Hüquqi İslahatlara Yardım Mərkəzi - Nəşrlər
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Nəşrlər

“KONSALTİNQ XİDMƏTİ”

Nəşrin PDF variantı:




“Beynəlxalq Arbitraj Prosesi”
Nəşrin PDF variantı:
































Nəşrin PDF variantı:

SOYQIRIM CİNAYƏTİ
(Beynəlxalq aktlar, normativ sənədlər,
müraciətlər və şərhlər toplusu) kitabı çapdan çıxmışdır


Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyi və «AZE Konsaltinq Qrup» vətəndaşların hüquqi maarifləndirilməsinə, Azərbaycan həqiqətlərinin ölkə ictimaiyyətinə və beynəlxalq aləmə çatdırılmasına yönəldilmiş daha bir layihəyə imza atmışdır. Xocalı faciəsinin 18-ci ildönümü ərəfəsində çapdan buraxılmış “SOYQIRIM CİNAYƏTİ” (Beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhlər toplusu)” kitabının orijinallığı və əhəmiyyəti ondadır ki, ilk dəfə olaraq  soyqırımı beynəlxalq siyasi-hüquqi akt olaraq bütün aspektləri ilə səciyyələndirən sənədlər cəmiyyətə çatdırılır. Kitabın nəşrində əsas məqsəd Xocalı faciəsinin, bütünlükdə azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımın beynəlxalq aləmə tanıdılmasında hüquqi əsaslandırmanı təmin etməkdir. Ona görə də nəşrdə soyqırıma dair beynəlxalq sənədlər, ölkədaxili normativ aktlar, beynəlxalq ictimaiyyətə müraciətlər və digər sənədlər toplanmışdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. CBS nəşriyyatında 2 min nüsxə çap edilən kitab oxuculara pulsuz paylanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin əvəzi, 3-cü dərəcə dövlət ədliyyə müşaviri Şahin Rüstəmov kitaba “Soyqırım insanlıq əleyhinə cinayətlərin ən təhlükəlisidir” adlı ön söz yazmışdır. Nəşrin buraxılışına məsul Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədr müavini və «AZE Konsaltinq Qrup»un direktoru  Natiq Abdullayev, redaktoru hüquqşünas Habil İsgəndərovdur.




Nəşrin PDF variantı:

“VƏRƏSƏLİK (NORMATİV AKTLAR, QƏRARLAR VƏ ŞƏRHLƏR (1923-2000-CI İLLƏR)” KİTABI TƏKRAR NƏŞR EDİLMİŞDİR

Hüquqi İslahatlara Yardım Mərkəzi və “AZE Consaltinq Qrup”un mütəxəssisləri tərəfindən hazırlanmış kitabda 1923-cü il­dən 1965-ci ilə­dək qüv­və­də ol­muş Azərbaycan SSR Mül­ki Mə­cəl­lə­sinin və­rə­sə­li­yə aid nor­ma­la­rı­nın şər­hi, 1923-cü il­də qə­bul edil­miş Azər­bay­can SSR-in ilk Mül­ki Mə­cəl­lə­si­nin (1923-cü il nəş­ri) il­kin re­dak­si­ya­sı­nın və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nın tam mət­ni, o cümlədən 1927 və 1956-cı il nəşrləri (MM-ə edil­miş əla­və və də­yi­şik­lik­lər (Fər­man və Qə­rar­lar)), 01.03.1965-ci il­dən qüv­və­yə min­miş Azər­bay­can SSR MM-in və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nın tam mət­ni (1965-ci il tarixli ilk rəsmi nəşri və 01.09.2000-ci ilə­dək olan dövr­ə əla­və və də­yi­şik­lik­lər) ve­ril­miş­dir.
Kitabın elmi redaktoru və rəyçisi Azər­bay­can Respublikası Ali Məhkəməsinin hakimi, hüquq elmləri namizədi, dosent Bağır Əsədov, rəyçi Azər­bay­can Respublikası Ali Məhkəməsinin hakimi, hüquq elmləri namizədi Vəfaddin İbayevdir. Kitabda verilmiş şərhin müəllifi “AZE Consaltinq Qrup”un direktoru  Natiq Abdullayev, ön sözün müəllifi və buraxılışa məsul HİYM-in sədri Fətəli Abdullayev, tərtibçi və redaktor Habil İsgəndərov, kompyuter tərtibatçısı Emil Camalovdur.
500 nüsxədə CBS mətbəəsində çap olunmuş ki­ta­bda toplanmış bütün nor­ma­tiv sə­nəd­lər və Ple­num Qə­rar­la­rı rəs­mi mətn­lə­rə is­ti­na­dən verilmişdir.­ Kitab məhkəmələr, vəkillər, notariuslar, praktiki hüquqşünaslar (tədqiqatçı hüquqşünaslar), tələbələr, aspirantlar və hüquqla maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur. Kitabın təkrar nəşri ideyası da bu kateqoriyadan olan oxucuların çoxsaylı müraciətlərindən sonra mövcud tələbatı ödəmək məqsədilə yaranmışdır.
Kitab haqqında əlavə məlumatla və kitabın tam mətni ilə “Nəşrlər” bölməsində tanış ola bilərsiniz.





Nəşrin PDF variantı:

“MÜBAHİSƏLƏRİN ALTERNATİV HƏLLİ ÜSULLARI

Beynəlxalq sənədlər, şərhlər, qanunvericilik” kitabı nəşr edilmişdir

 

490 səhifəlik kitab Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Qey­ri-Hö­ku­mət Təş­ki­lat­la­rı­na Döv­lət Dəs­tə­yi Şu­ra­sı­nın ma­liy­yə yar­dı­mı ilə Hü­qu­qi İs­la­hat­la­ra Yar­dım Mər­kə­zi İc­ti­mai Bir­li­yi tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən "Azər­bay­can­da ar­bit­raj ins­ti­tu­tu­nun in­ki­şa­fı və mü­ba­hi­sə­lə­rin al­ter­na­tiv həl­li sa­hə­sin­də qa­nun­ve­ri­ci­lik ba­za­sı­na tək­lif­lə­rin dəs­tək­lən­mə­si"

la­yi­hə­si çər­çi­və­sin­də nəşr edilmişdir.

Kitab mübahisələrin məhkəmədənkənar alternativ üsullarla həlli qaydaları və təcrübəsi ilə yaxından tanış olmaq, bu sahədə beynəlxalq təcrübəni öyrənmək, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinə müraciət etmək istəyənlər, ümumiyyətlə, beynəlxalq arbitraj institutları haqqında məlumat əldə etmək istəyən hüquqşünaslar, iş adamları, digər mütəxəssislər, tələbələr, beynəlxalq arbitraj üzrə araşdırma aparan tədqiqatçılar və bu sahə ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulub. Ön sözün müəllifi Hü­qu­qi İs­la­hat­la­ra Yar­dım Mər­kə­zi İc­ti­mai Bir­li­yinin sədri, sözügedən layihənin rəhbəri Fətəli Abdullayev, rəyçi və elmi redaktorlar Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayev, tərtibçi və redaktor Habil İsgəndərovdur. CBC nəşriyyatında çapdan çıxmış 6 fəsildən ibarət kitabda ilk dəfə olaraq Beynəlxalq Arbitraj və Mediasiyaya dair sənədlər-qanun, əsasnamə, reqlament, konvensiya, saziş, direktiv və məcəllələr də ingilis dilindən tərcümə edilərək toplu şəklində Azərbaycan dilində verilmişdir. Mərkəzin mütəxəssisləri layihə çərçivəsində fəaliyyətini davam etdirirlər.

Kitabın PDF variantı Mərkəzin www.legalreform.az və www.arbitr.az saytlarının nəşrlər bölümündə yerləşdirilmişdir.



Nəşrin PDF variantı:

“Rusca-Azərbaycanca hüquq lüğəti”

 

 

 

 

 


Buraxılışa məsul: Fətəli ABDULLAYEV

Tərtibçilər: Məlahət VƏLİYEVA, Alidə MAHMUDOVA

Korrektor: Gülgün BAĞIROVA

Kompüter tərtibatçısı: Emil CAMALOV


LÜĞƏTİN İSTİFADƏÇİLƏRİNƏ

Bu gün müstəqil Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğunda keyfiyyətcə yeni mərhələyə qədəm qoyması müşahidə olunur. İqtisadi potensialını inkişaf etdirən respublikamız dünya iqtisadi birliyinə inteqrasiya olunmaqla yanaşı, beynəlxalq təşkilatlar sırasında da öz layiqli yerini tutur.

Azərbaycan Respublikasında iqtisadi-sosial həyat sürətlə dəyişir, inkişaf edir. Bu inkişaf şəraitində istər yeni qəbul olunan qanunlarda, istərsə də hüquqi münasibətlərin tənzimləndiyi digər sahələrdə, beynəlxalq müqavilələrin bağlanmasında, mülki-hüquqi, iqtisadi müqavilələrdən yaranan mübahisələrin həlli üzrə aparılan danışıqlarda, məhkəmə proseslərində işlədilən terminlər, ifadələr də dəyişilir.

Məlumdur ki, hüquqşünasların fəaliyyətində bəzən müxtəlif sözlərin, terminlərin yerində işlədilməməsi müəyyən çətinliklər doğurur. Azərbaycandilli mütəxəssislərin rus və digər əcnəbi dildə olan sənədlərlə işləməsində, rusdilli və əcnəbi mütəxəssislərin isə Azərbaycan dilində olan mətnlərlə işləməsində müəyyən problemlər yaranır. Bu cür problemlərin aradan qaldırılması üçün, əlbəttə ki, geniş hüquqi maarifləndirmə tədbirlərinə zərurət vardır.

Hüquqi maarifləndirmə sahəsində Azərbaycan Respublikasında görülən işlərdən biri də müasir şəraitə uyğun olaraq beynəlxalq aləmdə adətən işlədilən terminlərin Azərbaycan dilində tərcüməsini, mənasını mütəxəssislər və daha geniş kütlələr arasında yaymaqdır. Bundan ötrü isə əcnəbi dildə olan sözlərin, söz birləşimələrinin və terminlərin Azərbaycan dilində qarşılığının doğru-dürüst ifadə edilməsi zəruridir.

Rus dilinin Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi beynəlxalq dillərdən biri olması, həmçinin, bu dildə hüquq ədəbiyyatının daha çox nəşr olunması, eyni zamanda, yerli mütəxəssislərimizin də əcnəbi dillər sırasından daha çox rus dilindən səmərəli istifadə etmək imkanlarının olmasını nəzərə alaraq, hazırki lüğətin tərtib olunmasını məqsədəuyğun hesab etdik.

Əlbəttə ki, bu kitabda hüquq sahəsinə aid olan bütün ifadələr, terminlər əhatə olunmamışdır. Təqdim olunan lüğət, hüququn müxtəlif sahələri ilə yanaşı, xüsusən, kommersiya hüququnda daha çox işlənən sözlərin rus dilindən Azərbaycan dilinə tərcüməsini və izahını əhatə edir. Sözlərin, terminlərin və söz birləşmələrinin Azərbaycan dilində tərcüməsi ilə yanaşı, onların izahı da verilmişdir. Bu da lüğətin daha səmərəli və geniş istifadəsini təmin etmək məqsədi daşıyır.

Avropa Şurasına üzv olmaqla Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərdən biri də milli qanunvericiliyin Avropa standartlarına və mühüm beynəlxalq konvensiyalara uyğunlaşdırılmasıdır. Dövlətimizin siyasəti bu istiqamətə yönəlib və mühüm işlər görülməkdədir. Beynəlxalq iqtisadi əlaqələrin, hüquqi əməkdaşlığın daha səmərəli qurulması üçün qeyd olunan beynəlxalq hüquqi aktların, rəsmi sənədlərin öyrənilməsi, bu prosesdə isə müəyyən söz və terminlərin Azərbaycan dilinə düzgün və peşəkar tərcümə olunması zəruridir.

Lüğətdə, əsasən, sahibkarlıq, kommersiya hüququ ilə bağlı sözlərin tərcüməsi ilə yanaşı, ümumişlək hüquqi terminlərə də geniş yer verilmişdir. Müasir dövrdə insan hüquqları, onların müdafiəsi probleminin aktuallığını nəzərə alaraq lüğətdə insan hüquq və azadlıqları ilə bağlı bir sıra terminlər də öz əksini tapmışdır. Lüğətdə, həmçinin, latın dilində olan, bu gün beynəlxalq hüquqi aktlarda, kommersiya müqavilələrində və mülki hüquq ədəbiyyatında işlədilən bəzi hüquqi terminlərin rus dilində tərcüməsi və izahı da verilmişdir.

Lüğətdən, əsasən, hüquqşünaslar, tərcüməçilər, hüquq və kommersiya sahəsində fəaliyyət göstərən, rəsmi sənədlərin, müqavilələrin hazırlanması ilə məşğul olan mütəxəssislər, rus dilində ədəbiyyatdan, internetdən istifadə edən müəllimlər, tələbələr və digər bu sahə ilə maraqlanan oxucular istifadə edə bilərlər.

Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyi bu lüğətin nəşrini təmin etməklə hüquqi maarifləndirmə sahəsində görülən işlərə müəyyən qədər öz töhfəsini vermək istəyini reallaşdırmışdır. Ümid edirik ki, təqdim olunan lüğət onu istifadə edənlər üçün faydalı olacaqdır. Lüğətdən istifadə zamanı rastlaşdığınız nöqsanları aradan qaldırmaq və öz tövsiyələrinizi, təkliflərinizi bildirmək üçün Hüquqi İslahatlara Yardım Mərkəzinə müraciət edə bilərsiniz. Bununla gələcəkdə belə bir lüğətin daha geniş həcmdə və daha təkmil formada nəşrinə öz yardımınızı etmiş olarsınız.

Bütün təklif və tövsiyələrinizə görə əvvəlcədən minnətdarlığımızı bildiririk.


Nəşrin PDF variantı:

“VƏRƏSƏLİK
normativ aktlar, qərarlar və şərhlər
(1923-2000-ci illər)”

 

 

 

Buraxılışa məsul: Fətəli ABDULLAYEV

Tərtibçi və redaktor: Habil İSGƏNDƏROV

Şərhin müəllifi: Natiq ABDULLAYEV

Elmi redaktor və rəyçi: Bağır ƏSƏDOV

Rəyçi: Vəfaddin İBAYEV

Kompyuter tərtibatçısı: Emil CAMALOV

Kitab Haqqında qısa xülasə

Mə­lum­dur ki, mül­ki hü­quq mü­na­si­bət­lə­ri­nə on­la­rın ya­ran­dı­ğı dövr­də qüv­və­də olan mad­di hü­quq nor­ma­la­rı tət­biq edi­lir.

Res­pub­li­ka­mız müs­tə­qil­lik əl­də et­dik­dən son­ra özü­nün mil­li qa­nun­ve­ri­ci­lik ba­za­sı­nı ya­rat­mış və bu gün də hə­min ba­za­nın möh­kəm­lən­di­ril­mə­si üçün mühüm ad­dım­lar atı­lır. Ye­ni qa­nun­lar, di­gər nor­ma­tiv hü­qu­qi akt­lar qə­bul edil­dik­dən son­ra həm rəs­mi mət­bu­at, rəs­mi nəşr­lər va­si­tə­si­lə, həm də hü­quq ədə­biy­ya­tı nəşr­lə­ri ilə məş­ğul olan özəl nəş­riy­yat­lar tə­rə­fin­dən dərc edi­lir, ic­ti­ma­iy­yə­tin, xü­su­sən, qa­nun­la­rın tət­bi­qi və ic­ra­sı­nı hə­ya­ta ke­çi­rən or­qan­la­rın, şəxs­lə­rin is­ti­fa­də­si­nə çat­dı­rı­lır.

Res­pub­li­ka­mız uzun il­lər so­vet im­pe­ri­ya­sı­nın tər­ki­bin­də ol­du­ğun­dan, hüquq sis­te­mi­miz də so­vet döv­lə­ti­nin hü­quq sis­te­mi­nə da­xil ol­muş­dur. O dövr­də qüv­və­də ol­muş bə­zi qa­nun­lar, mə­cəl­lə­lər, di­gər nor­ma­tiv akt­lar, SSRİ və Azər­bay­can SSR Ali Məh­kə­mə­lə­ri­nin Ple­num qə­rar­la­rı bu gün də öz əhə­miy­yə­ti­ni itir­mə­miş­dir. Hə­min akt­ların bəziləri ye­ni qa­nun­ve­ri­ci­li­yin tət­biq olun­du­ğu şə­ra­it­də də ak­tu­al­lı­ğı­nı sax­la­mış­dır. 16 iyun 1923-cü il­də Azər­bay­can Mər­kə­zi İc­ra­iy­yə Ko­mi­tə­si­nin 3-cü ses­si­ya­sın­da qə­bul olun­muş və dərc edildiyi, yəni 1923-cü ilin sent­yabr ayı­nın 8-dən qüv­və­yə min­miş Azər­bay­can SSR-in ilk Mül­ki Mə­cəl­lə­si­nin di­gər müd­dəa­la­rı bu gün öz əhə­miy­yə­ti­ni və ak­tu­al­lı­ğı­nı itir­sə də bu Mə­cəl­lə­nin və­rə­sə­li­yə aid müd­dəa­la­rı öz əhə­miy­yə­ti­ni və ak­tu­al­lı­ğı­nı sax­la­yır. Yə­ni sözüge­dən Mə­cəl­lə­nin qüv­və­də ol­du­ğu 08 sent­yabr 1923-cü il­dən 01 mart 1965-ci ilə­dək olan dövr­də ya­ran­mış bir çox və­rə­sə­lik hüquq müna­si­bət­lə­ri bu gün də öz hüqu­qi həl­li­ni tap­ma­dı­ğın­dan, bu mül­kihüquq müna­si­bət­lə­ri­nin məh­kə­mə qay­da­sın­da həl­li­nə na­il ol­maq is­tə­yən şəxs­lər, xü­su­sən, bu müna­si­bət­lə­rin hüqu­qi müqəd­də­ra­tı­nı həll et­mə­li olan məh­kə­mə­lə­ri­miz müəy­yən çə­tin­lik­lə üz­lə­şir­lər ki, bu da 1923-cü il sent­yab­rın 8-dən 1965-ci il mart ayı­nın 1-dək qüv­və­də ol­muş Azər­bay­can SSR-in ilk Mül­ki Mə­cəl­lə­si­nin nəş­ri­nin çox az say­da qal­ma­sı ilə əla­qə­dar­dır.

Heç də sirr de­yil­dir ki, bə­zi hal­lar­da məh­kə­mə­lər hü­qu­qun tət­bi­qin­də mü­ba­hi­sə­nin ya­ran­dı­ğı dövr­də qüv­və­də ol­muş qa­nun­la­rı əl­də edə bil­mə­mə­lə­ri, on­la­rın mü­va­fiq mad­də­lə­ri­nə edi­lən də­yi­şik­lik­lə­rin za­man eti­ba­rı ilə han­sı il­lə­ri əha­tə et­mə­si­ni əks et­di­rən bir nəş­rin ol­ma­ma­sı sə­bə­bin­dən pozuntuya yol ve­rir­lər. Bəzən isə sö­zü­ge­dən döv­rə aid müd­dəa­la­rın təf­si­rin­də səh­və yol ve­ri­lir ki, bu da hə­min döv­rə aid olan qa­nun­la­rın şərhi ilə bağ­lı olan hü­quq ədə­biy­ya­tı­nın qıt­lı­ğın­dan irə­li gə­lir. Bu kimi sə­bəb­lə­ri nəzərə alaraq, is­ti­fa­də­ni­zə ver­di­yi­miz hazırkı ki­ta­bın tər­tib edil­mə­si­nə bö­yük zə­ru­rət duy­duq.

08.09.1923-cü il­dən 01.03.1965-ci ilə­dək qüv­və­də ol­muş Azər­bay­can SSR-in ilk Mül­ki Mə­cəl­lə­si­nin və­rə­sə­lik hü­quq mü­na­si­bət­lə­ri­ni tən­zim­lə­yən mad­də­lə­ri, və­rə­sə­li­yə aid həmin dövrdə qə­bul olun­muş SSRİ və Azər­bay­can SSR Ali So­vet­lə­ri­nin fər­man­la­rı, SSRİ Ali Məh­kə­mə­si­nin Ple­num qə­rar­la­rı ve­ril­mək­lə ya­na­şı, ki­tab­da 01.03.1965-ci il­dən 01.09.2000-ci ilə­dək qüv­və­də ol­muş Mül­ki Mə­cəl­lə­nin və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nı, o cüm­lə­dən və­rə­sə­li­yə aid SSRİ və Azər­bay­can SSR Ali So­vet­lə­ri­nin mü­va­fiq fər­man­la­rı­nı, SSRİ və Azər­bay­can SSR Ali Məh­kə­mə­lə­ri­nin Ple­num Qə­rar­la­rı­nı əha­tə et­mə­yi­miz fikrimizcə, ki­ta­bın prak­ti­ki əhə­miy­yə­ti­ni da­ha sə­mə­rə­li edir.

Bu sə­bəb­dən də ha­zır­kı ki­tab­da 1923-cü il­də qə­bul edil­miş Azər­bay­can SSR-in ilk Mül­ki Mə­cəl­lə­si­nin (1923-cü il nəş­ri) il­kin re­dak­si­ya­sı­nın və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nın tam mət­ni, o cümlədən 1927 və 1956-cı il nəşrləri 01.03.1965-ci il nəşrləri MM-ə edil­miş əla­və və də­yi­şik­lik­lər (Fər­man və Qə­rar­lar), 01.03.1965-ci il­dən qüv­və­yə min­miş Azər­bay­can SSR MM-in və­rə­sə­li­yə aid müd­dəa­la­rı­nın tam mət­ni (01.09.2000-ci ilə­dək olan dövr­ə əla­və və də­yi­şik­lik­lər­lə) ve­ril­miş­dir.

Tər­tib et­di­yi­miz ki­ta­bın bir üs­tün­lü­yü də on­dan iba­rət­dir ki, ki­tab­da nəşr edi­lən bütün nor­ma­tiv sə­nəd­lər və Ple­num Qə­rar­la­rı rəs­mi mətn­lə­rə is­ti­na­dən ha­zır­lan­mış­dır.

Di­gər tə­rəf­dən, nəşrin prak­ti­ki əhə­miy­yə­ti­ni daha da artırmaq üçün ki­tab­da Hüqu­qi İs­la­hat­la­ra Yar­dım Mər­kə­zinin sədr müa­vi­ni, hüquq­şünas Na­tiq Yu­sif oğ­lu Ab­dul­la­yev tə­rə­fin­dən 1923-cü il­dən 1965-ci ilə­dək qüv­və­də ol­muş Azərbaycan SSR Mül­ki Mə­cəl­lə­sinin və­rə­sə­li­yə aid nor­ma­la­rı­nın şər­hi ve­ril­miş­dir ki, bu da qeyd olu­nan müd­dəa­la­rın tət­bi­qi za­ma­nı istifadəçilərə yar­dım­çı olacaqdır.

Ki­tab­da 1923 və 1964-cü il Mül­ki Mə­cəl­lə­lə­ri­nin ilk rəs­mi nəşr­lə­ri­nin və­rə­sə­li­yə aid fəsilləri ilə ya­na­şı, həmin mad­də­lə­rə edi­lən əla­və və də­yi­şik­lik­lər ay­rı­lıq­da ve­ril­miş­dir ki, bu da qa­nu­nun zaman etibarı ilə düz­gün tət­biq edil­mə­si­ni tə­min et­mək məq­sə­di da­şı­yır.

Di­gər tə­rəf­dən, tər­cü­mədə yol verilə biləcək qüsurların qar­şı­sı­nı al­maq üçün ki­tab­da Mə­cəl­lə­nin 1923-cü il (ilk) və 1927-ci il (01 av­qust 1927-ci il ta­ri­xə­dək də­yi­şik­lik və əla­və­lər­lə), rəs­mi nəşr­lə­ri, o cüm­lə­dən, bə­zi qə­rar­lar on­la­rın rəs­mi mət­ni­nin qə­bul və dərc edil­di­yi rus di­lin­də ve­ril­miş­dir.

Ki­tab­da ve­ril­miş bütün nor­ma­tiv sə­nəd­lə­rin ori­ji­nal va­ri­an­tları Hüqu­qi İs­la­hat­la­ra Yar­dım Mər­kə­zinin ki­tab­xa­na­sın­da­dır. Ki­tab­dan is­ti­fa­də za­ma­nı hər han­sı fi­kir ay­rı­lı­ğı ya­ra­nar­sa, bu za­man is­tə­ni­lən şəxs ha­zır­kı ki­tab­da ve­ril­miş sə­nəd­lə­rin ori­ji­nal va­ri­an­tı ilə ta­nış ola bi­lər (Mər­kə­zin hüqu­qi rek­vi­zit­lə­ri ki­tab­da ve­ril­miş­dir).

He­sab edi­rik ki, artıq istifadənizdə olan bu ki­tab məh­kə­mə­lər, və­kil­lər, no­ta­ri­us­lar, prak­ti­ki hü­quq­şü­nas­lar (təd­qi­qat­çı hüquq­şünas­lar), tə­lə­bə­lər, as­pi­rant­lar və s. şəxs­lər üçün əhə­miy­yət­li mən­bə ola­caq­dır.

 

Xüsusi buraxılışın PDF variantı:



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) beynəlxalq əlaqələrinə həsr olunmuş Xüsusi Buraxılış.

Nəşr Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin Baş Katibliyi tərəfindən hazırlanmışdır.

 

 



AAMM-in Xüsusi Buraxılışı

HİYM-in təsisçiliyi ilə yenidən təşkil edilmiş Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) Xüsusi buraxılışı Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) fəaliyyətinin 5 illiyinə və beynəlxalq əlaqələrinə həsr olunmuşdur. Xüsusi buraxılış Azərbaycan və ingilis dillərində nəfis tərtibatla 1000 nüsxədə çap edilmişdir.

Xüsusi buraxılışda Almaniya, Qahirə, Rumıniya, Avstraliya, Honq Konq, Avstriya, Milan, Venesiya, Dubay, Malayziya, Ukrayna arbitraj institutlarının fəaliyyət pinsipləri, bu institutlarla BKAM-ın qarşılıqlı əlaqələri, BKAM-ın təmsilçilərinin beynəlxalq tədbirlərdə iştirakına dair məlumatlar, bu qurumların rəhbərlərinin BKAM-ın 5 illik fəaliyyəti və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkil edilməsinin əhəmiyyətinə dair rəy və mülahizələri, təbrikləri öz əksini tapmışdır. Həmçinin, beynəlxalq arbitraj və mediasiya sahəsində dünyada nüfuzlu mütəxəssislər kimi tanınan, BKAM-ın beynəlxalq arbitrləri siyahısında təmsil olunan arbitrlər haqqında məlumatlar da bu nəşrdə yer almışdır.

 

Nəşrin PDF variantı: <!--[if !vml]--><!--[endif]-->


MEDİASİYA

mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu kimi

 

 


Elmi redaktor: FƏTƏLİ ABDULLAYEV

Hüquqi İslahatlara Yardım Mərkəzinin sədri

 

 

Kitab mübahisələrin vasitəçinin-mediatorun iştirakı ilə məhkəmədənkənar alternativ həlli yollarından biri olan mediasiyadan-vasitəçilikdən bəhs edir.

Azərbaycanda mövzu ilə bağlı ilk ədəbiyyat olaraq hüquqşünaslar, tələbə, müəllimlər üçün nəzərdə tutulsa da, kitabın sadə, aydın, lakonik dil, üslubda yazılması nəşrin hər bir oxucu tərəfindən başa düşülməsinə imkan verir.

Heç şübhə yoxdur ki, bu kitabı oxuyanların qəlbində bir inam yaranacaqdır: doğrudan da hər bir mübahisə üçün heç də məhkəməyə üz tutmaq lazım deyilmiş, mübahisələrin həllinin daha asan və sadə, həm də sivil yolu var.

Tarix boyu bəzən yüz illərlə davam etmiş qanlı müharibələrdən sonra qonşuluq, sülh, barışıq şəraitində yaşayan xalqlardan, dövlətlərdən başlamış, uzun illərin mübahisəli çəkişmələrindən sonra bir-biri ilə mehriban qohum kimi yaşayan, ömür sürən insanların sonrakı peşmançılığı, amansız rəqabətdən sonra birləşib birgə fəaliyyət göstərən şirkətlərin təcrübələrinə qədər-hamısı bu nəticəni xatırladır: bütün konfliktlərin sonu sülhdür, barışıqdır. Elə nəşrin işıq üzü görməsində əsas məqsədlərdən biri də bu həqiqəti hüquqi dildə oxucuya çatdırmaqdır. Ümid edirik ki, bu mənada müəllif istəyinə nail olmuşdur.

Müəllifin mövzu ilə əlaqədar apardığı elmi işin ilk nəticəsi kimi nəşr olunan bu kitabla bağlı oxucuların, mütəxəssislərin fikir və rəylərini eşitmək xoşdur.

Hər bir obyektiv qeyd, irad, məsləhət üçün əvvəlcədən minnətdarlığımızı bildiririk.



AAMM-IN 2-Cİ XÜSUSİ BURAXILIŞI ÇAPDAN ÇIXMIŞDIR
Nəşrin PDF variantı:





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) 2-ci Xüsusi Buraxılışı çapdan çıxmışdır. Bu nömrə Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi nəzdində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində (BKAM) işlərə baxılması qaydalarına həsr olunmuşdur. Xüsusi Buraxılış “CBS” mətbəəsində Azərbaycan və ingilis dillərində nəfis tərtibatla 500 nüsxədə çap edilmişdir. Buraxılışa məsul AAMM-ın direktoru Natiq Abdullayev, tərtibçi və redaktor Habil İsgəndərov, dizayn Emil Camalovdur.




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi