Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Cənab Vüsal Qasımlıya
Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru
Cənab Vüsal Qasımlıya

Vahid yoxlama orqanının (qurumunun) yaradılması haqqında təklif.
Hörmətli Vüsal müəllim,
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən son illərdə həyata keçirilən struktur islahatları Respublikamızda sahibkarlığın inkişafına mühüm töhfələr verməklə yanaşı sahibkarların pozulmuş hüquqlarının bərpasında çevik mexanizmlərində yaradılmasını səmərəli və effektiv şəkildə təmin etmişdir. Məhz bu islahatların, eləcə də Cənab Prezidentin sahibkarlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, Azərbaycanın dinamik inkişafında iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu artmaqda davam edir.
Hörmətli Vüsal müəllim,
Mərkəzimizin mütəxəssisləri tərəfindən aparılmış təhlillərin nəticəsi olaraq aşağıdakı təklifimizi diqqətinizə çatdırmaq zəruri hesab edilmişdir. Məlumunuz olduğu kimi sahibkarlıq subyektlərində yoxlamaların aparılması və bununla bağlı digər məsələlərin həlli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Sözügedən qanunun tətbiq dairəsini ehtiva edən 2-ci maddəsinin tələbinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
Həmin Qanunun 6.3-cü maddəsində göstərilmişdir ki, yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeyd olunan Qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 28.08.2013-cü il tarixli (14.05.2013-cü il tarixli əlavə və dəyişiklərlə) Fərmanının 1.2 və 4.2-ci bəndinə əsasən qanunun 6.3-cü maddəsində nəzərdə tutulan müvafiq orqan kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edilməklə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Qanunun 6.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etməsi tapşırılmışdır.
Lakin buna naxmayaraq hazırkı vaxtadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yoxlayıcı orqanların siyahısı və onların nəzarət sahələri müəyyənləşdirilməmişdir.
Hörmətli Vüsal müəllim,
Yuxarıda göstərilən xüsusatları diqqətinizə çatdırmaqla qeyd edirik ki, hazırkı vəziyyətdə vahid yoxlama orqanının (qrupunun) yaradılması və ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyət funksiyalarına aid edilmiş yoxlamaların bu orqana (quruma) həvalə edilməsi istər sahibkarlıq subyektlərinin qanuni maraqlarının qorunması, istərsə də dövlətin yoxlama funksiyalarının səmərəliliyi və effektivliyi baxımından məqsədəmüvafiq olar.
Nəzərə alınması zəruridir ki, mövcud halda sahibkarlıq subyektlərində müvafiq yoxlamaları onların fəaliyyətlərinin xarakteristikasına uyğun olaraq ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və s.) aparmaqla, bu orqanlar öz səlahiyyətlərinə aid edilmiş yoxlama funksiyaları ilə bağlı ayrı-ayrı vaxtlarda, müstəqil olaraq sahibkarlıq subyektlərində yoxlamalar aparırlar ki, bu da nəticə etibarı ilə sahibkarların il ərzində bir neçə dəfə yoxlamaya məruz qalmasına səbəb olur. Vahid yoxlama orqanı yaradılarsa bir orqan tərəfindən sahibkarlıq subyektində keçirilməsi zəruri olan bütün yoxlamalar bir dəfəyə aparıla bilər.
Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, yoxlayıcı orqan yoxlama apardıqdan sonra tərtib edilən protokolu aidiyyəti üzrə baxılması üçün müvafiq Nazirliyə göndərər ki, bu da yoxlamanın nəticəsi üzrə tərtib edilmiş protokola obyektiv baxılmasını təmin edər.
Göstərilənləri nəzərə alıb qeyd olunan təklifimizin məqsədəmüvafiqliyinə baxmağınızı Sizdən xahiş edirik.
Hörmətlə
Mərkəzin sədri: Natiq Abdullayev
Şərhlər
Şərh bildirilməmişdir.
Şərh bildir
Şərh etmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Qiymətləndirmə yoxdur.




Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi