Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland
LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
POLİQLOT

``POLİQLOT``UN SƏHİFƏSİ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyevə

Hörmətli Ramiz müəllim!

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilərək “rəsmi nəşr” edilmiş “Halal qida” ümumi tələblər (AZS 731-2012); “Halal” ət məhsulları istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər (AZS 372/12); “Halal” termininin istifadəsi üzrə ümumi qaydalarının (AZS 386-2012); Azərbaycan Respublikası Konstitusiyasına, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa və digər normativ hüquqi aktların tələblərinə, eləcə də Azərbaycan Dövlətinin Konstitusion quruluşuna zidd olduğunu hesab edirik sözügedən “Qaydalar” ın qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul edilməsi məqsədi ilə tərəfimizdən 01 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə müraciət olunmuşdur.

Qeyd olunan müraciətimiz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 02 dekabr 2015-ci il tarixli 14/2227 nömrəli tapşırığına əsasən baxılması üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilmişdir.

Təəssüf hissi ilə qeyd edirik ki, Komitə tərəfindən "Şəri" məsəllər dövlət standartları hesab edildiyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına əsasən müraciətimizə baxılmasının nəticəsi mənasız olmuşdur.

Ümid edirik ki, Azərbaycan Dövlətinin dünyəvi, hüquqi və demokratik dövlət olmasını, eləcədə Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən Respublikamızda dinin dövlətdən ayrı olmasının təsbit edildiyini əsas tutub müraciətimizin qanunauyğun baxılmasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verəcəksiniz.

Hörmətlə:

Mərkəzin sədri Natiq Abdullayev

Qoşma: "Hüquqi İslahatalara Yardım Mərkəzi" İB-yi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İ.Əliyevə ünvanlanmış müraciətin sürəti və bu müraciətə baxılmasının nəticəsinin əks etdirən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 dekabr 2015-ci il tarixli cavab məktubunun sürəti





Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi




Hüquqi İnnovasiya və İnkişaf Mərkəzi





Hüquq Təlim-Tədris Mərkəzi