Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Məqalələr1

MİQRASİYA GÜNÜMÜZÜN MÜHÜM REALLIĞIDIR

MİQRASİYA MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ ELMİ MONOQRAFİYADA BU BARƏDƏ ƏTRAFLI BİLGİLƏR VERİLMİŞDİR

Fətəli Abdullayevin “Müasir Azərbaycanda miqrasiya siyasəti və beynəlxalq əməkdaşlıq” monoqrafiyası “Nurlan” nəşriyyatında nəşr olunmuşdur. 328 səhifəlik kitabda zəmanəmizin qlobal problemlərindən biri olan miqrasiya prosesi, onun elmi, siyasi və praktik aspektləri, dövlətimizin bu sahədə siyasəti geniş təhlil edilmişdir. 4 fəsil, 8 bölmə, giriş və nəticədən ibarət nəşr müəllifin eyni adlı elmi-tədqiqat işinin əsas tezislərini əhatə edir.

Nəşrin elmi redaktoru siyasi elmlər doktoru, professor Hicran Hüseynova, rəyçi tarix elmlər doktoru, professor Ağalar Abbasbəylidir.

Kitabdakı zəngin faktoloji materialı miqrasiya ilə maraqlanan hər bir oxucu üçün maraqlı olacağına inanırıq.

Fətəli Nəriman oğlu Abdullayev Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədr müavinidir. Bir sıra ölkələrdə keçirilən beynəlxalq konfranslarda respublikamızı təmsil edib, Stokholm və Venesiya Arbitraj institutlarının diplomlarını alıb. Nəşr edilmiş bir neçə hüquqi ədəbiyyatın tərtibçi və elmi redaktoru, layihələrin müəllifi və rəhbəridir. Mətbuatda miqrasiya məsələlərinə dair məqalələri dərc olunub. Azərbaycan Mili Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun dissertantıdır.

Əməkdaşımız bir neçə sualla müəllifə müraciət etmişdir.

-Fətəli müəllim, son illər dilimizdə, məişətimizdə, mediada, beynəlxalq siyasətdə daha çox, tez-tez eşitdiyimiz miqrasiya sözünün leksik, elmi-tarixi, siyasi anlamını necə şərh edərdiniz?

-«Miq­ra­si­ya» – la­tın sözü olub («miq­ra­tio») «bir yer­dən baş­qa ye­rə (ya­xın və uzun müd­dət­li) hə­rə­kət et­mək, köç­mək, ye­ri­ni də­yiş­mək» mə­na­la­rı­nı ve­rir («miq­ro»-ke­çi­rəm, köçü­rəm). Bir qay­da ola­raq in­san­la­rın öz ya­şa­yış yer­lə­ri­ni də­yiş­mə­lə­ri ilə əla­qə­dar olan bir pro­ses­dir.

Miq­ra­si­ya­nın el­mi iza­hı ilk də­fə XIX əsr­də E.Ra­venş­teyn tə­rə­fin­dən ve­ril­miş­dir və onu «in­sa­nın öz ya­şa­yış ye­ri­ni dai­mi və ya müvəq­qə­ti də­yiş­mə­si» ki­mi şərh et­miş­dir. «Miq­ra­si­ya» sözü il­kin mə­na­sın­da in­gi­lis di­lin­də­ki «miq­ra­teo» – pi­ya­da gəz­mək, sə­ya­hət et­mək» fe­li ilə də bağ­lı­dır. An­la­yı­şın ge­niş və dar mə­na­lar­da tət­bi­qi mə­lum­dur. Dar mə­na­da dai­mi ya­şa­yış ye­ri­nin tərk edil­mə­si «köçüb get­mək», ge­niş mə­na­da isə müd­dət, mən­bə, məq­səd və da­vam­lı­ğın­dan ası­lı ol­ma­ya­raq əra­zi-mə­kan­lar, öl­kə­lər da­xi­li və döv­lət­lər ara­sı əha­li hə­rə­kə­ti­ni ifa­də edir.

Bə­şər cə­miy­yə­ti­nin ta­ri­xi in­ki­şa­fı­nı müşa­yi­ət edən da­vam­lı ha­di­sə ki­mi miq­ra­si­ya hə­lə qə­dim dövr­lər­dən möv­cud ol­muş­dur. İlk əv­vəl in­san­la­rın ya­şa­yış yer­lə­ri­nin də­yiş­mə­si­nin sə­bə­bi tə­sər­rüfat-is­teh­sal, əmək böl­güsü fak­tor­la­rı ol­muş­dur. Di­gər sə­ciy­yə­vi cə­hət isə er­kən ta­rix­də əha­li­nin bir yer­dən di­gə­ri­nə köç et­mə­si­ni şərt­lən­di­rən amil-müha­ri­bə, iş­ğal, zor tət­bi­qi, is­tis­mar, ir­qi-di­ni, et­nik və sa­ir qüv­və təz­yi­qi­nin nə­ti­cə­si ol­muş­dur. Bə­şər ta­ri­xi «böyük in­san köçü» ki­mi ta­nı­nan ha­di­sə­lər­lə zən­gin­dir.

Za­man keçdik­cə, ic­ti­mai in­ki­şa­fın tə­ka­mülü miq­ra­si­ya­nın əsas mo­ti­vi ki­mi so­si­al-iq­ti­sa­di, si­ya­si sə­bəb­lə­ri önə çək­miş­dir. Bu xüsu­si­lə sə­na­ye-ka­pi­ta­list is­teh­sal üsu­lu­nun in­ten­siv in­ki­şaf et­di­yi XIX əsr­də baş ver­miş­dir. Tə­bii ki, bu dövr­dən eti­ba­rən miq­ra­si­ya pro­ses­lə­ri­nin hər­bi, si­ya­si, so­si­al, mil­li-di­ni fak­tor­la­rı da öz tə­si­ri­ni sax­la­mış­dır. Tək­cə I və II dünya müha­ri­bə­lə­ri­ni, bol­şe­vik in­qi­la­bı­nın və di­gər çox say­lı in­qi­lab­la­rı, və­tən­daş müha­ri­bə­lə­ri­ni, to­ta­li­tar re­jim­lə­rin zor­la köçür­mə si­ya­sə­ti­ni xa­tır­lat­maq ki­fa­yət­dir. Mil­yon­lar­la in­sa­nın məc­bu­ri miq­rant hə­ya­tı ya­şa­ma­sı­nın çoxşa­xə­li mən­bə­lə­ri­nin həl­li ilə əla­qə­li möv­cud­lu­ğu fak­tı qə­bul edil­miş­dir. Bu­nun­la be­lə, in­dust­ri­al in­ki­şaf mər­hə­lə­si in­san axın­la­rı­nın yük­sək in­ten­siv­li­yi­nin baş­lan­ğıc götür­düyü za­man he­sab olu­nur. Miq­ra­si­ya­nın el­mi təh­li­li­nə cəhd­lər də XIX əsr­dən müşa­hi­də olu­nur. Bu fe­no­men ter­mi­no­lo­gi­ya və təs­ni­fat xüsu­siy­yət­lə­ri­nin müəy­yən­ləş­mə­sin­də dün­ya­nın bir çox alim­lə­ri iş­ti­rak et­miş­dir.

So­vet dönə­min­də də prob­le­mə müx­tə­lif müna­si­bət ol­muş­dur. XX əs­rin 30-cu il­lə­rin­də onun iq­ti­sa­di as­pek­ti sa­hə­sin­də təd­qi­qat­la­ra ara ve­ril­miş­dir. Sə­bə­bi o idi ki, 1937-ci ilin əha­li­nin si­ya­hı­yaa­lın­ma təd­bi­ri «zi­yan­kar kam­pa­ni­ya» elan edil­miş, bu sa­hə­nin təd­qi­qat­çı­la­rı rep­res­si­ya­ya mə­ruz qal­mış­lar. De­moq­ra­fik-miq­ra­si­ya prob­le­mi uzun il­lər «təh­lükə­li» ya­saq möv­zu he­sab edil­miş­dir. “1954-cü ilin Böyük So­vet En­sik­lo­pe­di­ya­sın­da «miq­ra­si­ya» an­la­yı­şı­nın ma­hiy­yə­ti köl­gə­də qal­mış­dır. Yal­nız 1959-cu il­də onun en­sik­lo­pe­dik şər­hi bər­pa edil­miş­dir».

Ötən yüzil­li­yin son­la­rın­dan miq­ra­si­ya qlo­bal de­moq­ra­fik prob­lem­lər və bey­nəl­xalq hə­ya­tın ən mühüm re­al­lı­ğı ki­mi ge­niş qə­dəm qo­yur. Onun ne­qa­tiv tə­za­hür­lə­ri bey­nəl­xalq müna­si­bət­lə­rin və si­ya­si tən­zim­lən­mə­nin pred­me­ti­nə çev­ril­mə­yə baş­la­dı. Bu­nun­la da, «miq­ra­si­ya» ter­mi­ni­nin po­li­to­lo­ji-hüqu­qi sta­tu­su və ma­hiy­yə­ti bey­nəl­xalq si­ya­sət­də və qa­nun­ve­ri­ci­lik­də rəs­mi məz­mu­nu­n müəy­yən­ləş­mə­si­ni gün­də­mə gə­tir­di.

BMT tə­rə­fin­dən 1958-ci il­də nəşr edil­miş lüğət­də miq­ra­si­ya «əha­li­nin de­moq­ra­fik plan­da hə­rə­kə­ti və yer­də­yiş­mə­si­nin ən mühüm is­ti­qa­mə­ti ki­mi» izah edil­di . 1989-cu il­də Miq­ra­si­ya üz­rə Bey­nəl­xalq Təş­ki­la­tın 59-cu ses­si­ya­sın­da «miq­ra­si­ya» və «miq­rant» an­la­yış­la­rı­na be­lə şərh ve­ril­di: «Miq­ra­si­ya hər bir döv­lə­tin in­ki­şa­fı­nın ay­rıl­maz his­sə­si­dir. İs­tər in­san­la­rın tərk et­di­yi, is­tər­sə də ya­şa­maq üçün seçdik­lə­ri döv­lət­lər, yer­də­yiş­mə­nin sə­bə­bin­dən ası­lı ol­ma­ya­raq bu pro­ses­lər­lə üz­lə­şir­lər. Miq­rant – bir döv­lət­dən di­gə­rinə hə­rə­kət edən (bey­nəl­xalq təş­ki­lat­la­rın hə­ya­ta ke­çir­di­yi, bey­nəl­xalq miq­ra­si­ya xid­mə­ti­nə eh­ti­ya­cı olan şəxs­dir».

«Miq­ra­si­ya, miq­rant, bey­nəl­xalq miq­ra­si­ya» an­la­yış­la­rı­nın ümu­mən qə­bul edil­miş, uni­fi­ka­si­ya olun­muş məz­mu­nu­nun mü­əy­yən­ləş­mə­si pro­se­si si­ya­si-hü­qu­qi tən­zim­lən­mə­si sa­hə­sin­də mü­hüm əhə­miy­yə­tə ma­lik­dir». Dün­ya­da miq­rant axın­la­rı­nın əv­vəl­lər gö­rün­mə­miş həd­lə­rə çat­ma­sı və onun tən­zim­lən­mə­si sa­hə­sin­də bey­nəl­xalq si­ya­si əmək­daş­lıq bu prob­le­min ge­niş təh­li­li, ye­ni an­la­yış apa­ra­tı­nın tək­mil­ləş­di­ril­mə­si ki­mi tə­ləb­lər nə­zə­ri araş­dır­ma­la­rı zə­ru­ri et­di. Miq­ra­si­ya ən müx­tə­lif elm­lər tə­rə­fin­dən tədqiq edil­mə­yə baş­la­dı. Onun yal­nız iq­ti­sa­di sə­bəb­lər­lə de­yil, həm də in­san­la­ra xas olan tə­lə­bat, ma­raq və səy­lər­lə də sıx bağ­lı ol­du­ğu aş­kar­lan­dı. Bu günə qə­dər miq­ra­si­ya­nın əl­li­yə ya­xın tə­ri­fi möv­cud­dur. Bu sa­hə­də apa­rı­lan nə­zə­ri-me­to­do­lo­ji ümu­mi­ləş­dir­mə­lə­rə əsa­sən «miq­ra­si­ya­nın növ­lə­ri, struk­tu­ru, fak­tor­la­rı, funk­si­ya­la­rı, ti­po­lo­gi­ya­sı, mo­tiv və mən­bə­lə­ri, re­gio­nal xü­su­siy­yət­lə­ri, di­na­mi­ka­sı və miq­ya­sı ki­mi as­pekt­lə­rin müx­tə­lif təs­ni­fat sis­tem­lə­ri mü­əy­yən­ləş­di­ril­miş­dir. Əmin­lik­lə de­mək olar ki, on­la­rın heç bi­ri bit­kin, mükəm­məl nə­zə­ri sis­tem ki­mi for­ma­la­şa bil­mə­miş­dir, in­ki­şa­fın hər bir ye­ni mər­hə­lə­sin­də ye­ni xüsu­siy­yət­lər, ye­ni miq­ra­si­ya re­al­lı­ğı or­ta­ya çı­xır. Miq­ra­si­ya­nın növ­lə­ri aşa­ğı­da­kı ki­mi sis­tem­ləş­di­ril­miş­dir: da­xi­li, xa­ri­ci, bir is­ti­qa­mət­li (ge­ri dön­mə­yi nə­zər­də tut­ma­yan), dai­mi ya­şa­yış ye­ri­nə emiq­ra­si­ya, müvəq­qə­ti (qa­yı­dı­şı nə­zər­də tu­tan), uzun­müd­dət­li (6 ay­dan çox müd­də­tə da­vam edən), möv­sümi, köçə­ri­lik və zi­ya­rət məq­səd­li, mütə­rəd­did (dai­mi ge­diş və qa­yı­dış, «rəq­qas for­ma­lı» ad­lan­dı­rı­lan miq­ra­si­ya növü), epi­zo­dik, tran­zit (sərhəd­ya­nı), məc­bu­ri (ob­yekt­dən ası­lı ol­ma­yan sə­bəb­lər­dən baş ve­rən miq­ra­si­ya), əks is­ti­qa­mət­li, dönüş məq­səd­li miq­ra­si­ya (özünün və ya döv­lə­tin tə­şəb­büsü ilə dönüşü nə­zər­də tu­tan miq­ra­si­ya növü; məs. İs­ra­il döv­lə­ti­nin re­pat­ria­si­ya proq­ra­mı). Miq­ra­si­ya­nın belə təs­ni­fat bölgüləri, səbəb-nəticə, for­ma, mər­hə­lələrinə görə müxtəlif növləri mövcuddur.

Miq­ra­si­ya axın­la­rı­nın təh­li­lin­də bir sı­ra mühüm an­la­yış­lar möv­cud­dur. Bu­ra­ya emiq­ra­si­ya, im­miq­ra­si­ya, miq­rant­la­rın müx­tə­lif ka­te­qo­ri­ya­la­rı aiddir.

Miq­ra­si­ya – in­san­la­rın dai­mi və ya müvəq­qə­ti ya­şa­yış məq­sə­di ilə ya­şa­dı­ğı öl­kə­dən xa­ri­cə get­mə­si­dir. İm­miq­ra­si­ya – əc­nə­bi və­tən­da­şın öl­kə­yə müvəq­qə­ti və ya dai­mi ya­şa­yış üçün gəl­mə­si pro­se­si­ni ifa­də edir. Müva­fiq pro­ses iş­ti­rak­çı­la­rı em­miq­rant və ya im­miq­rant sta­tu­su­nu alır­lar. Hər iki ka­te­qo­ri­ya­dan olan miq­rant­lar könül­lü və ya zor tət­biq edil­mək­lə pro­ses iş­ti­rak­çı­sı ola bi­lər.

İm­miq­ra­si­ya bir çox döv­lət­lə­rin var­lı­ğı üçün əvəz­siz rol oy­na­mış­dır. Mə­sə­lən, Ame­ri­ka «im­miq­ra­si­ya mil­lə­ti, öl­kə­si» ki­mi də ad­lan­dı­rı­lır. İm­miq­ra­si­ya əha­li tər­ki­bi­nin də­yiş­mə­si­ni şərt­lən­di­rir. Müx­tə­lif et­nik qrup­la­rın qa­rış­ma­sı nə­ti­cə­sin­də ye­ni xalq və mil­lət­lər, et­nik qrup­lar for­ma­la­şa bi­lər. Bu ha­di­sə bütün ta­ri­xi dövr­lər üçün sə­ciy­yə­vi­dir. Məs. Av­ra­si­ya əha­li­si­nin for­ma­laş­ma­sı­na son iki min il ər­zin­də baş ve­rən Av­ro­pa xalq­la­rı­nın Böyük Köçü (IV–VII əsr­lər), ərəb xi­la­fə­ti­nin fəth­lə­ri (VII-VI­II əsr­lər) türk-mon­qol iş­ğal­la­rı­nın şərt­lən­dir­di­yi (XI–XVII əsr­lər) miq­ra­si­ya axın­la­rı böyük təsir gös­tər­miş­dir. Böyük coğ­ra­fi kəşf­lər epo­xa­sı da qeyd olun­du­ğu ki­mi (XV əs­rin or­ta­la­rı – XVII əsr) qi­tə­lə­ra­ra­sı – Av­ro­pa­dan Ye­ni Dün­ya­ya miq­ra­si­ya­nın tə­mə­li­ni qoy­muş­dur. Ame­ri­ka və Avst­ra­li­ya döv­lət­lə­ri ya­ran­mış­dır.

-Azərbaycanda miqrasiya prosesinin özəllikləri də kitabınızda geniş şərh edilmişdir…

- İş­ğal­çı Er­mə­nis­tan döv­lə­ti­nin öl­kə­mi­zin əra­zi bütöv­lüyünü poz­ma­sı və mil­yon­lar­la soy­da­şımı­zın et­nik tə­miz­lə­mə si­ya­sə­ti nə­ti­cə­sin­də Azər­bay­can döv­lə­ti post­so­vet mə­ka­nın­da ilk ola­raq ən çox­say­lı, məc­bu­ri miq­rant və qaçqın prob­le­mi ilə üz-üzə gəl­miş­dir. İndi Azərbaycan əhalinin ümumi faiz nisbətilə götürdükdə ən çox qaçqın, məcburi köçkünü olan ölkədir. Öl­kə­mi­zin ke­çid döv­rünün çə­tin­lik­lə­rini ya­şa­dı­ğı bir mər­hə­lə­də qaçqın və məc­bu­ri miq­rant­la­rın in­ten­siv axın­la­rı­nın do­ğur­du­ğu prob­lem­lə­rin də həl­li yol­la­rı­nı, müstəqil miq­ra­si­ya si­ya­sə­ti­ni müəy­yən­ləş­dir­mə­li ol­muş­dur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qaçqınların problemlərinin həlli və işğal olunmuş torpaqların azad edilməsi uğrunda mübarizə məsələlərini Azərbaycanın ən böyük problemi kimi kompleks şəkildə aparılan strategiyanın tərkib hissəsi hesab edirdi. Eyni zamanda Azərbaycanda məcburi miqrasiyanın son dərəcə ağır miqyası, işğal və təcavüzə son qoyulması, qaçqınların öz tarixi torpaqlarına qaytarılması, tarixi ədalət və Qarabağ həqiqətlərinin dünya birliyinə çatdırılması Heydər Əliyevin siyasi kursunun ana xəttini təşkil etmişdir.

Heydər Əliyevin məcburi miqrasiya probleminin tənzimlənməsi sahəsində həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini rəhbərliyi dövründə onun tərəfindən imzalanan 25 fərman və sərəncam, qəbul edilən 13 qanun, Nazirlər Kabinetinin qəbul etdiyi 152 qərar və sərəncam bariz sübut edir. Ulu öndərin iştirak etdiyi, dəvət edildiyi elə bir mötəbər, beynəlxalq tədbir yox idi ki, orada Azərbaycanda məcburi miqrasiyanın fəlakətli səbəbləri, günahkarı və nəticələri bəyan edilməsin. .

2003-cü ilin prezident seçkiləri ərəfəsində respublikada bütün məcburi köçkün düşərgələrinin ləğv olunacağını bəyan edən və buna nail olan Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə 13 fərman və sərəncam imzalamış, onların icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 47 qərar və sərəncam verilmiş, Milli Məclis tərəfindən 1 qanun qəbul edilmişdir.

Son bir əsr­dən ar­tıq bir dövr ər­zin­də Azər­bay­can döv­lə­tin­də miq­ra­si­on si­tua­si­ya Bi­rin­ci və İkin­ci Ca­han müha­ri­bə­lə­ri­nin, xa­ri­ci müda­xi­lə, Er­mə­nis­ta­nın xal­qı­mı­za qar­şı döv­lət si­ya­sə­ti çər­çi­və­sin­də hə­ya­ta ke­çir­di­yi soy­qı­rım, et­nik tə­miz­lə­mə və zo­ra­kı miq­ra­si­ya pro­ses­lə­ri­nin tə­si­ri al­tın­da for­ma­laş­mış­dır. Hə­lə 1913-1920-ci il­lər ara­sın­da Azər­bay­can əha­li­si­nin sa­yı müha­ri­bə və soy­qı­rım fə­la­kə­ti nə­ti­cə­sin­də 16,6 fa­iz azal­mış, 2 mil­yon 339 min nə­fər­dən, 1 mil­yon 952 mi­nə­dək azal­mış­dı. 1948-1953-cü il­lər ara­sın­da Er­mə­nis­tan əra­zi­sin­dən 150 min nə­fər­dən çox azər­bay­can­lı öz əzə­li ta­ri­xi tor­paq­la­rın­dan zor­la qo­vul­muş, de­por­ta­si­ya olun­muş­dur.

-Günümüzün acı reallığına çevrilmiş qaçqın və məcburi köçkün anlayışının, kateqoriyalarının beynəlxalq təsnifatı barədə nə demək olar?

-«Qaçqın» an­la­yı­şı­nın tə­ri­fi müa­sir bey­nəl­xalq hüquq­da əsa­sən iki rəs­mi sə­nəd­də ək­si­ni tap­mış­dır: BMT-nin «Qaçqın­la­rın sta­tu­su­na da­ir və 1951-ci il Kon­ven­si­ya­sı və ona əla­və edi­lən 1967-ci il Pro­to­ko­lu. Bu iki akt ara­sın­da müəy­yən fi­kir ay­rı­lı­ğı möv­cud­dur. BMT Kon­ven­si­ya­sı Av­ro­pa­da yer­lə­şən öl­kə­lə­ri nə­zər­də tu­tur və 1951-ci ilin yan­va­rı­na­dək baş ve­rən ha­di­sə­lə­rə aid edil­mək­lə coğ­ra­fi və za­man məh­du­diy­yə­ti­ni nə­zər­də tu­tur. 1967-ci il­də qə­bul olun­muş Pro­to­kol isə bu məh­du­diy­yət­lə­ri kə­nar­laş­dı­ra­raq is­tə­ni­lən döv­lət­də həm keçmiş­də, həm də gə­lə­cək­də qaçqın və­ziy­yə­ti­ni ya­rat­mış və ya­ra­da bi­lə­cək bütün və­ziy­yət­lə­rə, ha­di­sə­lə­rə aid edi­lir. Azər­bay­can döv­lə­ti də hə­min sə­nəd­lə­ri ra­ti­fi­ka­si­ya et­miş­dir.

Bun­lar­dan əla­və qaçqın prob­le­mi, məc­bu­ri miq­ra­si­ya sa­hə­sin­də da­ha son­ra 30-dan çox bey­nəl­xalq sa­ziş qə­bul edil­miş­dir. Bun­la­rın ara­sın­da Af­ri­ka Bir­li­yi Təş­ki­la­tı­nın 1969-cu il Kon­ven­si­ya­sı xüsu­si­lə diq­qə­ti cəlb edir. Bu­ra­da «Qaçqın» an­la­yı­şı da­ha yığ­cam və də­qiq ifa­də­si­ni tap­mış­dır. «Qaçqın» ter­mi­ni xa­ri­ci iş­ğal, tə­ca­vüz, hökm­ran­lıq cəh­di və ya ic­ti­mai asa­yi­şin ən cid­di şə­kil­də po­zul­du­ğu ha­di­sə­lər nə­ti­cə­sin­də öz ənə­nə­vi, dai­mi ya­şa­yış ye­ri­ni tərk et­mə­yə məc­bur olan is­tə­ni­lən şəxs­lə­rə aid edi­lir».

Məc­bu­ri miq­ra­si­ya və qaçqın­lar­la bağ­lı əla­və­lər kəs­kin prob­lem də odur ki, qaçqın sta­tu­su­nu müəy­yən edən bey­nəl­xalq sə­nəd­lər­dən əla­və hər bir döv­lə­tin öz qa­nun­ve­ri­ci­lik prak­ti­ka­sı da möv­cud­dur. Hə­min prak­ti­ka da məc­bu­ri miq­ra­si­ya­nın bu və ya di­gər ka­te­qo­ri­ya­la­rı üçün əla­və me­yar­lar da müəy­yən edi­lir. Məc­bu­ri miq­rant­lar müx­tə­lif sta­tus­lar ala bi­lər­lər. «Azər­bay­can Res­pub­li­ka­sı əra­zi­sin­də məc­bu­ri köç­kün hər­bi tə­ca­vüz, tə­bii və tex­no­gen fə­la­kət nə­ti­cə­sin­də dai­mi ya­şa­yış ye­ri­ni tərk et­mə­yə məc­bur olub, baş­qa ye­rə köç­müş şəxs­lər­dir. Hə­min sə­bəb­lər­dən öl­kə əra­zi­sin­də dai­mi ya­şa­yış yer­lə­ri­ni tərk et­mə­yə məc­bur olub, öl­kə hüdud­la­rın­dan baş­qa ye­rə köç­müş şəxs­lər məc­bu­ri köç­kün­lə­rə bə­ra­bər tu­tu­lan şəxs­lər­dir. Er­mə­nis­tan Res­pub­li­ka­sın­da və baş­qa döv­lət­lər­də apa­rı­lan et­nik tə­miz­lə­mə si­ya­sə­ti nə­ti­cə­sin­də dai­mi ya­şa­yış yer­lə­ri­ni tərk edib Azər­bay­can Res­pub­li­ka­sı­na gəl­miş və dai­mi məs­kun­laş­ma­mış şəxs­lər də məc­bu­ri köç­kün­lə­rə bə­ra­bər tu­tu­lur».

Miq­ra­si­ya­nın məc­bu­ri for­ma­sı­na aid edi­lən ka­te­qo­ri­ya­lar ara­sın­da cid­di fərq­lə­rin qo­yul­ma­sı çox çə­tin ol­sa da, bə­zi sə­ciy­yə­vi xüsu­siy­yət­lə­ri müəy­yən­ləş­dir­mək müm­kün­dür.

Məc­bu­ri miq­rant bir qay­da ola­raq öz ye­ri­ni qə­fil vaxt­da, özünün və ya­xın­la­rı­nın hə­ya­tı üçün çox təh­lükə­li olan və­ziy­yət­də tərk et­mə­li olur. Üs­tə­lik də be­lə yer­də­yiş­mə ümu­miy­yət­lə in­sa­nın hə­ya­ti var­lı­ğı və ic­ti­mai-mad­di ya­şa­yı­şı üçün ən zə­ru­ri va­si­tə­lə­rin it­mə­si, məhv ol­ma­sı ilə müşa­yi­ət olu­nur. Bun­dan fərq­li ola­raq, «könül­lü miq­rant­lar» öz­lə­ri­nin baş­qa ye­rə get­mə­si qə­ra­rı­nı uzun müd­dət götür-qoy et­mək üçün, se­çim et­mək üçün ki­fa­yət qə­dər vax­ta ma­lik­dir­lər. Əgər söh­bət əmək miq­ra­si­ya­sın­dan ge­dir­sə, hət­ta döv­lə­tin müəy­yən yar­dı­mı­na da ümid edə bi­lir. Ən baş­lı­ca­sı isə, könül­lü miq­ran­tın öz hə­yat sə­viy­yə­si­ni, so­si­al və­ziy­yə­ti­ni da­ha da yax­şı­laş­dır­maq im­ka­nı möv­cud­dur.

Qaçqın və ya məc­bu­ri köç­kün­lər isə adət et­di­yi ya­şa­yış ye­ri­ni tə­lə­sik, qə­fil tərk et­mə­li olur və ha­ra ge­də­cə­yi­ni, hət­ta güman be­lə edə bil­mir. Əgər kö­nül­lü miq­rant əv­vəl­cə­dən ta­nış və ya qo­hum­la­rı­nın ya­şa­dı­ğı, özü­nün nə iş­lə məş­ğul ola­ca­ğı­nı təx­mi­ni bi­lir­sə, məc­bu­ri miq­rant föv­qə­la­də qey­ri-mü­əy­yən şə­ra­it­də hə­rə­kət et­mə­li olur. Məc­bu­ri köç­kün­lər – bey­nəl­xalq si­ya­si xə­ri­tə­də qə­bul olun­muş döv­lət sər­həd­lə­ri­ni keç­mə­dən öz ya­şa­yış ye­ri­ni mü­ha­ri­bə, zo­ra­kı­lıq, in­san hü­quq­la­rı­nın po­zul­ma­sı, tə­bii və ya hu­ma­ni­tar fə­la­kət nə­ti­cə­sin­də və ya bu təh­lü­kə­lə­rin möv­cud­lu­ğu üzün­dən tərk edən şəxs­dir və ya şəxs­lər qru­pu­dur.

He­sab­la­ma­la­ra görə ha­zır­da dün­ya­da 30 mil­yo­na ya­xın məc­bu­ri köç­kün möv­cud­dur. Azər­bay­can dün­ya­da əra­zi­sin­də say eti­ba­ri­lə ən çox məc­bu­ri köç­kün ya­şa­dı­ğı öl­kə­dir.

Öl­kə­lər da­xi­li məc­bu­ri miq­ra­si­ya­nın ən mühüm fərq­li cə­hə­ti odur ki, bu ka­te­qo­ri­ya in­san­lar hə­min döv­lə­tin və­tən­daş­la­rı­dır­lar. Öl­kə və­tən­da­şı ki­mi bütün fun­da­men­tal in­san hüqu­qu və azad­lıq­la­rı­na ma­lik ol­duq­la­rı hal­da, cid­di prob­lem­lər ya­şa­yır­lar. Föv­qə­la­də du­ru­mu­na görə bu qi­sim şəxs­lə­rin hüqu­qi müda­fiə­si da­ha yük­sək sə­viy­yə­də ol­ma­lı­dır.

Məc­bu­ri köç­kün­lər ka­te­qo­ri­ya­sı­nın bu də­rə­cə­də ço­xal­ma­sı, on­la­rın ən çox ya­şa­dı­ğı Azər­bay­can döv­lə­ti nümu­nə­sin­də qar­şı­ya çı­xan prob­lem­lər bu sa­hə­də bey­nəl­xalq və yer­li qa­nun­ve­ri­ci­lik və si­ya­si tən­zim­lən­mə me­xa­nizm­lə­ri­nin hə­lə­lik ol­ma­dı­ğı­nı, əsil si­ya­si-hüqu­qi «ni­zam böh­ra­nı»nın möv­cud­lu­ğu­nu aş­ka­ra çı­xar­dı. BMT-nin yu­xa­rı­da qeyd olu­nan 1951-ci il Kon­ven­si­ya­sı öl­kə­da­xi­li məc­bu­ri miq­rant­la­ra şa­mil edil­mir­di. Bu şəxs­lər «bey­nəl­xalq müda­fiə dai­rə­si­nə» aid edil­mir­di, çün­ki sə­bəb nə olur ol­sun, öz öl­kə­lə­ri­ni tərk et­mir, bu ba­rə­də düşün­mək be­lə is­tə­mir­lər.

Bu və­ziy­yə­ti ilk ola­raq Bey­nəl­xalq Qır­mı­zı Xaç Ko­mi­tə­si diq­qə­tə çək­di. «Öl­kə­da­xi­li hər­bi müna­qi­şə» an­la­yı­şı­nın bey­nəl­xalq si­ya­si hüqu­qi sta­tu­su­nun müəy­yən­ləş­di­ril­mə­si zə­ru­ri­li­yi­ni gös­tər­di. Nə­ha­yət, məc­bu­ri köç­kün­lə­rin haqq əda­lət­lə müda­fiə­si prob­le­mi bey­nəl­xalq bir­li­yin əmək­daş­lı­ğı­nı tə­ləb edən stra­te­ji si­ya­si məq­sə­də çev­ril­di.

Hət­ta, məc­bu­ri miq­rant nə­in­ki öz so­si­al və­ziy­yə­ti­ni yax­şı­laş­dır­maq, ən va­ci­bi hə­ya­tı­nı sax­la­maq, sa­də­cə sağ qal­maq ba­rə­də düşünür. Bu ba­xım­dan onun son­ra­kı ta­le­yi ilə könül­lü miq­rant­da ol­du­ğu ki­mi ge­də­cə­yi ye­rin «cəl­be­di­ci­li­yin­dən» de­yil, onun sağ qa­lıb-qal­ma­ma­sı­ ası­lı ol­du­ğu zo­ra­kı, tə­ca­vüz məc­bu­riy­yət fak­tor­la­rın­dan bi­la­va­si­tə ası­lı olur.

-Miqrasiya dünyanın mənzərəsini dəyişən amilə çevrilir...

Son 25 il­də miq­rant­la­rın sa­yı­nın ar­ta­raq 200 mil­yo­na (yer kü­rə­si əha­li­si­nin 3 %-i) çat­ma­sı tə­xi­rə sa­lın­ma­dan bu mə­sə­lə­nin həl­li­ni tə­ləb edir.

Bu gün dün­ya­da sa­yı iki yüz mil­yo­na ça­tan miq­rant­la­rın 60%-i in­ki­şaf et­mək­də olan öl­kə­lər­də, 40%-i isə qa­baq­cıl öl­kə­lər­də məs­kun­laş­mış­dır. Av­ro­pa­da 60 mil­yon, Asi­ya­da 51 mil­yon, Şi­ma­li Ame­ri­ka­da 41 mil­yon miq­rant ya­şa­yır. Miq­rant­la­rın qə­bu­lu­na gö­rə dün­ya­da bi­rin­ci ye­ri tu­tan ABŞ-da əha­li­nin 37 mil­yon­dan ço­xu­nu miq­rant­lar təş­kil edir. Son­ra­kı yer­lə­ri Ru­si­ya və Al­ma­ni­ya tu­tur. Əgər son 20 min miq­rant­la­rın­dan iba­rət ye­ni bir öl­kə təş­kil olun­muş ol­sa idi, on­da hə­min öl­kə əha­li­si­nin sa­yı­na gö­rə Çin, Hin­dis­tan, ABŞ, İn­do­ne­zi­ya ki­mi öl­kə­lər­dən son­ra baş­lı­ca ye­ri tut­muş olar­dı» .

BMT-nin əha­li fon­du­nun he­sab­la­ma­la­rı­na gö­rə miq­rant­la­rın ək­sə­riy­yə­ti­ni 15-30 yaş­la­rın­da olan gənc­lər təş­kil edir. BMT rəs­mi­lə­ri bu­nu «hə­yə­ca­nın do­ğur­du­ğu fakt» ki­mi qiy­mət­lən­dir­miş­dir. Dün­ya­nın bə­zi öl­kə­lə­rin­də əha­li­nin yal­nız miq­rant­la­rın he­sa­bı­na art­ma­sı (məs. ABŞ) mə­lum­dur. «Al­ma­ni­ya­ya da dün­ya­nın 200-ə ya­xın öl­kə­sin­dən gə­lən 15 mil­yon miq­rant əha­li ar­tı­mı­nın tə­məl fak­tor­la­rın­dan­dır. Al­ma­ni­ya­da hər beş nə­fər­dən bi­ri miq­rant­dır».

Miq­rant­la­rın öl­kə­nin dai­mi əha­li­si­nin tər­ki­bin­də xü­su­si çə­ki­si­nin art­ma­sı qlo­bal­laş­ma döv­rün­də son də­rə­cə in­ten­siv­ləş­miş­dir. «Bey­nəl­xalq miq­ra­si­ya» fe­no­me­ni ay­rı­ca təd­qi­qat pred­me­ti, si­ya­si re­al­lı­ğın ye­ni xüsu­siy­yə­ti ki­mi tə­şək­kül tap­mış­dır. Miq­ra­si­ya axın­la­rı­nın qlo­bal­laş­ma­sı, bü­tün öl­kə­lə­rin bu pro­ses­lə­rə cəlb edil­mə­si, mil­yon­lar­la imiq­ran­tın Qər­bə axı­nın­dan ki­min ud­ma­sı və ya uduz­ma­sı, müm­kün si­ya­si nə­ti­cə­lə­ri bu gün Qərb el­min­də ən çox müza­ki­rə olu­nan mə­sə­lə­lər­dən­dir. «Miq­rant in­ter­ven­si­ya­sı­nın» (iş­ğa­lı­nın) dinc iş­ğal ki­mi Qər­bin məh­vi­nə sə­bəb ola­ca­ğı­na da­ir çox­say­lı proq­noz­lar ve­ri­lir. Bu möv­qe­lə­rə bir qə­dər son­ra to­xu­nu­la­caq­dır.

Miq­ra­si­ya­nın sta­tis­tik gös­tə­ri­ci­lə­ri­nin di­na­mi­ka­sı gös­tə­rir ki, qlo­bal­laş­ma mər­hə­lə­sin­də miq­ra­si­ya­nın nə­ti­cə­lə­ri və tə­si­ri bir­mə­na­lı de­yil­dir.

İq­ti­sa­di ba­xım­dan in­ki­şaf et­miş Qərb öl­kə­lə­ri üçün çox sər­fə­li olan qlo­bal­laş­ma pro­ses­lə­ri «Şi­mal və Cə­nub», «Qı­zıl mil­yard və yer­də qa­lan əha­li» ara­sın­da de­moq­ra­fik qütb­ləş­mə­nin, miq­ra­si­ya təz­yi­qi, le­qal və qey­ri-le­qal, kri­mi­nal miq­ra­si­ya­nın həd­siz də­rin­ləş­mə­si ilə müşa­yi­ət olu­nur. Üs­tə­lik ABŞ, Av­ro­pa, Ka­na­da və Ya­po­ni­ya­da əha­li ar­tı­mı­nın müs­təs­na də­rə­cə­də (bu gün ar­tıq həm də Ru­si­ya­da) imiq­ra­si­ya axı­nın­dan ası­lı ol­du­ğu­nu da nə­zə­rə al­saq, və­ziy­yə­tin cid­di­li­yi və ya­xın pers­pek­tiv­lər bu öl­kə­lə­ri də­rin­dən dü­şün­mə­yə va­dar edir. Tək­cə onu qeyd et­mək ki­fa­yət­dir ki, XX əs­rin II ya­rı­sın­dan im­miq­ra­si­ya Av­ro­pa­da əha­li ar­tı­mı­nın tə­məl fak­to­ru ki­mi çı­xış edir: 1990-1995-ci il­lər ara­sın­da bu qi­tə­də əha­li ar­tı­mı­nın 88 fai­zi miq­rant­lar he­sa­bı­na ol­muş­dur .

Müa­sir Qərb öl­kə­lə­rin­də de­moq­ra­fik dis­ba­lan­sı şərt­lən­di­rən ən mühüm prob­lem­lər­dən bi­ri bu­ra­da əha­li­nin da­vam­lı qo­cal­ma­sı pro­se­si­dir. Bu özünü el­mi döv­riy­yə­yə gə­lən «qlo­bal qo­cal­ma» fe­no­me­nin­də büru­zə ve­rir. Qlo­bal qo­cal­ma – bə­şər ta­ri­xi üçün prin­si­pi­al ola­raq ye­ni olan ha­di­sə­dir. Bu­na görə də onun təh­li­li və il­kin proq­noz­lar cid­di na­ra­hat­çı­lıq üçün əsas ya­ra­dır. Çün­ki təd­qi­qat­çı­la­rın ək­sə­riy­yə­ti he­sab edir ki, bu pro­ses­lər qlo­bal hə­ya­tın bütün sa­hə­lə­ri­nə öz tə­si­ri­ni gös­tə­rə­cək­dir.

Möv­cud proq­noz­lar­dan bi­ri­nə görə otuz il­dən son­ra Av­ro­pa, Şi­ma­li Ame­ri­ka və Ya­po­ni­ya döv­lət­lə­ri ən cid­di «yaş, qo­ca­lıq böh­ra­nı» ilə üz-üzə qa­la bi­lər. Əha­li­nin qo­cal­ma­sı bütün dün­ya­da ma­liy­yə sis­te­mi­ni məhv edə bi­lər, çün­ki yaş­lı­la­rın tə­qaüdü və tib­bi xid­mə­ti­nin ödə­nil­mə­si­nə mil­yard­lar­la və­sa­it sərf edi­lə­cək­dir. ABŞ-ın Stra­te­ji və Bey­nəl­xalq Təd­qi­qat­lar Mər­kə­zi­nin apar­dı­ğı təd­qi­qat­la­ra görə (CSİS), hət­ta qa­baq­cıl öl­kə­lər öz yaş­lı əha­li­si­nə tə­qaüdün həc­mi­ni ar­tır­ma­dan, in­di­ki məb­ləğ­də onu ayır­maq­da da­vam et­sə­lər be­lə, 2050-ci il­də tə­qa­üd ödə­niş­lə­ri bu öl­kə­lər­də ÜDM-nin 30 fai­zi­ni təş­kil edə­cək. Bu rə­qəm bu gün üçün olan gös­tə­ri­ci­dən iki də­fə, həm­çi­nin döv­lət so­si­al-tə­mi­nat or­qan­la­rı­nın proq­noz­la­rı­nın proq­noz­laş­dır­dı­ğı məb­ləğ­dən iki də­fə ar­tıq­dır» ( www.miq­ra­ti­on.ru.). Be­lə və­ziy­yət­də hə­min ağ­rı­lı prob­lem­lə – ya əha­li­nin so­si­al tə­mi­na­tı­nı tam ödə­mək, ya da bu sa­hə­də xərc­lə­rin kəs­kin şə­kil­də aşa­ğı sa­lın­ma­sı­na məc­bur ola bi­lər.

«Qlo­bal qo­cal­ma» fe­no­me­ni miq­ra­si­ya si­ya­sə­tin­də ra­di­kal də­yi­şik­lik­lə­rə sə­bəb ola bi­lər. Miq­rant­la­rın cəlb edil­mə­si, sti­mul­laş­dı­rıl­ma­sı si­ya­sə­ti hə­ya­ta ke­çi­ri­lə­rək, və­ziy­yət­dən çı­xış yo­lu ara­ma­ğa səy gös­tə­ri­lə­cək. Hət­ta, bə­zi təd­qi­qat­çı­lar XXI əsr­də əsas zid­diy­yə­tin – «miq­rant­lar uğ­run­da mü­ha­ri­bə» ola­ca­ğı­nı da irə­li sü­rür­lər.

Mü­qa­yi­sə üçün Ru­si­ya döv­lət du­ma­sı­nın spi­ke­ri Ser­gey Ba­bu­ri­nin söz­lə­ri­ni də gə­ti­ri­rik: «Ru­si­ya­da 144 mil­yon əha­li ya­şa­yır. Əgər bi­zə Çin­dən 300 mil­yon im­miq­rant gəl­sə on­da su­al olu­nur: döv­lət di­li han­sı dil ola­ca­q?».

Av­ro­pa­nı 2050-ci və 2100-cü il­lər­də nə göz­lə­yi­r? He­sab edir ki, 40 il­dən son­ra və­ziy­yət ta­ma­mi­lə də­yi­şə­cək­dir. Yer kürə­si əha­li­si ümu­mi­lik­də art­sa da, Av­ro­pa mən­şə­li xalq­lar dur­ğun­luq döv­rünü ya­şa­yır, dün­ya əha­li­si­nin ümu­mi çə­ki­sin­də, ağ əha­li­nin sa­yı 2000-ci il­də al­tı­da bir (1/6) rə­qə­mi­nə­dək en­miş­dir. 2050-ci il­də bu rə­qəm on­da bir (10/1) ola­raq, bir söz­lə bu «nəs­li kə­si­lən, qı­rıl­maq­da olan ir­qin sta­tis­ti­ka­sı de­mək­dir». Av­ro­pa­nın 47 öl­kə­sin­dən yal­nız Al­ba­ni­ya­da do­ğum sə­viy­yə­si qə­na­ət­bəxş­dir. Əgər be­lə da­vam edər­sə, qi­tə əha­li­si XXI əs­rin son­la­rı üçün 207 mil­yo­na qə­dər aza­la bi­lər. Nə­ti­cə­də Qərb si­vi­li­za­si­ya­sı­nın «be­şi­yi onun qəb­ri­nə çev­ri­lə­cək­dir». Ən pis və­ziy­yət Al­ma­ni­ya­da, İta­li­ya­da və İs­pa­ni­ya­da­dır. Av­ro­pa üçün da­ha böyük təh­lükə əmək qa­bi­liy­yət­li 15-64 yaş ara­sı əha­li­nin sa­yı­nın həd­siz azal­ma­sı­dır. 2050-ci il­də ar­tıq Av­ro­pa əha­li­si­nin on­dan üç his­sə­si­ni 60 yaş­dan yu­xa­rı in­san­lar təş­kil edə­cək. İn­gil­tə­rə, Al­ma­ni­ya, İs­pa­ni­ya və İta­li­ya­da isə hər onun­cu adam 80 ya­şın­dan yu­xa­rı­da ola­caq.

-Müasir Azərbaycan dövlətinin miqrasiya siyasətinin mühüm istiqamətləri barədə nə demək olar?

-Qlo­bal­la­şan dün­ya­ya in­teq­ra­si­ya və Azər­bay­ca­nın di­na­mik iq­ti­sa­di in­ki­şa­fı mər­hə­lə­sin­də son də­rə­cə in­ten­siv­lə­şən miq­ra­si­ya pro­ses





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi