Hüquqi İslahatlara Yardım Mərkəzi HİYM NAZİRLƏR KABİNETİNƏ TƏKLİF GÖNDƏRMİŞDİR
Göndərən Admin Tarix: 14.08.2008
Hüquqi İslahatlara Yardım Mərkəzi (HİYM) 14.08.2008-ci ildə  Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rəsizadəyə SSRİ tabeliyində olan və SSRİ dövlət büdcəsindən maliyyələşmiş, lakin Azərbaycan SSR ərazisində fəaliyyət göstərmiş dövlət idarəetmə orqanlarının baş idarələrinin və digər qurumlarının işçilərinin dövlət qulluqçusu statusu alması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2007-ci il tarixli, 77 saylı Qərarına əlavələr edilməsi barədə” qərarına dair təklif göndərmişdir. Təklif sovet dövründə partiya və təsərrüfat orqanlarında çalışmış bəzi şəxslərin pensiya təminatını yaxşılaşdırmaq məqsədi daşıyır...

Davamı
Hüquqi İslahatlara Yardım Mərkəzi (HİYM) 14.08.2008-ci ildə  Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rəsizadəyə SSRİ tabeliyində olan və SSRİ dövlət büdcəsindən maliyyələşmiş, lakin Azərbaycan SSR ərazisində fəaliyyət göstərmiş dövlət idarəetmə orqanlarının baş idarələrinin və digər qurumlarının işçilərinin dövlət qulluqçusu statusu alması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2007-ci il tarixli, 77 saylı Qərarına əlavələr edilməsi barədə” qərarına dair təklif göndərmişdir. Təklif sovet dövründə partiya və təsərrüfat orqanlarında çalışmış bəzi şəxslərin pensiya təminatını yaxşılaşdırmaq məqsədi daşıyır.
Hüquqi cəhətdən kifayət qədər əsaslandırılmış məktubda Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təmin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 2-ci bəndində müəyyən edilmiş qaydada ittifaq tabeliyində olan SSRİ dövlət büdcəsindən maliyyələşən dövlət idarəetmə orqanlarının (baş idarənin, idarənin), o cümlədən SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR-də Meliorasiya və Su Qurğuları Tikintisi Baş İdarəsinin işçilərinin yuxarıda qeyd edilən Siyahının 1.16-cı bəndində göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi xahiş olunur. 
Məktubun tam mətni “təkliflər” bölümündə verilmişdir.