Hüquqi İslahatlara Yardım Mərkəzi - Xəbərlər: Mir Cəfər Bağırovun İttihamnaməsi və güllələnmə hökmü
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Mir Cəfər Bağırovun İttihamnaməsi və güllələnmə hökmü
Mir Cəfər Bağırov!.. Sovet Azərbaycanı tarixinin ən çox müzakirə olunan, ən ziddiyyətli, heç vaxt birmənalı qiymətləndirilməyən siyasi fiquru... Tarixçilərin M.C.Bağırovun şəxsiyyəti haqqında araşdırmaları, təqdqiqatları birmənalı nəticəyə gəlməyə çətinlik yaradır.
İ.V.Stalin repressiyalarının tüğyan etdiyi dövrdə Azərbaycan xalqını kütləvi qırğından qoruyan, ziyalıları himayə edən siyasi rəhbər, yoxsa Beriyanın əlaltısı və silahdaşı olaraq Azərbaycan xalqının ziyalılarını amansız repressiya maşınının ağzına verən qəddar komissar? Suallar çoxdur... 
Biz tarixçi deyilik, bu sualların cavabını axtarmaq məqsədimiz də yoxdur. Qeyd etdiyimiz kimi, bu suala tarixçilərin araşdırmaları birmənalı cavab vermir. Eyni zamanda, respublikamızın yaxın siyasi tarixinin bu ziddiyyətli fiqurunun şəxsiyyətinə dair rəsmi sənədlər hər bir vətəndaşı maraqlandırır.
Mir Cəfər Bağırovun ittihamnaməsinin Azərbaycan dilində rəsmi nəşri nadir tarixi sənədlərdəndir. Bu sənədin özəlliyi onu rəsmiliyindədir. İttihamnamənin rəsmi nəşrini universitet tələbəsi Nihad Yusifli Hüquqi İslahatlara Yardım Mərkəzinə təqdim edəndə diqqətimizi cəlb etdi. 19 yaşlı bir gənci maraqlandıran bu sənədin digər oxucular üçün də maraqlı ola biləcəyini düşündük...
SSRİ Baş Prokuroru həqiqi dövlət ədliyyə müşaviri R.RUDENKO tərəfindən imzalanmış İttihamnamə 2 mart 1956-cı ildə Moskva şəhərində tərtib olunmuşdur.
SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının (ədliyyə general-leytenantı Çkidovun sədrliyi ilə) 20 aprel 1956-cı il tarixli hökmü ilə M.C.Bağırov, əmlakı müsadirə olunmaqla güllələnmə cəzasına məhkum olunmuşdur. Hökmün rus dilində orijinalının surətini isə HİYM-in dostu ağsaqqal ziyalılarımızdan olan Rizvan müəllim Mərkəzimizə təqdim etmişdir.
Düşünürük ki, 19 yaşlı tələbə gəncin və dünyagörmüş ziyalımızın diqqətini cəlb edən bu tarixi sənədlər oxucular üçün maraqlı olacaq. Ona görə də bu sənədi oxucuların ixtiyarına verməyi məqsədəuyğun saydıq. Heç bir düzəliş etmədən, üslübuna və məzmununa toxunmadan, şərhsiz-filansız...
HİYM rəsmi tarixi sənədlərin arxivlərdən çıxarılaraq müasir oxuculara təqdim olunmasında həmişə maraqlı olub, zaman-zaman qanunvericilik aktlarının, rəsmi sənədlərin dərcini həyata keçiririk. Bu sənədlərin də ilk dəfə internet səhifələrinə gətirilməsi HİYM-in ənənəvi fəaliyyətinin tərkib hissəsidir. Rəsmi sənədlərin HİYM-in saytına yerləşdirilməsində əməyi olan hər kəsə: Nihad Yusifliyə, Rizvan müəllimə və Mərkəzin əməkdaşı Səbinə Tağızadəyə təşəkkür edirik.
Biz tarixə qiymət vermirik, tariximizi rəsmi sənədlərdə təqdim edirik...
Natiq Abdullayev,
HİYM-in sədri
















İTTİHAM (PDF)





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi