Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikasının Nəqliyyat Nazirinin müavini Cənab Musa Pənahova

Hörmətli Musa müəllim!

Azərbaycan Respublikası Nəqliyyat Naziri cənab Ziya Məmmədov tərəfindən imzalanmış 15 oktyabr 2012-ci il tarixli, 02/Q №-li qərarla təsdiq olunmuş, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlər dair sənədlər və onların tərtib olunması Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu qaydalar Azərbaycan Respublikası İXM-nə və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli, 389 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin baxdığı inzibati xətalara dair sənədlərin tərtib olunma qaydalarını müəyyənləşdirir.

Sözügedən Qaydaların “Protokolun tərtib edilmə qaydası”nı tənzimləyən 2-ci maddəsinin 2.1-ci bəndində təsbit olunmuşdur ki, “Bu Qaydaların 1.2-ci bəndində göstərilən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə Nazirliyin səlahiyyətli şəxsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol (əlavə №1) tərtib edilir”.

Hörmətli Musa müəllim!

Azərbaycan Respublikasının Nəqliyyat Naziri cənab Ziya Məmmədovun imzaladığı 15 oktyabr 2012-ci il tarixli, 02/Q №-li qərarın 3-cü hissəsindən görünür ki, Nazirliyin aparatının aidiyyatı şöbələrinə və tabeli qurumlarına tapşırılmışdır ki, öz səlahiyyətləri daxilində inzibati xətalar haqqında işlərə baxarkən bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın tələblərinə riayət etsinlər.

Qərarın 6-cı bəndi ilə bu Qərarın icrasına nəzarət nazir müavini kimi Sizə həvalə edilmişdir.

Hörmətli Musa müəllim!

Məlumunuz olduğu kimi “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 15 oktyabr 2012-ci il tarixli, 02/Q №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları” Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestri tərəfindən 20.10.2012-ci il tarixdə qeydə alınmış və beləliklə də sözügedən Qaydalar 20.10.2012-ci il tarixdən qüvvəyə minmişdir.

Hörmətli Musa müəllim!

Yuxarıda göstərilən xüsusatlara, yəni Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətanın törədilməsi faktı aşkar edilən zaman tərtib edilməli olan protokol Nazirliyin səlahiyyətli vəzifəli şəxsi tərəfindən tərtib edilməli olduğu halda təcrübədə bu protokollar Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin təsisçiliyi ilə təsis edilmiş “Azəryolservis” ASC-nın təsisçiliyi ilə yaradılmış Məhdud Məsuliyyətli Cəmiyyətlərin (“80 saylı Yol İstismarı” MMC, “85 saylı Yol İstismarı” MMC və s.) işçiləri tərəfindən tərtib edilir.

Sözsüz ki, bu MMC-lərin işləri Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin səlahiyyətli vəzifəli şəxsi deyillər və onların Nazirliyin vəzifəli şəxsinin adından belə protokollar tərtib etməsi Qaydalarının 2.1-ci bəndinin tələbləri ilə uzlaşmır.

Yuxarıda istinad edilən 15.10.2012-ci tarixli, 02/Q №-li qərarın icrasına nəzarət məhz nazir müavini kimi Sizə həvalə edildiyindən, Sizdən xahiş edirik ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair tərtib edilən protokolların qanunauyğunluğunun təmin edilməsi üçün aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verəsiniz.

Hörmətlə,

Mərkəzin sədri Natiq Y.Abdullayev





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi