Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

“Sovetski” sakinlərinin tələbləri necə tənzimlənə bilər?
Bakı şəhərinin “Sovetski” adlanan yaşayış massivinin sakinlərinin bu ərazidə aparılacaq tikinti-abadlaşdırma işləri ilə əlaqədar köçürülməsi evlərin (mənzillərin) qiymətinin müəyyən edilməsinin meyarları barədə mübahisələri meydana çıxarmışdır.
Bununla əlaqədar olaraq dövlət ehtiyacları üçün torpaqların mənzillərin (evlərin) alınmasının və qiymətin müəyyən edilməsinin meyarları haqqında qanunvericilikdə təsbit olunan hüquqi mexanizmləri qeyd etmək istərdik.
Əvvəla qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Konstitusiyası ilə dövlət mülkiyyət hüququna təminat verməklə yanaşı dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinin mümkünlüyünü də təsbit etmişdir.
Belə ki, Konstitusiyanın 29-cu maddəsinin IV bəndində dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərinin ədalətli ödəmək şərti ilə yol verilməsi ehtiva olunmuşdur. Mülki dövriyyəni, mülki hüquq subyektlərinin əmlak hüquqlarını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsində də göstərilmişdir ki, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə mülkiyyət satınalına bilər.
Qeyd etməyi zəruri hesab edirik ki, dövlət ehtiyacları üçün mülkiyyətin dövlət tərəfindən alınmasının hüquqi mexanizmlərini daha dəqiq tənzimləmək üçün 07 dekabr 2007-ci il tarixli qanunla Azərbaycan Respublikası MM-nə əlavələr və dəyişikliklər edilmişdir. Bununla əlaqədar olaraq Məcəlləyə 264.4 və 246.5-ci maddələr əlavə edilmiş. Məcəllənin 247.1, 248.1, 248.2, 249.1-ci maddələri yeni redaksiyaya verilmişdir. Sözügedən əlavə və dəyişikliyə əsasən dövlət ehtiyacları üçün satın alınmasına zərurət olan torpaqların, evlərin, tikililərin, qurğuların satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanının (konkret halda Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyən etdiyi qaydada hesablanaraq Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilməsi nəzərdə tutulmuşdur.
Məcəllədə satınalma qiyməti ilə razı olmayan mülkiyyətçiyə bu barədə məhkəməyə müraciət etmək hüququ verilmişdir. Onu da qeyd etməyi zəruri hesab edirəm ki, yuxarıda qeyd edilən qanunun tətbiqi ilə bağlı Azərbaycan Republikası Prezidenti tərəfindən verilmiş 26 dekabr 2007-ci il tarixli fərmanla (bənd 2.3) müəyyən edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satılalma qiymətinə əlavə haqq ödənilir.
İstinad edilənlərdən görünür ki, hal-hazırda mövcud qanunvericiliyə əsasən satınalma qiyməti dövlət tərəfindən müəyyən edilir və digər tərəfin, yəni satıcının bu qiyməti məhkəmədə mübahisələndirmək hüququ vardır.
Hesab edirik ki, bu münasibətlərin yuxarıda göstərilən qaydada təmizlənməsi ədalətli hesab edilə bilməz. Amma bu tənzimlənmə hər halda qanunvericiliyin tələbidir.
Onu da qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ olan subyektlərdən biri və ya məhkəmə tərəfindən mülkiyyətin bazar qiymətinin meyarlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilsəydi və KM bu satınalma üçün qiymətin müəyyən edilməsinin hüquqi meyarlarını müəyyən etsəydi, onda həm subyektiv yanaşmalara son qoyulardı, həm də bu sahədə vahid məhkəmə təcrübəsi formalaşardı.




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi