Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikasının Vergilər Naziri Cənab Mikayıl Cabbarova
Hörmətli Cənab Nazir,
Azərbaycan Respublikasının Vergi Məcəlləsində mədən vergisi üzrə verginin dərəcələrini ehtiva edən 216.2-ci maddəsində yerin təkindən çıxarılan bu maddədə təsbit olunan cədvəldə göstərilən faydalı qazıntıların növündən asılı olaraq mədən vergisinin hər m3 üçün müvafiq vergi dərəcələri müəyyənləşdirilmişdir.
Hesab edirik ki, bu maddədə ehtiva edilən vergi dərəcələrinə yenidən baxılmasına və bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliyin edilməsinə dair zəruri təkliflərin verilməsi məqsədəmüvafiqdir.
Belə ki, sözügedən maddədə çınqıl xammalı üzrə hər m3 üçün 1 (bir) manat məbləğində mədən vergisinin ödənilməsi müəyyənləşdirilmişdir.
Nəzərə alınması zəruridir ki, müvafiq istehsalat müəssisələri tərəfindən çınqıl xammalının hər m3-i ölkə ərazisində demək olar ki, 1 manata satılır.
Hesab edirik ki, hər kub metrin faktiki satış dəyəri 1 manat olan çınqıl xammalına görə 1 m3 üçün 1 manat məbləğində də mədən vergisinin müəyyənləşdirilməsi iqtisadi cəhətdən əsaslı və ədalətli hesab edilər bilməz.
Odur ki, yuxarıda istinad etdiyimiz maddənin məzmununda göstərilən faydalı qazıntılar üzrə vergi dərəcələrinə yenidən baxılmasına dair hazırkı təklifimizin məqsədəmüvafiqliyinə baxmağınızı Sizdən xahiş edirik.
Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Hörmətlə
Mərkəzin sədri:                    Natiq Y. Abdullayev






Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi