Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Vergi Ombudsmanı Cənab E. Məmmədova
Azərbaycan Respublikasının Vergilər Nazirliyi Vergi Ombudsmanı
Cənab E. Məmmədova

Hörmətli Elçin müəllim,
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 216-cı maddəsində yerin təkindən çıxarılan faydalı qazıntıların növündən asılı olaraq hər kub metr üçün mədən vergisinin dərəcələri müəyyənləşdirilməklə sözügedən Məcəllənin 216.2-ci maddəsində əks olunan cədvəldə mədən vergisinə cəlb edilən müvafiq faydalı qazıntıların adları, eləcə də mədən vergisinin dərəcələri (manatla) təsbit olunmuşdur.
Qeyd edilməsi zəruridir ki, yuxarıda sözügedən maddənin cədvəl hissəsi 20 oktyabr 2015-ci il tarixli, 1384-İVQD №-li qanunla yeni redaksiyada verilmişdir (bax “Azərbaycan” qəzeti, 09 dekabr 2015-ci il).
Hesab edirik ki, sözügedən maddənin məzmununda əks olunan cədvəldə göstərilən bəzi faydalı qazıntılara tətbiq edilən mədən vergisinin dərəcələri Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinin II hissəsinin, eləcə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.1-3.4, 3.10-cu maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir.
Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinin II hissəsində təsbit olunmuşdur ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə  inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Azərbaycan Respublikasının VM-nin 3.1-3.4-cü maddələrində təsbit olunmuşdur ki, Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların (işlərin, xidmətlərin) və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən) vergilərin müəyyən edilməsinə yol verilmir.
Sözügedən Məcəllənin 3.10-cu maddəsində isə göstərilmişdir ki, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.
Qeyd etməyi zəruri hesab edirik ki, yuxarıda sözügedən müddəada ayrı-ayrı faydalı qazıntılara tətbiq edilən mədən vergisinin dərəcələri ədalətli olmamaqla yanaşı, bu dərəcələr müəyyənləşdirilərkən iqtisadi cəhətdən əsaslandırılmamış, eləcə də bu dərəcələrin müəyyənləşdirilməsi vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdırmaqla, onların fəaliyyətinə maneçilik törədir. Vergi dərəcələrinin yüksək məbləğdə müəyyənləşdirilməsi nəinki sahibkarlığı, hətta investisiya fəaliyyətini belə təşviq etmir.

Hesab edirik ki, ədalətli olmayan, iqtisadi cəhətdən əsaslandırılmayan vergi dərəcələrinin müəyyən edilməsi vergi intizamını artırmır, əksinə sahibkarların normal fəaliyyətinə imkan vermir, hətta kölgə iqtisadiyyatının yaranmasına səbəb olur.

Qeyd edilməlidir ki, yuxarıda istinad olunan maddədə təsbit olunan vergi dərəcələri olduqca yüksək həcmdə müəyyənləşdirildiyindən maddədə adları göstərilən faydalı qazıntılardan müvafiq vergilərin ödənilməsi demək olar icra edilmir. Məsələn sözügedən maddədə çınqıl xammalının hər kub metri üçün 1 (bir) manat məbləğində mədən vergisi müəyyənləşdirilmişdir.

Qeyd edilməlidir ki, bu faydalı qazıntı, yəni çınqıl xammalının hər kub metri bazarda sifariş həcmindən, ərazi və sair xüsusiyyətlərdən asılı olaraq 1-3 manat məbləğində satılır. Çınqıl xammalının hər kub metri 3 manata satıldığı halda mədən vergisi əldə edilən vəsaitin 33%-ni, 1 manata satıldığı halda isə əldə edilən vəsaitin 100%-ni təşkil edir. Hər bir halda qeyd olunan faydalı qazıntıya, yəni çınqıl xammalına tətbiq edilən mədən vergisinin dərəcəsi ədalətsiz və iqtisadi cəhətdən əsaslı olmayan vergi dərəcəsidir.

Yuxarıda qeyd edildiyi kimi vergi dərəcəsinin yüksək olması, tarazlaşdırılmamış məbləğdə müəyyən edilməsi sahibkarlıq subyektlərinin vergidən yayınmasına obyektiv səbəb yaradır. Bu baxımdan, eləcə də yuxarıda istinad olunan hüquq normalarının tələbləri baxımından hesab edirik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 216.2-ci maddəsində təsbit olunan mədən vergisinə cəlb olunan faydalı qazıntılara tətbiq edilən mədən vergisinin dərəcələrinə bazar reallıqları nəzərə alınmaqla yenidən baxılması zəruridir.
Göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 216.2-ci maddəsində təsbit olunan mədən vergisinin dərəcələrinə yenidən baxılması üçün zəruri köməklik göstərməyinizi Sizdən xahiş edirik.

Hörmətlə
Mərkəzin sədri: Natiq. Y. Abdullayev
Şərhlər
Şərh bildirilməmişdir.
Şərh bildir
Şərh etmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Qiymətləndirmə yoxdur.




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi