Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Məqalələr2

“XALQ QƏZETİ” VƏ “OLAYLAR” İNFORMASİYA AGENTLİYİ LAYİHƏMİZ BARƏDƏ XƏBƏR YAYIB

Hüquqi İslahatlara Yardım Mərkəzi “Münsiflər məhkəməsi haqqında” qanun layihəsi hazırlamışdır

Hüquqi İslahatlara Yardım Mərkəzi (HİYM) mübahisələrin alternativ üsullarla həlli sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində təkliflər paketi hazırlayır.

Son 15 ildə bazar iqtisadiyyatı yolu ilə inkişaf edən Azərbaycanda həm xarici, həm də yerli sahibkarlıq subyektlərinin fəaliyyəti üçün əlverişli iqtisadi və hüquqi baza yaradılmışdır. Bu proses indi də davam edir. Ölkəmizdə 1990-cı illərin ikinci yarısından başlayaraq keçirilən məhkəmə-hüquq islahatları fiziki və hüquqi şəxslərin pozulmuş hüquqlarının bərpasında səmərəli mexanizmlər yaratmışdır. Kommersiya subyektlərinin iqtisadi münasibətlərdən irəli gələn mübahisələrin alternativ üsullarla həlli üçün hüquqi zəmin vardır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, bu və ya digər fəaliyyət zəminində yaranmış mübahisələrin həlli məqsədilə ədalət mühakiməsini həyata keçirmək üçün ümumi yurisdiksiyalı və ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərirlər.

Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyi (Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Prosessual Məcəllə, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu, “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu və s. normativ aktlar) mübahisələrin məhkəmədənkənar həlli vasitəsi olan kommersiya arbitrajının yaradılması və fəaliyyətini tənzimləyir. Belə qanunvericilik bazası zəminində 2003-cü ildən Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi fəaliyyət göstərir. BKAM nəinki Azərbaycanda, bütünlükdə Qafqaz regionunda mübahisələri məhkəmədənkənar həll etmək imkanında olan daimi fəaliyyət göstərən müstəqil arbitraj institutudur.

Beynəlxalq arbitraj institutunun fəaliyyətini inkişaf etdirməklə yanaşı, HİYM mübahisələrin digər alternativ həlli üsullarının da Azərbaycanda tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlər görür. Belə tədbirlərdən biri də bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı aparılan işlərdir. Qeyd etmək lazımdır ki, HİYM-in bu təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən də dəstəklənmişdir. Belə ki, HİYM hazırda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanda arbitraj institutunun inkişafı və mübahisələrin alternativ həlli sahəsində qanunvericilik bazasına təkliflərin dəstəklənməsi” layihəsini həyata keçirir.

Layihənin assistenti Habil İsgəndərovun verdiyi məlumata görə, digər tədbirlərlə yanaşı, “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər, “Mediasiya (barışıq) haqqında” AR Qanunu, “Münsiflər məhkəməsi haqqında” AR Qanunu layihələrinin və bu qanunların qəbul olunması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə və digər normativ aktlarına əlavə və dəyişikliklərin hazırlanması və paket halında təkliflərin Azərbaycan Respublikasının müvafiq orqanlarına təqdim edilməsi nəzərdə tutulmuşdur.

HİYM-in işçi qrupu Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaları, beynəlxalq təcrübəni öyrənməklə, eyni zamanda, milli qanunvericiliyin tələblərini nəzərə almaqla adları çəkilən qanun layihələrinin hazırlanmasını davam etdirir. Artıq “Münsiflər məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi üzərində işlər başa çatdırılmışdır. Qanun layihəsi HİYM-in İnternet saytında yerləşdirilməklə və digər vasitələrlə ictimaiyyətin və mütəxəssislərin müzakirəsinə veriləcək. Digər qanun layihələri üzərində işlər davam etdirilir.

18.07.2009, “Xalq qəzeti”

"MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA" QANUN LAYİHƏSİ HAZIRLANIB

Hüquqi İslahatlara Yardım Mərkəzi mübahisələrin alternativ üsullarla həlli sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində təkliflər paketi hazırlayır. Bu barədə məlumat verən layihənin asisenti Habil İsgəndərovun sözlərinə görə, ölkə qanunvericiliyinə görə, mübahisələrin həlli məqsədilə ədalət mühakiməsini həyata keçirmək üçün ümumi yurisdiksiyalı və ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərir. Eyni zamanda qanunvericilik mübahisələrin məhkəmədənkənar həlli vasitəsi olan kommersiya arbitrajının yaradılması və fəaliyyətini tənzimləyir. Belə qanunvericilik bazası zəminində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi fəaliyyət göstərir. Bu baxımdan mübahisələrin alternativ həlli üsullarının tətbiqinin genişləndirilməsi məqsədilə qanunvericilik bazasının möhkəmləndirilməsinə ehtiyac duyulur". H.İsgəndərovun bildirdiyinə görə, bu məqsədlə "Beynəlxalq arbitraj haqqında" qanuna əlavə və dəyişikliklər, " Mediasiya haqqında" qanun, "Münsiflər məhkəməsi haqqında" qanun, Mülki-Prosesual Məcəlləyə əlavə və dəyişikliklərin hazırlanaraq paket halında müvafiq orqanlara təqdim edilməsi nəzərdə tutulur.

20 iyul 2009, “Olaylar” İnformasiya Agentliyi





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi