Hüquqi İslahatlara Yardım Mərkəzi Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri cənab K.Heydərova
Göndərən Admin Tarix: 14.06.2019
Hüquqi İslahatlara Yardım Mərkəzi İB tərəfindən “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq normativ hüquqi aktın qəbul edilib-edilməməsinin müəyyənləşdirilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə müraciət olunmuşdur. (bax mətn müraciətlər bölümündə)
Davamı
Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri cənab K.Heydərova
Hörmətli Kəmaləddin müəllim!
“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun təşkil etməli və həyata keçirməlidir.
Yaranmış zərurəti nəzərə alıb yuxarıda sözügedən maddənin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarətin təşkili və həyata keçirilməsi ilə bağlı hər hansı bir normativ və ya texniki normativ hüquqi aktın qəbul edilib edilməməsi barədə bizə müfəssəl məlumatların verilməsi üçün aidiyyatı şəxslərə tapşırıqlar verməyinizi Sizdən xahiş edirik.
Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Mərkəzin sədri                                                   Natiq Y.Abdullayev