Hüquqi İslahatlara Yardım Mərkəzi “Rusca-Azərbaycanca hüquq lüğəti” çapdan çıxmışdır
Göndərən Admin Tarix: 16.08.2008
Hüquqi İslahatlara Yardım Mərkəzi tərəfindən hazırlanmış “Rusca-Azərbaycanca hüquq lüğəti” çapdan çıxmışdır. Lüğət hüquq sahəsini əhatə edən iki minə yaxın termindən və anlayışdan ibarətdir. Lüğət  ali hüquq təhsil müəssisələrinin tələbələri, müəllimləri; iqtisadçılar; sahibkarlar; hüquq sahəsində işləyən dövlət qulluqçuları və hüquqla maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub...

Davamı
Hüquqi İslahatlara Yardım Mərkəzi tərəfindən hazırlanmış “Rusca-Azərbaycanca hüquq lüğəti” çapdan çıxmışdır. Lüğət hüquq sahəsini əhatə edən iki minə yaxın termindən və anlayışdan ibarətdir. Lüğət  ali hüquq təhsil müəssisələrinin tələbələri, müəllimləri; iqtisadçılar; sahibkarlar; hüquq sahəsində işləyən dövlət qulluqçuları və hüquqla maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.
Eyni zamanda kitabda (210-217-ci səhifələrdə) 60-a yaxın latın hüquq terminləri verilmişdir.
Kitab 500 nüsxədə CBS mətbəəsində çap olunmuşdur.
Kitabın tərtibçiləri HİYM-in əməkdaşları Alidə Mahmudova və Məlahət Vəliyevadır.
Kitab haqqında əlavə məlumatı və kitabın tam mətnini “Nəşrlər” bölməsindən əldə edə bilərsiniz.