Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ
HÜQUQİ İSLAHATLARA YARDIM MƏRKƏZİ HUMANİST TƏŞƏBBÜSÜ ALQIŞLAYIR
NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ MİLLİ MƏCLİS AMNİSTİYA
AKTI HAQQINDA QƏRAR LAYİHƏSİ QƏBUL EDƏCƏKDİR

Xəbər verildiyi kimi, Novruz bayramı ərəfəsində Milli Məclis Amnistiya Aktı haqqında daha bir qərar layihəsi qəbul edəcəkdir. Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hazırladığı “Novruz bayramı münasibətilə Amnistiya elan edilməsi haqqında” qərar layihəsi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının martın 11-də keçirilmiş iclasında müzakirə olunmuşdur.
HƏMKARLARIMIZA HƏR CÜR HÜQUQI VƏ MƏNƏVI DƏSTƏK VERMƏYƏ HAZIRIQ
Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyəti Vladimir Jirinovskini məhkəməyə verib.«AZERROS», rusiyalı siyasətçinin «Cənuba doğru sonuncu yürüş» kitabının təkrar nəşri ilə bağlı şərəf və ləyaqətin müdafiəsi haqqında iddia qaldırıb. Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyəti «AZERROS», Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskini məhkəməyə verib. ANS PRESS, RİA «Novosti»yə istinadən xəbər verir ki, buna səbəb
HIYM HÜQUQI MAARIFLƏNDIRMƏ SAHƏSINDƏ FƏALIYYƏTINI DAVAM ETDIRIR:
Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədr müavini, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin (AAMM) direktoru Natiq Abdullayevin  “Mediasiya  mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu kimi” kitabı və Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi nəzdində Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində (BKAM) işlərə baxılması qaydalarına həsr olunmuş  2-ci Xüsusi Buraxılış çapdan çıxmışdır.
PRAKTIKUM RESPUBLIKAMIZIN APARICI KİV-LƏRINDƏ GENIŞ IŞIQLANDIRILMIŞDIR
11-13 fevralda Bakı şəhərində “Grand Hotel Europe” mehmanxanasında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin təşkilati dəstəyi ilə Stokholm Ticarət Palatası Arbitraj İnstitutu və “Beyker və Makenzi” Hüquq Firmasının iştirakı ilə beynəlxalq kommersiya arbitrajı üzrə keçirilmiş praktikum respublikamızın aparıcı  KİV-lərinin diqqət mərkəzində olmuş, geniş işıqlandırılmışdır.
BEYNƏLXALQ ARBITRIMIZ BIRGƏ TƏDBIRIN KEÇIRILMƏSINI TƏKLIF EDIR
Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin beynəlxaql arbitri, Türkiyənin tanınmış hüquqşünaslarından olan  Dok.Yavuz Kaplan Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin rəhbərliyinə göndərdiyi məktubda bu qurumun arbitri seçilməsinə görə, habelə BKAM-ın 5 illiyi münasibəti ilə nəşr edilmiş Xüsusi Buraxılışın nüsxəsinin ona da göndərilməsindən təşəkkürünü bildirmişdir.
PRAKTİKUM BAŞA ÇATDI
Azərbaycanın sürətli iqtisadi inkişafı, uğurla həyata keçirilən hüquqi islahatlar ölkəmizdə beynəlxalq təşkilatlarla əlaqələrin genişlənməsinə də münbit şərait yaradır, həm də yeni müstəqil qeyri-dövlət qurumlarının yaradılmasını da zəruri edir. Azərbaycanda müstəqil beynəlxalq arbitraj məhkəməsinin təşkili və fəaliyyəti də məhz respublikamızın dünya birliyinə uğurlu inteqrasiyasının təzahürüdür.
MİLLİ MƏCLİSDƏ QƏBUL
Fevralın 12-də Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət xanım Aslanova, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının sədri Əli Hüseynov, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov və Milli Məclisin bir qrup üzvü Bakıda keçirilən beynəlxalq kommersiya arbitrajı üzrə praktikumun təşkilatçılarını qəbul etmişlər.




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi