Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Cənab R.Rızayevə
Hörmətli Ramiz müəllim.

Uzun illər ərzində cinayət hüquq nəzəriyyəsində və məhkəmə-istintaq təcrübəsində cinayətlərin təkrarlığı ilə residivinin dəqiq sərhədin müəyyən edilməsi ilə bağlı mübahisələr mövcud olmuşdur.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinin inkar formada olan “əvvəllər törətdiyi cinayətə görə bu məcəllə ilə müəyyən edilmiş qaydada.......məhkumluğu götürülmüş və ya ödənilmiş şəxs tərəfindən həmin cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir” müddüası cinayətin təkrarlığını bu müddüanın təsdiq forması verilmişdir. Yəni bu halda cinayətin təkrarlığı “əvvəllər törətdiyi cinayətə görə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada ....məhkumluğu götürülməmiş və ya ödənilməmiş şəxs tərəfindən həmin cinayətin yenidən törədilməsi cinayətin təkrar törədilməsi hesab edilir” kimi qəbul edilmişdir.

Qeyd olunan nəticə uzun müddət hakim mövqe kimi özünə yer almışdır.

Hətta Azərbaycan Respublikası Ali Məhkəməsinin Pleniumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 13-cü bəndində əvvəlki məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin əməlinin cinayətin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsi əsaslı hesab edilmişdir.

Hörmətli Ramiz müəllim

Məlumunuzdur ki, artıq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istər 04 mart 2013-cü il tarixli, istərsə də 18 mart 2013-cü il tarixli qərarında bu məsələyə münasibət bildirilmiş, cinayətlərin təkrarlığı ilə residivi arasında dəqiq sərhəd müəyyəm edilmişdir. Həmin qərarlara görə qəsdən cinayət törətməyə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır.

Beləliklə, eyni və ya müxtəlif (CM-in 16.2-ci maddəsi) cinayətlərin təkrarlığı o halda yaranır ki, əvvəllər törətdiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb edilməmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş, cinayət məsuliyyətindən azad olunmamış, habelə məhkum olunmamış şəxs yenidən eyni və ya Cinayət Məcəlləsinin xüsusi hissəsində birbaşa gösdərilən hallarda müxtəlif cinayətləri (CM-nin 16.2-ci maddəsi) törətmiş olsun.

Hörmətli Ramiz müəllim.

Məlumunuzdur ki, “Normativ hüquqi aktlar haqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 4.1.1 və 90-cı maddələrinin tələblərinə görə Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları normativ xarakterli aktlar hesab edilir. Normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər habelə tətbiqi təcrübəsində ziddiyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş norma yaratma orqanın və ya Azərbaycan Respublikası Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.

Hörmətli Ramiz müəllim.

Cinayətin təkrarlığı ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun sözügedən qərarının 13-cü bəndi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda isdinad edilən qərarlarında ehtiva olunan rəsmi şərhlə uzlaşmadığından hesab edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2013-cü il tarixli, 4 №-li qərarının 13-cü bəndinə yenidən baxılması məqsədə müvafiq olardı.

Ümid edirik ki, təklif etdiyimiz məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclaslarının birində baxılması üçün zəruri tədbirlət görəcəksiniz.

Hörmətlə

Mərkəzin sədri Natiq Y.Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi