Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri Şöbəsinin müdiri, Cənab Şahin Əliyevə

Surəti Azərbaycan Respublikası Prezidenti

(məlumat üçün) yanında Apelyasiya Şurasının sədri,

Cənab Eldar Nuriyevə

Hörmətli Şahin müəllim,

Hörmətli Eldar müəllim,

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 03 fevral tarixli müvafiq Fərmanları ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında apelyasiya şuralarının yaradılması sözsüz ki, Azərbaycan Respublikası Prezidentinin Respublikamızda sahibkarlığın inkişafına, sahibkarların hüquqlarının qorunmasının və bərpasının daha çevik və səmərəli hüquqi mexanizmlərlə təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Əminik ki, sahibkarlarımız onlara yaradılmış bu imkanlardan səmərəli istifadə edərək öz fəaliyyətlərində yaranan problemlərin həllinə ən qısa zamanda nail olacaqlar.

Hörmətli Şahin müəllim,

Hörmətli Eldar müəllim,

Qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda sözügedən Əsasnamələrə əsasən yerli və mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamlarından, əmrindən, qərarlarından, hərəkət və hərəkətsizliklərindən şikayətlərin verilməsi, eləcə də yerli və mərkəzi icra hakimiyyəti orqanlarının apelyasiya şuralarının qərarlarından Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasına təkrar şikayətlərin verilməsi tənzimlənmişdir.

Nəzərə alınmalıdır ki, sahibkarların hüquqları yalnız yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən deyil, bir sıra hallarda dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (“Azərsu” ASC, “Azəriqaz” İB, “Azərişıq” ASC və s.) tərəfindən də kobud şəkildə pozulur.

Praktiki araşdırmalar, eləcə də məhkəmələrdə apardığımız müşahidələrimizdən də müəyyən edilmişdir ki, bir sıra hallarda yuxarıda göstərilən hüquqi şəxslər tərəfindən sahibkarların hüquqları kobud şəkildə pozulur və onlar öz pozulmuş hüquqlarının bərpası üçün sözügedən hüquqi şəxslərə qarşı iddialarla məhkəməyə müraciət etməyə məcbur olurlar.

Sözsüz ki, bu pozuntuların aradan qaldırılması üçün məhkəmə müdafiəsi üsulları mövcuddur. Lakin nəzərə alınmalıdır ki, müvafiq prosessual qanunvericilik aktlarına əsasən iddialara məhkəmədə baxılıb yekunlaşması sahibkarlar üçün zaman etibarı ilə heç də əlverişli və səmərəli deyil. Bu baxımdan yuxarıda sözügedən hüquqi şəxslərin (“Azərsu” ASC, Azəriqaz İB, “Azərişıq” ASC və s.) hərəkət və ya hərəkətsizliyindən sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin apelyasiya şurasına şikayətlərin verilməsinin tənzimlənməsi ilə əlaqədar dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin yanaında Apelyasiya Şuralarının yaradılması barədə hazırkı təklifimizin məqsədəmüvafiqliyinə baxmağınızı xahiş edirik.

Hörmətlə,

Mərkəzin Sədri: Natiq Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi