Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ
PRAKTİKUM İŞİNİ DAVAM ETDİRİR
Fevralın 12-də Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin təşkilati dəstəyi ilə Stokholm Ticarət Palatası Arbitraj İnstitutu və “Beyker və Makenzi” Hüquq Firmasının iştirakı ilə Bakı şəhərində “Grand Hotel Europe” mehmanxanasında keçirilən beynəlxalq kommersiya arbitrajı üzrə praktikum öz işini davam etdirib. Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunun hüquqşünası Natalya Petrik, qrup rəhbərləri...
STOKHOLM TICARƏT PALATASININ ARBITRAJ İNSTITUTU, AZƏRBAYCAN ARBITRAJ VƏ MEDIASIYA MƏRKƏZI VƏ BAKER & MCKENZIE ŞIRKƏTININ BIRGƏ TƏDBIRI

11 fevralda Bakı şəhərində “Grand Hotel Europe” mehmanxanasının “Bakı” zalında bu üç qurumun beynəlxalq kommersiya arbitrajı üzrə birgə praktikumu öz işinə başlayıb.
AAMM-IN 2-CI XÜSUSI BURAXILIŞI ÇAPDAN ÇIXMIŞDIR
Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) 2-ci Xüsusi Buraxılışı çapdan çıxmışdır. Bu nömrə Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi nəzdində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində (BKAM) işlərə baxılması qaydalarına həsr olunmuşdur.
BAKIDA BEYNƏLXALQ KOMMERSİYA ARBİTRAJINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLƏCƏKDİR
11-13 fevral 2009-cu ildə Bakı şəhərində “Grand Hotel Europe” mehmanxanasında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin təşkilati dəstəyi ilə Stokholm Ticarət Palatası Arbitraj İnstitutu və Baker & McKenzie şirkətinin iştirakı ilə beynəlxalq kommersiya arbitrajı üzrə praktikum keçiriləcəkdir.
AZƏRBAYCANDA MEDIASIYA HAQQINDA ILK KITAB NƏŞR OLUNMUŞDUR
Hüquqi İslahatlara Yardım Mərkəzinin təsisçisi olduğu Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) direktoru Natiq Abdullayevin  “Mediasiya  mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu kimi”  kitabı CBS  mətbəəsində çapdan çıxmışdır. Nəşrin elmi redaktoru Hüquqi İslahatlara Yardım Mərkəzinin sədri Fətəli Abdullayevdir. Kitabda  “Mediasiya nədir?”,  “ Mediasiya prosesi və mediator”,  “Azərbaycanda mediasiya: hüquqi baza, təcrübə”,  “Beynəlxalq sənədlər”  bölmələri vardır.
Nəşrlərimiz M.F. Axundov adına Milli Kitabxanaya və AMEA-nın kitabxanasına hədiyyə edilmişdir
Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin hazırlayıb nəşr etdirdiyi 3 adda  kitabın nüsxələri M. F. Axundov adına Milli Kitabxanaya və AMEA-nın kitabxanasına hədiyyə edilmişdir. Bu nəşrlər: Azərbaycan dilli hüquqşünas, iqtisadçı və digər mütəxəssislər üçün nəzərdə tutulmuş izahlı “Rusca-Azərbaycanca hüquq lüğəti”, Azərbaycanda 1923-cü ildə qəbul olunmuş ilk Mülki Məcəllədən...
“Rusiya-Azərbaycan Hüquq Evi” yaranır
Rusiya Federasiyasında fəaliyyət göstərən tanınmış “Şit i Meç” Moskva Vəkillər Kollegiyası (MVK) ilə Hüquqi İslahatlara Yardım Mərkəzi (HİYM) İctimai Birliyi arasında əməkdaşlıq, qarşılıqlı hüquq və məsləhət xidməti göstərilməsi ilə əlaqədar razılaşma əldə olunmuşdur. Yanvarın 9-da MVK-nın İdarə Heyətinin sədri, həm də "Azərros" Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin hüquq




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi