Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi cənab İ. Məmmədova
Hörmətli İlqar müəllim
Son illər notariat orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsində uğurlu nəticələrə səbəb olmuşdur .
Bu uğurların sabitliyini və dinamik inkişafını təmin etmək üçün zəruri tədbirlərin hələ də etdiriləcəyinə əminik. Belə ki, cəmiyyət həyatının inkişafı, həmçinin notariat əməliyyatlarının aparıldığı işlər üzrə yaranan mübahisələrin forma və metodlarının dəyişməsi bu cür tədbirləri labüd edir.

Hörmətli İlqar müəllim
Məhkəmə və digər mübahisələrin təhlilindən gəldiyimiz nəticəyə uyğun olaraq aşağıda göstərilən təkliflərin gələcəkdə notariat əməliyyatlarının səmərəliyini, keyfiyyətinin artırılması zamanı həyata keçiriləcək tədbirlər zamanı nəzərə almağınızı Sizdən xahiş edirik.
Belə ki, praktiki təcrübəmiz, apardığımız araşdırmalar zamanı müəyyən edilmişdir ki, müvafiq notariat əməliyyatlarının aparıldığı gün, ay və il bu əməliyyatlar üzrə aparılan sənədlər dəqiq ifadə edilsə də, sözügedən  əməliyyatların aparıldığı saat və dəqiqə müvafiq notariat əməliyyatlarının aparıldığı sənədlərdə (alqı-satqı müqaviləsi, vəkalətnamə, ərizə və s.) öz əksini tapmır. Bu hal isə bəzi mübahisələr üzrə obyektiv həqiqətin müəyyən olunmasında çətinliklər yaradır.
Heç şübhəsiz ki, Sizdə razılaşarsınız ki, bəzən mübahisənin xarakterindən asılı olaraq, eləcədə hansısa prosessual hərəkətin edilməsi baxımından məsələyə düzgün hüquqi qiymət verilməsi üçün nəinki günün, ayın, ilin müəyyən olunmasına, həmçinin saatın, dəqiqənin də dəqiq müəyyən edilməsinə zərurət yaranır.


Hörmətli İlqar müəllim
Ümid edirik ki, təklifimizi bu yazıda ifadə etməyimiz fikirlimizlə diqqətinizə çatdıra bildik. Əgər təkliflərimizlə əlaqədar şifahi dinləmələrə zərurət olduğu qənaətinə gələrsinizsə bizi müzakirələrə dəvət edə bilərsiniz.
Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən müvafiq notariat əməliyyatlarının aparıldığı sənədlərdə ilin, ayın, günün göstərilməsi ilə yanaşı notariat əməliyyatın aparıldığı sənəddə saat və dəqiqənin də göstərilməsi barədə təklifimizi müzakirə etməyimizi xahiş edirik.

Əvvəlcədən Sizə öz təşəkkürümüzü bildiririk.

Hörmətlə
Mərkəzin sədri:                    Natiq Y. Abdullayev




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi