Hüquqi İslahatlara Yardım Mərkəzi Azərbaycan Respublikasının Vergilər Naziri cənab Mikayıl Cabbarova
Göndərən Admin Tarix: 02.12.2018
Hörmətli Mikayıl müəllim!
2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulan Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərin layihəsi Mərkəzimizin əməkdaşları tərəfindən öyrənilmişdir.

Davamı
Hörmətli Mikayıl müəllim!
2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulan Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərin layihəsi Mərkəzimizin əməkdaşları tərəfindən öyrənilmişdir.

Təklif olunan dəyişikliklərlə yanaşı, Vergi Məcəlləsində bəzi müddəaların təkmilləşdirilməsinə dair aşağıdakı mülahizələrimizi diqqətinizə çatdırmağı zəruri hesab edirik.
Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.33-cü maddəsinə əsasən kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı əlavə dəyər vergisi üzrə vergidən azad edilmişdir.
Heç şübhəsiz ki, belə bir azad etmə yuxarıda sözügedən sahənin inkişaf etdirilməsi zərurətindən irəli gəlmişdir.
Hörmətli Mikayıl müəllim!
İlk öncə qeyd etməyi zəruri hesab edirik ki, sözügedən maddədə qeyd olunan kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatları ifadəsi həmin preparatların idxalı zamanı gömrük orqanları tərəfindən praktiki tətbiq edilərkən diaqnostiki ləvazimatların (naborlar, test paloskaları və digər labaratoriya, diaqnostika ləvazimatları) şamil eidlmədiyi kimi təvsir edilir və beləliklə də diaqnostik ləvazimatlardan idxal vergisini tutulur.
Digər tərəfdən qeyd etməyi zəruri hesab edirik ki, Məcəllənin 164.1.33-cü maddəsində “idxal” ifadəsi təsbit olunduğundan yalnız bu preparatları idxal etmiş şəxslər (ayrı-ayrı fiziki və hüquqi şəxslər) vergidən azad edilir. Sözügedən baytarlıq preparatlarının satışı idxaldan azad edilmədiyindən yuxarıda göstərilən sahənin inkişafı məqsədi ilə baytarlıq preparatlarının vergidən azad edilməsi istiqamətində olan dövlət siyasəti nəticə etibarilə xəyali və mənasız olur. Nəzərə alınmalıdır ki, istinad edilən Məcəllənin 164.1.29-164.1.3, 32 və 164.1.34-cü maddəsində təsbit edilən mallar üzrə azadolma idxalla yanaşı satışa da aid edilmişdir.
Hesab edirik ki, baytarlıq preparatlarının da idxalı ilə yanaşı satışını da ƏDV-dən azad edilməsi qeyd olunan sahə üzrə dövlət siyasətinin məqsədlərinə uyğun olardı.
Odur ki, Sizdən yuxarıda qeyd olunan təkliflərimizin məqsədəmüvafiqliyinə baxmağınızı xahiş edirik.
Mərkəzin sədri                                 Natiq Abdullayev