Hüquqi İslahatlara Yardım Mərkəzi (HİYM) 14.08.2008-ci ildə Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rəsizadəyə SSRİ tabeliyində olan və SSRİ dövlət büdcəsindən maliyyələşmiş, lakin Azərbaycan SSR ərazisində fəaliyyət göstərmiş dövlət idarəetmə orqanlarının baş idarələrinin və digər qurumlarının işçilərinin dövlət qulluqçusu statusu alması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2007-ci il tarixli, 77 saylı Qərarına əlavələr edilməsi barədə” qərarına dair təklif göndərmişdir. Təklif sovet dövründə partiya və təsərrüfat orqanlarında çalışmış bəzi şəxslərin pensiya təminatını yaxşılaşdırmaq məqsədi daşıyır... |