­min edi­lir. O, ica­rə­yə gö­tü­rül­müş əm­la­kın hər han­sı qa­nun­suz sa­hib­lik­dən qay­ta­rıl­ma­sı­nı, on­dan is­ti­fa­də edil­mə­sin­də ma­ne­ə­lə­rin ara­dan qa­lı­dı­rıl­ma­sı­nı, bü­tün şəxslə­rin, o cüm­lə­dən ica­rə­yə­ve­rə­nin əm­la­ka vur­du­ğu zə­rə­rin ödə­nil­mə­si­ni tə­ləb edə bi­lər. Həm­çi­nin ica­rə­yə­ve­rə­nin borcla­rı üz­rə tə­lə­bin ica­rə­yə ve­ril­miş əm­la­ka yö­nəl­dil­mə­si­nə yol ve­ril­mir.

***

İca­rə mü­qa­vi­lə­si­nin ləğ­vi han­sı hal­da müm­kün­dür?

"İca­rə haq­qın­da"" Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu­na 28 de­kabr 1998-ci il­də edil­miş əla­və və də­yi­şik­lik­lə­rin 13-cü mad­də­si­nə gö­rə, ica­rə ob­yek­ti döv­lət­siz­ləş­dir­mə və özəl­ləş­dir­mə üçün açıl­dıq­da ica­rə mü­qa­vi­lə­si ləğv edil­miş he­sab edi­lir. Bu hal­da ica­rə­çi­nin ica­rə ob­yek­ti­nə qoy­du­ğu in­ves­ti­si­ya­nı ica­rə­yə­ve­rən ba­zar də­yə­ri üz­rə ödə­mə­li­dir. İca­rə­yə­ve­rən təş­ki­la­tın ye­ni­dən təş­kil edil­mə­si, ha­de­lə ica­rə­yə gö­tü­rül­müş əm­la­kın mül­kiy­yət­çi­si­nin də­yiş­mə­si mü­qa­vi­lə şərtlə­ri­nin də­yiş­di­ril­mə­si və ya onun po­zul­ma­sı üçün əsas de­yil­dir.

***

Müş­tə­rək mü­əs­si­sə­lə­rin ni­zam­na­mə ka­pi­ta­lın­dan döv­lə­tin pa­yı han­sı hal­lar­da hər­rac va­si­tə­si ilə özəl­ləş­di­ri­lə bi­lər?

"Azər­bay­can Res­pub­li­ka­sın­da döv­lət əm­la­kı­nın özəl­ləş­di­ril­mə­si­nin II Döv­lət Proq­ra­mı"nın 7.4-cü bən­di­nə əsa­sən, döv­lət mü­əs­si­sə­lə­ri­nin iş­ti­ra­kı ilə ya­ra­dıl­mış müş­tə­rək mü­əs­si­sə­lə­rin ni­zam­na­mə ka­pi­ta­lın­da­kı döv­lə­tin pa­yı aşa­ğı­da­kı qay­da­da özəl­ləş­di­ri­lir:

* döv­lə­tin pa­yı in­ven­ta­ri­za­si­ya olu­na­raq ye­ni­dən qiy­mət­lən­di­ri­lir və mü­əy­yən edil­miş start qiy­mə­ti ilə ilk növ­bə­də müş­tə­rək mü­əs­si­sə­nin di­gər tə­sis­çi­si­nə (tə­sis­çi­lə­ri­nə) tək­lif olu­nur. Di­gər tə­sis­çi (tə­sis­çi­lər) döv­lət pa­yı­nı al­ma­ğa ra­zı­lıq ver­dik­də onun­la al­qı-sat­qı mü­qa­vi­lə­si bağ­la­nır və o, 2 ay müd­də­tin­də pa­yın də­yə­ri­ni ödə­yir;

* müş­tə­rək mü­əs­si­sə­lər­də əm­la­kın 50 fa­i­zi və ya da­ha çox his­sə­si döv­lə­tə məx­sus ol­du­ğu hal­lar­da, döv­lə­tin hə­min pa­yı in­ves­ti­si­ya mü­sa­bi­qə­si yo­lu ilə özəl­ləş­di­ri­lə bi­lər.

* müş­tə­rək mü­əs­si­sə­nin di­gər tə­sis­çi­si (tə­sis­çi­lə­ri) tək­lif olun­muş döv­lət pa­yı­nı al­maq­dan im­ti­na et­dik­də, hə­min pay hər­rac va­si­tə­si ilə özəl­ləş­di­ri­lir.

***

Özəl­ləş­di­ri­lən mü­əs­si­sə və ya ob­yek­tin yer­ləş­di­yi tor­paq sa­hə­si­nin sa­tın alın­ma­sı üçün han­sı sə­nəd­lər təq­dim edil­mə­li­dir?

Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 19 de­kabr 1997-ci il ta­rix­li "Özəl­ləş­di­ri­lən döv­lət mü­əs­si­sə və ob­yektlə­ri­nin yer­ləş­di­yi tor­paq sa­hə­lə­ri­nin sa­tıl­ma­sı qay­da­la­rı haq­qın­da" Əsas­na­mə­nin təs­diq edil­mə­si ba­rə­də" Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin Fər­ma­nı ilə təs­diq edil­miş "Özəl­ləş­di­ri­lən mü­əs­si­sə və ob­yektlə­rin yer­ləş­di­yi tor­paq sa­hə­lə­ri­nin sa­tıl­ma­sı qay­da­la­rı haq­qın­da Əsas­na­mə"yə gö­rə, tor­paq sa­hə­si­ni al­maq məq­sə­di­lə onun üzə­rin­də yer­lə­şən özəl­ləş­di­ril­miş mü­əs­si­sə­nin və ya ob­yek­tin mül­kiy­yət­çi­si Döv­lət Əm­la­kı­nın İda­rə Edil­mə­si üz­rə Döv­lət Ko­mi­tə­si­nə aşa­ğı­da­kı sə­nəd­lə­ri təq­dim edir:

* əri­zə;

* hü­qu­qi şəx­sin ni­zam­na­mə ka­pi­ta­lın­da 80 fa­iz­dən az ol­ma­yan his­sə­nin xü­su­si mül­kiy­yət­də ol­ma­sı­nı təs­diq edən səhmdar­la­rın re­yestrin­dən çı­xa­rış (açıq səhmdar cə­miy­yə­ti­dir­sə);

* mü­əs­si­sə və ob­yek­tin üzə­rin­də mül­kiy­yət hü­qu­qu­nu təs­diq edən şə­ha­dət­na­mə­nin su­rə­ti;

* özəl­ləş­di­ril­miş mü­əs­si­sə və ob­yek­tin tex­ni­ki pas­por­tu (ya­rım­çıq və ba­şa çat­dı­rıl­ma­mış ti­ki­li­lər üçün in­şa­at pas­por­tu) və tor­paq sa­hə­si­nin mü­əs­si­sə və ob­yek­tin is­ti­fa­də­sin­də və ya ica­rə­sin­də ol­ma­sı­nı təs­diq edən sə­nəd (tor­paq sa­hə­si­nin ay­rıl­ma­sı haq­qın­da qə­rar və ya ica­rə mü­qa­vi­lə­si). Tor­paq sa­hə­si­nin ay­rıl­ma­sı­nı təs­diq edən sə­nəd­lə­rin əl­də edil­mə­si müm­kün ol­ma­dıq­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət Əm­la­kı­nın İda­rə Edil­mə­si üz­rə Döv­lət Ko­mi­tə­si mü­va­fiq yer­li ic­ra ha­ki­miy­yə­ti or­qan­la­rı ilə bir­lik­də özəl­ləş­di­ril­miş mü­əs­si­sə və ob­yektlə­rin fak­ti­ki is­ti­fa­də­sin­də olan tor­paq sa­hə­si­ni mü­əy­yən edir.

Döv­lət Əm­la­kı­nın İda­rə Edil­mə­si üz­rə Döv­lət Ko­mi­tə­si əri­zə­nin da­xil ol­du­ğu an­dan 20 gün müd­də­tin­də özəl­ləş­di­ril­miş mü­əs­si­sə­nin (ob­yek­tin) mül­kiy­yət­çi­si­nə tor­paq sa­hə­si­nin də­yə­ri­ni mü­əy­yən olun­muş qay­da­da ödə­mək üçün ödə­mə tə­ləb­na­mə­si ve­rir və mü­əy­yən olun­muş məb­ləğ ödə­nil­dik­dən son­ra 10 gün müd­də­tin­də al­qı-sat­qı mü­qa­vi­lə­si­ni bağ­la­maq­la alı­jı­ya mü­va­fiq şə­ha­dət­na­mə ve­rir.

"Mülkiyyət" qəzetindən

***

Xarici pasportun alınmasına görə nə qədər dövlət rüsumu ödənilməlidir?

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, ümumvətəndaş pasportu 5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 120 manat, 5 iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə 40 manat dövlət rüsumu ödənilməlidir. Qeyd edək ki, xarici pasport adi qaydada, yəni 1 ay müddətinə verildikdə də 40 manat dövlət rüsumu ödənilməlidir.

***

Sürücülük vəsiqəsini DYP əməkdaşından başqa kimlər ala bilər?

Sürücü yol hərəkəti qaydasını pozmuşdursa, DYP əməkdaşı həmin şəxsin sürücülük vəsiqəsini ala bilər. Bu halda DYP əməkdaşı qaydanı pozan şəxsə bir ay müddətinə sürücülük vəsiqəsini əvəz edən xüsusi hazırlanmış və nömrə üzrə DYP əməkdaşlarına verilən ciddi hesabat blankı olan müvəqqəti icazə vərəqəsi verilməlidir. DYP əməkdaşlarından başqa heç kəs sürücülərdən yol hərəkəti qaydalarını pozduqlarına görə sürücülük vəsiqəsini ala bilməz.

Dünya dövlətlərinin bayraqlarının mənaları

Braziliya
Braziliya Birləşmiş Ştatlarının dövlət bayrağının əksər hissəsi yaşıl rəngə boyanıb. Bu rəng Braziliyada geniş yayılmış qəhvə ağacının rəmzi hesab edilir. Yaşıl rəngin fonundakı sarı romb brilyantı təsvir edir. O da, öz növbəsində, ölkənin zənginliyinin göstəricisidir. Brilyantın mərkəzində mavi rəngdə qlobus yerləşir. Qlobusun üzərində Braziliyadakı ştatların və bir də Braziliya Federal Dairəsinin sayına uyğun olaraq, 27 ulduz şəkli həkk olunub. Qlobusun mavi rəngi Rio-de-Janeyro şəhərinin üzərindəki səmanın rəmzidir. Qlobusun ekvatorundan üzərində “borc və inkişaf” sözü yazılan zolaq keçir. Bayrağın hazırkı forması 1889-cu ildən mövcuddur. Rəsmi olaraq isə 1992-ci ilin may ayının 12-də təsdiqlənib. Bayrağın ölçü nisbəti 7:10-dur.

Uruqvay
Uruqvayın dövlət bayrağı rəsmi olaraq 1830-cu ilin iyul ayının 12-də qəbul edilib. Bayrağın ölçü nisbəti 7:10-dur. Uruqvayın bayrağı bir çox cəhətlərinə görə, Argentinanın bayrağına bənzəyir. Bu da əbəs deyil. Belə ki, Uruqvay müstəqillik əldə edənə qədər Argentinanın tərkibində olub. Bayrağın ilkin variantında 9 mavi və 10 ağ zolaq var idisə, 1830-cu ildə bu, 4 mavi və 5 ağ zolağa qədər endirildi. Ümumilikdə 9 zolaq Uruqvayın ilkin 9 bölgəsinin sayı ilə üst-üstə düşür. Bayraqdakı günəş şəkli azadlığı tərənnüm edir.

Argentina
Argentinanın dövlət bayrağı rəsmi olaraq 1818-ci ilin fevral ayının 25-də təsdiqlənib. Bayraq mərkəzdə günəş şəkli həkk olunmuş 3 bərabər üfüqi zolaqdan ibarətdir: mavi, ağ və mavi. Mavi, ağ rənglər səmanın və And dağlarındakı qarın rəmzidir. 1818-ci ildə bayrağa əlavə edilmiş günəş şəkli isə Argentinanın milli rəmzi hesab olunur. Onlar bayraqdakı günəşə Sole de Mayo, yəni “May günəşi” deyirlər. O, 1810-cu ilin may ayının 25-də buludlu səmada günəşin peyda olmasını xatırladır. Həmin tarixdə ölkədə müstəqillik lehinə ilk kütləvi nümayiş keçirilib.

Surinam
Surinamın dövlət bayrağı rəsmi olaraq 1975-ci il, noyabr ayının 25-də təsdiqlənib. Bayrağın ölçüsü 2:3 nisbətindədir. Bayraqdakı yaşıl rəng Surinam torpağının məhsuldarlığının; ağ rəng ədalət və azadlığın; qırmızı rəng isə inkişafın rəmzidir. Qızıl ulduz şəkli birlik sayəsində əldə edilə biləcək xoşbəxt gələcəyi tərənnüm edir.

Barbados
Barbadosun milli bayrağı 1966-cı ildə təsdiqlənib. Bayraq 3 bərabər şaquli hissəyə bölünmüş düzbucaqlı parçadan təşkil olunub. Bayrağın mərkəzində üçbaşlı əsa şəkli həkk olunub. Barbadosun milli bayrağını əhali arasında keçirilmiş konkursdan sonra Karl Brudhaqen, Qrantley Preskod və Advena Kendall düzəldiblər. Rəsm müəllimi olan Qrantley Preskodun yazdığına görə, mavi rəng dənizin, sarı rəng isə adanı əhatə edən qızılı qumun rəmzidir. Üçbaşlı əsa isə Barbadosun demokratik hökumətinin 3 prinsipini özündə cəmləşdirir: xalqdan, xalqla, xalq üçün. Üçbaşlı əsanın tutacaq yerinin olmaması Barbadosun artıq koloniya dövləti olmadığına işarədir. Həmçinin o, dəniz tanrısı Neptunun rəmzi olmaqla yanaşı, Barbados üçün dənizin əhəmiyyətinin vacib olduğunu əks etdirir. Bayrağın parametrləri 3:2 nisbətindədir.

Venesuela
Venesuela bayrağını düzəldən Cənubi Amerika azadlıq hərəkatının rəhbəri Fransisko Miranda olub. Sarı, mavi və qırmızı rəngli bayraq ilk dəfə 1806-cı ildə “Leandr” gəmisində qaldırılıb. Həmin gəmi vasitəsilə Mirandanın başçılığı altında könüllülərdən ibarət dəstə Nyu-Yorkdan Cənubi Amerikaya yollanıb. Bayraqdakı sarı rəng qızıl və digər faydalı qazıntılarla zəngin olan Amerika qitəsini, qırmızı rəng İspaniyanın qanlı hökmranlığını, mavi rəng isə onları İspaniyadan ayıran Atlantik okeanını təmsil edir. 1817-ci ildən etibarən bayrağın mavi zolağında ölkənin 7 əyalətinin sayına uyğun olaraq, 7 ulduz şəkli peyda olur: Karakas, Barinas, Barselona, Kumana, Marqarita, Merida, Truhilo.

Paraqvay
Paraqvayın dövlət bayrağı rəsmi şəkildə 1842-ci ilin dekabr ayının 25-də qəbul edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraqdakı qırmızı rəng vətənpərvərliyin, şücaətin, bərabərliyin, ədalətin; ağ rəng möhkəmliyin, birliyin, sülh və ideyaların paklığının; mavi rəng isə yaxşılığın, sevginin, real hissin və azadlığın rəmzidir. Bayrağın qabaq hissəsində okeanın üzərində ulduz şəklinin təsviri olan dövlət möhürü həkk olunub. Arxa tərəfdə isə sütunun üzərində oturmuş şir şəklindən ibarət xəzinadarlığın möhürü təsvir olunub. Ölkənin milli şüarı isə “Sülh və ədalət”dir.

Peru
Perunun dövlət bayrağı rəsmi olaraq 1825-ci ilin fevral ayının 25-də təsdiqlənib. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dür. Rəvayətə görə, general Xose de San-Martin 1820-ci ildə Peruya gəldiyi zaman çoxlu flaminqo (qızılqaz) görür. O bunu yaxşı əlamət h




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi