Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

MÜRACIƏT

(Azərbaycan Respublikasının Konstitusion quruluşuna zidd olan aktların ləğv edilməsinə dair)

Hörmətli Cənab Prezident

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilərək “rəsmi nəşr” edilmiş “Halal qida” ümumi tələblər (AZS 731-2012); “Halal” ət məhsulları istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər (AZS 372/12); “Halal” termininin istifadəsi üzrə ümumi qaydalarının (AZS 386-2012); Azərbaycan Respublikası Konstitusiyasına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa və digər normativ hüquqi aktların tələblərinə, eləcə də Azərbaycan Dövlətinin Konstitusion quruluşuna zidd olduğunu nəzərə alaraq sözügedən “Qaydalar” ın aşağıda göstərilən əsaslara istinadən qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul etməyinizi Sizdən xahiş edirik.

Belə ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək “Azərbaycan Respublikasının dövlət müstəqiliiyi haqqında Konstitusiya Aktı”nda ehtiva olunan prinsipləri əsas tutaraq ümumxalq səsverməsi yolu ilə qəbul etdiyi ilk milli Konstitusiyasında Konstitusiya çərçivəsində demokratik quruluşa xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq niyyətini bəyan etmişdir.

Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuşdur ki, Azərbaycan dövləti demokratik, hüquqi və dünyəvi Respublikadır.

Konstitusiyasının 18-ci (din və dövlət) maddəsində isə Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olması təsbit olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli, 155 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Haqqında Əsasnamə”nin 1-ci bəndindən görünür ki, bu Komitə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyət obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Sözügedən Əsasnamənin 8-ci bəndində (8.1-8.52) Komitənin vəzifələri, 9-cu bəndində isə (9.1-9.43) Komitənin hüquqları öz əksini tapmışdır.

Komitə tərəfindən təsdiq edilmiş yuxarıda sözügedən “qayda” ların adlarından, bu “qayda” larda nəzərdə tutulan predmetdən, eləcə də “qayda” ların məzmunundan görünür ki, qeyd olunan qaydalarda dövlət standartları ilə tənzimlənməli olmayan əsrlər boyu islam dininin qanunları ilə müəyyən edilən, sırf şəri səciyyə daşıyan “halallıq” məsələləri əks olunmuşdur. “Halal qida” ümumi tələblər”adlanan (AZ S 731-2012) sənəddən görünür ki, “bu layihə” İslam Konfransı təşkilatının mütəxəsis qrupu tərəfindən hazırlanaraq İslam ölkələrinin Standartlaşdırma, Metrologiya insitutu (SMİİC) tərəfindən uyğuşlaşdırılan və “halal qida” standartları layihəsi əsas götürülərək TSİ-nin Qida Məhsulları İxtisas Qrupu tərəindən hazırlanmışdır. Bu standartdakı islam qaydaları termini, fərqli ölkələrdəki müxtəlif tətbiqlərə baxılmadan islama dair ümumi qəbul edilmiş qaydalara və inanclara cavab verir “(bax qaydaların “Giriş” hissəsi)

“General Guidelines on halal food” standartın autentik tərcüməsi əsasında işlənib hazırlanan “Halal qida” ümumi tələblər (731-2012) dövlət standartının “tətbiqi sahəsi” adlanan 1-ci bəndində göstərilmişdir ki, “Bu standart, islam qaydalarına uyğun qida məhsullarının hazırlanması məqsədi ilə qida zincirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib boşaldılması, nəql edilməsi, paylanması, saxlanması və xidmət edilməsi mərhələlərində riayət edilməsi və vacib olan ümumi qaydaları əhatə edir”.

Komitə tərəfindən təsdiq edilmiş (AZS 731-2012)dövlət standartlarının 3.1-ci bəndində göstərilmişdir ki, islam qaydaları “Mənbəyi Qurani-Kərimdən və Məhəmməd peyğənbərin (s.ə.s) tətbiqlərindən (sünnə) olan və Allahın (s.s) müsəlmanlar üçün əmr etdiyi bütün qaydalardır.

“Halal qida” adlanan 3.2-ci bənddə isə göstərilmişdir.

“İslam qaydaları çərçivəsində istehsalına icazə verilən və bu standartda verilən qaydalara uyğun olan qida və içkilər” halal qidalardır.

Komitə tərəfindən qəbul edilən bu rəsmi sənədin “qaydalar” adlanan 5.1.1.1-ci (halal heyvanlar) bəndində mal, öküz, qoyun, keçi, dəvə, qaz, ördək və hind toyuqu əhilləşdirilmiş heyvanlar; maral, antilop, dağ keçisi, mal və bunlar kimi yırtıcı olmayan vəhşi heyvanlar; göyərçin, sərçə, bildirçin, sığırçın və dəvəquşu kimi yırtıcı olmayan heyvanların halal heyvanlar olaraq qəbul edildiyi; donuz, it və oxşar növlər, Allahın (s.s) adı anılmadan kəsilmiş heyvanlar, islam qaydalarına zidd olaraq kəsilmiş heyvanlar, sıçovul, qajan , əqrəb, ilan, vəhşi arılar və buna bənzər həşəratlar və zərərli heyvanlar, islamda öldürülməsi qadağan olunan baları şanapipik kimi heyvanlar, uzunqulaq və qatırlar bilərəkdən və davamlı olaraq halal olmayan yemlə bəslənən ferma heyvanları, halal olmayan heyvanlardan əldə edilən məhsullar və s. halal sayılmayan heyvanlar kimi göstərilmişdir.

Hər növ məhsulları halal hesab etməyən 5.1.5-ci bənddə göstərilmişdir ki, “Sidik, ətənə, peyin, quşuntu, irin (sperma) insanlardan və heyvanların bədən dəliklərindən çıxaran yumurta kimi hər növ çirkin maddələr, insan bədəninin hər hansı bir hissəsinin istehlakı da halal sayılmır. Komitə tərəfindən qəbul, təsdiq və rəsmi nəşr edilmiş “Halal qida” ümumi tələblər (731-2014) dövlət standartlarında “heyvanların kəsilmə qaydaları” (5.2) “qida əməliyyatı” (6-cı bənd) “Avadanlıqlar, vasitələr və istehsal xətləri” (maddə 7) və s. məsələlər öz əksini taparaq göstərilmişdir ki, “Kəsim işləri aparan qəssabın gigeniya-sanitariya və halal kəsim mövzusunda səlahiyyətli orqan tərəfindən alınmış sertifikatı olmalıdır” (5.2.2 b)

“Heyvan qaldırıldıqdan və ya üzü Qibləyə (Məkkə tərəfə) baxacaq şəkildə çevrilərkən sol tərəfinə yatırıldıqdan sonra kəsilməlidir” (5.2.6.1.5 a) “heyvanın kəsimi zamanı qəssab “Allahın adı ilə” mənasını verən “BİSMİLLAH” kəlməsini deməli və Allahın adından başqa ad deməməlidir, əks təqdirdə kəsim halal sayılmaz” sonra hər bir heyvanın kəsimində halal kəsim üçün Allahın adı təkrar edilməlidir. (5.2.6.1.5 v)

“Qəssab mexanik bıçağı işlətmədən əvvəl “BİSMİLLAH” kəlməsini deməli və kəsilən sahəsini tərk etməməlidir. (5.2.6.2.3.1 b) eyni ilə mexaniki kəsim adlanan 5.2.6.2.3.1-ci bəndin c), d) hissələrində də “BİSMİLLAH” ifadəsi, 6 və 7-ci bəndlərin a) hissəsində “islam qaydalarına” və s. bu kimi şəri ifadələr işlədilmişdir. Eyni ifadələr “Halal” ət məhsulları (AZS 372-2012) “Halal” terminin istifadəsi üzrə ümumi Qaydalar (AZS 386-2012) dövlət standartlarında da işlədilmişdir.

Nəzərə alınmalıdır ki, bu qaydalar nəinki dünyəvi və hüquqi dövlət olan Azərbaycan Dövlətinin, o cümlədən dövlət qruluşuna əsasən İslam dövlərinin (İran, Pakistan və s.) və ya bu dövlətlərin standartlaşdırma ilə bağlı dövlət qrumunun deyil, İslam dinin qaydalarıdır və sırf şəri səciyyəsi xarakteri daşıyır.

Hesab edirik ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yuxarıda qeyd olunan məsələlərlə bağlı texniki normativ-hüquqi aktın qəbul edilməsi Azərbaycan Dövlətinin dövlət qruluşunun əsaslarını ehtiva edən Azərbaycan Respublikası Konstitusiyasının 7-ci və 18-ci maddələri ilə ziddiyət təşkil edir.

Eyni zamanda “halallıqla” bağlı qəbul edilmiş dövlət standartlarını müəyyən edən bu texniki normativ-hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasının 149-cu, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun aşağıda göstərilən bir çox müdduaları ilə də ziddiyət təşkil edir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VI bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

Yuxarıda sözügedən Konstitusiya Qanunun 1.0.22-ci maddəsinə əsasən texniki tənzimləmə, standartlaşdırma, metrologiya və s. sahəsində mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər və s. texniki normativ hüquqi akt hesab edilir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 1.0.1-ci maddəsinə görə normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir.

Qanunun 5.1-ci maddəsinə görə Azərbaycan Respublikasının, o cümlədən Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının normativ hüquqi aktlarının hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.

İctimai münasibətlərin hüquqi tənzimlənməsini təmin edən normativ hüquqi aktlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü (iyerarxiyası) beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və üstünlüyü, ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliyi və kompleksliyi və s. prinsiplərə, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin І hissəsində göstərilən prinsiplərə əsaslanır.

Konstitusiya Qanununa əsasən mərkəzi icra hakimiyyəti orqanı ictimai münasibətlərin müəyyən sahəsinin hüquqi tənzimlənməsində xüsusi səlahiyyətə malik olduqda normativ hüquqi akt qəbul edə bilər.

Belə ki, sözügedən Konstitusiya Qanunun 20.1-ci maddəsinə görə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qəbul edilə bilər.

Həmin Qanunun 20.3-cü maddəsinə görə isə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən təlimatlar, əsasnamələr, nizamnamələr və qaydalar qərarlarla təsdiq edilir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 20.4-cü maddəsinə görə normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul olunduqda bu normativ hüquqi aktın istinsad etdiyi Azərbaycan Respublikası Prezidentinin aktı göstərilməli və həmin aktın icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir. Lakin yuxarıda sözügedən texniki normativ aktlardan görünür ki, qanunun bu tələbinə riayət edilməmişdir. Çünki Azərbaycan Respublikası Prezidenti bu “qayda” ların qəbul edilməsinə istinad ola biləcək akt qəbul etməmişdir.

Sözügedən Konstitusiya Qanununun 22-ci maddəsinə görə Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir.

Konstitusiya Qanunun 25.1-ci və 25.5-ci maddəsinə görə normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqi qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır. Normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır. Normativ hüquqi akta dair tələblərlə bağlı Avropa Məhkəməsinin də qərarında göstərilmişdir ki, normativ hüquqi aktlar qanunvericviliyə xas olan müvafiq təlimatları ehtiva etməli, açıq-aşkar, aydın olmalı, qabaqcadan xəbər verilməklə son dərəcə dəqiq və dürüst ifadə edilməli, həmçinin onun təsiri altına düşən şəxslərlə rəftar zamanı özbaşınalığa rəvag vermə təhlükəsinə qarşı təlimatları özündə cəmləşdirməlidir. (Amuur – Fransaya qarşı)

Hesab edirik ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Halal” qida ilə bağlı yuxarıda sözügedən dövlət standartlarının tənzimlədiyi “qayda”lar şəri məsələlərlə bağlı olduğundan “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun istinad edilən müddüalarının tələbləri ilə də ziddiyət təşkil edir və bu Konstitusiya Qanunu ilə uzlaşmır.

Qeyd edilənlərlə yanaşı AZS 731-2012, AZS 372-2012 və AZS 386-2012 dövlət standartlarının “rəsmi nəşr”ində göstərilmişdir ki, “Bu standart standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin icazəsi olmadan tam və ya hissə-hissə yenidən çap oluna, çoxaldıla və yazıla bilməz”.

Bununla bağlı qeyd etməyi zəruri hesab edirik ki, mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dövlət standartları ilə bağlı qəbul etdiyi qaydalar yuxarıda sözügedən Konstitusiya Qanunun tələbinə əsasən texniki normativ-hüquqi aktlar hesab edilir və belə normativ hüquqi aktların hazırlanması və qəbul edilməsi qaydaları ilə yanaşı onların rəsmi dərc edilməsi və ya digər üsullarla açıqlanması, ayrı-ayrı fiziki və hüquqi şəxslərin məlumatlandırılması, şərh edilməsi, qüvvəyə minməsi və s. qaydaları da bu Konstitusiya Qanunu ilə tənzimlənir. Normayaratma orqanlarının fəaliyyətində aşkarlıq adlanan Konstitusiya Qanunun 9-cu maddəsinə əsasən normayaratma orqanlarının fəaliyyətində aşkarlıq, normayaratma orqanlarının fəaliyyəti və onların qəbul etdikləri normativ hüquqi aktlar haqqında fiziki və hüquqi şəxslərin məlumatlandırılması, normativ hüquqi aktların rəsmi nəşrlərdə, digər kütləvi informasiya vasitələrində dərc edilməsi və ya onların digər üsullarla açıqlanması, normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi; normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsinin açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarılması təmin edilir.

Göründüyü kimi qanunverici normativ hüquqi aktın, o cümlədən texniki normativ hüquqi aktın açıqlanması qaydasını hansısa mərkəzi icra hakimiyyəti orqanının subyektiv mülahizəsi ilə deyil, qanunla tənzimləyir.

Bütün bunlarla yanaşı onu da xüsusi ilə qeyd etməyi zəruri hesab edirik ki, “Normativ hüquqi aktların rəsmi dərc edilməsi və qüvvəyə minməsi”ni tənzimləyən Konstitusiya Qanunun XV fəslində təsbit edilən 85.2-ci maddəsinin tələbinə görə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

Yuxarıda sözügedən standartları əks etdirən texniki normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edilmədiyi üçün qüvvəyə minmiş hesab edilə bilməz. Qüvvəyə minməmiş normativ hüquqi aktın tətbiqindən və icrasından söhbət gedə bilməz. Odur ki, yuxarıda göstərilən standartların tətbiqi və icrası qanuni hesab edilməməlidir.

Nəticə olaraq qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda sözügedən “Halal qida” ümumi tələblər (AZS 731-2012); “Halal” ət məhsulları istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər (AZS 372/12); “Halal” termininin istifadəsi üzrə ümumi qaydaları (AZS 386-2012); Azərbaycan Respublikası Konstitusiyasına və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanuna, eləcə də Azərbaycan Dövlətinin Konstitusion quruluşuna ziddir.

Odur ki, Sizdən yuxarıda göstərilən “Qaydalar” ın qüvvədən düşmüş hesab olunmsdıns dair müvafiq qərar qəbul etməyinizi xahiş edirik.

Hörmətlə

Mərkəzin sədri: Natiq Y. Abdullayev






Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi