Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Cənab Ramiz Rzayevə

Hörmətli Ramiz müəllim

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 10-cu bəndində göstərilmişdir ki, “qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.”

Hörmətli Ramiz müəllim

Qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə təcrübəsində Plenumun yuxarıda göstərilən qərarının 10-cu bəndində göstərilən tövsiyyəyə uyğun olaraq, xüsusən müvafiq bankların ayrı-ayrı hüquqi və fiziki şəxslərə qarşı xarici valyutada verilmiş kredit məbləğlərinin qaytarılması ilə əlaqədar olan iddialar üzrə məhkəmə qətnamələri qəbul edilərkən xarici valyutada (Məsələn ABŞ dolları, EURO və s) olan borc məbləğinin qətnamənin icra olunduğu günə olan manata məzənnəsi ilə alınması qət edilir ki, bu da nəticədə qətnamə ilə qət edilən məbləğin qeyri-müəyyənliyinə səbəb olmaqla yanaşı, məhkəmə aktı ilə qət edilən məbləği xarici valyutanın məzənnəsindən asılı edir.

Nəzərə alınması zəruridir ki, öhdəliklərin, o cümlədən pul öhdəliklərinin icrası ilə əlaqədar hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bu və ya digər müddəasında iddia tələbinin xarici valyutada göstərildiyi təqdirdə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmasının göstərilməsi ehtiva edilməmişdir.

Qeyd olunan bu xüsusat praktiki təcrübədə qeyri-müəyyənliklərə, fərqli yanaşmalara səbəb olmuşdur.

Hörmətli Ramiz müəllim

Yuxarıda göstərilən xüsusatlara istinadən Sizdən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 04 nömrəli, 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinin qüvvədən düşmüş hesab edilməsi məsələsinə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunda baxılmasının məqsədəmüvafiqliyinə baxmağınızı xahiş edirik.

Əvvəlcədən təşəkkür edirik.

Mərkəzin sədri: Natiq Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi