Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Təkliflət03
HİYM-İN  NAZİRLƏR KABİNETİNƏ GÖNDƏRDİYİ TƏKLİFƏ AİDİYYƏTİ
DÖVLƏT QURUMLARINDA BAXILMIŞ VƏ MƏQSƏDƏMÜVAFIQ
HESAB EDİLƏRƏK MÜSBƏT DƏYƏRLƏNDİRİLMİŞDİR


Hüquqi İslahatlara Yardım Mərkəzinin (HİYM) “SSRİ tabeliyində olan və SSRİ dövlət büdcəsindən maliyyələşmiş, lakin Azərbaycan SSR ərazisində fəaliyyət göstərmiş dövlət idarəetmə orqanlarının baş idarələrinin və digər qurumlarının işçilərinin dövlət qulluqçusu statusu alması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2007-ci il tarixli, 77 saylı Qərarına əlavələr edilməsi barədə” qərarına dair Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rəsizadəyə  göndəridyi təkliflərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2008-ci il tarixli 17/3933-18 nömrəli tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) və Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baxılmışdır.
Nazir Fizuli Ələkbərovun imzası ilə 12 sentyabr 2008-ci il tarixli 11\25-199 №- li və Fondun sədr müavini Zakir Babayevin imzası ilə 24 sentyabr 2008-ci il tarixli 03\13-2493 №- li, Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyevə və HİYM-in sədr müavini Natiq Abdullayevə göndərilmiş məktublarda qaldırılan məsələyə baxıldığı bildirilir. Məktubda, həmçinin, qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təmin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 2-ci bəndində müəyyən edilmiş qaydada ittifaq tabeliyində olan SSRİ dövlət büdcəsindən maliyyələşən dövlət idarəetmə orqanlarının (baş idarənin, idarənin), o cümlədən HİYM-in məktubunda göstərilən SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR-də Meliorasiya və Su Qurğuları Tikintisi Baş İdarəsinin işçilərinin yuxarıda qeyd edilən Siyahının 1.16-cı bəndində göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması məqsədəmüvafiq hesab edilə bilər.




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi