Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi General Polkovnik Cənab E.Quliyevə
Hörmətli Elçin müəllim,
Ümumilli Liderimiz, möhtərəm Heydər Əliyev Cənablarının sədrliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsində hər kəsin azadlıq hüququ ehtiva olunmaqla, Azərbaycan Respublikasının ərazisində olan hər kəsin sərbəst hərəkət edə bilməsi və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilməsi Konstitusiyanın yuxarıda sözügedən müddəasında təsbit olunmuşdur.
Məlumunuzdur ki, Azərbaycan Respublikasının vətəndaşının ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikasının Miqrasya Məcəlləsinin 9-cu maddəsi ilə tənzimlənir.
Sözügedən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir.
Vətəndaşın ölkədən getmək hüququ yalnız bu Məcəllənin 9.3.1-9.3.7-ci maddəsində təsbit edilən hallarda və qaydada məhdudlaşdırıla bilər.

Hörmətli Elçin müəllim,
Təəssüf hissi ilə qeyd etməyi zəruri hesab edirik ki, bəzi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən vətəndaşın ölkədən getmək hüququ qanunla müəyyən edilən qaydalara və tələblərə uyğun olmayan şəkildə məhdudlaşdırılır.
Belə ki, bəzi hüquq mühafizə orqanlarının aidiyyatı əməkdaşları tərəfindən vətəndaşın, xüsusəndə sahibkarlıq fəaliyyətini həyata keçirən vətəndaşın ölkədən getmək hüququna məhdudiyyətlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.1-9.3.7-ci maddəsində təsbit olunan əsaslar olmadan “giriş-çıxış” və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sisteminin siyahısına daxil edilir.
Hesab edirik ki, vətəndaşın konstitusion hüququnun qanunun tələbləri ilə uzlaşmayan şəkildə məhdudlaşdırılması yolverilməzdir və bu hal Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunvericilik aktlarına zidd olmaqla yanaşı ümumbəşəri dəyərlərə sadiq olan, Konstitusiya çərçivəsində demokratik quruluşa təmiat verən, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğumuzla, eləcə də Azərbaycan Respublikasının hüquq qaydalarının ümumi ideya və prinsipləri ilə də ziddiyət təşkil edir.
Hörmətli Elçin müəllim,
Nəzərə alınması zəruridir ki, vətəndaşın, xüsusən də sahibkarlıq fəaliyyətini həyata keçirən vətəndaşın ölkədən getmək hüququnun qanunla müəyyən edilən qaydalara uyğun deyil, bu hüququn məhdudlaşdırılmasının qanuni əsaslar olmadan həyata keçirilməsi və bu cür məhdudlaşmanın sərhəd xidməti əməkdaşları tərəfindən icra edilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ziddir.
Əminik ki, hazırkı müraciətimizdə göstərilən xüsusatların araşdırılması və müvafiq tələblərə uyğun olmayan məhdudlaşdırılmaların icra edilməməsi üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlarınızı verəcəksiniz.
Əvvəlcədən təşəkkür edirik.


Hörmətlə
Mərkəzin sədri:                        Natiq Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi