Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Məqalələr6
HÜQUQİ MAARİFLƏNDİRMƏ SAHƏSİNDƏ YENİ NƏŞRLƏR

Bu günlərdə Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) xüsusi buraxılışı çapdan çıxmışdır. Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) fəaliyyətinin 5 illiyinə və beynəlxalq əlaqələrinə həsr olunmuş xüsusi buraxılış Azərbaycan və ingilis dillərində nəfis tərtibatla çap edilmişdir.

Xüsusi buraxılışda Almaniya, Qahirə, Rumıniya, Avstraliya, Honqkonq, Avstriya, Milan, Venesiya, Dubay, Malayziya, Ukrayna arbitraj institutlarının fəaliyyət prinsipləri, bu institutlarla BKAM-ın qarşılıqlı əlaqələri, BKAM-ın təmsilçilərinin beynəlxalq tədbirlərdə iştirakına dair məlumatlar, həmin qurumların rəhbərlərinin BKAM-ın 5 illik fəaliyyəti və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin yenidən təşkil edilməsinin əhəmiyyətinə dair rəy və mülahizələri, təbrikləri əksini tapmışdır. Həmçinin, beynəlxalq arbitraj və mediasiya sahəsində dünyada nüfuzlu mütəxəssislər kimi tanınan, BKAM-ın beynəlxalq arbitrləri siyahısında təmsil olunan arbitrlər haqqında məlumatlar da bu nəşrdə yer almışdır.
Bundan əlavə, 2008-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Hüquqi İslahatlara Yardım Mərkəzi (HİYM) tərəfindən hüquqi marifləndirmə sahəsində əhəmiyyətli olan iki sanballı kitab nəşr olunmuşdur. İzahlı “Rusca-Azərbaycanca hüquq lüğəti” Azərbaycan dilli hüquqşünas, iqtisadçı və digər mütəxəssislərin rus dilində, rus dilli mütəxəssislərin isə dövlət dilimizdə sənədlərlə işləməsində mövcud olan çətinlikləri aradan qaldırmaq məqsədi daşıyır. Azərbaycanda 1923-cü ildə qəbul olunmuş ilk Mülki Məcəllədən başlayaraq, 2000-ci ilədək qüvvədə olmuş vərəsəliyə aid bütün normativ aktlar, məhkəmə təcrübəsinə aid qərarlar ilk nəşrlərinə istinadla orijinal mətnlərdə toplanaraq peşəkar hüquqşünas şərhi ilə “Vərəsəlik (Normativ aktlar, qərarlar və şərhlər. 1923-2000-ci illər)” kitabında HİYM tərəfindən nəşr olunmuşdur.
Yaxın vaxtlarda “Mediasiya (mübahisələrin məhkəmədənkənar həlli üsulu kimi)” kitabı da oxucuların ixtiyarına veriləcək. İnkişaf etmiş ölkələrdə geniş yayılmış mübahisələrin alternativ həlli üsullarının biri olan mediasiyanın mahiyyəti, üstünlükləri, aparılma qaydaları, hüquqi əsasları, beynəlxalq hüquqda təsbiti və sair məsələlər bu nəşrdə ilk dəfə olaraq Azərbaycan dilində ətraflı şərh olunacaqdır.
“Xalq qəzeti”
25.12.2008





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi