Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Meqaleler11

ƏRDOĞAN HÖKUMƏTİNİN XARİCİ SİYASƏTİ:
ƏSAS İSTİQAMƏTLƏR, UĞURLAR, PERSPEKTİVLƏR

Müasir Türkiyə Cüm­hu­riy­yə­ti­nin da­xi­li və xa­ri­ci si­ya­sə­ti­nin ana xət­ti­ni Tür­ki­yə­nin mil­li, re­gio­nal və qlo­bal gü­cə çev­ril­mə­si, dün­ya bir­li­yin­də haqq et­di­yi ye­rə sa­hib ol­ma­sı, öz möv­cud po­ten­sia­lın­dan ən faydalı şə­kil­də is­ti­fa­də edə bil­mə­si­dir.

Bir ne­çə min il­lik şə­rəf­li ta­ri­xi keç­mi­şə söy­kən­mə­dən, an­caq müa­sir türk cüm­hu­riy­yə­ti­nin təc­rü­bə­sin­dən çı­xış edə­rək si­ya­sət apar­maq­la iyir­mi bi­rin­ci əsr­də çox da irə­li get­mək müm­kün­süzdür-bunu Türkiyənin son 80 illik tarixi aydın göstərmişdir. Türkiyənin öz sələfi Osmanlı imperiyası kimi dünya miqyasında böyük bir nüfuza sahib olması, gələcəyə doğru uğurla irəliləyə bilməsi üçün Türkiyənin respublika quruluşundan əvvəlki tarixini, xüsusilə də, Osmanlı dövləti zamanında sahib olduğu fərqli mədəniyyət və dinlərə hörmət siyasətini daha yaxşı anlaması lazımdır. Bu gün Ərdoğan Başqanlığında Türkiyə hökumətinin hədəfləri budur. Türkiyənin xarici siyasətinə indi dünyada ən bacarıqlı diplomatlardan biri, alim-filosof Əhməd Davudoğlu rəhbərlik edir. Təhlükəsizlik məsələlərinə, beynəlxalq əlaqələr, soyuq müharibə və qloballaşma dövrünün siyasi hadisələrinə, strateji aspektlərinə, müstəqil dövlətlərin regional və beynəlxalq mənfəətlərinin tənzimlənməsinə həsr edilmiş və bir çox dillərə tərcümə olunan elmi monoqrafiyaların müəllifi olan Davudoğlunun siyasi nəzəri fikirləri çoxdan dünyanın aparıcı beyin mərkəzlərində öyrənilməkdədir. Türkiyənin beynəlxalq əlaqələrini çox düzgün tənzimləyən Davudoğlunun əvvəlcə Ərdoğanın baş məsləhətçisi, 2008-ci ildən etibarən isə xarici işlər naziri kimi fəaliyyət göstərməsi ölkə üçün uğurlu olmuşdur. Dünyanın tanınmış siyasi ekspertləri Davudoğlunun xarici işlər naziri kimi bir çox əhəmiyyətli xüsusiyyətlərini qeyd edirlər: zəka, enerji, siyasi bacarıq, əxlaqi dəyərlərə hörmət, təvazökarlıq, özünə inam və akademik səviyyə kimi üstünlüklərə sahib olan bir insanın, Türkiyə Respublikası tarixinin ən yaxşı xarici işlər naziri Davudoğlunun “qonşularla sıfır problem” siyasəti Türkiyənin bütün bölgədəki nüfuzunu yüksəltdi. Bu gün Türkiyə ərəb dövlətləri ilə münasibətdə Misir, Səudiyyə Ərəbistanı ilə rəqabət aparır. İraq, İran, Misir, Gürcüstan, Liviya, Küveyt...Suriyanın ardınca, Avropanın da bir çox ölkə liderləri “Türkiyə bizim üçün ən önəmli ölkələrin başında

Ərdoğan: Obama ilə Azərbaycan və Ermənistan mövzularını da müzakirə etdik. ATƏT-in Minsk qrupu olaraq fərqli bir müddətin davam etdirilməsini də danışdıq və bu müddəti çox müsbət nəticələrə verə biləcəyini söyləyə bilərəm. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması müddəti də bununla elan edildi. Biz bu mövzuda Türkiyə olaraq qərarlıyıq".

gəlir” -deyirlər. 80 ildən bəri ərəb ölkələrində fransız, ingilis kolonistlərinin də təhriki ilə Osmanlı əleyhinə yazdırılmış tarix, siyasət kitabları, dərslikləri indi təzədən yazılır olduğu kimi. Bu cür bir sülh diplomatiyası əsrlərlə intriqalar yuvası olmuş Yaxın Şərqdə gərginliyi azaltmağa və bölgədə sabitlik yaratmağa xidmət edir, Türkiyəyə hörmət, nüfuz və eyni zamanda iqtisadi və diplomatik uğurlar qazandırır. Türkiyə daxildəki problemlərini uğurla həll edə bilsə, müsəlman şərqində, Ortadoğunu və Orta Asiyanın türk dövlətlərini birləşdirə bilsə, dünyada yeni güc mərkəzi, söz sahibi ola biləcəkdir. O zaman heç AB üzvlüyünə də can atmayacaq, əksinə onu yalvar-yaxarla oraya dəvət edəcəklər. Ən  diqqətçəkən məqam isə odur ki, Türkiyə uzun illər ixtilafda olduğu  iki ölkə - İran və Rusiya ilə bir çox sahələrdə, xüsusilə, enerji sahəsində cəsarətlə əməkdaşlıq etməyə başlayıb. Türkiyənin bütün bunları həyata keçirərkən ABŞ-la münasibətlərini korlamaması olduqca əhəmiyyətli bir məsələdir. Tam əksinə, Vaşinqton Türkiyəyə keçmişdə olduğundan daha yaxın bir müttəfiq kimi baxmağa başlayıb. Türkiyə keçmişdə olduğundan fərqli olaraq, bir çox məsələlərdə artıq ABŞ-la eyni prioritetlərə sahib olmayan müstəqil bir qüvvədir. ABŞ və NATO Əfqanıstan və İraqdakı hərbi qüvvələrinə Türkiyənin komandanlıq etməsini istəyir. Türkiyə, “soyuq müharibə” dövründə və 1990-cı illərdə olduğu kimi, Qərbin və NATO-nun bir əlavəsi deyil. Türkiyə müstəqil siyasət yeridə bilən önəmli güclərdən biridir. ABŞ Prezidenti Barak Obamanın ilk xarici səfərini Türkiyəyə etməsi, İstanbulda, daha sonra da Misirdəki çıxışında Türkiyəni islam mədəniyyətinin və demokratiyasının paytaxtı adlandırması, “sivilizasiya islamdan başlanır” kimi dəqiq ifadələr işlətməsi, Avropa turnesində Türkiyənin AB üzvlüyünə tam dəstək mesajları, qardaş ölkəyə verdiyi əlahiddə önəm həm də müasir Türkiyədə aparılan siyasətin düzgün istiqamətinə dəlalət edir.

TÜRKİYƏ REGİONDA SÜLH VƏ BARIŞIN
QARANTINA ÇEVRİLİR

Türkiyənin başlatdığı Qafqazda sülh və sabitlik platforması da bu məqsədə yönəlib.  Ərdoğanın Trend-ə (28.09.09) müsahibəsindən: “Türkiyənin stabilliyin və əməkdaşlığın təmin olunması üzrə Qafqaz platformasının yaranması barədə təklifinə əsasən, regionun bütün dövlətlərini birləşdirəcək dialoqun qurulması vacibdir. Türkiyə regionu dünyanın dayağına çevirmək və Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan və Rusiya-Gürcüstan problemlərini sözügedən platformanın köməyi ilə həll etmək niyyətindədir”.
2009-da ABŞ Prezidenti Obama ilə 3 dəfə görüşündə də, Putinin dəvəti ilə 2010-cu il yanvarın 12-də ilin ilk xarici səfərini Moskvaya edən də Ərdoğanın müzakirə etdiyi əsas məsələ də Dağlıq Qarabağ problemi olub. Bakının rəsmi şəxsləri də Ərdoğanla eyni vaxtda Rusiyada Ermənistanın müdafiə naziri və ABŞ dövlət katibinin müavini ilə birgə intensiv məsləhətləşmələrə qatılıb. Məhz Ərdoğanın Moskvada Rusiya Prezidenti və Baş naziri ilə görüşündən dərhal sonra Rusiya Xİ nazirinin İrəvana, Sarkisyanın Moskvaya səfəri, Ermənistan Konstitusiya Məhkəməsinin Türkiyə ilə Ermənistan arasında bağlanmış “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu təsdiq etməsi (qeyri-konstruktiv əlavələrlə birlikdə olsa da) və DQ ətrafındakı torpaqlardan geri çəkilməyə dair prezident Sarkisyanın addımlarına yaşıl işıq yandırması, ardınca Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin Soçi görüşünün yekunları 20 ildən bəri davam edən münaqişənin həllinə nikbinlik yaradır. (Day.az, 13.01.10) Ərdoğan Qarabağ məsələsini kimlə, haralarla müzakirə etməyi yaxşı bilir.Azərbaycan Prezidenti İlham Əliyevin bütün təzyiqlərə, maneələrə baxmayaraq ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda qəti, israrlı, dəyişməz mövqeyi və qardaş Türkiyənin dəstəyi öz bəhrəsini verməkdədir. Azərbaycan xalqı həm Prezident Əliyevin, həm də Ərdoğan başqanlığında Türkiyə hökumətinin Qarabağ sorununun həlli üçün beynəlxalq aləmdə ardıcıl fəaliyyətini yüksək dəyərləndirir, bu səylərin uğur qazanacağına inanır, müsbət sonuclarını intizarla gözləyir.

“Baş nazir Ərdoğan ABŞ Prezidenti ilə Qarabağ mövzusunu müzakirə etdi və nikbin bəyanat verdi. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında keçirilən görüş 2 saat davam edib. Görüşdən sonra mətbuata ilk açıqlamanı Barak Obama verib. O, Türkiyənin İranın nüvə məsələsində həlledici rol oynaya biləcəyindən əminliyini ifadə edib: "Türkiyə ilə ABŞ NATO-da müttəfiqdir. Yəni, ikimizin bir-birimizi müdafiə etmək borcumuzdur".Obama deyib: Türkiyə demokratik, hüququn üstünlüyünə sayğı duyan və böyük əksəriyyəti müsəlman olan dövlət kimi təkcə öz bölgəsində deyil, bütün dünyada barış və sabitliyin olmasına çalışır. Ərdoğanı “salam-əleyküm”lə qarşılayan Obama: “Türkiyə dostum, Ərdoğan arkadaşımdır, Türkiyənin dünya sülhünə qatqısı çox böyükdür”-dedi. ABŞ Dövlət katibi Hillari Klinton: Regionda Türkiyənin Amerika və dünya üçün əvəzsiz rolu var.

Ərdoğanın dekabrın 7-8-də ABŞ-a səfəri Ankara-Vaşinqton münasibətlərini “strateji ortaqlıq”dan da yuxarı pilləyə qaldırdı. Bu informasiyalar düşünmək və nəticə çıxarmaq üçün ən etibarlı mənbədir. Ərdoğanın Vaşinqton səfərinin konkret nəticələrindən biri də Türkiyə və ABŞ arasında “model ortaqlıq” adlanan yeni münasibətlər səviyyəsi barədə alınan qərarlardır. Ərdoğanın tərifinə görə, bu yeni münasibətlər səviyyəsi “strateji bir addım irəli olmaqla, iki ölkə arasındakı iqtisadi əlaqələrin də ən üstün hala gətirilməsini hədəf alan işbirliyi mexanizmidir. Ortaq Türk-Amerikan Şurası qurulacaq. Şura biznes aləminin liderlərini bir araya gətirəcək. Məqsəd Türkiyə ilə ABŞ arasındakı 15 milyard dollarla yaxınlaşan illik ticarət dövriyyəsini daha da artırmaq, qarşılıqlı ticarət və yatırımı genişləndirmək və yeni iş sahələri yaratmaqdır. “Model ortaqlıq”la bağlı növbəti konkret qərar iki ölkə arasında 10 ilə yaxındır müzakirəsi gedən xüsusi sənaye bölgəsinin yaradılması planının işə salınması olub.

“Londonda dünyanın aparıcı audit və konsaltinq şirkəti sayılan "PricewaterhouseCoopers"in hesabatı açıqlanıb. Dünya iqtisadiyyatı perspektivlərinin yer aldığı hesabata görə, yaxın perspektivdə Qərbin inkişaf etmiş ölkələri "səhnə"dən getməli olacaq. Daha konkret desək, ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Kanadanın daxil olduğu G7-yə ehtiyac qalmayacaq. Maliyyə böhranından ən çox əziyyət çəkmiş G7 ölkələri artıq duruş gətirmək gücündə deyil. Onların yerini isə yeni E7 qrupu tutacaq. Bu qrupa Çin, Rusiya, Hindistan, Braziliya, Meksika, İndoneziya və Türkiyə daxil olacaq. Adıçəkilən ölkələr "döyüş meydanı"na yeni güc, yeni ideya və yeni bazarlarla gələcək.” ANSPRESS, 25.01.10

“Güclü Ordu-Güclü Türkiyə” devizini hər zaman əsas tutan, NATO-da ABŞ-dan sonra 2-ci, dünyada isə 4-cü ən güclü döyüş qabiliyyətinə, silahlı qüvvələrə malik orduya sahib Türkiyə kosmosa yeni ən müasir aparat, cihazlarla təmin olunmuş, həm də öz istehsalı olan milli peykini çıxarmışdır. ABŞ-dan 7,8 milyard dollar dəyərində 13 “Patriot” raketdən müdafiə qurğusunun alınması ilə özünün hərbi gücünü qat-qat artırmış olan Türkiyə regionun ən güclü ordusuna sahib olduğunu bir daha sübut etmişdir. Özünün ən müasir qırıcı-bombardmançı təyyarələrinin istehsalına, iki atom elektrik stansiyasının inşasına, dünyanın 3-cü böyük hava alanının sahibi İstanbulda 3-cü aeroportun tikintisinə, boğazlarda Avropa ilə Asiyanı birləşdirən yeni 3-cü körpünün tikintisinə başlayır, İstanbulda yerüstü nəqliyyat yerin altına endirilir, Giresunda aşkar olunmuş zəngin qızıl-gümüş mədənlərinin istismarına başlanır... Türkiyədə son illərin belə sevindirici uğurları çoxdur.

“Qazi Mustafa Kamal Atatürk Qurtuluş savaşından dərhal sonra ilk növ-bədə bir an öncə savaş apardığımız dövlətlərlə sülh, mehriban qonşuluq əlaqəsi yaratmağa başladı, bu bizim üçün də örnəkdir, ağıllı insanlar, dövlətlər düşmən yox, dost qazanmağa çalışar, ilk növbədə də qonşuları ilə”...bu fikirlər Ərdoğanın xarici siyasət kursunun əsas söykənəcək yönləridir, məramlarıdır.

Ərdoğanın 23 sentyabrda dünya liderlərinin iştirak etdiyi BMT Baş Məclisindəki çıxışında ilk dəfə səsləndirdiyi cəsarətli, olduqca gərəkli təşəbbüs: İsrail və İran da daxil, Yaxın və Orta Şərq nü­və­siz re­gio­na çev­ril­mə­li­dir. Dün­ya güc­lə­ri­nin nü­fuz və ma­raq sa­va­şı­na dön­müş bu böl­gə döv­lət­lə­ri­nin ha­mı­sı nü­və və di­gər küt­lə­vi qır­ğın si­lah­la­rın­dan im­ti­na et­mə­li­dir. Bu­na ay­rı­lan mil­yard­lar ac­lıq çə­kən mil­yon­lar­la in­san üçün sərf edil­mə­li, ter­ror, kor­rup­si­ya, ac­lıq, sə­fa­lət, xəs­tə­lik­lər, iş­siz­lik mən­bə­yi olan, prob­lem­lər mən­gə­nə­sin­də üzü­lən öl­kə­lə­rə, döv­lət­lə­rə, xalq­la­ra yar­dım edil­mə­li­dir. Tə­şəb­büs ilk də­qi­qə­lər­dən­cə dün­ya gün­də­mi­nə çev­ril­di. İn­di Av­ro­pa si­ya­si­lə­ri­nin bey­nin­də do­la­şan, be­yin mər­kəz­lə­ri­ni məş­ğul edən əsas mə­qam­lar­dan bi­ri Ər­do­ğa­nın gu­ya “Bö­yük İs­lam Bir­li­yi” ya­rat­ma yo­lun­da­kı fəa­liy­yə­ti­nə nə cür ma­ne ol­maq­dır. Xaricdəki diplomatik korpusla-səfirlərlə görüşdə Ərdoğan dedi: bizim fəal diplomatiyamıza ağız büzənlər, sülh proseslərinə yardımçı olmaq təşəbbüslərimizə açıq-gizli mane olanlar var. Onlara deyirəm: niyə sizə olar, bizə olmaz, siz dalaşdıranda yaxşıdır, biz barışdıranda nədən pis olur?!

Tür­ki­yə­nin Su­ri­ya və İraq­la bir­lik­də “Or­ta­do­ğu eko­no­mik iş­bir­li­ği” ya­rat­ma is­ti­qa­mə­tin­də fəa­liy­yə­ti də ye­ni bir re­gio­nal iq­ti­sa­di güc bir­li­yi­nin for­ma­laş­ma­sın­dan so­raq ve­rir. Ya­da sa­laq: bu 3 döv­lə­tin son il­lə­rə qə­dər mü­na­si­bət­lə­ri az qa­la hər­bi qar­şı­dur­ma həd­di­nə çat­mış­dı. Ar­tıq Azər­bay­can və di­gər türk­dil­li öl­kə­lər­dən son­ra Gür­cüs­tan, Su­ri­ya, Li­vi­ya (Lüb­nan), Al­ba­ni­ya (Ar­na­vut­luk), İorda­ni­ya (Ür­dün), Livan ilə vi­za­sız gə­liş-ge­di­şə ke­çil­di, sər­həd­lər tən­tə­nə­li mə­ra­sim­lə ara­dan qal­dı­rıl­dı; in­di bu öl­kə­lə­rin və­tən­daş­la­rı Tür­ki­yə­yə sər­bəst ge­dib-gə­lir­lər. İraqın isə ərzaq məhsullarına tələbatının tən yarısını Türkiyə ödəyir. Pakistanlı iş adamlarına viza qaldırılır. Türkiyə indi nəinki qonşu dövlətlərlə öz arasındakı problemləri, həm də qonşu ölkələrin digər dövlətlərlə münasibətlərinin həlli istiqamətində də ciddi addımlar atır. 1967-ci ildən başlanan İsrail-Suriya, Ərəb-İsrail, Suriya-İraq problemlərinin həlli üçün vasitəçilik missiyasını yerinə yetirən Türkiyə indi Qafqazda da sülh elçisi missiyasını boynuna götürmüşdür, regionda sülhün, əmin-amanlığın bərpasına çalışır. Filippinin Prezidenti Qloriya Macapadqal Türkiyəyə rəsmi səfəri zamanı Prezident Abdullah Güllə görüşərək, ondan Filippin və Moru müsəlmanları arasındakı mövcud problemin həlli üçün, Amerika İranda nüvə silahları istehsal edilməsi ilə bağlı ABŞ-İran danışıqlarında vasitəçilik etməyi rəsmi Ankaradan xahiş edib.

“Afrika ölkələri öz aralarındakı problemlərin həllində Türkiyənin vasitəçi kimi iştirak etməsini istəyir və həmin ölkələrin xarici işlər nazirləri istəklərini Nyu-Yorkda Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğluna çatdırıblar.

Fəal xarici siyasətə dair daha bir neçə fakt: Türkiyə bir gündə-15 sentyabr 2009-da 26 xarici ölkəyə yeni səfir göndərdi. Afrikanın 15 ölkəsində təzə səfirlik açır. Avropa Şurası Parlament Assambleyasında qurumun prezidenti postuna Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Mövlud Çavuşoğlu seçilib. Ərdoğan hökuməti dönəmində Türkiyə etibarlı, etimadlı-güvənli, ədalətli və güclü diplomatiya sürdürən arbitr dövlət imici qazanıb. Türkiyə Pakistan və Əfqanıstanla da üçlü bir sülh, sabitlik projesinin müəllifidir, 3 ölkə başçısı Ankarada bir araya gəlib bu barədə anlaşıblar. Türkiyə öz ətrafında-Şərqdə sülh zonası yaratmaqda başarılı fəaliyyətini uğurla davam etdirir.

Başbakanlığı dövründə xarici ölkələrə rekord sayda səfər etmək Ərdoğana nəsib olub. Başbakan olmazdan öncə AK Parti başqanı olaraq 14 gün müddətində 15 ölkənin prezident və baş nazirləri ilə görüşlər keçirən həmin günləri belə xatırlayır Ərdoğan: “o zaman Abdulla bəy baş nazir idi. O, bir tərəfdən hökuməti qurur, onun üzərində çalışır, mən də bu səfərləri həyata keçirirəm. Biz sürətli bir xarici siyasət gündəmini qurduq və o gündən bu günə qədər keçən müddətdə həm Türkiyənin dünya ilə birləşməsini, həm də qonşularımızla sıfır nöqtədə olan münasibətlərimizi çox yaxşı vəziyyətə gətirdik.”

Gələcəyə hesablanmış daha bir ideya: Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa Birliyinə “sülh yolu” adlandırılan avtomobil yolu layihəsi təklif edib. Proje gerçəkləşərsə, Qafqaz bölgəsi Gəncə-Laçın-Yerevan-Naxçıvan-Qars marşrutu ilə Türkiyə-Trakya üzərindən Avropaya birləşən bir avtomobil yolu şəbəkəsi qurular, Qafqaz Avropaya bağlanar.

Çankaya da artıq “Köşkə qapalı” prezidentlərdən qurtulmuş, dövlətin güclənməsinə töhfəsini artırmışdır. İki illik Prezidentliyi dövründə rekord sayda- 52 ölkəyə səfər edib Abdullah Gül. İyun 2009-cu ildə ÇXR-a səfəri zamanı onu müşayiət edən iş adamları Türkiyə - Çin arasında ümumi dəyəri 2, 9 milyard, fevralda Rusiyaya səfərində isə 40 milyard dollar dəyərində müqavilə bağlanmışdır. 300 milyard dollarlıq illik xarici ticarəti ilə Türkiyəni 7 ildə 26-cı yerdən dünyanın 17-ci böyük ekonomi gücü sırasına çıxarmağı bacaran Ərdoğan hökumətinin tutduğu yol budur. Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu: “2009-cu ildə Abdullah Gül 29, Baş nazir Ərdoğan 23, özüm və eks-nazir Əli Babacan 93 xarici ziyarətdə olduq. Avropaya 47, Asiyaya 15, Yaxın Şərqə 22, ABŞ-a 9 səfər etdik, yalnız diplomatik yox, enerji, iqtisadiyyat, ticarət, mədəniyyət, səhiyyə sahələri ilə bağlı danışıqlar aparıb, dəyərli razılaşmalar qazandıq. Oxumuz Ankara oxudur və üfüqümüz 360 dərəcədir”.

Baş nazir Ərdoğan 2009-da Türkiyənin 61 bölgəsini 94 dəfə ziyarət edib, 112 açılış mərasimində çıxış edib. Belə aktivlik nəinki Türkiyə, heç əksər dünya dövlətlərində görünməyib.

“TESEV'in yaptığı araştırmaya göre, 7 Ortadoğu ülkesinden 2006 kişiye Türkiye hakkındaki görüşleri soruldu. Ve ortaya çok önemli bir tablo çıktı. Yaklaşık bir asırdır süre gelen kırgınlıklar sona erdi. Araştırmaya göre, Ortadoğu'da her 4 kişiden 3'ü Türkiye'ye sempati duyuyor. 2003 yılında Irak Savaşı'na Türkiye'nin girmemesi, Davos olayı, genel olarak Gazze savaşı konusunda Türkiye'nin tutumu Türkiye'ye ilişkin algıyı olumlu hale getiren faktörlerden bazıları...Arap dünyasından yüzde 79, Filistin'de yüzde 89 güvendiği Türkiye'nin İsrail-Filistin sorununun çözümüne destek olmasını istiyor. Araştırmaya katılanların yüzde 61'i, Türkiye'nin Arap dünyası için bir model olacağını düşünüyor.Ayrıca katılımcıların yüzde 64'ü Türkiye'nin üyeliğini Arap dünyasındaki rolüne olumlu katkı sağlayacağına inanıyor. Araştırmanın gösterdiği ilginç bir sonuç da -sanılanın aksine- bölgedeki en büyük sorun çatışma ve savaşlar değil, en önemli problem "ekonomik yetersizlikler."

Ərdoğan: Hədəfimiz böyükdür, bunun üçün də ilk növbədə Yurdda Sülhə nail olmalıyıq, Yurdunda sülh, əmniyyət yarada bilməyən xalq, dövlət Cahanda sülhə də töhfə verə bilməz.

TÜRKİYƏ DÜNYANIN ENERJİ MƏRKƏZİNƏ ÇEVRİLİR

Almaniya və Fransanın Türkiyənin AB üzvlüyünə “yox” deməsindən sonra Ərdoğanın Rusiya və İrana, Gülün Çinə səfəri ciddi mesaj oldu-yəni Türkiyə üçün başqa yol da vardır, Türkiyə ilə birlikdə olmağı arzu edən digər güclər də vardır. 2009 il mayın 14-də Bakıdan sonra Soçidə Rusiya Baş naziri Putinlə Ərdoğanın görüşündə həm də Qara dənizin altından keçən “Mavi axın-2” qaz kəmərinin çəkilişi, Türkiyədə 3 atom stansiyasının tikintisi barədə önəmli razılaşmalar əldə edildi. Ukraynadan Avropaya qaz nəqli də yaxın gələcəkdə Türkiyədən keçəcək, qardaş ölkə ən böyük qaz tranzitçilərindən birinə çevriləcəkdir.

Orta Asiya, Qafqaz və Yaxın Şərq qazının Türkiyə üzərindən Avropaya qovuşduracaq “Əsrin sövdələşməsi” adlandırılan “Nabukko” Mavi Yanacaq layihəsinin məhz Ankarada, birinci olaraq Ərdoğan tərəfindən imzalanması da qürurvericidir. Avropanın Rusiya “Qazprom”undan bağlılığını azaldacaq, Türkiyəni Avrasiyanın mavi yanacaq körpüsü halına gətirəcək əsrin müqaviləsini imzalamaq üçün 18 ölkənin rəhbərləri, Baş nazirləri bir araya gəlmişlər. Bu layihə də Ankaranın beynəlxalq aləmdə strateji mövqeyini möhkəmləndirəcək, Türkiyəyə yeni dəyər qazandıracaq. İnşaat işlərinə 2010-cu ildə başlanacaq bu layihə 2014-cü ildə gerçəkləşəcək. Bu layihənin gerçəkləşməsinə 7, 9 milyard avro sərf olunacaq ki, bunun da yarısı Türkiyədə xərclənəcək. İki min kilometri Anadoludan keçəcək xətdən Türkiyə ildə 450 milyon avro gəlir əldə edəcək, 10 min nəfərə iş yeri açacaqdır. Bundan geri qalmayan daha bir proje də var. Türkiyəni dünyanın ən böyük enerji mərkəzinə çevirəcək, gələcək ekonomi tərəqqisinə yeni təkan verəcək daha bir tarixi gün avqustun 6-da yaşandı. Rusiya, Türkiyə və İtaliya Baş nazirləri həm «Cənub axını» qaz kəməri, həm də Samsun-Ceyhan neft kəmərinin tikintisi üçün saziş imzalayıblar. Rusiya ilə Türkiyə arasında 20 müqavilə bağlanmışdır.

Ərdoğan: Bakı-Tbilisi-Ceyhan aramızda çox önəmli bir əlaqə yaratdı, o, bizi bir-birimizə daha sıx bağladı. Bunun ardınca, “Şahdəniz” layihəsi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ikinci möhkəm əlaqə yaratdı. Bunlar qardaşlıq əlaqələrinin bəhrəsidir. Hazırda üçüncü əlaqəni yaradırıq. O da tarixi İpək yolunun gələcəyə istiqamətlənən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bu dəmir yolu Asiyanı Avropa ilə bağlayacaqdır. Bu, çox önəmli bir məsələdir. Buradan Çinə qədər uzanacaq, o biri tərəfdən isə Avropayadək uzanacaqdır. Hazırda biz Bosfor boğazında yeni keçid sistemini tamamlayırıq. Bunların hamısı bir-birinə bağlanacaqdır.

Tikintisi 12 milyard dollara başa gələcək kəmər 2013-cü ildə “Nabucco” ilə eyni vaxtda işə düşəcək. Kəmərlə ildə 63 milyard kubmetr qazın nəqli planlaşdırılıb. Gündə 1,5 mln. barrel gücü olan Samsun-Ceyhan boru kəməri də Rusiya neftini Türkiyənin Samsun Qara dəniz limanından Aralıq dənizinə nəql edəcək. Qara dənizdə iki ölkə birgə neft-qaz axtarışlarına başlayacaq. Rusiya və Türkiyə Samsun-Ceyhan neft kəmərinin birgə tikintisi və Ceyhanda neftayırma zavodunun inşası haqda razılığa gəliblər.

Samsun - Ceyhan neft kəməri Qara və Aralıq dənizlərini birləşdirməlidir. 2002-ci ilin dekabrında Moskvada ilk dəfə görüşən Putinlə Ərdoğan son 5 ildə 10 dəfə bir araya gəlmiş oldular. Bu ilişgilərin nəticəsi olaraq iki ölkə arasında mal mübadiləsi 5 milyard dollardan 40 milyarda çatmış, Rusiyada bu günə qədər 30 milyard dollar dəyərində 1152 proje həyata keçirilmişdir. Rusiya Türkiyənin 1-ci, Türkiyə isə Rusiyanın 5-ci ən iri ticarət ortağıdır. Yaxın 5 ildə iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 100 milyard dollara çatacaqdır. İndinin özündə də bu rəqəm Türkiyənin ABŞ və İngiltərə ilə olan ticari-ekonomi göstəricisindən yüksəkdir. İki ölkənin Qafqaz və bütün müsəlman şərqində sülhün bərqərar olması üçün səyləri perspektivlidir. 22 oktyabrda dünya telekanalları Türkiyə, Rusiya və İtaliya baş nazirlərinin canlı bağlantı ilə telekörpüdə danışıqlarını verirdi. Bu 3 dövlətin patronajlığı ilə Qara dənizdən Aralıq dənizinə çəkiləcək sualtı boru kəməri layihəsinin icrası dünyanın iqtisadi, siyasi mənzərəsinə ciddi təsir göstərəcək mühüm proje olacaqdır. Dünya yaxın illərdə türksoyların ən qədimdən məskun olduğu və bu gün də sayca çoxluq təşkil etdiyi Rusiya ilə Türkiyənin, həm də Orta Asiyanın 4 Türkdilli dövləti, Cənubi Qafqaz da daxil, strateji müttəfiqliyini, alyans yaratmasını görsə təəccüb etməməlidir. Azad, demokratik ölkələrin Türk-Slavyan Birliyini yalnız arzulamaq, alqışlamaq lazım. Tarixdə türklərlə slavyanlar qədər qanı biri birinə qarışmış, geniş ərazidə torpaq qonşusu, təbii müttəfiq olası ikinci bir nümunə yoxdur. İki ölkə arasında viza rejimi də qalxır. Eyni müqayisəni–çoxvektorlu dış siyasətinin sonuclarını Türkiyənin digər qonşusu -35 milyon türkün yaşadığı İranla da aparmaq mümkündür: 2005-dəki 1 milyard dollardan aşağı ticarət həcmi 2009-da 10 milyarda çatmışdır, yaxın iki ildə isə bu rəqəmin daha 3 qat artacağı gözlənilir. ABŞ və digər Qərb ölkələrinin narazılığına baxmayaraq, İranla sərhəddə zəngin neft-qaz yataqlarının istismarına, idxal və ixracına dair müqavilələr bağlandı. Ərdoğan bu ölkəyə son səfərinin də Türkiyənin İranla münasibətlərinin “qonşularla dost ol”, “düşmən deyil, dost qazan” siyasəti üzərində qurulduğunu vurğulayıb. Tərəflər arasında əldə edilən razılığa əsasən Türkiyə İranın 35 milyard kubmetr qaz ehtiyatı olan Pars yatağının işlədilməsində iştirak edəcək. Türkiyə yataqdan çıxarılacaq qazın yarısını alacaq və ondan həm ölkə daxilində istifadə edə, həm də xaricə sata biləcək. 4 il ərzində 4 milyard dollar sərmayə qoyulması nəzərdə tutulan bu yataqda artıq 2009-cu ilin noyabrından kəşfiyyat qazma işlərinə başlanıb. Bu bir daha göstərir ki, bütün kənar təzyiqlərə baxmayaraq, “Türkiyə öz siyasətini özü müəyyənləşdirir və bu istiqamətdə də qətiyyətli addımlar atır”. Türkiyə-İran yaxınlaşması bizim üçün xüsusi önəm daşıyır; İran əhalisinin 35 milyondan çoxunu təşkil edən türklərin hüquq və mənafelərinin qorunması, türk kimliyinin qalxınması, milli oyanış və bölgədə etibarlı özülə malik dostluq, qonşuluq münasibətlərinin bərqərar olması baxımından. Baş nazir Ərdoğan 2009-un oktyabrın 28-də İrana rəsmi səfəri zamanı bu ölkəni regionda Türkiyənin strateji müttəfiqi adlandırıb. Beləliklə də, Türkiyənin regionda İranla bağlı yeni siyasət ortaya qoyduğu görünməkdə, dünya gündəminə çevrilməkdədir. Bu anlaşmalarda ən əsas diqqət çəkən isə “Hər şey Türkiyə üçün” məramı ilə siyasət aparan Ərdoğan hökumətinin başarısıdır-Türkiyənin müstəqil siyasət aparması, ABŞ, AB, Rusiya kimi müxtəlif qütblü super güclərlə eyni zamanda bərabərhüquqlu, etibarlı tərəfdaş kimi münasibətlər qurmaq bacarığıdır.

İSTANBUL DÜNYANIN
MALİYYƏ MƏRKƏZİNƏ ÇEVRİLİR

Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) 2009-un oktyabrın 6-7-də İstanbulda keçirilən İstanbul Zirvəsində BVF və DB prezidentləri, 186 ölkədən gələn maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, tanınmış iqtisadçı alimlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. İstanbul Zirvəsində çıxış edən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünya iqtisadiyyatındakı ziddiyyətlərdən bəhs edib. Ərdoğan deyib ki, dünyanın bir tərəfində 3G, 4G texnologiyalarından istifadə edildiyi halda, başqa bir tərəfdə “alo” demək imkanı olmayan insanlar yaşayır.

“Sülhün, rifahın və təhlükəsizliyin qloballaşmadığı bir dünyada kimsə xoşbəxt ola bilməz. Mən İstanbulda bələdiyyə başçısı işlədiyim dövrdə İstanbulu dünyanın maliyyə mərkəzi halına gətirmək arzusunda idim. Artıq bunun həyata keçirilməsinin vaxtı çatıbdır. İstanbul və Türkiyə bu cür böyük və iddialı bir layihəyə hazırdır.” 2009-da inflyasiya 5,3 % olmaqla, BVF və DB Türkiyəyə kredit ayırma risklərini, güvənliyini də 2 pillə artırmışdır.

BVF-nin illik toplantısında iştirak edən maliyyə dünyasının tanınmış şəxsləri bəyan ediblər ki, G-20-yə üzv olan Türkiyənin böhran zamanı həyata keçirdiyi siyasət təqdirlə qarşılanıb. Qlobal iqtisadiyyatda məhz Türkiyə kimi inkişaf etməkdə olan ölkələr söz sahibi olmalıdır. Türkiyə sərmayədarlar üçün model ola biləcək bir ölkədir. Türkiyə bank və maliyyə sektorunun etibarlılığı və gücünə görə dünyanın aparıcı ölkələrindən biridir. 2009-cu ildə dünyanın ən güclü dövlətlərini diz üstə çökdürən iqtisadi böhrandan Türkiyənin ən az itki ilə ötüşməsi də (bunu bütün beynəlxalq maliyyə-bank təşkilatlarının apardıqları ekspertizalar deyir) Ərdoğan hökumətinin ağıl-zəkasının bir göstəricisidir heç şübhəsiz. Məhz iqtisadi böhran dünyanı sarsıtdığı bir zamanda Ərdoğan hökuməti 500 min iş yerinin açılmasına imkan yaradan “təşviq paketi”ni ortaya qoydu, 20 min nəfər üçün dövlət məmuru yeri açdı. ABŞ-da 158 bank bağlanırkən, Türkiyədə nəinki bir bank da qapanmadı, əksinə bu sektorda 12 min nəfər gənc üçün iş yeri açıldı. Ölkənin xarici borcları 3 dəfə azaldı. Türkiyə ekonomisi üçün “Orta Vadeli Program”ı 2010-da 300 min, 2012-ə qədər isə toplam 1 milyon 250 min insana yeni iş yeri açılmasını hədəfləyir. Adambaşına düşən gəlir gələn il 8 min 821 dollar olurkən, GSYH də 1 trilyon 29 milyard lirəyə çatacaqdır. Cari ilin sonu ixracat krizis səbəbiylə 98,5 milyard dollara düşərkən, 2010-da 107,5 milyard dollara çıxacaq. Bu ilki 5,3 faizlik inflyasiya isə gələn 2010-cu ildə yenə enəcək. Dekabr 2009-da artıq sənayedə artım 6 faizi keçmişdir. Türkiyənin xarici borcları 2010-cu il yanvarın 1-də 8 milyard dollar-adambaşına 111 dollar olub-bu Avrasiyada və dünyada adambaşına düşən rəqəmə görə ən aşağı göstəricilərdəndir. Son dörd ildə təkcə Afrika ölkələri ilə Türkiyənin ticarətinin həcmi 18 milyard dollar artmışdır. ABŞ-la ticari əlaqələr 2009-da 10 milyard dollar olmuşdur. ABŞ-ın Ticarət və İnkişaf Agentliyi Türkiyəni “2009-cu ilin ölkəsi” elan edib. Bunlar ümumdünya krizisinin at oynatdığı böhranlı çağların-yaxın 3 ilin iqtisadi “Yol xəritəsi” rəqəmləridir.

HƏDƏFƏ- AVROPA BİRLİYİNƏ DOĞRU

Ərdoğan Hökuməti dönəmində Türkiyə daha demokratik və hüququn tam üstünlüyü ilə idarə olunan bir dövlət halına gəlməkdə, AB üzvlüyünə daha inamla yaxınlaşmaqdadır. Baxmayaraq ki, indi həm Avropada, həm də Türkiyənin öz daxilində ölkənin AB üzvlüyünü istəməyən qüvvələr var. Türkiyənin AB-yə üzvlüyü ilə bağlı müzakirələri 1,5 milyardlıq dünya müsəlmanları da yaxından izləməkdədir. Türkiyə Hindistan və Çin də daxil, bütün Şərq dünyasının mədəni irs və düşüncəsini Avropaya daşıyan bir körpü və bu iki mədəniyyəti sintez edəcək, bunu bacaracaq tək ölkədir. AB-də də bunu anlayan siyasətçilər getdikcə daha böyük üstünlük qazanır: Türkiyənin AB-yə üzvlüyü ümumavropa mədəniyyətinə zənginlik gətirə bilər. Atatürkün qurduğu Türkiyədə son illər Ərdoğan başqanlığında düşüncə və iradə azadlığının daha da inkişaf etməsi, Anayasanın AB standartlarına uyğunlaşması yolunda dəyərli addımlar atılır. AB-nin 2004-cü il dekabrın 17-də Türkiyənin siyasi kriteriyaları yetərincə yerinə yetirdiyi barədə qərarı, eləcə də Türkiyənin üzvlük məsələsinin müzakirə olunması barədə qərarın qəbulu bunun göstəricisidir. 2009-un oktyabrında AB–nin toplantısında da Türkiyənin Avropa kriterlərinə uyğun dövlət halına gəldiyi vurğulanmışdır.

Ərdoğan: Bizim yolumuz təkcə Qərbə deyil, həm də Şərqə, Şimala, Cənubadır, çünki hər yana verəcəklərimiz də, hər yandan alacaqlarımız da var. Hədəfimiz yaxın 10 ildə Türkiyə ekonomisini dünya 17-cisindən dünya 10-cusuna çevirməkdir.

Türkiyənin AB-yə qovuşması Yaxın Şərq, Rusiya Federasiyası, Qafqaz və Orta Asiyada da demokratiya və insan haqlarının daha da inkişaf etməsinə yardım göstərəcək amil olacaq.
Avropa mediasında manşetlərin birində Finlandiyanın xarici işlər naziri Aleksandr Stubbun bu sözləri yer alıb: “Türkiyə olmadan AB nə regional problemləri həll edə bilər, nə də qlobal güc ola bilər.” Avropada tanınmış siyasətçilərin “Türkiyənin dostları” klubu yaranıb, fəaliyyətdədir. Polşa Baş naziri ilə futbol meydançasının açılışını gerçəkləşdirirlər. Hər ikisi gənclikdə futbolçu olub. Ərdoğan:-gəl gücümüzü sınayaq-deyir. Hərəsi Polşa qapıçısına bir zərbə göndərir. Ərdoğanın vurduğu top tordadır. “Rəqibi”ninki yan keçir. Avropa qəzetlərinin manşetində rəmzi yazı: “Ərdoğandan Avropanın qapısına daha bir sərrast qol”. Türkiyə bu öz əsas hədəfinə çatmaq yolunda israrlıdır, hədəf isə Türkiyəni AB standartlarına uyğun bir ölkəyə çevirməkdir. Burada Ərdoğanın şəxsi nüfuzu, sözü, əməli bütöv siyasətçi imici, dünya siyasətinə təsir edən dövlət başçıları ilə şəxsi dostluq münasibətləri də ön sırada dayanır. Türkiyə prezidenti və baş nazirinin dünyanın bir çox ölkələrindən 5 minə yaxın qonağın– yüksək dövlət və siyasət, sənət və mədəniyyət adamlarının iştirakı ilə başlanan “İstanbul-Avropa Mədəniyyət Paytaxtı-2010” Mədəniyyət ilinin təntənəli açılış mərasimi-“İstanbul Sehri” adlanan açılış gecəsi bütün dünyada unudulmaz hadisəyə çevrildi. Tarixi reallığa söykənən belə bir deyim olub: “Türkiyənin üç tərəfi dəniz, dörd tərəfi isə düşmənlərdir”. Türkiyə diplomatiyası son illər İran, Livan, Bolqarıstan, Suriya, Liviya, İordaniya, Səudiyyə, Pakistan, Gürcüstan, Yunanıstan...kimi hətta, son illərə kimi tarixən ənənəvi soyuq münasibətləri olan dövlətlərlə yaxşı əlaqələr yarada bilib, viza rejimini aradan qaldırıb, bu sırada tək qalan Ermənistandır. Türkiyə etibarlı tərəfdaş, siyasi, iqtisadi-biznes, insan azadlıqlarına təminat verən Azad Demokratik Dövlətdir.

Uğurlar, başarılar Türkiyəmizə!

Hacı NƏRİMANOĞLU,

“Alyans Media İnform” MMC-nin təsisçi və direktoru,

HİYM-in eksperti





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi